Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə73/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   65   66   67   68   69   70   71   72   73

230 
 
dövrdür. Bu, artıq insan həyatının elə anıdır ki, bu anın hər zərrəsi bir dünya 
qədər əhəmiyyət kəsb edir. Həmin anlarda gənclərə dünyanı əvəz olaraq verib 
odlu baxışlarla bir-birini süzməsini dəyişmək təklifinə onlar nifrətlə baxardı-
lar. Çünki onların gözündə görünən parıltılar elə dünyanın özü deməkdir. Və 
nəhayət, Yaddaş Sahibi bu günün zirvəsindən boylanıb damarlarda çağlayan 
qanın o vaxt nə demək olduğunu bir daha etiraf edir. Bəli, bu, eşq idi: 
 
Elə ki, axşam düşərdi, 
Sevgililər qaranlıqda 
Bir anlığa görüşərdi. 
Gözlər həsrətlə baxardı, 
Damarlarda eşq axardı. 
 
Nizaminin uca göylər üçün mehrab hesab elədiyi, Füzulinin "Şəfayi-vəsl 
qədrin hicr ilə bimar olandan sor" hökmüdür. Yaddaş Sahibi sanki klassik-
lərin düsturunu özünün orijinal düşüncəsi ilə tamamlayır. Eşqin damarlarda 
qan şəklində çağladığı dövrlərdə insan övladı özünü nağıllar aləmində bilir. 
Bu nağıllar aləmi son dərəcə "dadlı"dır, öz dadı ilə mənəvi aləmə bir sehr, 
ovsun gətirən gücdədir. Həm də bir yerdə  qərar tutan deyil, damarlarında 
eşq axmayanların bir ildə  bəlkə, elə bütün ömürləri boyu gəzə biləcəkləri 
yerləri, məkanları bircə anda gəzib dolanırlar. Onların xəyalı,  şairin dililə 
desək, "atlı"dır. Çox işlənən bir fikirlə ifadə eləmiş olsaq, deməliyik ki, bu 
xəyallar qanadlıdır, mələk timsallıdır. Bəli, bu həyatın sirrini, sehrini ancaq 
onu yaşamış olanlar duya bilər: 
 
Nağılların dünyası da 
Dadlı idi, atlı idi, 
Atları qanadlı idi. 
Söz-söhbət təsirli idi, 
Həyat necə sirli idi! 
 
Bir daha damarlarında eşq axan gənclərin həyatının sirrini, sehrini şairin 
mənəvi aləmi ilə bağlamağa cəhd edək. Onda hansı mənzərəni görərik? Bu 
mənzərədə şairin fikirlər aləmi ilə hisslərinin, duyğularının necə qovuşduğu-
nu müşahidə edə bilmək, əslində, onun poeziyasının sirlərini bilmək demək-
dir. Bütün zamanlar boyu öz düşüncələri ilə şairlərə və poeziyaya sadiq olan 
ustad bütün əsər boyu bizimlə birgə addımlamış (Yaddaş Sahibi,  şair və on-
ların həmfikri olaraq mənim özüm) V.Q.Belinski belə düşünürdü:  


231 
 
"...Hər bir poetik əsər - şairin qəlbinə hakim olan qüdrətli bir fikrin 
məhsuludur. Əgər biz bu fikri şairin ancaq əqli fəaliyyətinin nəticəsi 
saymış olsaydıq, bununla yalnız incəsənəti deyil, həmçinin incəsənətin 
yaranması imkanınını da məhv etmiş olardıq. Doğrudan da, iş  təkcə 
bir fikri tapıb onu uydurulmuş bir formaya salmaqdan ibarət olsaydı, 
şair olmaq çox asan olmazdımı və hər kəs ehtiyac, fayda, yaxud həvəs 
üzündən  şair ola bilməzdimi? Yox, öz təbiəti etibarilə  və istedadına 
görə şair yarananlar bu yolla şair olmurlar! Təbiətcə şair olmayan şəx-
sin ağlına gələn fikir qoy nə qədər dərin, nə qədər həqiqi və hətta mü-
qəddəs olursa-olsun, onun əsəri cüzi, yalan, saxta, eybəcər və cansız 
olacaq, bu əsər kimsəni inandırmayacaq, həmin əsərdə ifadə olunmuş 
fikrin düzgünlüyünə baxmayaraq, bəlkə də hər kəsi məyus edəcəkdir! 
Halbuki qara camaat incəsənəti nə isə məhz belə başa düşür, şairlərdən 
də məhz bunu tələb edir. Boş vaxtınızda onun üçün yaxşı bir şey düşü-
nün, sonra isə qızılın ortasına alınan brilyant kimi bundan bir şey uy-
durub düzəldin! Bununla iş bitmiş olar! Yox, şairin başına gələn fikir-
lər belə fikirlər deyildir və bunlar şairin varlığına belə hakim kəsilmir, 
canlı əsərlərin canlı rüşeymləri belə olmur! İncəsənət mücərrəd, fəlsəfi 
və xüsusən düşünülmüş ideyaları yaxına buraxmır: o, yalnız poetik 
ideyaları  qəbul edir; poetik ideyalar isə sillogizm, doqmat və qayda 
deyil, canlı ehtirasdır, pafosdur" 
1
.  
Adamın heyfi gəlir, zəncir kimi bir-birilə bağlanan insan hisslərinin də-
rinliklərinə qədər baş vuran, sözə çevrilmiş bu duyğuların arasını harda, ne-
cə kəsmək olar? Axı bu cümlələrin qırılmaz məntiqi eynilə müəllifin mənəvi 
aləminin göstəricisidir. Eyni zamanda, "Ziyarət" müəllifinin daxili aləminin 
güzgüsüdür. Biz damarlarda eşq axan gənclərin ehtiraslarını, onları bir-bi-
rinə tərəf çəkən gücü görə bilirik. Başqa cür olsaydı, heç H.İsaxanlının özü 
də, hətta öz həyatının xatirəsi olsa belə, həmin günlərə qayıda bilməzdi. Yal-
nız ağlın məntiqinə söykənib hisslərdən təcrid olunar, damarlarda axanın an-
caq qan olduğunu iddia edərdi. Və beləcə, damarlarında qan əvəzinə  eşq 
axan gənclərin daxili aləmini poetik mənzərəyə, poeziyaya, şeriyyətə,  şerə 
çevirə bilməzdi. 
Bəli, poeziya emosiyaların, hisslərin, duyğuların tüğyanı ilə yaranır. 
                                                 
1
 V.Q.Belinski. Rus ədəbiyyatı klassikləri haqqında. Bakı , 1954, s.94. 


232 
 
 
Yaddaş simfoniyasi - son akkordlar 
 
 
 
 
 
 
 
 
H.İsaxanlının "Ziyarət" poemasını yaddaşın əzəmətli simfoniyasına bən-
zətmək olar. Yaddaş Sahibinin ocaq-ocaq, cığır-cığır, ev-ev və  ən başlıcası, 
ürək-ürək gəzdiyi yerlərdə xatirələrin oyanışı hisslərə, duyğulara təsir edir, 
canlanmalar poetik lövhələrə çevrilir. Beləcə, əsər boyu poeziyanın incə, duy-
ğuları titrədən, bəzən şahə qalxan, fırtınalı dalğalara bənzəyən, bəzən az qa-
la ağacları kökündən qoparan küləklərin vıyıltısına, bəzən də bir səhər ça-
ğında bülbüllərin cəhcəhinə  bənzər səsləri dinləməli olduq. Şairin orijinal, 
öz səsi və öz nəfəsi ilə oxunan musiqinin son akkordlarına gəlib çatırıq. Ar-
tıq ahəng dəyişib, Yaddaş Sahibi xəyalən mənəvi dünyasını - bir ömrə sığış-
mış olan nə varsa, hamısını gəzib, təəssüratlarını da, birinci növbədə ömrü-
nün indiki çağları ilə bölüşüb. Şübhəsiz, bu bölgüdən onun müasirlərinə də 
pay çatıb.  Əsərin sonluğunda - şairin  "saf, dumduru el nəfəsi"  adı ilə 
təqdim etdiyi son poetik akkordlar ruhumuza həm də bir payız nəfəsi gətirir. 
Həzin pıçıltılarla bu payız nəfəsinin səsini dinləməli oluruq: 
 
Kənd dursa da, ruh dəyişib, 
Qara zurna gözə dəymir; 
Görən, aşıq kimdən küsüb? 
Saz sinədə dastan demir. 
 
Ömrün coşğun çağlarının ötüb-keçməsi haqqında elegiya təsiri bağışla-
yan bir nəğməni dinləməli olacağımızı elə bəri başdan hiss edirik. Deyəsən, 
Şəhriyarın ölməz  "Heydərbabaya salam" poemasının ruhi-mənəvi təsiri də 
bu misralarda duyulur. Şəhriyar da əsərinin ikinci hissəsində yaddaş salna-
məsinin səhifələrində ocaqların yerinin qaldığından, bulaqların quruduğun-


233 
 
dan, onun uşaqlıq çağlarının  şəriki olan tay-tuşlarının dünyadan köç edib 
getməsindən danışırdı. 
H.İsaxanlı da ruhların dəyişdiyini, qara zurnanın gözə  dəymədiyini, 
qismən dəyişmiş olsa da, qalmış kəndin fonunda yada salır. Aşıqların əvvəl-
ki şövq ilə oxumamasının səbəbini axtarır. Bəlkə, o aşıqlar kimdənsə küsüb? 
"Saz sinədə niyə dastan demir?" sualı ilə öz könlünə müraciət edir. 
Demək, həyat öz axarını  dəyişməsə  də, hər axarın öz dövrü olduğunu 
diktə edir. Müəllifin (əsərdə Yaddaş Sahibinin) karvanı payızın qapısı  ağ-
zındadır. O, ruhuna hakim kəsilən bu fikri hissləri, duyğuları ilə sözə çevir-
məyə başlayır: 
Karvan köçür, yola salmaq vaxtıdır, 
Küsmüşəm, könlümü almaq vaxtıdır. 
Laylası əskikdir nazik ömrümün, 
Çal, aşıq, çal, qardaş, çalmaq vaxtıdır. 
 
Göründüyü kimi, bu misralarda bir köç təbilinin həyəcanlarını dinləyi-
rik. Onun aşığa müraciətlə "çal, aşıq" deməsi də daha əvvəlki çağların qay-
narlığından xəbər vermir. Könlümüzə, duyğularımıza bir payız havası gətirir: 
"Yarpaqlar töküləndə... nələr olur? Günəşin rəngi bir az saralır, istisi 
də azalır. Təbiət solur. Günəşin rənginə çalır yarpaqlar. Qızılı-sarı yar-
paqların tökümü başlayır. İl ömrünü başa vurur. Bəs nədən payız hə-
mişə sevilir? Kədər gətirsə də, bir tutqunluq gətirsə də əbədi ayrılığın 
başlanğıcı kimi payızı qucaqlamaq istəyirsən. Bəlkə  də, ürəyinin də-
rinliklərində heç nə ilə üstünü örtə bilmədiyin göyüm-göyüm göynə-
yən sevgini ona açmaq istəyirsən. Lap ona üz tutub - "Ey solğun dəm, 
ey xilqətin cazibəli, şux afəti" (Puşkin) məni qoyub hara gedirsən, əli-
mi ətəyindən üzən kimi ürəyim də üzüləcək. Axı sən mənim sevgim-
sən, qəlbimsən. 
Sanki payız də illər boyu gizlədilmiş bu sevginin vaxtı ötmüş etirafını 
tökülən yarpaqları ilə şabaşlara qərq etdiyi kimi, elə bu yarpaq töküm-
ləri ilə də sənə əlvida deyir. 
Ayrılıqlar həmişə gözəldir. Ayrılıqlar anında insanın bütün uyğulu 
duyğuları dilə  gəlir. Səssiz fəryadlar göylərə bülənd olur. Ancaq bu 


234 
 
fəryadların ahı, amanı o göylərin yeddi qatınacan qalxsa belə, onu 
kimsə eşitmir, kimsə bilmir,  bir özün bilirsən, bir də payız... "
1
  
Hər halda gənclik duyğularının yüyənsiz at kimi havanı yarıb qanad 
açmaq istədiyi dövrlərin arxada qaldığı zamanın onun çiyninə yığdığı yükün 
ağırlığı altında öz ağrıları haqqında ağır-ağır danışdığı bir hekayəti din-
ləyirik. Bu hekayətin sevinci və kədəri bir-birinə o qədər qovuşub ki, hətta 
onları ayırmaq da mümkün deyil. Yaddaş Sahibi ömrünün bu məqamını ha-
mıya danışmaq istəməzdi. Ancaq özünün mənəvi aləmində gizləyib saxla-
maq da istəmir. Ola bilsin ki, onu çoxları başa düşməsin, duymasın. Amma 
hər halda kimsə duyacaq və o, öz salamını da onu duya bilən kimsəyə ün-
vanlayır: 
Bir ömürlük sevincimi, naləmi, 
Yüklənərək yelkən açdı bir gəmi. 
Ömür keçdi dalğalarla yan-yana, 
Salam olsun bu əhvalı duyana. 
 
İnsan nə qədər sevinclər içərisində olsa da, daxili aləmində onu həmişə 
vüsalına qovuşmayan arzuların iztirabları, ağrıları ilə baş-başa qoyan bir 
kədər yükü də var. Bəlkə də, bu kədər yükü, ağrısı olmasaydı, insan öz se-
vincləri ilə çox bayağı görünərdi. Hansı əsər, hansı ədəbi istedad onun daxili 
aləmindən gələn bu kədər duyğularını verə bilirsə, demək, oxucusuna bir 
qapı açır. Füzuli ona görə cazibədardır, Füzulini oxumaq insan hisslərinin 
dərinliklərinə baş vurmaq, insanın özünü duymaq, kədərini anlamaq demək-
dir. Əlbəttə, poeziyanın öz dilini bilənlərdən söhbət gedir. Görünür, profes-
sor  Kamil  Vəli Nərimanoğlu Füzuli poeziyasından danışanda elə bu anlamı 
nəzərdə tutur:  
"Yetər ki, sən kitabı aç və ilk misranı oxu. Bu dua, bu vəhy səni alıb 
aparacaq. Gedəcəksən və öz kədərin qədər kədərlənəcəksən, kədərlənə 
bildiyin qədər kədərlənəcəksən. O qədər duman, sis, ağrı gətirəcəksən. 
Və görəcəksən ki, bu ağrı insanı yaşadan qüdrətin özüdür. Tanrıya 
doğru atılan addımdır. Nəfəsdir. Bir dünyadan bir neçə dünyaya açılan 
qapıdır"
2
.  
                                                 
1
 Ə.Xələfli."Yarpaqlar töküləndə" (esse). 30.05.2006 
2
 Kamil Vəli Nərimanoğlu. "Özümüz, sözümüz". Çinar-Çap.Bakı , 2005, s.437. 


235 
 
İnsan hisslərini, insan duyğularını öz təravətində təzədən insanlara qay-
taran səsi arzulayan şair ömrünün payız qapısında yenə nikbin duyğularla 
yaşayır. Axı insan nəsilləri yeni fəsillər görəcək, yeni nəsillər bu fəsillərdən 
keçdikcə bir vaxt Yaddaş Sahibinin dediyi kimi, damarlarında axan qanın eşq 
olduğunu duyacaqlar. Ona görə də, Yaddaş Sahibinin ruhu da bu yeni nəsil-
lərlə təzədən qayıdacaq və torpağa müraciətlə tükənməz ilham çeşməsi arzu-
layacaq: 
Ana torpaq, səslə bizi, 
Tükənməz ilham çeşməsi. 
Kölgə düşən qəlbimizi 
İsidəcək nəğmə səsi. 
Bu büsata hay verəcək 
Qayalardan axan su tək 
Saf, dumduru el nəfəsi. 
 
Könülləri, kölgələnən ürəkləri "Qayalardan axan su kimi saf, dumduru 
el nəfəsi" isidəcək. Həyat yenə gözəl olacaq. Çünki həyatın nəbzi yeni nəsil-
lərin ürəyinin ahəngi ilə döyünəcək. Amma Yaddaş Sahibi indi doğulub-bö-
yüdüyü, arzuları ilə qucaqlaşdığı diyarda tamam başqa bir mənzərəni sanki 
onun özünə tərəf gələn, onun ruhunun daşıyıcısı olan körpə bir uşağı görür. 
Onun doğma eldə-obada, öz dünyasını yaratdığı  məkanda  ətrafına yığılan 
adamların arasında ruhu böyük hörmət-izzət görür. Onun adına, onun yarat-
dıqlarına ehtiramı duyur: 
 
Doğulduğum, boy atdığım, 
Arzularla qucaqlaşıb 
Öz dünyamı yaratdığım 
Doğma eldə, obadayam. 
Yığılıbdır xeyli adam, 
Bu ülfətə mən də şadam. 
Üz-gözlərdə hörmət, izzət, 
Hər damlaya dərya qiymət... 
 
Şair, bəlkə  də, son akkordlar kimi bir vaxt ruhunun gəzəcəyi yerlərdə 
sonuncu sirlərini açır. 
Buna "istedadin sirri" də demək olar:  


236 
 
"Hər bir ədəbi istedadın cəmiyyətdən, onu əhatə eləyən mühitdən gizli 
qalan bir sirri var. Bəlkə  də, həmin sirr nədirsə, o sirrin özü istedadı 
daim qıcıqlandırır, onu yazmağa, yaratmağa həvəsləndirir. Bəs bu sirr 
deyilən nədir? Onun - yəni hər hansı bir müəllifin geyimində, paltarın-
da, davranışında, danışığında gizlənir bu sirr, yoxsa daha dərin qat-
larda onun mahiyyətini axtarmaq lazımdır? 
Zənnimcə, insanın - həm də bu yöndən istedadın yaradıcılıq potensialı 
onun daxili-mənəvi mühitində gizlənən enerjidir. Və bizim üçün – ya-
radıcı adamın müasiri üçün örtülü olan, bəlkə də, bir çox məqamlarda 
açıla bilməyən tərəfləri biz "sirr" adlandıraraq o daxili-mənəvi mühitdə 
gizlənən enerjidə axtarmalıyıq "
1
.   
Ayrılıqların gözəlliyi daxili aləmin içində gizlənib qalmış olan sonuncu 
işığın üzə  çıxmasıdır. Bəlkə  də, ayrılıqlara qədər aşiqin cəsarət eləyib üzə 
çıxarmadığı etiraflar yalnız bu ayrılıqlar anında dilə gəlir. Və "Ziyarət"in son 
misralarında Hamletin bu etiraflarını da, həm də çox səmimi etiraflarını da, 
dərin hisslərlə müşayiət olunan duyğulanmalarını da misra-misra ruhumuza 
çəkirik: 
Bu yerlərə çox gəlmişəm, 
Gəldikcə də kövrəlmişəm. 
Nəşəm qəmlə görüşübdür, 
Sevincimə xal düşübdür. 
Ey Tanrıdan aldığım nur, 
Sən göstərən yol doğrudur. 
De, keçmişdənmi gəlmişəm, 
Ya mən özüm köhnəlmişəm? 
 
Bu,  "Ziyarət" poemasının sonuncu misralarıdır.  İlk baxışdan oxucuya 
elə gələ bilər ki, şair (əsərdə Yaddaş Sahibi) "Ziyarət"in fonunda bütün təəs-
süratlarını misralara çevirib, poetik lövhələrlə gələcək nəsillərə ünvanlayıb. 
Bəs onda nə üçün sonuncu misranın doğurduğu sual intonasiyası ilə dilem-
ma qarşısında qaldığını etiraf edir. Bu, hansı məchulluqdur? Hansı açılma-
yan müəmma var ki, şair ona müdaxilə edə bilməyib?  Əgər diqqət edilsə, 
bütün sualların cavabını əsər boyu o, özündən soruşmağa cəhd edib. Əsərin 
ayrı-ayrı hissələrində Tanrıya müraciətlər, insana, keçmişə, gələcəyə xitab-
                                                 
1
 Ə.Xələfli."İstedadın sirri" (esse), 02.04.2010 


237 
 
lar, müraciətlər sıralansa da, son anda yenə o, öz qəlbinə, özünün mənəvi 
aləminə qayıdır - sualı da əslində, Tanrının adını çəksə də, özünə verir. Tan-
rı Şairlik istedadını, mənəvi aləminə, sözə aşiqlik nuru bəxş eləməklə Allah-
lıq, Tanrılıq borcunu ödəyib. İndi qalır onun mənəvi aləminə hakim olan nur 
ilə, İlahi güclə onun arasındakı münasibətlərin harmoniyası, ahəngi... 
Şairin qənaətinə görə bu nur, bu İlahi missiya onun yolgöstərənidir. Ən 
düzgün yolu da yalnız bu nur göstərə bilər. Elə ona görə də müəllifin zən-
ninə görə, az qala bir əsri əhatə edən yaddaş tarixində Yaddaş Sahibi ona ay-
dın olmayan daxili aləmindəki müəmmaya, suala çevrilmiş əsas mətləbə ya-
xınlaşa bilməyib. Yəni onun öz dövründə hansı zamanın adamı olduğu sual 
olaraq qalır. O, keçmişdənmi gəlib, yoxsa özü keçmişdən gəlməyib, bu gü-
nün adamıdır - bunu bilmir. Ona görə də şübhəli qalan budur ki, bəlkə, özü 
köhnəlib? Hər halda mənəvi dəyərlərin də zamanın sınaqlarından çıxanı var, 
aşınmaya məruz qalanı var, yeni olanın da mənəviyyata daxil olmaqla və-
təndaşlıq haqqı qazananı var. Ona görə də əslində şairin Tanrının ona verdi-
yi nura müraciəti gələcək nəsillərə ünvanlanmış sualdır. Bəli, bu suala gələ-
cək nəsillər cavab verəcək. Kimin kim olduğunu aydınlaşdırmaq yalnız gə-
ləcəyin (gələcək nəsillərin) missiyasıdır. 
* * * 
H.İsaxanlının poeziyası daha çox musiqiyə  bənzəyir. Bəzən səhradan 
keçən karvan yolundakı bir qatarın ağır, ləngərli yerişilə muğam sədaları 
dinləyirik. Bəzən simlərdə tufan yaradan sazın yanğıları bizi qovurur. Bəzən 
də həzin, sakit çay axarı ilə hansısa bir məbədin içərisindən, divarların, daş-
ların arasından özünə yol tapıb çıxan orqan musiqisinin sehrinə düşürük. 
Simfonik sədalar bizi düşündürür, bəzən də "Üvertüra"nın qanı coşduran sə-
daları altında yumruqlarımız düyünlənir, qəzəbimiz ovxarlı qılınc kimi haq-
sızları doğramaq üçün qınından siyrilir. 
...Şair qan istəmir, şair qan istəməz. Amma həm də qan tökməkdən, qan 
içməkdən gözü doymayanlara qan qusdurmağı istəyər. 
H.İsaxanlının poeziyasında bəlkə də, yaşından çox böyük bir müdriklik 
var. Amma görünür, haqsızlıq şairin qana çevrilib dizindən yuxarı qalxanda 
onun müdrikliyi də kara gəlmir. İnsanın haqqını qorumaq istəyi daha ucadır. 
* * * 


238 
 
H.İsaxanlıda sözə aşiqlik var. Bəli, təkcə poeziyaya yox, sözə aşiqlik var. 
Dünya fəlsəfi irsini tədqiq edəndə  də, rus ədəbi irsinin ən dəyərli nü-
munələrini araşdıranda da sözə vurğunluğu ətrafında bir işıqlı halə yaradır. 
Mənəvi aləmin nuru onun sözündə açıq-aşkar görünür. Hər halda bu aşiqlik, 
bu vurğunluq nə qədər vurnuxsa da, nə qədər çırpınsa da, poeziya mələyinin 
onu oxşayan gözəgörünməz  əlləri altında sakitləşir, həzin-həzin pıçıltılarla 
bu mələyə öz nəğmələrini oxuyur. Və yalnız bu zaman özünü daha çox bəxti-
yar, daha çox xoşbəxt hiss edir. "Bu da bir həyatdı", "Dördlüklər", "Təzadlar" 
və həm də "Ziyarət" poemasındakı səmimi, duyğulu poetik örnəklər fikrimi-
zin təsdiqi üçün canlı sübutlardır. Son onillik mərhələ onun poeziya ömrüdür 
- hökmü həmişə doğru olacaq! Onu yaşadacaq poeziya ömrü. 
...H.İsaxanlı sözün bətnində hansı gücün olduğunu yaxşı bilir. Və daha 
çox poetik sözün daxili aləmindəki enerjinin nəyə qadir olduğunu...  Əməl 
insanın özündən daha uzunömürlüdür, illah da, sözə, sənətə çevrilmiş əməl! 


239 
 
Ali Rza KHALAFLİ 
 
 
 
 
 
 
 
 
 
The Saga of Life 
Literary and philosophical thoughts 
                   
                    
 
 
(On the basis of the motives of the poem 
“Ziyarət (Pilgrimage)” by Hamlet İsaxanli) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Khazar University Press 
 
2012 

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə