Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə70/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   65   66   67   68   69   70   71   72   73

220 
 
muna geydirsən onu, bəlkə  də, zahirən, kənardan baxanda insana bənzədə 
bilər, amma meymunu döndərib insan eləyə bilməz. Demək, əsas məsələ ya-
zıçının, sənətkarın oxucuya aşılamaq istədiyi ideya ilə bağlıdır. H.İsaxanlı 
poetik lövhələrində  məhz bu ölçülərə sadiqdir, başqa sözlə, mənəvi ölçü-
lərə... Onun yaradıcılığı daxili aləmindən gələn səslərin oxucuya yad, təsir-
lərsiz çatdırılması ilə fərqlənir. "Ziyarət" poemasında da bu təbiiliyi, müəlli-
fin daxili aləmindən gələn səslərin fərdiliyini və orijinallığını hiss edirik. 
Əsərin son hissələri ilk baxışdan Yaddaş Sahibinin xatırlamaları ilə əlaqəsiz, 
yaxud da zəif əlaqəli görünə bilər. Amma əslində, belə deyil. Yaddaş Sahibi 
hər  şeyi danışıb. Ziyarətə çağıran ilk zəng səslərindən tutmuş, ziyarətdən 
sonra ziyarətçini ziyarət edənlərin münasibətlərinə qədər - nə varsa, hamısı 
artıq məlumdur. Bir anlığa şairi də elə belə bir müsafir kimi təsəvvür edək. 
O, səfərini başa vurub, olanların hamısını danışıb, onu ziyarət edənlər də 
dinləyiblər və nəhayət ki, hərə dağılışıb bir yana. Amma bu uzun yol müsa-
firinin xəyal, düşüncə aləmindən gəlmiş Yaddaş Sahibinin bir özü, bir də 
qəlbi tənhalıqdadır. O, öz könlü ilə danışır. Daha doğrusu, heç kimsəyə deyə 
bilmədiyi, heç kimsəyə aça bilmədiyi duyğularını  nəğmələrə çevirir. Belə-
liklə,  "Ziyarət" poemasının  "nəğmələrin qanadinda"  adlı bir hissəsi ya-
ranır. Yaddaş Sahibi - o, bu hissədə şairin özü ilə eyniləşib - kimsəyə danışa 
bilmədiklərini bəlkə  də, onu bir kimsənin anlamayacağını düşündüyündən 
içindəki nəğmələrini həzin-həzin, özü üçün oxumağa başlayır: 
 
Dənizlər olmayan yerdə 
Çayda dənizçi olardım. 
Ləpələnən boz çöllərdə 
Şütüyərdim, iz salardım. 
Külək içimə dolardı, 
Köynəyim yelkən olardı. 
 
Zirvədən başlanan yolun son ucu dənizdə qurtarır. Bu, bir insan ömrü-
dür. Bu, bir insanın həyatdan aldığı paydır. Zirvə onun həyata gəlişidir, dün-
yanın hər tərəfindən görünən bir məqamdır. Onun ilkin çığırtısı hər tərəfdən 
eşidilir; - dünyaya insan gəlir! Məhz zirvə olduğu üçün bu səsi insanlar 
eşidir. Amma dənizdə qurtaran yol əbədiyyətin başlanğıcıdır. Sanki əsər bo-
yu müəllif yaddaşında oyanan nə varsa, hamısını dənizəcən keçdiyi yollarda 
danışır. Amma indi üzü zirvəyə tərəf. O zirvədə qoyub gəldiyi ilk çığırtısı ilə 


221 
 
insanlara sevinc gətirmiş güllərə tərəf nəğməsini oxuyur. Orada necə idi, han-
sı hisslərlə yaşayırdı? Hansı duyğuları ilə sinəsi qabarır, könlü atlanırdı? 
Bəlkə də, o, həmin zirvədə üzü dənizə sarı boylanıb bir dənizçi olmaq istə-
yirmiş. Dənizlər də onun üçün boz çöllərə bənzəyirmiş. Onun köynək yelkə-
ni küləyin axarında qanadlarını açarmış və hərdən də dönüb ləpələrə baxar, 
ləpələrin yuyub apardığı izinə baxarmış. Hər halda, bu, onun ilk arzuları idi. 
Onu həyata, göylərin ənginliyində qanadlarını çalıb süzdüyü boşluqlarda qo-
ruyub saxlayan, onun uçuşunu təmin edən arzular idi. 
İnsan dərəyə enməkdən çox dağa qalxmağı arzulayır. Eynilə bu düsturu 
onun həyatının mənasına da şamil etmək olar. İnsan ucalığa can atır. Mənəvi 
ucalıq insanın gücünün, qüdrətinin mahiyyətidir. Təbiətdəngəlmə duyğular 
şairin məramına, niyyətinə çevrilir: 
 
Gül ətirli, göy yamaclı, 
Dik qayalı, bulud saçlı. 
Dağları seyrə dalardım, 
Ucalıqdan həzz alardım. 
 
Onun ucalıqdan, ucalıq eşqindən məmnun olması, hətta bəzən xəyalən 
çatdığı bu ucalığın yüksəkliyində xumarlanması, məst olması, bu ucalıq həz-
zini öz canında duyması onun boy artmasıdır, mənəvi böyüməsidir. Sanki 
həmin ucalıqdan özü boyda olan dağlara baxır, dağlarla özü arasında bir mü-
vazilik, bir yaxınlıq, mənəvi qohumluq görür. Həmin andaca təzədən günlə-
rimizə qayıdır. Sanki həmin o uşaqlıq arzusuna asanlıqla, xəyalən qalxdığı 
ucalıqlara təbəssümlə, uşaq sadəlövhlüyünə yumşaq bir istehza da duyulur 
onun bu münasibətində. Yağışlara vurulmaq, hələ əlinin çatmadığı, ovucla-
yıb bir yay gününün istisində  ağzına təpəcəyi dağ qarına həsrətli sevgisini 
təzədən yaşayır. Bu, o qədər saf, o qədər təmiz bir sevgidir ki, hətta onun 
rəngini belə oxucu təsəvvür edir. Dağların ucalığındakı qarın ağlığı kimi... 
 
Bir uşaqdım, vurulmuşdum 
Asta yağan yağışlara. 
Həsrətli bir sevgim vardı, 
Dağ başına düşən qara. 
Bir uşaqdım vurulmuşdum, 
Göydə gəzən buludlara. 


222 
 
Uşağın mənəvi aləmi safdır, təmizdir, qərəzsizdir, uşaq nə vaxtsa qa-
nadlarının olacağına inanır. Ona görə də bəzən vahiməli görünən, bəzən ala-
tala, seyrək-seyrək başımızın üstündən keçib gedən buludlaracan qalxıb onun 
üstündə anasının yırğaladığı beşikdə olduğu kimi, əmin-amanlıqla, asudə, 
qollarını açıb dincəlmək, göy üzündəki buludların üstündən yerləri süzmək 
istəyir. Bəs onda uşaq niyə buludlara vurulmasın? Niyə buludları sevməsin? 
Buludlar ki, onu bu qədər ucalıqlara qaldıra bilər. 
Göründüyü kimi, onun mənəvi mühitində saf bir sevginin təməli qoyu-
lub. Bundan sonra o uşağın dünyasında heç vaxt tikanlar, qanqallar bitə bil-
məz. Onun ruh çəmənzarında elə ətirli güllər, elə yaşıl çəmənlər dil açıb danı-
şacaq ki, onun səsini eşidən hər kəs bu çəmənzara gəlmək istəyəcək. Bu, hə-
yatın gözəllik donudur, bu, həyatın həyata çağırış səsidir. Burada o, artıq özü-
nü dərk edir. Buludların üstünə qalxmaq qanadı olmasa da, sevgi aləminin 
ucağılında onu saxlayacaq, onu daha da kamilləşdirəcək sevgi qanadları ya-
ranacaq. Və bu zaman o, arxasınca baxan iki həsrətli gözü görəcək. Bu iki 
göz onu əbədi olaraq özünə bağlayacaq. Onun qəlbində yandırdığı odla 
özündən şimşək qanadları ilə onun sinəsinə köçürdüyü hisslərlə, duyğular-
la... Beləcə, bir gəncin sevdası başlanır. Və o, yuxusuz gecələrində ona ba-
xan iki gözü heç vaxt unutmayacaq, həmişə ona doğru uçacaq. Çatacaq, çat-
mayacaq - bunu həyat bilər: 
 
İki gözdən bir od aldım, 
Alışdım, sönə bilmədim. 
Gecə-gündüz qanad çaldım, 
Geriyə dönə bilmədim. 
 
Bəzən saf, təmiz məhəbbətin çiçəyi çırtlasa da, gülləri açılsa da, onun 
vaxtsız solduğunu, onun bar-bəhrə gətirmək üçün öz fəslinin gəlmədiyini də 
görürük. Əsərin qəhrəmanı ömrü boyu sinəsinin altında saxladığı bu duyğu-
ları nəğməyə çevirib oxumasaydı, bəlkə də, bizim artıq tanıdığımız, bizə çox 
əziz olan Yaddaş Sahilinin obrazını bu qədər mükəmməl təsəvvür edə bil-
məzdik.  İndi onun səmimiyyəti, onun təbiiliyi onu bizim gözümüzdə daha 
da ucaldır. Heç kimə heç nə deməsə də, dostları, yoldaşları, həmtayları - tay-
tuşları onun gözündə yanan işıqların mənasını duyur, könlünün sevgi odun-
da yandığını hiss edirlər. Bəzən gözlər sözlərdən daha açıq danışır: 
 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə