Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə67/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   63   64   65   66   67   68   69   70   ...   73

210 
 
Dərdini göyə açanda insan hansı hisslərlə yaşayırsa, şair də poeziyanın 
ecazkar aləmində özünü o cür hiss edir. Saf, sevgili duyğuların tərənnümü 
poeziyanın uğur mənbəyidir. 
Bir anlığa düşünək ki, H.İsaxanlı tarixi keçmiş, yaşarı  dəyərlər, adət-
ənənələr, nəsilə-kökə bağlılıq motivləri ilə süslənmiş "Ziyarət" əsərini yarat-
masaydı, məhz bu əsərdə ifadə elədiyi düşünəcələri başqa hansı mövzuda bu 
qədər mükəmməl ifadə edə bilərdi? Zənnimcə, hər hansı bir məzmunun mü-
kəmməl ifadəsi üçün onun özünə uyğun forma tapılmalıdır. Başqa sözlə, cırt-
dana nəhəngin paltarını (yaxud əksinə) geydirmək mümkün olmadığı kimi, 
məzmunun tələb elədiyi forma - həm də kifayət qədər mükəmməl, fikrin ifa-
dəsinə  şərait yaradan, meydan açan düşüncələrə qol-qanad verən forma ol-
madan kamil əsər də yaratmaq mümkün deyildir. Hegel təsadüfi demirdi ki, 
"İncəsənət mənzərələr yaratmaq üçün yalnız subyektiv obrazlardan, 
təsəvvürlərdən ibarət xarici materiala deyil, ruhi məzmunu ifadə et-
mək üçün həm də incəsənətin duyduğu və özündə yaşatdığı anlama 
malik təbiət formalarına ehtiyac duyur. Təbiətdəki bütün formalardan 
ən alisi və həqiqisi insan biçimidir, çünki yalnız onda ruh öz bədənini 
və əyani ifadəsini tapa bilər"
1
.  
İndiki məqamda müəyyən tarixi şəraitdə övladları üçün gözünün işığını 
verən, ürəyinin yağını əridən bir ananın obrazını yaratmaq üçün şair Yaddaş 
Sahibinin düşüncələrinə güvənir. Və o düşüncələrdə ən istinadlı obraz ola-
raq nənəni görür. Nənə ruh etibarilə sağlam adamdır. Həyat ona hər cür 
pislik etmişdir. Hətta rejimlərin yumuşalmasından sonra müəyyən itkilər-
dən, ölümlərdən, böyük əzab və əziyyətlərdən keçərək yenidən yurda qayıda 
bilsə də, rejimin tör-töküntüləri yenə də onu rahat buraxmır. Ana bütün bun-
lara təmkinlə zirvədən baxırmış kimi nəzər salır, dözür. Bütün bunlarla belə 
yenə də onun qəlbində heç kimə qərəz yoxdu. Ancaq üzünü Tanrıya tutanda, 
dərdini göylərə açanda pisliklərə şərait yaradan mühitin dəyişməsini diləyir. 
Böyük Ananın dilindən verilmiş və kökünü xalqdan alan, şirəsini xalq təfək-
küründən götürən, qaynağını sağlam mənəvi aləmdən başlayan bir düşüncə 
ilə arzulayır: 
Dağların qarı ərisin, 
Balamın suru yerisin. 
 
                                                 
1
 Hegel "Ruh fəlsəfəsi", Bakı, 2003, s. 426. 


211 
 
Çox məharətlə ananın dilindən verilmiş mövzuya tabe etdirilən xalq-
dangəlmə alqış (alxış) kimi "Dağların qarı" ifadəsinin hansı məzmunu daşı-
dığını anlamaq o qədər də çətin deyil. Əvvəla, dağların qarı əriyərsə düzlərə 
su gələr, torpağa bərəkət gələr. Dağların başı açılar, sinəsi çiçəklərlə, çə-
mənlərlə bəzənər. Amma əlbəttə, bu misranın alt qatında insanların arzu və 
diləklərini, istəklərini donduran mənəvi mühitdə qış sərtliyi yaradan rejimin 
ünvanına da bir ananın deyə biləcəyi qədər fikir yönəlikdir. "Sur" bağlı-ba-
ğatlı vadi, gücün təsdiqi olan şeypur səsi (İsrafil surunu yada salaq), güc 
rəmzi buğa, öküz mənalarını özündə cəmləyir. Buradaca qeyd etmək yerinə 
düşər ki, xalq təfəkkürü, "sur" sözünün hökm, güc mənasını ananın dilindən 
həmin misradaca təsdiqləyir. Əgər dağların qarı ərisə, böyük ananın övladı-
nın da haqqı-hüququ tapdanmaz. Onun nəslinin hökmü yeriyər. Hökmü 
ayaq tutar. Tanrının iradəsilə dağların qarının  əriməsi həqiqətə yol açar. 
Ananın övladını oxşaması onun övladına məhəbbəti bir sözlə, ananın ailə 
dünyasına sədaqəti Tanrıya şükranlığında bir daha görünür: 
 
Balam oxşar bəyə, xana, padşaha, 
Qurban olum onu verən Allaha. 
 
Ana halal zəhməti ilə böyütdüyü övladının çatdığı bəyzadəliyi, yetdiyi 
ağlı, kamalı alqışlayır və bunu Allahın haqqın tərəfində olması ilə bağlayır. 
Və buradaca yenə ananın ləyaqətini görürük, onun qəlbinin genişliyini du-
yuruq. Çünki o, öz övladlarına arzuladıqlarını hamıya arzulayır. Dualarının 
əvəzində Tanrıdan alacaqlarını hər kəsin arasında bərabər bölür. Ana üçün 
sosial ədalət ən böyük meyardır: 
 
Evində çırağı yansın hər kəsin, 
Quru çörək üstə dava düşməsin. 
 
Biz burada Böyük İnsanı görürük. Ruhu ilə bədənin, cismi ilə canının 
vəhdətində təzahür edən "təbiətin ən ali formasını" görürük. Yuxarıda qeyd 
etdiyimiz kimi Hegelin insan biçimi ruhun öz bədənini və əyani ifadəsini ta-
pan forma haqqındakı düşüncələrini təsadüfi xatırlamadıq.  Əslində Hegel 
həmin düşüncələrə gələnə qədər insanı ifadə edən formanın  mahiyyəti  haq-
qında öz sözünü demişdi:  


212 
 
"İnsanı ifadə edən formaya misal onun şaquli durmasını,  əllərinin 
mütləq alət kimi inkişafını, onun ağız quruluşunu, gülüşü, ağlamasını 
və s. göstərmək olar, özəlliklə ali bir təbiətin ifadəsi kimi insan bə-
dənini bilavasitə xarakterizə edən bütün varlığında axan mənəvi ton 
söylənilənləri daha da təsdiqləyir"
1
.  
Yaddaş Sahibi nənəni elə beləcə  də olduğu kimi təqdim edir. Və  əsər 
boyu onun mənəvi aləmində ucalığa doğru yüksəlişini, kamilləşmə yolunu 
göstərir. Başqa sözlə, məzmun forma ilə vəhdətdə addımlayır. Ana yaşa dol-
duqca daha da kamilləşir, müdrikləşir. Müəllif öz üslubuna sadiq qalaraq 
sanki  əsərin ümumi xəttindən kənara çıxır, ayrı-ayrı hadisələrə, obrazlara 
münasibət bildirir. Dərdini göylərə açan ananın düşüncələrini yazarkən də 
belə müdaxiləyə ehtiyac duyur: 
 
Mömin bəndə deyiləm mən, 
Lakin nədir saf etiqad - 
Onu duymuşam nənəmdən. 
O mələkdi, ülfəti qəlbimə doldu, 
Onun sığındığı Tanrı 
Mənim də Allahım oldu 
Mən onun, nənəmin Allahını sevdim. 
 
İlk baxışdan bu düşüncələr əsərin ümumi xəttindən kənara çıxır. Sanki 
müəllif də bunu hiss etdiyindən öz düşüncələrini əsərdə formaca fərqləndir-
məyə çalışmışdır. Amma əslində bu düşüncələr nənənin uzaq gələcəyə ün-
vanlanmış gələcək nəsillər üçün örnək olacaq həyatının indiki andan keçən 
məqamına münasibətdir. Bu düşüncələr tarixi günümüzlə bağlayan, varisin 
sələflərdən gələn yolunun xələflərə çatası məsafəsində bir körpüdür. Yaddaş 
Sahibi öz aləmindədir. İnsanlar bu gününün dərdlərini yaşayırlar. Sanki on-
ların ətrafında hörülmüş, torun kələfini açmağa çalışır, ancaq buna nail ola 
bilmirlər. Güclər toqquşur, qanlar axır, evlər yıxılır, sanki buna müvafiq 
olaraq təbiət də öz təbiətini dəyişir. Çaylar məcrasından çıxır, insanlar bir-
birilə anlaşılmazlıq, bir-birini başa duşməmək probleminin əziyyətini 
çəkirlər. Və üstəlik təbiətə qarşı da özünü mühafizə üçün qüvvə ayırmalı 
olurlar. Yaddaş Sahibi isə bütün bunları görür. İçin-için öz ağrı-acısını 
                                                 
1
 Hegel "Ruh fəlsəfəsi", Bakı ,2003, s. 253. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə