Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə69/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   65   66   67   68   69   70   71   72   73

217 
 
İndi təəssüf qalır. Amma əlbəttə, bu təəssüf nikbin, sabaha ümidli bir 
təəssüfdür. Yaddaş Sahibi sinəsində alovlanan bir yanğını da pıçıltıları ilə onu 
dinləyənlərə çatdırmalı olur. Nənə ömrünü şam kimi əridib, dünyadan köçür. 
Və son günündə şamın sönən anında nəvəni istəmişdi. Yaddaş Sahibi həmin 
anda onun görüşündə ola bilmədiyi üçün indi də ürəyində bir nisgil daşıyır: 
 
Son günü məni istəmiş - 
Eşidəndə içim yandı. 
Nənə-nəvə görüşmədi, 
Bir daha fürsət düşmədi, 
Arada divar dayandı. 
 
Nənə artıq əbədiyyətdədir. Yaddaş Sahibi bunun qanunauyğun olduğu-
nu bilir. Axı filosoflar demiş: dünyanın dəyişkənliyi haqqında qanundan 
başqa hər  şey dəyişilməyə  məruz qalır. Yaddaş Sahibinin şəffaf eynəyinin 
arxasından nəzərləri dünyanın uzaq üfüqlərinəcən çata bilir. Çünki o, dünya-
ya zirvədən baxır. Bu sərraf nəzərlər Misir ehramlarını da görür, bir təpəlik-
də adı qalmış Semiramidanın asma bağlarını da. Bu nəzərlər Rodos nəhəngi-
nin əzəmətini min illər boyu parçalanmış daşlarda saxlayan insan hisslərinin 
də gücündə dayanır... 
İnsan təfəkkürünün möcüzələri ardıcıl sıralanır. "Avesta", Dədə Qorduq 
möcüzələri, Firdovsi, Xəyyam, Nizami, Nəsimi, Füzuli, Xətai...sözün, mə-
nəvi gücün vəhdəti Yaddaş Sahibinin mənəvi aləmindən süzülüb gələn dün-
ya, cəmiyyət, həyat, zaman haqqında fəlsəfi ümumiləşdirmələrə çevrilir: 
 
Tale hər vaxt nəvazişə qərq etməz, 
Günəşlər də nəhayətsiz bərq etməz. 
Ölüm haqdır, dadacaqdır hər insan, 
Dəli olsun, dahi olsun, fərq etməz. 
 
Nə qədər kükrəsə, aşıb-daşsa sel, 
Qoynunda ram eylər onu dəniz, göl. 
Həyatın axarı-çıxarı budur: 
Əvvəl sel kimi coş, qayna...sonra öl. 
 
 


218 
 
Nədəndir gen dünya mənə dar gəlir? 
Sevinc üz döndərir, intizar gəlir? 
Kişiyə ağlamaq yaraşmasa da, 
Bəzən ağlamamaq mənə ar gəlir. 
 
Ölüm deyil həyatda ən böyük zülm
Yaşamaqdır bu dünyada ən ağır iş, 
Varlığımız yoxluğa doğru bir giriş, 
Həyatımız ölümə gedən yol imiş. 
 
Bu dördlüklərdə, daha dəqiq desək, insanı  mənən zənginləşdirən, ona 
sonsuz estetik zövq bəxş edən bu rübailərdə Xəyyam ruhu duyulur, Məhsəti 
Gəncəvi nəfəsi hiss edilir. İnsan hissləri və duyğuları o qədər təbii axarla bu 
rübailərdə bir-birini tamamlayır ki, yaradılan təəssüratı dağıtmamaq xatirinə 
şairin mənəvi aləmindən gələn ecazkar duyğulardan alınan zövqü oxucunun 
öz ixtiyarına buraxmaq daha yaxşıdır - qənaətindəyəm. Bundan sonra nəsə 
yazmaq, nəsə demək bəlkə  də artıq olardı, amma ruhən, qəlbən sevdiyim 
Belinski sanki bir əsr yarım bundan əvvəl elə indiki məqamda  mənim 
yazacaqlarımı demək istəyib:  
"Daha nə deyim? Bəlkə indiyə qədər dediklərimin özü də sizi çox az 
razı salmışdır. Nə etməli? Gözəlliyi hiss edib anlamaq başqalarını gö-
zəlliyi hiss edib anlamağa məcbur etməkdən dəfələrlə asandır!  Əgər 
oxuculardan bəziləri mənim məqaləmi oxuyaraq "bu həqiqətdir" de-
yərlərsə, yaxud bəziləri heç olmasa "bütün bunların hamısında həqiqət 
də var" deyərlərsə, əgər bir başqaları məqaləni oxuduqdan sonra orada 
təhlil edilən  əsərlərin özlərini oxumaq meylinə düşərlərsə, o zaman 
mən öz vəzifəmi yerinə yetirmiş və məqsədə çatmış oluram" 
1
.   
Sözün ecazkar gücü...  yalnız sənin önündə  təzim etmək, yalnız sənin 
haləndə dolanmaq, oduna, işığına pərvanə kimi yanmaq səni duyana yeganə 
təsəlli olardı. 
... Sözün bətnində Tanrı gücü var. 
 
                                                 
1
 V.Q Belinski. "Rus ədəbiyyatı klassikləri". Bakı, 1954, s. 285. 


219 
 
 
Xəyalin qanadlarinda 
 
 
 
 
 
 
 
 
 
Bədii əsər - istər poeziya olsun, istərsə də nəsr - nə vaxt oxucunu çəkir? 
Sözün bədii gücü nə vaxt özünü göstərə bilir, ecazkar haləsini yaradır? Bəl-
kə də, bədii sözü yaradanlar bu barədə ya düşünmür, ya da çox az düşünür-
lər. Əvəzində ədəbiyyatın sirrini axtaranlar, ədəbiyyatın eczkar mahiyyətini 
anlamağa çalışanlar bədii sözün dərk olunduğu gündən bəri bu suallar ət-
rafında baş sındırırlar. Sənətkar hər hansı bir obrazı həyatda görə bilirsə və 
yaxud özündən kənar xarici mühitin təsirilə onun mənəvi aləmində yaranan 
təəssüratlar, hadisələr müəyyən olunmuş bir xətt ətrafında düzülürsə və de-
mək olar ki, sənətkar həmin proseslərə müdaxilə eləmirsə, demək, obrazla-
rın, hadisələrin təbiiliyi də qorunur. Sənətkar təbiiliyi, onun daxili aləmində 
formalaşmış obrazlara səmimi münasibətini qoruyursa, onda bədii sözün 
haləsində ecazkar bir mühit yaranır. Bu, cəlbedici bir mühitdir, oxucunu çə-
kən mühitdir. Ətrafı özünə cəzb edən, haradan baxılsa görünən bir mühitdir. 
Bir çəməndə bal üçün şirəsi olan çiçəyi arıya göstərən yoxdur. Amma arı 
özünün təbii instinkti ilə o çiçəyin xüsusi qoxusunu duyur, hiss edir və çə-
məndə yeganə olsa belə həmin çiçəyi tapa bilir. 
Demək,  əsas məsələ yazıçının hadisələrə yanaşma tərzi ilə bağlıdır. 
Onun daxili aləmində formalaşmış olan dünyagörüşü, məqsəd və məramı ilə 
bağlıdır. Beləliklə, sənətkar özünün məqsədini, məramını müəyyən hadisə-
lərin fonunda ardıcıl olaraq diktə edir və onun oxucuya danışmaq istədiyi 
məzmun yaranır. 
Ayrı-ayrı oxucuların belə bir qənaəti ola bilər ki, H.İsaxanlının poetik 
yaradıcılığında forma baxımından bir dağınıqlıq var. Doğrudur, dərzinin 
biçdiyi paltar sahibinin əyninə, ölçüsünə, biçisinə uyğun gələndə onu daha 
gözəl göstərir. Amma ən qiymətli bir paltarı belə ən mahir dərzinin əli ilə bi-
çilmiş-tikilmiş bir paltarı, belə paltarın nə demək olduğunu bilməyən mey-


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə