Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə66/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   62   63   64   65   66   67   68   69   ...   73

206 
 
lakin hər il xalqa lazım olmayan milyonlarla kitab nəşr olunur ki, bun-
lar həqiqi kitab mədəniyyətini təşkil edə bilməz" 
1
.   
Elə buradaca deməyin yeridir ki, böyük əxlaqı  tərənnüm edən  əsərlər 
həqiqi ədəbiyyatın səsidir, nəfəsidir, özüdür. Böyük Ananın timsalında əxla-
qa tapınmanın, mənəvi ucalığın gücünü gördük. 
İndi bir daha əsərin yaratdığı təəssürat əsasında Böyük Anaya ehtiram 
bildirməyin məqamıdır: Böyük Ananın gözü toxdur. O, sanki dünyadan bir 
qadın olaraq öz payına düşəcək hisslərdən çox ucadadır. Çünki o, Qaçaq İsa-
xan kimi bir kişinin arvadı olub. Ondan sonra, onun ünvanından sonra qə-
tiyyən "yastıdığını" dəyişə bilməz. Əlbəttə, o izzəti-nəfsinə qadınlığını qurban 
etməsəydi, bəlkə dolanışığı üçün də kömək olardı. Amma o, bu yolu seçmir. 
Mənəvi toxluğu, göz toxluğunu mədə toxluğundan çox ucada tutur. Toxluq 
anlamı var dilimizdə. Bu anlam mənəvi mahiyyət kəsb edəndə şəxsiyyətin gü-
cünü göstərir, onun ləyaqət, dəyanət rəmzinə çevrilir, filankəs gözü tox adam-
dır - deyirik. Demək, o, ləyaqətli adamdır. Dünya oduna yanmağı onun gö-
zündə heç nədir. Təki onun adı, ünvanı gələcək nəsillər tərəfindən hörmət və 
ehtiramla xatırlansın. Bax, budur Böyük Ananın gücü, qüdrəti! Göründüyü ki-
mi, "Gözüm toxdu" adı ilə başlayan hissə toxluğun mənəvi mahiyyətini, başqa 
sözlə  fəlsəfi mahiyyətini açır. Sənət həyatın özü ilə birgə dünyaya gəlib. 
Həyatı Tanrı yaradıb. İlk əvvəl təbiət obrazı olaraq yaradıb, bir gözəllik ob-
razı olaraq,  paklıq,  saflıq obrazı olaraq təbiət ilk növbədə Tanrının əsəridir.  
"...Sənətin mənşəyi həyatın özünün mənşəyi qədər qədimdir, çətin 
dərk olunandır. Ancaq hər şeyi dərk etmək mümkün deyil, bəlkə heç 
buna lüzum da yoxdur... İnsan hisslərinin nəhayətsizliyi, çoxölçülü tu-
tumu çox vaxt ağlın açmağa gücü çatmadığı hadisələri, anlayışları 
yozmaqla, özünəməxsus şəkildə şərh etməklə boşluğu doldurur, insanı 
ovundurur, beləliklə, bir növ, onun canını mübhəm sarsıntılardan 
qurtarır"
2
.  
Və sonra düşünən insan yaranır. Və insan özü də əbədiyyət arzusunda 
olur. Və bununla da özünün sənətini yaratmağa başlayır. Qobustan rəsmləri, 
qaya yazıları təkcə yazı olaraq, sənət olaraq yaşamır. Həm də o, insanların 
özlərini yaşadır. H.İsaxanlının  "Ziyarət" peoması onun mənəvi aləmindəki 
fırtınaların, təlatümlərin poetik əks-sədasıdır. Yaddaş Sahibi obrazının tim-
                                                 
1
 Məmməd Cəfər. "Seçilmiş əsərləri ".  "Çinar-Çap". Bakı, 2003, s. 318. 
2
 Kamil Vəli Nərimanoğlu. "Özümüz-Sözümüz". Çinar-Çap. Bakı, 2005, s. 437. 


207 
 
salında o, bu daxili sarsıntılardan ovunmağın yeganə yolunu sənətdə görür. 
Məlum olduğu kimi sənət qədər insanın başqa heç bir məşğuliyyəti - elmdən 
tutmuş müxtəlif peşələrə qədər onu ovundura bilməz. 
"Ziyarət" həm də yalnız bir müəllifin özünü ovundurmaq istəyinin bəh-
rəsi deyil. Bütöv bir tarixin, bir nəslin sarsıntılardan xilas olmaq, ovunmaq 
istəyinin bəhrəsidir. 
 
 


208 
 
 
Dərdini göyə açanda 
 
 
 
 
 
 
 
 
 
Şühbəsiz, bir elm adamı, təhsil təşkilatçısı olaraq özünün ləyaqətli yeri-
ni elm və maarif sahəsində zəhməti və zəkası ilə təsdiq etmiş H.İsaxanlı bir-
cə misra yazmasaydı belə, yenə də adı hörmət və iftixarla çəkiləcək ziyalıla-
rımızdandır. Ancaq Tanrı ona səmimiyyətlə silahlanmış poetik istedad da 
bəxş edib. 30-40 il ərzində elmin dərinliklərinə doğru yeridikcə şairliyi, poe-
tik istedadı onun mənəvi qida mənbəyi, ruhunun daşıyıçısı olub. Dünyanı 
gəzə-gəzə bu mənəvi gücə tapınıb. Həyatın ona qucaq açdığı sevincli gün-
lərdə də, kədərli anlarında da uzaq kənddən, dünyanın mənəvi səmasından 
ucuşundan bəri onun poetik nəfəsi həmişə qəlbində yaşayıb. Şeriyyəti, şair-
liyi poeziyası ilə sonsuz sevgilərlə munis olub. Klassik təbircə desək, onun 
həbibi, munisi olan poeziyası bir qayda olaraq tənhalığında onun çiyinləri 
üstündə qanad gərib. Və beləcə H.İsaxanlı həmişə şeirlə nəfəs alıb. Şeri ilə, 
poeziyası ilə şan-şöhrət azarına tutulmayıb. Ruhunun, paklığının müqəddəs-
liyini qoruya-qoruya poeziyanın İlahi yüksəkliyində, uçalığında mənəvi ra-
hatlıq tapıb. Yoxsa, başqa cür bir ana ruhunun mənəvi dünyasını misra-mis-
ra, söz-söz o necə gəzə bilərdi? 
Ananı müxtəlif məqamlarda həyatın qərəzlə başının üstündə qılınc oy-
natdığı anlarda da, ağzının duası ilə dərdini göylərə açanda da, iztirablarla 
çırpındığı məqamlarda da, görə bilir. Bu fərqli anların ovqatını özü təzədən 
yaşayır. Yaddaş Sahibi olaraq əlli il bundan əvvəlki dövrün xarakterini, tə-
biətini ananın öz dili ilə təqdim edir. Ananın gələcəyə olan ümidi balaları ilə 
böyüyür. Onun övladları gün-gün, ay-ay, fəsil-fəsil boy atır və onların hər 
birinin simasında ananın dərdləri dağ buzlaqları kimi əriməyə başlayır. Ana-
nın tənhalıq anları nə qədər orijinaldı. Ana haqqında saysız duyğular, düşün-


209 
 
cələr qələmə alınıb. Və bu "Odisseya"nın, "İlliada"nın, Qorqudluğun məğ-
zində Hamletin dərdini göylərə açan Anasının (əsərdə  nənənin) obrazı xa-
rakter etibarı ilə tarixi anaların banisi olduğu kimi həm də çox fərqlidir. Öz 
düşüncələri ilə saflığı ilə, müasir günümüzün anasına daha yaxındır. Ana 
tənhadır və bu tənhalıqda onun bir munisi də öz Tanrısıdır.  "dərdini göyə 
açardi" adı ilə  təqdim olunan hissədə Tanrıya dualar pıçıldayan ananın 
bütün aləmini görə bilirik. Onun həlimliyini, müqəddəsliyini övlad sev-
gisini, dünyaya, bəşərə əmin-amanlıq arzularını müəllif çox səmimi duyğu-
larla təsvir edir. Və təbii ki, ananın öz dilindən, öz səsi ilə yaradılan mənzərə 
kifayət qədər bəs eləyir ki, biz onun zəngin aləmini görə bilək: 
 
"Kiminin körpə balası var, 
Ona dəyməsin tufanlar. 
Kasıb, varlı, gədə, ya şah, 
Kim nədirsə, özü bilər... 
İlan yerisin, ay Allah
Dalınca da balaları, 
İçində də mənimkilər". 
 
Ana dualarında da son dərəcə  ədalətlidir. Çünki Tanrı özü ədalətli ol-
duğu üçün ananın düşüncəsinə görə onun dərgahında yalnız ədalət arzulayan 
dualar qəbul ola bilər. Ona görə də ana əslində Tanrıya dua eləyəndə təkcə 
öz övladı üçün dua eləmir. Onun nəzərində kasıb, varlı, gəda ya şah hamısı 
insandır. Və ona görə də kimin nə dərəcə haqlı-haqsız olduğunu öz ixtiyarı-
na buraxır. Hətta Tanrının yaratdığı bütün varlıqları yaşarı hesab edir. Və 
yenə yalnız nənənin dilində öz gücünü göstərə bilən xalq ifadəsi oxucunun 
ruhuna hədsiz estetik zövq bəxş edir: "İlan yerisin, ay Allah, dalınca da ba-
laları; içində də mənimkilər". 
Müəllif nənənin mənəvi durumunu bu cür təqdim edir. Və onun yaşantı-
larını əslində həyatının mənası hesab edir. Və sanki nənənin dünyasına əlavə 
nə isə deməyin xələl gətirəcəyini düşünərək öz sözünü və həm də illərin üs-
tündən keçib gələrək bu günkü sözünü deyir: "Özü kimi gözəl idi arzuları, 
duaları..." Ana obrazı bütün əzəməti ilə H.İsaxanlının yaradıcılığında illər 
boyu özünü hifz edəcək gücdə yaradılıb. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə