Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə64/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   60   61   62   63   64   65   66   67   ...   73

199 
 
zə deyil butövlükdə Azərbaycana böyük bir ruh gətirdi. Bu, milli kim-
lik, vətənçilik, dövlətçilik ruhu idi"
1
.
  
Göründüyü kimi, professorun özünün də qanadlı duyğularla qələmə al-
dığı tarixi salnamənin hansısa bir küncünə ilişib qalmış faktın, hadisənin 
mahiyyəti Vətən və dövlətçilik duyğuları üstə köklənib. Əlbəttə, indiki mə-
qamda ruh və bədən mahiyyəti məni daha çox cəlb eləyir. Və elə bu fikirlə 
də şərikəm ki, Vətəni olmayanın milləti də olmaz. Bütün sürgünlər, deporta-
siyalar, təqiblər ona xidmət edir ki, gücünü Vətəndən, yerindən, yurdundan 
alan insanların özlərini Vətəndən ayırsınlar. Və beləliklə, milli ruhu öldür-
sünlər. Təbiətdə də belədir. Bir ağacı, bitkini başqa bir şəraitdə asanlıqla ye-
tirmək olmur. Uyğunlaşmaq üçün on illərlə vaxt lazımdır. Hindistan filini 
təbii şəraitdə Qafqazda təmin etmək mümkünmü? İnsan da təbiətin bir par-
çasıdır. Onu öz mühitindən ayıranda cismən məhv olmaqdan başqa mənən 
də ölümə  məhkum olur. Ancaq "Ziyarət" poeması bir nəslin sürgünlərin, 
qürbətlərin bütün məhrumiyyətlərinə dözərək ağır qurbanlar bahasına təzə-
dən yurda dönüşünü bizə təqdim edir. Yurda qayıdacaqlarına inam bu adam-
ları qoruyub saxlayıb. Yaddaş Sahibinin dinlədiyi hekayətin mahiyyəti bu-
dur; ana Vətəndədir ruh bədəndə olduğu kimi. Bu qayıdışın ruhun bədənə 
təzədən qayıdışına bənzəri var. Həmin anlarda nənə hansı hissləri yaşayıb? 
Onu dilləndirən hansı duyğular olub? 
 
Sürgündən dönəndə dedi: 
"Şükür, şükür Yaradana 
Balalarım vətəndədi..." 
(Ey müqəddəs, əziz ana, 
İlahi ruh, Allah eşqi 
Əgər varsa, o, səndədi). 
 
Bəli, bu, ruhun bədənə qayıdış hekayətidir. Elə bir hekayətdir ki, heç 
vaxt yaddaşdan çıxmamalı, heç vaxt unudulmamalıdır. Çünki yeni nəsillər 
bu tarixi bilmədən gələcəyin etibarlı təminatçısı ola bilməzlər. Nəslin yaşa-
rılığını  təmin etmək, nəsli qorumaq hissi ananın ehtiyat enerjisini səfərbər 
edib, onu uzaq yollardan keçirib, Vətənə qaytarıb ona görə ki, bu, acınacaq-
lı, bu dəhşətli tarixi Yaddaş Sahibinin kitabına yazsın. Artıq bu fikri neçənci 
                                                 
1
 Məhərrəm Qasımlı, "Şah İsmayıl Xətayinin poeziyası" , Elm, Bakı,  2002. s.3. 


200 
 
dəfədir ki, vurğulayırıq. İndi yurdu dirçəltmək, qürbətdə göz açmış övladla-
ra Vətəni tanıtmaq, bəlkə, onlara gədiklərin, təpələrin, yolların, cığırların, 
bulaqların, talaların da adlarını demək lazım olacaq. İndi yaşamaq üçün Və-
tənin havası və suyu var. Bərəkət gətirən torpaq indi onların ayaqları altın-
dadır, indi onlar kifayət qədər güclüdürlər, indi onlar halal zəhmətə, bəhrəsi-
ni görəcək zəhmətə qayıtmalıdırlar. Bəli, zillət, zəhmətlə əvəz olunmalıdır. 
Nənə də elə bunu deyir: 
 
"Balalarım, zəhmət çəksək, 
Bir bağ salıb, bostan əksək, 
Düzəldərik ev-eşiyi; 
Bəndə bağlayan qapını 
O gözəgörünməz kişi 
Bir gün gələr açar" - dedi. 
 
Yeri gəlmişkən, H.İsaxanlının "Ziyarət" adlandırdığı epik-lirik poeması 
oxucuda güclü təəssürat yaradan əsərdir. Oxucunu hisslərlə silahlandırır, 
onu duyğulandırır, düşüncələrini əsərin ovqatı üstə kökləyir. Əsərin ayrı-ay-
rı fəsillərinə uyğun olaraq oxucu qəzəblənə bilir, acıyır, qürurlanır, inamın 
nəyə qadir olduğunu dərk edir, bəzən sevinir, bəzən kədərlənir. Əslində, elə 
bədii  əsərin də,  ədəbiyyatın da əsas məqsədlərindən biri elə budur: İnsana 
hisslər sahibi olduğunu xatırlatmaq. Hisslərlə qavramaq, hisslərlə düşünmək 
iqtidarında olan insan daha az qərəzsiz olar. Belə adamların duyğuları insa-
na hörmət, insana ehtiram, ən başlıcası insana sevgi üstə köklənir. 
 


201 
 
 
Əxlaqin meyari 
 
 
 
 
 
 
 
 
H.İsaxanlının  "Ziyarət" poemasında ayrı-ayrı hissələr müəyyən silsilə 
təşkil edir. Artıq qeyd olunduğu kimi bu silsiləni yaradan əsərlər nə qədər 
bitkin olsalar da, Yaddaş Sahibinin xatırlamaları  əsasında zəncirvari  əlaqə 
ilə bir-birini tamamlayır. Demək, "Gözüm toxdu" adı ilə təqdim olunan əsər 
də bu silsilədə xüsusi əhəmiyyət kəsb edir. Bütöv bir nəslin az qala bir əsr 
ərzində keçdiyi yol dəyişən kino fraqmentləri kimi gözümüzün önündən ke-
çir. Nəhayət, bu nəsil zülmlərə məruz qalır, sürgünlərə göndərilir, ağır dü-
şərgə həyatı yaşayır və bir gün "QULaq arxipelaqı" dağılır. Təsadüfi deyil 
ki, sovet dövründə dissident həyatı yaşamış Aleksandr Soljenitsın sovet hə-
yat tərzini düşərgə həyat tərzi ilə epitetləmiş, ona əbədiyaşarı ədəbi damğa 
vurmuşdu. Bir sözlə, indi düşərgənin məftilləri kəsilməkdədir. Sürgünlərə 
göndərilən nəsillər, yüzminlərlə günahsız insanlar vətənlərinə, yurdlarına 
qayıtmaqdadır. Müəllif bu hissədə ("Gözüm toxdu") ilk sətirlərdə artıq qür-
bət ağrı-acılarının sonunu qəribliyin dərdini, həsrətini daşımış insanların və-
tənəqovuşma, yurd vüsalına çatmanın şirin duyğularını təqdim edir. Və əl-
bəttə, bu motivlər də xüsusi bir kövrəkliklə qələmə alınır. Bundan sonra ar-
tıq vətənin özündə dirçəlmə, birinci növbədə mənəvi yüksəliş, sonra insanla-
rın öz həyat tərzini, normal ahəngdar yaşayışını təminetmə mərhələsi başla-
yır. Vətəndə yaşamağın, vətəndə özünü dirçəltməyin də problemləri, çətin-
likləri var. Uzaq yollar, ağır illər arxada qalsa da, kasıblığın, yoxsulluğun 
caynağı hələ də Böyük Ananın ailəsinin boğazından yapışıb. Ananın çırpın-
tıları, onun daxili mənəvi  əzabları elə ilk sətirlərdəncə görünür. O, ailəni 
zəhmətə alışdırmalı, yurda bağlamalı, bir növ dirçəlişin əsasını yaratmalıdır. 
Bir vaxt mahalda Qaçaq İsaxan adı ilə məşhur olan igidin, karlı kişinin xa-
nım-xatın arvadı  bədxah adamların, mənəvi düşkünlərin nəzər-diqqətində-


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə