Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə72/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   65   66   67   68   69   70   71   72   73

226 
 
Hər  şairin dünyasında həyatın qara rənglərini görməyən saf bir aləm 
var. Şair yaşadığı dünyaya o təmiz aləmi verib getmək istəyir. Şairi yazma-
ğa, yaratmağa vadar edən elə bu duyğulardır, bu hisslərdir. 


227 
 
 
Həyat enerjisi - eşqin görünməz gücü 
 
 
 
 
 
 
 
 
Cəmiyyət həmişə keçmişi idealizə etdiyi kimi, cəmiyyəti yaradan ayrı-
ayrı insanlar da artıq yaşamış olduqları həyatı daha çox idealizə edirlər. San-
ki sehirli bir aləmdən ayrılıblar və bir də  həmin aləmə doğru həmişə can 
atırlar. Uşaqlarda isə  əksinədir, uşaqlar böyüklərin yaşadığı  həyata tələsir. 
Amma bu həyata çatan kimi üzü geriyə boylanır və ən gözəl günlərinin geri-
də qaldığını düşünürlər. Görünür, bu, həyatın özündən gələn, həyatın təbiə-
tindən doğan bir hissdir. Və biz Yaddaş Sahibinin "damarlarda eşq axardi" 
xatırlaması ilə  gəncliyini, yeniyetməlik çağlarını bu qədər böyük hiss və 
həyəcanla anmasını da həmin hisslərlə bağlamalıyıq. Və görünür, elə bu 
səbəbdən gənclik  əldən gedəndən sonra, insanlar yenidən gəncliyə qayıt-
maq, yenidən cavanlaşmaq iksirini axtarıblar. Azərbaycan nağıllarındakı se-
hirli almanı yada salaq: Məlikməmmədi qaranlıq dünyadan keçirərək yeni-
dən işıqlı aləmə qaytaran hadisələrin məğzində bu sehirin, bu ovsunun tapıl-
ması əsas şərtdir. Söhbət onda deyil ki, həqiqətən belə bir sehirli alma var, 
ya yox?! Amma insanlar hər halda bu almanı arzulayıblar. İnsanların zahiri 
əlamətlərdə onları gəncləşdirən, cavanlaşdıran, yaxud gənc kimi, cavan kimi 
göstərən vasitələrə meyl etmələri, müəyyən forma dəyişikliklərinə can at-
maları həmin istəyin nəticəsidir. Cismani əbədi həyat olmadığı kimi, insanın 
yaşadığı ömrə cismən qayıdışı da mümkün deyil. Mifin məntiqinə görə, 
"Ambroziya (müşkənbər) öz-özlüyündə yalnız gənclik, güc və gözəl-
lik verirdi. O, bədənin əbədi yeniləşməsi üçün qidadır. İlahilərin ölüm-
süzlüyü  əbədi həyatla, daimi gəncliyin və gözəlliyin birgəliyi kimi 
təsəvvür olunurdu"
1
.  
                                                 
1
 Y.E.Qolosovker. "Mifin məntiqi". Kitab aləmi. Bakı , 2006, s.94. 


228 
 
Əlbəttə, söhbət mifdən gedəndə. Amma gəncliyə qayıdış bütün zahiri 
vasitələrdən asılı olmayaraq (zahiri vasitələr müəyyən təsəvvürlər yarada 
bilər), ancaq xəyalən, ruhən mümkündür, insanın həyat enerjisindən, onun 
daxili-mənəvi ehtiyatından, həyata sevgisindən asılıdır. Bu hiss insanda bir 
mənəvi səfərbərlik yaradır. Onu gənclik enerjisi ilə yazmağa-yaratmağa 
sövq edir (müəyyən yaş dövrünü keçirən insanların fiziki işlə də belə şövqlə 
işləmələri mümkündür), amma bir şərtlə, gərək insanın damarlarında qan 
formasında eşq (həyat enerjisi, güc) çağlamış olsun. Hər halda, Yaddaş Sa-
hibinin belə gücünü hiss edirik. Müəllifin timsalında onun yazıb-yaratmaq 
həvəsi sonsuzdur və tükənməzdir. 
Poeziyanın şairin varlığına hakim olan bir fikrin məhsulu olması klas-
siklər tərəfindən dəfələrlə  ən müxtəlif forma və  şəkillərdə ifadə olunub. 
Azərbaycan  ədəbiyyatında Nizamidən, Füzulidən üzü bəri  şerin sənətkarın 
varlığından necə doğulması, yaranışı  hətta təfərrüatına qədər  şərh olunub. 
Ancaq söhbət onda deyil ki, ən yaxşı bir fikri şair müəyyən formaya, qəlibə 
salır və bizə - oxucusuna təqdim edir. Xeyr, əslində, belə deyil. Şairin var-
lığına hakim olan fikir onun hissləri, emosiyaları ilə çulğaşır, başqa sözlə 
desək, qanına qarışır. Onun damarlarından axan qanın rəngini özünə hopdu-
rur. Yalnız bu zaman şeir yaranır. H.İsaxanlının poeziyasını da əlvan rənglə-
rə bürüyən, onu dil-dil ötməyə vadar edən, canlandıran, danışdıran öz qanı-
nın rənginə boyaması ilə bağlıdır.  "Ziyarət"in ayrı-ayrı  fəsillərində zaman, 
məkan dəyişir, poetik duyğuların  ən müxtəlif formalarda rəngləri təzahür 
edir. Rənglər bəzən tündləşir, bəzən bozarır, hətta bəzən güclə seziləcək də-
rəcədə çalar kəsb edir. Bu, şairin damarlarından axan qanın sürəti, onun qa-
tılaşması və bəzən də durulması ilə bağlıdır. Demək, bu poetik örnəklər yal-
nız ayrı-ayrı məqamlarda fikirlər şəklində təzahür eləmir, həm də şairin zən-
gin duyğular aləmini, onun gərginləşən, tarıma çəkilən əsəblərini, varlığını 
özündə ehtiva edən hisslərini bizə çatdırır. Damarlarında axan qan bu zaman 
şairin mənəvi aləmində fikir kimi təzahür edir. Şair bunu adicə qan hesab 
eləmir, insanı yaşadan vasitə, qaynaq kimi görmür. O, bu qanı  həyat eşqi, 
yaradıcılıq enerjisi kimi təsəvvür edir. Gərək insanın qanında əvvəlcə eşqin 
özü yaransın, onun bəsirət gözü açılsın, o, həyatı sevsin, yaşamağın gözəl-
liyini duysun. Yalnız bu anlamdan sonra o, damarlarında axan mayenin qan 
formasında olan eşq olduğunu anlayacaq. Müəllifin düşüncəsinə görə (əsər-
də Yaddaş Sahibinin qənaətinə görə), gəncliyin elə bir mərhələsi başlanır ki, 


229 
 
bu mərhələdə zaman da, məkan da, hərəkət də bütövlükdə ecazkar, qeyri-
adi, füsunkar və cəzbedici olur. Özü də təsəvvür edin; qışda yağan qarın özü 
insanın damarlarında qaynayan (həm də sözün həqiqi mənasında qaynayan) 
qanı soyuda bilmir, onun mənəvi aləmində bir od qaynayır: 
 
Zaman necə füsunkardı... 
Qışda lopa qar yağardı, 
İçimdə sönməz od vardı. 
 
Yeraltı layların hansısa qatlarında güclü istilik enerjisi bəzən o qədər 
yığılır ki, yer təkinin onu boğub saxlamağa gücü çatmır. Və beləcə, vulkan-
lar püskürür. Şair də müəyyən mənada canlı varlıq olaraq təbiətin belə bir 
hadisəsinə  bənzəyir. Bayırda lopa-lopa qarın yağdığı, onun özünün daxili 
aləmindəki alovun bu gənci təlatümə  gətirdiyi dövrün özü, müəyyən mə-
nada, açıq izah tələb edir. Onun gözlərinin önündə uzun yollar var. O, bu 
yolları necə keçəcək? Hələ aydın deyil, heç yolun son ucu haqqında da dü-
şünmür. Amma bu yol ona görə cazibəlidir ki, bu yolda ona sirli baxışları ilə 
"arxamca gəl, mənimlə gəl, mənə çat, əlimdən tut, mənə qovuş" deyən, səs-
siz baxışlarla danışan gözəlin özü şairin ruhunu özünə  çəkmiş, varlığını 
özündən almış dünyanın sahibi var: 
 
O zaman uzundu yollar
Yol boyu gəzərdi yar. 
Ayaq gəzər, göz süzərdi, 
Könül hər şeyi bəzərdi. 
 
Damarlarında eşq axan, gözlərindən vurğunluq yağan gəncin həyatının 
mənası onun könül dünyası ilə bağlıdır. Bu könül aləmi ayaqların gəzdiyi, 
gözlərin süzdüyü yerlərin hamısını öz dili ilə  bəzəyir. Hətta sevgilisinin 
gövdəsinə söykənib dayandığı  ağacın yarpaqlarına, bu yarpaqların tərpə-
nişlərinə məna verir. Sanki o yarpaqların bir səhər küləyilə tərpənişləri şairə 
nəyi isə danışır. Burada şair anlamını aşiq kimi düşünmək təbiidir. 
Yaddaş Sahibi bəzən özünü kənara çəkir, başqa sözlə, özündən özünə 
baxır. Yaxud bu günün gözü ilə qayıdıb həmin günləri təzədən müşahidə 
edir. Bir ağacın altında dayanmış axşamın qaranlığında yolları kəsişən gənc-
lərin gözlərinin parıltısı ilə danışması, səssiz sükutla dilləşməsi damarlarında 
eşq axan, sevgi çağlayan gəncliyin ömür salnaməsinin başlanğıcı olan bir 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə