Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə71/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   65   66   67   68   69   70   71   72   73

223 
 
Göz qandırdı, göz yandırdı 
Könül-könülə yaraşdı. 
Dost-yoldaşlar utandırdı, 
Söz o sözdü, yaş o yaşdı... 
 
Beləcə, ilk gəncliyin sevgi işıqları onun yolunu nurlandırır, onun həya-
tına yeni məna gətirir. Onu sevgi dolu bir aləmin, bu aləmin yaşamağa haqqı 
olan bir sakininə çevirir. Yaddaş Sahibi sanki yuxudan ayılır. Hansı hissləri-
ni nəğməyə çevirib oxuduğunu duyur və nəğməsini elə buradaca dayandırır. 
Bir sözlə, həmin o uşaqlıqdan qopmaqda olan aləmə indiki yaşından baxır: 
 
Uşaqkən min xəyal qurdum... 
Nəğmələrin qanadında. 
Deyəsən sevda adında 
Arzuma doğru uçurdum?!. 
 
Nəğmələrin qanadında uçduğu anları, xəyallarında yaratdığı aləmi öz 
nəğmələri ilə bizə qaytaran müsafir çox böyük səmimiyyətlə etiraf edir ki, 
onun dənizçi olmaq, təyyarəçi olmaq, səyahətçi olmaq istəyinin hamısının 
məğzində, mayasında dayanan bircə həqiqət vardı. O da sevda adlı arzusuna 
çatmaq həqiqəti. 
Zənnimcə, müəllifin sevgini, sevdaları arzuya bənzətməsi də çox ma-
raqlıdır. Əslində, elə həyatın yaşarılığını təmin edən əsas amil arzu ilə bağlı-
dır. Sevdasız, sevgisiz arzu isə yəqin ki, mənasız istək olardı. Birdən onun 
qəlbindən bir haray sədası qalxır. Özü öz nəğmələrinin qanadında qayıdıb 
uşaqlıq aləmindən ayrıldığı günlərə düşən anlarda öz səsinin sehrinə düşür. 
Axı o, bu səsi, heç kimsəyə oxumadığı nəğmələri özü eşitdi, öz dilindən, öz 
ağzından çıxan nəğmələri eşidən kimi vahimələnir. Hər halda o, bu nəğmə-
ləri könül sirri kimi saxlayırdı.  İndi onun sirri faş olmuşdu. Özü öz səsini 
eşitmişdi. Bəlkə, bu səsi eşitməklə onun nəğmələrinə bir xələllik gələr? Bəl-
kə, məhrəmliyini qoruduğu sirrinə xəyanət eləmiş olar? Amma yox, bu səs-
dəki ecaz, bu səsdəki duyğu tamam başqadır. Yerlər, göylər eşitsə  də, lap 
Allahın özünə çatsa da - həm də Allahın da özünə çata bilər, çünki sevgi 
nəğmələri Tanrı yanında dualardan da müqəddəsdi - onun, o ecazkar səsin 
nə yerlərə, nə göylərə bir xətəri dəyməz. Tanrı dərgahından tutmuş insanla-


224 
 
rın mənəvi saraylarına qədər bu səs kainatda harmoniya, ahəng yaradar. 
Müəllifin həmin səsi təsvir etdiyi misralara diqqət edək: 
 
Allah, Allah, o nə səsdi, 
Yerlər, göylər eşitdimi? 
Duadan da müqəddəsdi. 
Bülbüldümü, Rəşiddimi? 
Ya, bəlkə, Şövkətdi, Xandı? 
Ruh titrədi, könül yandı... 
 
Beləcə, onun mənəvi aləmindəki titrəyişlər, həyəcanlar öz ünvanına ça-
tır. Onun ruhunu təzədən qanadlandırır. Bu, o qədər təsirlidir ki, onun könül 
aləminə bir yanğı gətirir və əsərin indiki məqamında Yaddaş Sahibinin izti-
rablarını, onun mənəvi ağrılarını gözlərimizin önündə canlandırır. Bəlkə də, 
Xanın, Rəşidin,  Şövkətin adlarını  çəkməklə onun könül dünyasında səssiz 
oxunan nəğmənin səsini, sədasını bu səs qüdrətlilərinin ecazkar səsləri ilə 
müqayisə etməsi onu düşündürür. Bu səsin məlahətini o səslərlə qarışdırma-
maq üçün son anda nəğmələrinin qanadından onu bütün ömrü boyu gəzdi-
rən, xəyallarının atından yerə enir, bugünkü insanların arasında dayanır. Da-
ha nəğmə yox, asta-asta onun dodaqlarının arasından pıçıltılarını eşidirik: 
 
Ayrıca bir məlahət 
olmasa da səsimdə. 
Ürəyimin telləri 
yanırdı nəfəsimdə. 
 
Bəlkə də, H.İsaxanlının bu hisslərini, duyğularını daha sərrast, daha də-
qiq, daha biçimli formalarda vermək cəhdləri ola bilərdi. Amma onda bu 
təbiiliyi və bu səmimiyyəti görə bilməzdik. Məzmun da bizi çəkməzdi. Nə 
qədər səmimi olmalısan ki, səsində qeyri-adi bir məlahət görməsən də, an-
caq özünə aid olan səslə oxuyasan və ürəyinin də telləri öz nəfəsində yana. 
Zənnimcə, şair bu hissləri yaşaya bilməsəydi, bu duyğuları mənəvi aləmin-
dən təzədən keçirə bilməsəydi, ürək tellərinin nəfəsində yandığını da hiss et-
məzdi. Buradaca bir sevgi-məhəbbət dastanının tarixini bir muğam kimi 
dinləmiş oluruq. Təsadüfi deyil ki, müəllif son misrada "Şur"  muğamının 
adını xatırladır. O, lap bəmdə oxusa da, zildə oxusa da, dərdin sarı simi üs-


225 
 
tündə oxuyur. Sarılıq ayrılıq, hicran rəngidir, həsrətin ifadəsidir. Filankəs 
elə oxuyur ki, lap sarı simə dəyir. Xalq canlı danışıqda sarı simin mahiyyəti-
ni belə ifadə edib. Və zənnimcə, müəllif də səssiz-səssiz oxuduğu nəğmələri 
ilə oxucusunun könül aləminin sarı simini dilləndirə bilib: 
 
Köklənirdim "Şur" üstə, 
həzin, sarı simdə də. 
Oxuyurdum zildə də, 
səssiz, ürəyimdə də. 
 
Yuxarda demişdik ki, bədii  əsərdə oxucunu çəkən nədir? - sualı  bədii 
əsərin mahiyyəti haqqında düşünənləri həmişə düşündürüb.  "Ziyarət" poe-
masının ayrı-ayrı hissələrində olduğu kimi, burada da sanki nəbzi əlimizdə 
olan insanın ürəyinin döyüntülərini hiss edirik. Biz burada bir şairin həyat-
dankənar, qeyri-insani bir varlığı təsvir etdiyini yox, həqiqi insanı, bizimlə 
danışan, bizi duyan, onu duymağımızı istəyən bir insanı görürük. Göründü-
yü kimi, müəllif insanlara aşılamaq istədiyi ideyanı, fikri, məqsədi - bunu 
mənəvi sağlamlıq kimi duymaq olar, ucalığa çağırış kimi anlamaq olar, in-
sanın insan olduğunu təsdiq edən xeyirxah niyyət kimi başa düşmək müm-
kündür - öz içindən, daxili aləmindən götürüb ona nəfəs verdiyi, ona can 
verdiyi,  ruh verdiyi obrazın timsalında təqdim edir. Görünür,  mütəfəkkirlər 
də elə bu məqamı bu cür qavramağı daha üstün tutublar:  
"...Bitki toxumdan necə cücərib boy atırsa, hadisələr də ideyadan elə 
inkişaf edir. Məhz buna görə oxucular onun şəxslərində kölgələr deyil, 
canlı surətlər götürürlər, bunların sevincləri ilə sevinir, bunların haq-
qında düşünür, mühakimə edir və bir-biri ilə mübahisə edirlər, sanki 
söhbət doğrudan da yaşayan və onlarla tanış olan adamlar haqqında 
gedir..." 
1
.  
H.  İsaxanlının yaratdığı obrazın, daha dəqiq desəm, Yaddaş Sahibinin 
ruhumla doğmalığını hiss etməsəydim, onu özümlə müsahib kimi görməsəy-
dim, başqa sözlə, onu dəqiq tanımasaydım, yəqin ki, ustadın fikirlərinə də, 
düşüncələrinə də güvənə bilməzdim. 
...Özündən başqa bir kimsənin könlünü səsi ilə, sözü ilə dilləndirə bilən 
hər kəs sənətkardır - istər şair olsun, istər nəğməkar, müğənni... 
                                                 
1
 V.Q.Belinski. "Rus ədəbiyyatı klassikləri haqqında". Bakı, 1954, s.347. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə