Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə2/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   2   3   4   5   6   7   8   9   ...   73


 
 
Redaktordan 
 
 
"Həyatın Dastanı"nda "Ziyarət"in fəlsəfi mahiyyəti 
 
Yaxşı tanıdığım, ruhu etibarilə, mənəvi mühitilə  mənə doğma olan 
dostum Əli Rza Xələflinin bu il yazıb başa çatdırdığı həyatın romanı əsərini 
ardıcıl izləmişəm, oxumuşam və redaktə etmişəm. Sözün həqiqi mənasında 
məmnuniyyətlə, böyük zövqlə. Adından da göründüyü kimi, həyatın  ən 
müxtəlif tərəflərinə  işıq salan bir əsər kimi "Həyatın Dastanı" poetik bir 
əhvalla əzəlindən sonunadək müşayiət olunur. Əsər şair Hamlet İsaxanlının 
"Ziyarət" poemasının motivləri  əsasında yazılmış  ədəbi-fəlsəfi düşüncələr-
dən ibarətdir. Bu müəllif qənaəti olsa da, mən "Həyatın Dastanı"nı monoq-
rafiya kimi görürəm. Çünki bu əsərin həm də dərin elmi siqləti var. Əsərin 
kütləvi dildə, emosional bir ruhda yazılması geniş oxucu kütləsinin mara-
ğına səbəb olacaq. Mən buna şübhə etmirəm. 
* * * 
Əmir Ünsürül-məali Keykavus ibn İsgəndər ibn Qabus ibn Vəşmgir ibn 
Ziyar (1021 - 1082) şairlik qaydaları haqqında oğluna nəsihətində buyurur:  
"Şeir (qəzəl, qəsidə, mərsiyə və s.) yazdıqda o barədə nə mümkünsə
hamısını de, bitkin bir əsər yarat, heç vaxt yarımçıq yazma. Bir də ki, 
nəsrdə işlənən sözləri şeirdə işlətmə, nəsr - rəiyyətdir, şeir - şah. Rəiy-
yətə yaraşmayan şey şaha heç yaraşmaz"
1
.  
                                                 
1
 “Qabusnamə”.”Şərq-Qərb” nəşriyyatı. Bakı , 2006, s.147. 



 
Deməli,  şeir sənətin gözü, bütün yaradıcılıq növlərinin başçısıdır,  şahıdır. 
Elə buna görə də poeziyaya bu qədər boz-bulanıq axın var. Elə buna görə də 
hər şairəm deyən gücü çatdı-çatmadı, "poetik şedevr" yaratmağa, "şahbeyt-
lər" icad etməyə can atır. Elə buna görə də hər ürəyindən şahlıq keçən şah 
ola bilmir. Çünki ən azı iddiayla tələb, imkanla gerçəklik, formayla məz-
mun, təsadüflə zərurət bir-birini tamamlamayanda, başqa sözlə, real həyatla 
tale yazısı üst-üstə düşməyəndə heç nə alınmır.  Əksinə, bütün bunlar düz 
mütənasib olanda, ədəbi şəxsiyyətin missiyası qismən müəyyənləşir. 
Hamlet İsaxanlının da şairlik missiyası yuxarıdakı qanunauyğunluqlar-
sız İlahi töhfə sayıla bilməz. Hərçənd o, "A millət" adlı şerində yüngül qa-
zanc dalınca qaçmaq, rüşvətlə  təhsil almaq, qeyri-qanuni yolla vəzifələrə 
yiyələnmək və s. kimi neqativ halların, mənfi milli xüsusiyyətlərin elm və 
sənət sahələrinə də sirayət etdiyini sarkazmla bildirir: 
 
- Elmdə sıramız? - Bəli, seyrəkdir, 
Bizimki o deyil, sevən ürəkdir. 
On səkkiz min şair nəyə gərəkdir? 
Sən məni də şair etdin, a millət?! 
 
Məncə, bu prizmadan yanaşsaq, qətiyyən elmə  dəxli olmayan, ancaq 
elmi dərəcə almaq uğrunda dəridən-qabıqdan çıxan "alimlərin" sayı heç də 
yuxarıdakı "şairlərin" sayından geri qalmaz. 
H.İsaxanlı süjetli "Ziyarət" poemasınadək kiçikhəcmli, ancaq yüksək 
mündəricəli lirik- poetik təcrübələrini doğruldanadək, heç şübhəsiz, uzun və 
məşəqqətli yaradıcılıq axtarışları aparıb. Hansı böyük şairəsə  bənzəməyə, 
hansı klassikisə təqlid etməyə, yamsılamağa, milli və qeyri-milli məşhurla-
rın həyat və ədəbi fəaliyyətlərini öyrənməyə cəhd edib. Bu yolda dəfələrlə 
daxili-mənəvi böhranlarla, ruhi-psixoloji sarsıntılarla qarşılaşıb. Bəzən zahi-
rən uğurlu, özünəməxsus görünən poetik işartıların ilğımlarında azıb, sonra-
dan aldandığının dərin məyusluq və peşmançılıqlarını yaşayıb. Yalnız təbii 
istedad, ağır zəhmət, özünəinam və  əzmkarlıq sayəsində  bədii üslubun ha-
mıya məlum tərəflərindən və nəzəri postulatlarından əldə edilməsi mümkün 
olmayan, ancaq zatən həqiqi sənətkara sirr kimi, sehr və möcüzə kimi əta 
edilən fərdi üslubun açarını tapandan sonra yeni, işlənməmiş poetik möv-
zuların qapıları onun üzünə taybatay açılmağa başlayıb. 



 
* * * 
Oxucular üçün maraqlı olacağını nəzərə alıb əvvəlcə, Aristotelin "Poeti-
ka"sı və ona sanballı şərh yazan A.Aslanovun Ön sözü əsasında "Ziyarət"in 
yaranma səbəblərini, yüksək zövq məhsulu kimi onu şərtləndirən amilləri, 
janr xüsusiyyətlərini müəyyənləşdirməyə çalışaq. Məlum olduğu kimi 
H.İsaxanlı bu əsərində doğulduğu kəndə qonaq gəlməsinin, kənd obrazları-
nın, kəndlə bağlı əziz, müqəddəs uşaqlıq xatirələrinin poetik təqlidini verib:  
"Zənn etmək olar ki, poeziya sənətini, ümumiyyətlə, iki, həm də təbii 
səbəb doğurmuşdur.  Əvvələn, təqlid uşaqlıqdan bütün insanlara 
xoşdur və onlar digər canlılardan bununla fərqlənirlər ki, təqlidə daha 
çox maildirlər və ilk bilikləri də onun sayəsində  əldə edirlər; ikinci, 
təqlid və onun nəticəsi hamıya zövq verir. Həyatda baş verən hadisələr 
də bunu sübut edir: həyatda bizə iyrənc görünən (yaxud gözəl görünən 
- H.R) şeylərin təsvirinə baxarkən xoşumuz gəlir. Bunun səbəbi isə 
ondadır ki, bilik qazanmaq nəinki filosoflar, eyni zamanda başqa 
adamlar üçün də son dərəcə xoşdur, yalnız bir fərqlə ki, bu sonuncular 
bilikləri uzun zaman üçün əldə etmirlər"
1

H.İsaxanlı ziyarət etdiyi kənd təbiətinin, o təbiəti təşkil edən canlı  və 
cansız predmetlərin fiziki, bioloji keyfiyyətlərini deyil, estetik-fəlsəfi qavra-
yışını əsas götürür. O, təkcə ata ocağı ilə, doğma, tanış şəxslərlə, həmkəndli-
ləri ilə görüşmür, o, həm də ana yurdun, yurddaşların tipik obrazlarını can-
landırır. İndi onun ziyarət etdiyi, haqqında bəhs açdığı yer-yerlərdir, adam-
adamlardır . 
H.İsaxanlı artıq tamamilə yeni dövrün - sovet dövrünü tarixə tapşırmış, 
bütün ideoloji yasaqlara son qoymuş müstəqil, milli bir respublikanın qələm 
əhli kimi partiyalı, formaca milli, məzmunca sosialist buxovlardan azad 
dünyagörüşün yaradıcı təmsilçisidir.Elə buna görə də onun "Ziyarət"i təbii 
və orijinaldır. 
Bu mənada H.İsaxanlının "Ziyarət"ində ədəbi qəhrəmanın hiss və həyə-
canları, dövrün dramatik hadisə  və  əhvalatları müvafiq söz, ritm və ahəng 
daxilində oxuculara çatdırılır. Bu üç haldan ikisi daha fəal və xarakterik 
olduğuna görə, yəni H.İsaxanlının "Ziyarət"i bədii təhkiyənin vasitəsinə və 
predmetinə görə janr etibarilə epik-lirik poemadır. 
                                                 
1
 Aristotel. “Poetika”. ”Şərq - Qərb” nəşriyyatı. Bakı , 2006, s. 27. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə