Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə5/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   2   3   4   5   6   7   8   9   ...   73

14 
 
 
Kövrək sözün işığında 
 
 
 
 
 
 
 
 
 
İnana bilmirəm, şair təbiətən sərt ola, bir insan kimi qəddar ola, amma 
insanlığın son həddinəcən hissiyyatında, poetik duyğularında kövrəkliyini 
qoruyub saxlaya bilər. Hətta bəzən biz insanları tanıya bilmirik. Amma zən-
nimcə, insanın mənəvi pasportu onun mənəvi dünyasını təsdiq edən ən də-
yərli sənəd, ən tutarlı şəxsiyyət vəsiqəsi onun kövrək duyğularını ifadə elə-
diyi misralarda öz əksini tapır. Söz insanın rişəsidir. İnsan danışanda onun 
kökünü hansı torpaqda bitdiyini, hansı mənəvi münbitlik üstündə boy gös-
tərdiyini təsəvvür etmək olur. Təsadüfi demirlər ki, insan doğulduğu yerə, 
yurda, torpağa, təbiətə daha çox oxşayır. Ümumiyyətlə, bu, o demək deyil 
ki, insan düzəndə  "bitəndə", yaxud dağda  "göyərəndə" yaxşıdır, ya pisdir. 
Biz insanın təbiətindəki nadir cizgiləri mənsub olduğu yerin, geniş mənada, 
nəslin, kökün, soyun təbiətinə uyğun görmək üçün onun mühitindəki - 
əlbəttə, mənəvi mühitindəki "dağlığın" və "düzənliyin" mahiyyətinə varma-
ğı bacarmalıyıq. Əgər insan bütün duyğuları ilə sözündə, nəslin, soyun səsi-
ni eşidə bilirsə və bu səsi öz sözü ilə qaytarıb cəmiyyətə verə bilirsə, demək, 
o, öz kökü üstündə göyərib. Bu mənada, Hamletin, əlbəttə, bəşərin mənəvi 
tarixindəki Hamletin olum və ölüm klassik sualının XXI əsrdə  təzahürünü 
bizim Hamletin səsində ancaq bu cür dinləmək olar: 
 
Son günü məni istəmiş - 
Eşidəndə içim yandı. 
Nənə-nəvə görüşmədi 
Bir daha fürsət düşmədi 
Arada divar dayandı. 


15 
 
Əlbəttə, söhbət  şairdən gedir. H.İsaxanlı imkanına güvənib dəbin qur-
banı olan şair deyil. Bütün varlığı ilə yaşadığı ağrıları az-az, yəqin ki, qarşı-
sında dayana bilmədiyi məqamlarda dilinə gətirə bilmədiyi şairdir. O, sözün 
övladıdır, elmin övladı olmaqdan əvvəl. Bu dünyanın maddi təminatlarının 
övladı olmaqdan əvvəl yazısının, kövrək duyğularının tarixi nə zamandan 
başlamasından asılı olmayaraq, şeirin, poeziyanın övladıdır. Elə bilirəm ki, 
nənə son anında nəvəni - Hamleti görməyi elə buna görə istəmişdi. Sözdən 
üstün insanın başqa hansı ünvanı var? 
Bu dünyanın bizdən əvvəl hörülməkdə olan, qurulmaqda olan mənəviy-
yat sarayına biz ancaq səmimiyyət kərpicləri gətirə bilərik. 
...Hamlet  İsaxanlı  hər sözü ilə, hər misrası ilə, auditoriya qarşısındakı 
çıxışları ilə, cəmiyyət içərisindəki görüşləri ilə bu dünyaya ancaq səmimiy-
yət gətirdiyini təsdiq edən ziyalıdır. 
...Görəsən, səmimiyyətdən üstün daha bu dünyaya nə gətirmək olardı? 
* * * 
Əgər şair ömrü boyu - bəlkə də, yaradıcılığı boyu desəydik daha düzgün 
olardı - bircə obraz yaradıb və həmin obrazın mənəvi təlatümlərinin qaba-
ğında dayana bilirsə, o təlatümlərin arzuladığı, istədiyi duyğuları ömrü ilə, 
həyatı ilə əvəzləyə bilirsə, yəni həmin hissləri və duyğuları ona doğru istək 
açan bütün canlı aləmə və insanlara xüsusi bir istəklə verə bilirsə, əsirgəmir-
sə, bu yöndə ruhunun, mənəvi dünyasının qapısını səxavətlə aça bilirsə, de-
mək, o, şair ömrü yaşayıb. Və yalnız bundan sonra demək olar; o, insan öm-
rü yaşayıb. İstər təbiətlə qarşılaşmada, istərsə də insanlarla üzləşmədə onun 
alnı açıq olacaq. Nə qədər təsirlidir "Dənizdə bir quş" şeiri: 
 
İstanbul boğaz içi 
Tüğyan edir dalğalar. 
Dayan, bir an, gəmiçi 
Dənizdə bir quş ağlar. 
 
Burada  şairin, daha dəqiq desək, müəllifin mənəvi dünyasındakı  təla-
tümlərin mahiyyətini axıracan dərk etmək, duymaq üçün yalnız misraların 
arasında bir-iki sözün yerini dəyişmək lazımdır. Yerini dəyişmək yox, daha 
dəqiqi, dənizdə ağlayan quşun əvəzinə, cəmiyyətin içində arzularını göyərdə 


16 
 
bilməyən bütün mənəvi dünyasında yaşayan enerjisini, gücünü insanlara 
sərf edə bilməyən, bir sözlə, gəldiyi həyatın mahiyyətinə uyğun bütün gücü 
ilə görünə bilməyən insanın daxili-mənəvi təlatümlərinin qarşısında dayanı-
rıq. Bəli, həmin ağlayan quşu Vətəndə, ya qürbətdə, uzaqda, ya yaxında ol-
mağından asılı olmayaraq, arzularını göyərdə bilməyən insan kimi təsəvvür 
etmək bəs edərdi müəllifi başa düşmək üçün....Bəlkə, elə bu cür düşüncələri 
axıracan aparaq və o müəllifin adını çəkməyək. Hətta, belə bir ədalətsizlik 
eləsəydik də kimlərsə, həmin misraları oxuyan kimi deyəcəkdi ki, o, Hamlet 
İsaxanlıdır. 
Biz hamımız bir gəminin sərnişinləriyik. Vaxtilə böyük sənətkarımız 
Bəxtiyar Vahabzadə də belə deyirdi. Bizim mahnılarımızın birində də "Gə-
mini sür gəmiçi qardaş, Gün oldu yarı" deyilir. Amma H.İsaxanlı "Dayan, 
bir an, gəmiçi" - deyə müraciət edir. Bəlkə, bu gəmidən bir qalan var, bəlkə, 
elə o gəmidən qalan quşun ağlamağında bir məqsəd var. Bəlkə, elə onun bir-
cə arzusu bəs eləyəcək bu dünyanın üzündən müharibələrin, qanların, qada-
ların kökü kəsilsin. Hamlet İsaxanlı bütövlük kompleksi olan ziyalıdır. Ki-
fayət qədər tanınmış riyaziyyatçı alim, tələbələri tərəfindən sevilən pedaqoq, 
auditoriyada dinləyicilərinin maraqla qulaq asdığı natiq, ədəbiyyat aləminin 
kövrək duyğulu bir şairi kimi tanınır. Onun həyatının mənası dünyaya gö-
zəllik gətirmək istəyinə bağlıdır. Özünün özünə verdiyi "Bu dünyaya nə gə-
tirdim?" sualının cavabı da elə bu istəklə üst-üstə düşür. 
Biz fenomenləri bir çox hallarda qeyri-insani formada təsəvvür edirik. 
Amma unuduruq. Fenomenlər çox vaxt elə bizim əhatəmizdə olur. Son nə-
fəsdə  nənənin arzuladığı  nəvə dünyanın sinəsində  əbədiyaşarılıq gücündə 
olan həyat ağacını bitirəndir. 
...Həyat ağacı. Öncə insanların ruhi-mənəvi aləmində göyərməlidir. 
Söhbət Xəzər Universitetinin rektoru, dünyaşöhrətli riyaziyyatçı alim və 
kövrək duyğular şairi Hamlet İsaxanlıdan gedir. 
...O, dünyanı sevir və bu dünyanın içərisində Vətənini sevir, dilini sevir, 
doğmalarını sevir, tələbələrini sevir... 
 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə