Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə14/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   10   11   12   13   14   15   16   17   ...   73

42 
 
"Ata" adını daşıyan varlıqların bilici olmaları onların qeyb aləmi – gö-
rünməzlər dünyası ilə bağlılıqlarından gəlir. Kökündə "ata" məfhumu 
dayanan "ata-saqun", M.Kaşqari "Divan..."ında "həkim, hikmət sahibi, 
müdrik, bilici" kimi mənalandırılır. 
"Saqun" isə karluqlarda "qam" demək idi. Maraqlıdır ki, Atillanın qur-
duğu Hun dövlətində də "Ata-kam" bir bilgə - müdrikin adıdır"
1
. Yeri 
gəlmişkən, ata obrazının müqəddəsliyini tarixi abidələrdə, qədim türk-
alban məbədlərində qoruyub saxlayan toponimik adlara bizim 
Cəbrayıl rayonunda da rast gəlinirdi. Cəbrayıl ata, Çomaq ata, Tumas 
ata, bəlkə də, hansısa bir mahiyyəti ilə elə bu adlarla səsləşən Gordu 
baba... ata adı ilə bağlı belə müqəddəslik məkanları Orta Asiyada, Ön 
Asiyada və Kiçik Asiyada da çox yayılmışdır. Bir sözlə, qədim türkün 
tarixini yaşadan möhürlər kimi zamanlar keçərək, qəddarlıq mühari-
bələrinə qarşı döyüşərək tarix yolunda qalib çıxmış adlar kimi etnosun 
ruhunu özündə yaşadır"
2
.  
"Ziyarət" isə davam edir. Daha doğrusu, bu ziyarət elə atanın adından, 
onun yaddaşdakı obrazından, mənəvi dünyasından başlanır. Sanki ata illər 
boyu gözlədiyi günə - işıqlığa indi çıxıb. Həsrət çəkən Yaddaş Sahibi də 
tarixin çox böyük, yarım əsrlik bir mərhələsini zirvədən-zirvəyə çatan ayaq-
ları ilə keçə bilib. Fikrimizin təsdiqi olaraq professor C.Mustafayev sözünə 
davam edir:  
"H.İsaxanlının yaxınlarda nəşr etdirdiyi "Ziyarət" poemasını oxuyan 
hər kəs buna bir daha inanır. Bu poemanı ata ocağı haqqında kədərlə 
sevincqarışıq xatirələri əsasında yazıb. Burda əks edilən əsas əhvalat-
ları yaxından izləmək, bunların mənasına varmaq oxucunu düşündü-
rür".
3
  
Yaddaş Sahibi böyük dərgahın qapısı ağzındadır. Bu qapıdan keçməklə 
o, bütün ağrı-acılarıyla bərabər, həm də ruhunu səfərbər edən, düşüncələrini 
müəyyən ahəngə, nizama tabe edən bir aləmə düşür. 
H.İsaxanlı  "Ziyarət" poemasında artıq keçmişdə qalmış olan obrazlara 
daha hissiyyatla, daha emosional duyğularla müraciət edir. Şübhəsiz, onun 
artıq tarixə çevrilmiş olan obrazlara müraciətinin mahiyyətində bugünkü zi-
yalının, geniş mənada, bəşər nəsli qarşısında və əlbəttə, həm də mənsub ol-
                                                 
1
 Cəlal Bəydili. "Türk mifoloji sözlüyü". Elm, Bakı, 2003, s. 46. 
2
 Ə.Xələfli. "Yaddaşa aparan yollar"."Kövsər" nəşriyyatı . Bakı,  2011. 
3
 C.Mustafayev."Ata ocağı". "Xəzər Xəbər" jurnalı, 2010 Noyabr , № 290, s.26.
 


43 
 
duğu xalq qarşısında məsuliyyəti ilə bağlıdır. Borçalı son üç yüz ilə yaxın 
dövr ərzində bir çox tarixi təcavüzlərə məruz qalıb. Demək olar ki, Borçalı-
nın tarixi taleyi ilə  hərbi güc sahibləri kefləri istədikləri kimi davranıblar. 
Qüdrətli Səfəvilər dövləti, orta əsr feodal çəkişmələrin qurbanı olduqdan 
sonra, böyük Osmanlı imperiyası Avropa müstəmləkəçilərinin təzyiqi altın-
da sarsıldıqdan sonra demək olar ki, Borçalının taleyi başlı-başına buraxıldı. 
Və təkcə Borçalının yox, Azərbaycanın bir çox ərazilərinin də. 
Rusiya imperiyası caynağını Şərqə doğru uzadırdı. Və artıq Qafqaz və 
bütün Azərbaycan onun pəncələri altında idi. Beləcə, Azərbaycan ərazilərin-
də yaradılan qonşu dövlətlər nəinki əraziyə yiyələndi, hətta onun tarixi, mə-
nəvi mədəniyyətinə sahib çıxmağa çalışdı. Qərbi Azərbaycan bütövlükdə 
daha uzaq gələcək üçün Qafqazda və Şərqdə jandarm olacaq riyakar erməni 
siyasətçilərinin ixtiyarına verildi. Dərbənd Azərbaycandan qoparıldı. Və bu 
sırada Borçalı da Vətənin qıraqda qalan yerinə çevrildi. Heç kimə sirr deyil 
ki, bu gün ən müxtəlif yollarla borçalıların torpaqları əllərindən alınır, Qara-
papaqlar dədə-baba torpaqlarında sıxışdırılırlar. Və demək, H.İsaxanlını yal-
nız nostalji duyğular deyil Borçalıya çəkən. Atasının, babasının, nənəsinin, 
ulu keçmişinin tarixini canlandırmaq istəyi ötəri bir həvəs deyil və yalnız 
poetik duyğularla bu hissi bağlamaq olmaz. Bu gün Borçalıda doğulub bö-
yümüş sənətkarların, ziyalıların - Xalq şairi Zəlimxan Yaqubun saza üz tut-
ması, Borçalının mənəvi simasını özündə əks etdirən poetik örnəkləri dilə-
ağıza çəkməsi  Əməkdar memar, yazıçı-publisist, rəssam Ömər Qoçulunun 
"Nənəmin nağılı"nı yazması və təbii ki, bu yöndə H.İsaxanlının "Ziyarət"ə 
önəm verməsi yalnız ədəbiyyatla bağlı məsələ deyil. Bu, həm də xalqın real-
siyasi taleyi ilə bağlı məsələdir. Əslində, bu məsələdə insanın özünün şəxsi 
həyatını necə yaşaması, bu şəxsi həyatın özündə ictimai həyatı necə qavra-
ması, bir sözlə, insanın mübarizələrinin mahiyyəti cəmlənir. Bəli, insan hə-
yatının mənasını  nədə görür? - sualına cavab vermək istəyən müəllif hələ 
"Ziyarət" poemasından çox-çox əvvəl yazdığı, yaratdığı şeirlərdə də bu sua-
la cavab verməyə çalışmışdır. Onun "Əl-ələ" adlı bir şeiri "Ziyarət" kitabı-
nın lap əvvəlində özünə yer alıb: 
 
Ömür var mənası - ye, iç, yat, 
Nə dərin həyəcan, nə fəryad. 
Sevdasız bir həyat - nə həyat?! 


44 
 
Bu  şeir insan həyatının mənasını ehtiva edən, bəsirət gözü açıq olma-
yanların görə bilmədiyi tərəflərə işıq salır. Şeirin özündən də göründüyü ki-
mi, müəllif üçün həyatın mənası sevdalı yaşamaqla daha zəngin olur. Onun 
üçün nə dərin həyəcanların, nə də fəryadların olmadığı yerdə yaşanan həyat 
və yaxud, könül dünyası zəmanənin tufanları ilə üz-üzə gəlməyən insan üçün 
ömür yeməkdən, içməkdən və yatmaqdan başqa bir şey deyildir. Bəs bunun 
üçün nə etmək lazımdır? Bu suala da müəllif dəqiq və aydın cavab verir: 
 
Sizə bir söz deyim, nəhayət, 
Tutuşaq, a dostlar, əl-ələ. 
Keçməsək arzudan əmələ, 
Böyük bir təhlükə, qorxu var - 
Məhv olar, puç olar arzular. 
Könüllər coşub nəğmə deməz, 
Dünya biz deyənə bənzəməz. 
 
Təəssüf ki, müəllif "Ziyarət" kitabında toplanmış bir çox şeirlərinə tarix 
qoymayıb. Zənnimcə, şairin ən dəqiq özkeçmişi (həyat yolu, ömürlüyü, tər-
cümeyi-halı, avtobioqrafiyası) onun şeirləridir. Çünki şeirlər sanki insanın 
mənəvi aləminin ən dərin gizlinlərində qalmış sirlərini açır. Bu şeirin özü də 
göründüyü kimi, müəllifin "Əl-ələ" adlandırması təsadüfi deyil. Müəllif in-
san həyatının zənginliyini insanların bir-birində doğmalığında görür, bir-bi-
rini daha dəqiq, daha aydın başa düşməsində görür. Hiss olunduğu kimi, bu 
kiçik, poetik parçada müəllif hələ gələcəkdə tufan kimi üzə çıxacaq "Ziya-
rət"in həyəcanlarının ilk mərhələsini yaşayır. Başqa sözlə, "Ziyarət" kitabın-
da toplanmış şeirlər "Ziyarət"in yazılması üçün psixoloji hazırlıq mərhələsi-
ni öz üzərinə götürmüşdür. Elə ona görə də "Ziyarət"in ayrı-ayrı məqamları-
na aşkarlıq gətirdikcə, sanki ilk baxışdan  "Ziyarət"ə  dəxli olmayan, amma 
daha dərindən yanaşdıqda  "Ziyarət"in  əzəmətli ruhunu tamamlayan, onun 
mənəvi zənginliyini açmağa kömək edən belə şeirlərə də müraciət edəcəyik. 
Biz dünyanı necə görmək istəyirik və görmək istədiyimiz dünyanın mövcud 
durumunu necə görürük? Əslində, H.İsaxanlını  dərindən düşündürən, onu 
həyəcanlandıran, onu insanlara üz tutmağa vadar edən bu sualların cavabın-
da gizlənən həqiqətdir. 
Şübhəsiz, müəllif öz məqsədini daha yaxşı çatdırmaq, ideyasını qabart-
maq üçün tarixi yaddaşdan qidalanan emosiyalarına da rəvac verir. Hisslə-


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə