Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə22/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

67 
 
Ürəyim yamanca dolub, 
Qocalığın başı batsın. 
Qocalarda adət olub 
Sözü çeynəsin, uzatsın... 
 
Qocanın bu sözlərindən sonra onu dinləmək yox, tanımaq yox, başa 
düşmək gərəkdir. Onsuz da klassik məntiqin tələbi də elə budur: tanımaqdan 
çox başa düşmək. 
Yaddaş Sahibi kimdir? Əlbəttə, bu suala birbaşa cavab vermək çətindir. 
Ən azı ona görə ki, biz onu nə qədər aydınlığı ilə görə bilsək də müəyyən 
məqamlarda onun daha örtülü tərəfləri üzə  çıxır. Görünüşcə,  ətraf aləmə 
münasibətilə bizə yad adam deyil. Amma onun elə xarakterik cizgiləri var 
ki, biz müəyyən məqamlarda razılaşmaq istəməzdik: o, hər kəsi axıracan 
dinləməyi sevir. Bəlkə, dinlədiklərinin içərisində  təbiətinə qanad verən bir 
səbəb oldu. Buradan belə bir nəticə çıxır ki, o, klassik təbircə desək, roman-
tikdir. Bir az da xəyalpərvərdir. Bəlkə də, ona elə gəlir ki, ziyarət eləməyə 
gəldiyi yurdunun bütün ağrı-acılarına məlhəm ola biləcək, daşmış səbirlərə 
təskinlik gətirəcək. Amma həyat tamam başqa mətləblərdən xəbər verir. Bi-
zim romantik, zəmanəmizin obrazı olan ziyalı nə qədər ayaqları yerdədirsə, 
bir o qədər də, mənəvi saflığı ilə qanadlıdır. Onun günahı yoxdur ki, torpa-
ğına, yerinə sahib olmayan adamların əvəzində cavab verməyə məcburdur. 
Yurd bütün varlığı ilə onunla üzbəüz danışan qocanın timsalında üzə durub. 
Beləliklə, biz "Ziyarət"  əsərində  cılpaq bir həqiqət görürük. Ya qoca ona 
təlqin elədiyi kimi, Yaddaş Sahibi özünün bütün varlığı ilə gücünü gös-
tərməli, yurdun son nəfəsində ona dayaq olmalıdır, ya da sadəcə, acizanə bir 
şəkildə üzünü döndərib getməlidir. Budur həyatın iç üzü, ən yaxşı günlər, ən 
xoş ovqat, yurdun bəxtəvər günləri hamısı yada düşür. Yurd nə vaxt bəxtə-
vər olur? Yada düşənlər nədir? Yurdun üzərində atlar kişnəşir, yurdun oğul-
ları göz-gözə gəlib, bir-birinin kimliyini dərk edir, üzü yağılara tərəf qürurla 
dayanır, dumanın, çənin gəldiyi tərəflərdən çəkinmir... bax, yurd bu zaman 
özünü bəxtəvər hiss edir. Amma zaman gəlir ki, dizibərk kişilər zamanlarını 
başa vurub dünyadan köçür. Dizi aynalı oğullar ona baxıb qürur duyan gö-
zəlləri görmür. Gücdən düşür və yurd beləcə boşalır... Və beləcə yurd yazıq 
və mağmın olur. 


68 
 
Tarixən böyük Azərbaycan olub. Qonşu ermənilərin təlqin elədiyi bö-
yük Ermənistandan fərqli olaraq böyük Azərbaycanın sərhədləri də məlum-
dur. Və demək, Yaddaş Sahibinin böyük "Ziyarət"lə yad elədiyi yerlər təsa-
düfi yerlər deyil. Böyük Azərbaycanın bir parçasıdır. Amma o parçasıdır ki, 
Yaddaş Sahibinin yaddaşında göyərməsəydi, sonuncu nəfəsini yaşayardı. 
Danmağa nə hacət, Göycə əlçatmazdır, Borçalı qorunmalıdır, Dərbənd 
qorunmalıdır, Cənubi Azərbaycan qorunmalıdır. Yalnız bu düsturun təsiri 
ilə yanaşanda Yaddaş Sahibinin xidmətinin gücünü dərk eləmək olar. Ümu-
miyyətlə, onun nə demək istədiyini, onun sənətinin məğzində nəyin dayan-
dığını yalnız bu zaman daha ətraflı dərk eləmək olar. Zənnimcə, sözdən və 
sənətdən əlbəttə, bu baxımdan yanaşanda sənətkardan bundan o yana daha 
nəyi tələb eləməliyik? Şairin yaratdığı böyük Yaddaş Sahibi obrazı əslində 
tarixi bir obrazdır, tarixi yaddaşın missiya daşıyıçısıdır. 
"Ziyarət" nəhəng bir kompleksdir. Ziyarət xüsusi bir mərasimdir. Onu 
mənəvi borc bilən hər kəs ziyarət yolunda özünün mənəvi təkamül məqam-
larını daha yaxşı dərk edir. 
H.İsaxanlının "Ziyarət"i yurda bağlılığın, yurda can atmağın, yurda qo-
vuşmağın, yurdu qorumağın, ona həyan olmağın, onun yalnız özünün başa 
düşə biləcəyi bir dildə dərdlərini danışmağın könül "Ziyarət"idir. 
 


69 
 
 
Obrazin məntiqi - həyatin mənasi 
 
 
 
 
 
 
 
 
«Ziyarət» əsərinin əsas güc mərkəzi Yaddaş Sahibinin obrazı ilə aşkar-
lanır. Bu obraz bütün əsər boyu xüsusi hərəkətverici gücə malikdir. Biz 
onun  ətrafında, onun haləsində baş verən hadisələri məxsusi olaraq onun 
özünün münasibətilə qavrayır, başa düşürük. Açıq demək lazımdır ki, "Ziya-
rət"  əsərindəki Yaddaş Sahibi obrazı Azərbaycan  ədəbiyyatındakı tarixi 
yaddaşı canlandıran obrazlardan fərqlidir, yəni bir növ qeyri-ənənəvi obraz-
dır. Bəzən onun hədsiz dərəcədə sadəliyi sadəlövhlük təsiri bağışlayır. Onun 
təbiətində bir uşaqlıq, uşağaməxsus kövrəklik  əlamətləri görünür. Bir çox 
hallarda o, bu cəhətləri ilə xüsusi qayğıya möhtac olan bir uşaq zəifliyi təsiri 
bağışlayır. Sanki təbiətdəki ecazkar görkəminə, sehirli cazibəsinə, nadir olan 
rayihəsinə, ətrinə görə elə çiçəyə bənzəyir ki, o çiçək görənləri özünə çəkir. 
Amma yaxınlaşıb ona toxunsan və bəlkə, bir qədər onun zəifliyini nəzərə al-
masan, elə yerindəcə ovulub tökülər. Amma əslində, bu ilk baxışdan belə 
görünür. Onun çox güclü məntiqi var. Saydığımız xüsusiyyətlərin hər birisi 
onun cazibəsini artırır.  Əgər o, ilk baxışdan düşündüyümüz kimi, zəif və 
aciz olsaydı, xüsusi yaddaş ağırlığını öz çiyinlərində daşıyıb, maneələri dəf 
edib yurdacan gəlib çata bilməzdi. Obrazın məntiqini, xüsusilə, bu məntiqin 
fəlsəfi mahiyyətini dünyanın görkəmli filosofları mühakimələrində, ədəbiy-
yatşünasları təhlillərində və eyni zamanda, şairləri yaratdıqları xarakterlərdə 
açmağa  çalışıblar.  Y. E. Qolosovker
1
  obrazın məntiqi haqqında danışanda 
mühakimələrini belə təqdim edir:  
"Obrazın məntiqi bütövlükdə tamamlanmış surətlərin mənasının 
sonacan tükədilməsindədir. Yəni ki, bütövlükdə tamamlanmış surətlə-
                                                 
1
 Sovet filosofu  (1890-1967).  


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə