Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə25/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   21   22   23   24   25   26   27   28   ...   73

76 
 
hardasa bir qərib diyarda keçirdiyi hissləri yada salır. Elə H.İsaxanlının "xə-
zana alqiş" şeiri də çox qəribə bir məntiqlə yoğrulub. Müəllif bu şeiri 2004-
cü ildə Malayziyada - Kuala Lumpurda yazıb.  Əvvəlcə  şeirin sərlövhəsi 
barədə. Zənnimcə, hər kəs üçün qərib bir diyara səfər görmədiyi, gəzmədiyi 
yerləri görməklə onun əhvalında bir bahar təravəti yaradır. Ancaq bu, ötə-
ridir. Tezliklə hər kəs öz hisslərinin xəzanını arzulayır. Qəriblikdə yaşadığı 
bahar təravətinin sonunu - xəzanını. Müəllif də elə bu şeirdə ilk əvvəlcə ya-
şadığı bahar sevinclərini tərənnüm edir: 
 
Bu nə xoş diyardır - bəzəkli, zəngin, 
Neçə irq, neçə dil, neçə iman, din! 
Şairim, burda qal, gəz, dolan bir az 
Allah bilir, bir də gəldin, gəlmədin 
Gör nə xoş diyardır - bəzəkli, zəngin! 
 
Əvvəla onu deyək ki, H.İsaxanlı ruh adamıdır. Könül quşu onu haraya 
çəksə, özünü oranın sakini bilər. Amma onun könül quşu da çox sədaqətli-
dir. Yurda sədaqətli, doğma torpağa sədaqətli, Vətənə sədaqətli. Və elə bu 
səbəbdən də elə həmin şeirdəcə bu yerlərdə gəzib-dolanmağın, bu yerlərdə 
həyatdan zövq almağın, daha çox təbiəti duymağın ahəngi ilə yaşayır. Am-
ma tezliklə o, bu qəriblikdəki ecazkarlığın "turşməzə dadını" hiss edir: 
 
Başqadır bu yerdə həyatın dadı, 
İnsan təbiətlə birgə yaşadı. 
Əzəldən gözəllik vurğunuyam mən, 
Amma həyat nə kef, nə tamaşadı, 
Xeyli turşməzədir həyatın dadı. 
 
Sanki elə bununla da bütün mənəvi problemlər həll olunur. Ən azı ona 
görə ki, müəllif burada ilin fəsillərini görə bilmir. Payızı qışdan, qışı yazdan, 
yazı yaydan ayıra bilmir. Demək, onun mənəvi dünyasındakı rənglərlə dün-
yanın bu ecazkar, qeyri-adi guşəsində gördüyü rənglər uyğun gəlmir. Elə 
ona görə  də  Vətən, yurd yada düşür. Deyilənə görə, bülbül qızıl qəfəsdə 
oxumurmuş, quş dili bilən Süleyman onu buraxır. Bülbül öz azadlığına ti-
kanlı kol üstündə nəğmə deyir: - Ax, Vətən, ox, Vətən! 


77 
 
Uzaq Malayziyadakı həsrət bu misralarla bitir: 
Burda nə payız var, nə bahar, nə qış, 
Oğulsansa, gəl bu gərdişə alış. 
Burda xəzan olmur, yarpaq saralmır, 
Şairim, Vətənə dönməyə çalış, 
Burda nə payız var, nə bahar, nə qış. 
 
İndi sual olunur: bəlkə, H.İsaxanlı "Ziyarət" poemasını hansısa bir ədə-
bi mükafatın təmənnası ilə yazır? Bəlkə, elə şairlik borcunu yerinə yetirmək 
qəsdilə yazır? Hər iki halda cavab düz olmayacaq. Çünki o, dünyanı gəzən-
də  də, dünyanı addım-addım ayaqlayanda da ecazkarlığın, təbiət gözəlli-
yinin qoynunda dünyanın gəldi-gedərindən uzaq olan anlarında da yaddaş 
başının üstündə olub, onu yurda, Vətənə çağırıb. O yurda, o Vətənə ki, ora-
da bir müdrik, bir qoca onu gözləyirdi, ona deyiləsi sözləri vardı. Və ondan 
başqa kimsəyə o qoca könlünü açmaq istəmirdi. 
 


78 
 
 
Yaşamağin vətəndaşliq mahiyyəti 
 
 
 
 
 
 
 
 
H.İsaxanlı istər poeziyasında, istər ədəbi-publisistik qeydlərində  və is-
tərsə də çıxışlarında özünü ifadə eləməyə çalışır. Bəlkə də, burada ilk baxış-
dan  "çalışır" hökmü yerinə düşmür. Daha çox uyğun gələn və  həqiqəti 
özündə ehtiva edən budur ki, biz müəllifin özünü ifadə elədiyini, qeyd edəy-
dik. Ancaq insan dünyası daim hərəkətdə olan düşüncədən asılıdır. Demək, 
insan düşünürsə, onun özünü ifadə eləməsi də başa çata bilməz. Olsa-olsa, 
özünü ifadə eləmə inadlı ola bilər, davamlı ola bilər. 
Şairin, mütəfəkkirin özünü ifadə etməsinin də iki istiqaməti var. Bu 
özünü ifadəetmə subyektiv xarakter də daşıya bilər, obyektiv mahiyyət də 
kəsb edə bilər. Ancaq şairin mənəvi aləmində gedən proseslərdə təsdiq olu-
nan bir həqiqəti yaddan çıxarmaq olmaz - obyektivliyin və subyektivliyin 
vəhdətini, sintezini. Şair subyektiv hisslərindən yaza bilər. Amma özünə-
məxsus ümumiləşdirmə ilə həyatın obyektiv mahiyyətini son dərəcə dolğun 
və real cizgilərlə  təqdim edər. Demək, H.İsaxanlının yaradıcılığı  nə  qədər 
subyektiv "mən"ə səmimiyyətlə söykənirsə, bir o qədər də həyatın obyektiv 
gerçəkliyinə söykənir. Və  əslində, onun məqsədi bu gerçəkliyi təqdim et-
məkdən ibarət olur. Həyata, tarixə yanaşmada, cəmiyyətə münasibətdə, 
mənsub olduğu xalqa münasibətdə, mütəfəkkirlər iki istiqamətə ayrılır. On-
lardan bir qismi xalqın mənəvi aləmini özündə ehtiva edərək bu aləmin 
məntiqi tələblərini özünün tələbləri kimi qarşıya qoya bilər. Amma əslində
xalqın fikrini ifadə eləmiş olur. Bu məramı professor Nizami Cəfərov Bəx-
tiyar  Vahabzadə  haqqında  danışanda çox dəqiq bölgü ilə belə göstərib:  
"Elə böyük şəxsiyyətlər olmuşdur ki, millətin iradəsini öz subyektiv 
məqsədlərinə yönəltməyə çalışmışlar - elə  şəxsiyyətlər də olmuşdur 


79 
 
ki, millətin tarixi ehtiyaclarını duyub, dərk edib, həmin ehtiyacların 
ödənilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmişlər"
1
.   
Bu ikinci qisim şəxsiyyətlər elə ikinci qisim mütəfəkkirlərdir. Doğru-
dur, burada görkəmli alim Vəxtiyar Vahabzadənin simasında daha çox si-
yasi obrazın, mütəfəkkir filosofun, liderin xarakterini aşkarlayır. Bunu 
H.İsaxanlıya da aid etmək olar. H.İsaxanlı da mənsub olduğu etnosun ruhu-
nun ehtiyaclarını dərindən duyur. Bu ehtiyacların hansı səbəblərdən yarandı-
ğını yaxşı bilir, xüsusilə torpaqla bağlı, bir vaxt geniş ərazilərə halal sahiblik 
etmiş böyük türkün indi siyasət civarlarında küncə  sıxışdırılmasını  qəbul 
etmir. Bunun üçün ən əsas missiya vətəndaşlıqdır – şairlikdən də əvvəl, filo-
sofluqdan da əvvəl və həmçinin siyasi liderlikdən də əvvəl. Biz H.İsaxanlı-
nın poeziyasında, xüsusilə, "Ziyarət"də bağrının başı köz kimi qızaran, kö-
zərən vətəndaşı görürük. O vətəndaşı ki, indi onun gücü qələminə, xalqın 
qəbul edə biləcəyi, başa düşəcəyi, anlayacağı bir dildə danışmağa çatır. Zən-
nimcə, vətəndaş şair üçün mübarizənin yolu və özü də ən düzgün yolu elə bu-
dur. Xalqı ətalətdən çıxarmaq, ona tarixi keçmişini yenidən dərs kimi öyrət-
mək, mənəvi uyğusunun qarşısını almaq... bundan üstün xalqa xidmət yolu 
varmı? Görünür, elə bu səbəblərdən vətəndaşlıq mahiyyətinin daha əsas ol-
duğunu nəzərə alan görkəmli alim N.Cəfərov  fikrinə  davam  edərək  bir  az  
da  dəqiq və aydın hökmlər verir:  
"Keçmişi də, gələcəyi də  məhz "Vətən tarixi"nin səhifələri kimi və-
rəqləyən" (Yaşar Qarayev) B.Vahabzadə  vətəndaşlığın nə demək ol-
duğunu həm özü, həm də millət üçün aydınlaşdırmağa çalışmaqla, 
mübaliğəsiz deyə bilərik ki, bu günə qədər bir institutun - "Vətəndaş-
lıq institutu"nun işini görmüşdür. O, heç təsadüfi deyildir ki, ömür sə-
hifələrini də "Vətən tarixi"nin səhifələri kimi vərəqləmişdir: "Dünyaya 
göz açdığımız zaman ilk dəfə ayağımızı basdığımız torpaq - Ana Və-
təndir. Sonralar min ölkəyə gedə bilər, min ölkənin suyunu içib, hava-
sını uda bilər, neçə-neçə torpağın müvəqqəti sakini ola bilərik. Lakin 
bu torpaqların, bu ölkələrin heç biri bizə doğma torpağımımzı  əvəz 
edib Ana  Vətən  ola  bilməz" 
2
....   
Göründüyü kimi, burada da müəllif öz fikirlərinin daha dəqiq, bəlkə də, 
ən düzgün variant olduğunu nəzərə qabarıq çatdırmaq üçün akademik Yaşar 
                                                 
1
 Nizami Cəfərov. Seçilmiş əsərləri. (5 cilddə), cild 2, Bakı, 2007, s. 177. 
2
 Yenə orada 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə