Microsoft Word Ali Rza Xelefli enson23


Poeziya - ruhun zərrələri



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə33/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   29   30   31   32   33   34   35   36   ...   73

102 
 
 
Poeziya - ruhun zərrələri 
 
 
 
 
 
 
 
 
 
Həyat çox mürəkkəbdir və bəzən çox hazırlıqlı adamı da çaşdıra bilir. 
Çaşqınlıq,  əsəbi gərginlik, həyatın gözlənilməz təpkilərinə yetərincə hazır 
olmamaq insanın faciəsinə də səbəb ola bilər. Amma insan təbiət və cəmiy-
yət arasındakı görünməz əlaqənin qanunauyğunluqlarını dərk etməklə, bəlkə 
də vaxtından əvvəl, qabaqcadan insani bir instinktlə, duymaqla özünü müha-
fizə edə bilər. H.İsaxanlının poetik yaradıcılığını  və demək, eləcə  də  "Zi-
yarət" poemasını insan və cəmiyyət, insan və təbiət arasındakı əlaqələr haq-
qında ədəbi traktat da hesab etmək olar. Çünki onun həyatla nəfəs alan ob-
razları cəmiyyət içərisində dünyanın harasında olur-olsun, baş verən ən axır 
gözlənilməzliklərə təmkinlə münasibət bildirir. Sanki elə hadisələrin gözlə-
nilməz yox, təbii axarla da baş verdiyini qabaqcadan duyur. Bununla da 
özünü sarsıntılar qarşısında qoymur. Çox ustalıqla özünü baş verən hadisə-
lərin mürəkkəbliyindən kənara çəkməməklə, elə hadisələrin içindəcə  çıxış 
yolunu tapır. Çünki birinci növbədə, o, özünü təbiətdən və cəmiyyətdən təc-
rid eləmir, özünü cəmiyyətin bir üzvü hesab etdiyi kimi təbiətin də bir par-
çası kimi duyur. İnsanın formalaşmasına, müəyyən dünyagörüşə malik ol-
masına qədərki dövr əslində onun həyatının mənəvi əsaslarının yarandığı, mü-
kəmməlləşdiyi dövrdür. Hamletin uşaqlıq və yeniyetməlik çağlarını onun mə-
nəvi həyatının romantik mərhələsi də hesab etmək olar. Bu mərhələni aydın 
dərk etmək üçün onun yaradıcılığındakı müəyyən məqamlara daha dərindən 
yanaşma, onun hisslərinin, duyğularının həmin çağları göstərən təzahürünə 
yaradıcılıq aləminə vara bilmək gərəkdir. "Ziyarət"də belə bir hissə təbiiliyi 
və səmimiliyi ilə xüsusilə diqqəti cəlb edir: "suvararkən bağ-bostani" 
Kənddə böyüyənlər, kənd həyatının zəhmətlə yoğrulmuş uşaqlıq çağla-
rını yaşayanlar bağ-bostanı suvararkən nələrin baş verdiyini yaxşı bilirlər. 


103 
 
Gün başına döysə də, bəzən gücün çatmayıb yorulsan da ləklərin arasındakı 
körpə  şitillərə  xəyanət eləmək olmaz. Hətta bəzən su zəif gəlsə  də, ləkləri 
axıracan suvarmalısan. Suyun çatmadığı, bircə şitilin yanğıdan çəkdiyi "ağ-
rı, əzabları" özün duymalısan. Əvəzində su içən şitilin xəfif küləkdən titrə-
yən yarpaqları sanki səninlə dil açıb danışır, sənə təşəkkür eləyir. Bəlkə dəh-
nədən suyu vaxtsız kəsiblər, su basıb arxı dağıdır, yönünü dəyişir. Arx boyu 
dəhnəyəcən getməlisən burada da vaxt hesablanır. Su ilə bahəm bağa-bosta-
na qayıtmalısan. Axı suyu da bostana qədərincə verməlisən. Artıq içilən su-
yun nə dərd gətirəcəyini babamız Nizami zamanında deyib. Həmin gənc yeni-
yetməlik çağlarını ləklər arasında, bağ-bostanda, arx üstündə kitabları ilə bir 
yerdə keçirən o gənc, bəlkə hələ uşaq indi Yaddaş Sahibidir. İndi o yerlərə qa-
yıdarkən üstündən yellər  əsmiş, zamanlar keçmiş o arxları gözü ilə axtarır. 
Tanış bir mənzərə görərkən ayaq saxlayır, yaddaşı ilə döyüşə çıxır. Yaddaşın 
ona qaytardıqlarını pıçıltı ilə danışmağa başlayır. Bir vaxt gəlir ki, o pıçıltılar 
onun xəyalındakı səliqəli ata, anna zəhmətilə düzəldilmiş ləklər kimi misra-
lara çevrilir. 
Meylimi mən kitablara, 
Göyə, dağa, düzə saldım. 
Bir də əngin xəyallara 
Sözə... ala gözə saldım. 
Həyat eşqiylə alışdım! 
Beləydim, belə də qaldım. 
 
Nə  qəribədir, meylini kitablara salmış, kitablarla bahəm göylə, dağla, 
düzlə qovuşmuş o uşaq, indi ruhunda olan həyat eşqinə görə həmin günlər-
dəki xəyallarına sığınır və sanki bu gün sevinir ki, bir zaman həmin xəyalla-
ra, həmin uçub getmiş dünyaya meylini salıb. 
O dünyanın adı indi xəyallarına çevrilmiş həmin göylərdir, həmin dağ-
lardır, həmin düzlərdir və o zaman sinəsinə sıxdığı kitablardır. Elə bil ki, o 
kitabların içində döyünən ürəyi, çağlayan hissləri, duyğuları o göylərlə, o 
dağlarla bahəm bir yerdə ruhuna hopdurub. Qətiyyən nəzərdən qaçıra bilmə-
rik. Bu romantik duyğulanmaların arasındakı nadir söz obrazını  şair onu 
"ala göz" adlandırır. Və onun ilk sevgisinin adı elə o "ala göz"dür. Və bu 
gün bir də ona sevinir ki, uşaqlıq yaddaşında saf, kövrək duyğuların eyni 
paklıq və kövrəkliklə yoğrulmuş  mənəvi saflığında qoruyub saxlayır. Söz 
onun üçün yenə elə "ala göz"dür. Yenə onun duyğulanmalarının, qeyri-adi 


104 
 
hisslərinin qaynağıdır.  İndi yenə elə  həmin  "ala gözün"  eşqi ilə  çırpınır, 
qapı-bacadakı çalışmaları, bir kənd uşağının bir vaxt gördüyü işləri təzədən 
xəyalında canlandırır, beləliklə, o "ala göz" sözdür ki, onu şair ala göz ad-
landırır. O dağlarla bahəm bir yerdə ruhuna hopdurur: 
 
Qapı-bacada çalışdım, 
Ala-toran, axşam çağı. 
Boş durarmı kənd uşağı?! 
İşin tərs üzü də vardı: 
Məni aludə olduğum 
Kitablardan ayırardı. 
 
Demək, Yaddaş Sahibinin taleyi nə  qədər kitablarla bünövrə daşı qo-
yubsa, elə o qədər də o bünövrə daşının bir tərəfindən yapışan  əl zəhməti 
olub. Kitablara aludəçiliyə, kitablarla arasında olan məhrəmliyə bir kənd 
uşağının görəcəyi işlər mane olmayıb. Həmin o tərs üzü olan ağır zəhmət 
onun gələcək həyatının əsası olub, qələmi ilə dünyanı dörd dolanıb. Gecələri 
yuxusuz qalıb, əslinə qalsa bu gün yazdıqlarını o elə həmin arx üstündə ya-
zıb, xəyalında yazıb, yaddaşında yazıb və zaman-zaman təzədən o aləmə qa-
yıtmaqla o vaxt xəyalına yazdıqlarını indi kağıza köçürüb: 
 
Suvararkən bağ-bostanı 
Qoşardım neçə dastanı... 
Suyu incə ram etməyi, 
Su üstə söz düzəltməyi 
Sevən oğlan indi hanı? 
Varmı bir söz ərməğanı? 
 
Kağızların üstündə bostan ləklərinə bənzər bəzən kövrələrək göz yaşları 
ilə suvarılan misraların hərarəti, odu, atəşi indi də oxucunu ona görə yandırır 
ki, o misralar, o sözlər, o sözün "ala gözlük" timsalında təzühürü ürəkdən su 
içib. Könül aləmindən qidalanıb, ona görə də bü gün onun rişələri elə Yad-
daş Sahibinin mənəvi varlığının dərinliklərinəcən hopub. İndi ona görə o 
misralar Yaddaş Sahibinin öz təbirincə desək, o "ala göz" sevgi ünvanı bu 
qədər həyatidir, bu qədər yaşarıdır. Çünki o, əbədi sevda, o müqəddəs sevgi 
bir vaxt onun ruhunun pak olduğu, mənəvi aləminin saf, dumduru bulaq su-


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə