Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə23/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   19   20   21   22   23   24   25   26   ...   73

70 
 
rin saçdığı mənalar ardıcıllığından obrazın məntiqi doğur. Düzü, mif-
də o, özünü əyrilər üzrə  hərəkət edib bir çevrəni qapadan yeganə 
konkret surətlərin ardıcıllıq cərgəsində aşkarlayır"
1
.  
Beləliklə, obrazın məntiqi yaradıcının bütövlükdə  təqdim edə bildiyi, 
mənasını axıracan aça bildiyi surətlərdə tamamlanır. Görünür, tərcüməçi bi-
rinci cümlədə artıq bir dəfə "tamamlanmış" ifadəsini işlətdiyinə görə, cümlə-
nin sonunda həmin ifadəni təkrarlamamaq üçün "tükədilməsində" sözü ilə ba-
rışmalı olmuşdur.  Əlbəttə, mahiyyət bununla bağlı deyil. Demək, obrazın 
məntiqi onun estetik təsir dairəsindən, yaratdığı  mənalar yükündən və bu 
mənaların xüsusi məntiqi ardıcıllıqla bir-birini tamamlayan izləməsindən 
çox asılıdır. Yaddaş Sahibi də ayrı-ayrı məna və mahiyyətlərə vararkən elə 
incə məqamları diqqətə çəkməli olur ki, biz yalnız bu qabarıq əlamətlər sa-
yəsində zəncirvari ardıcıllığı mənəvi dünyamıza yığdığımız estetik hisslərlə 
qoruyub-saxlayır, bizə olan təsiri özümüz üçün sərvətə çevirmiş oluruq. Bu 
əsərdə  qəribə bir məqam mənim diqqətimi çəkir. Elə  "Ziyarət"in  əvvəlin-
dəcə Yaddaş Sahibinin eynək taxdığını müşahidə edirik. Hələ yarı yaşına 
çatmamış bu adam yaddaş aləminə eynəklə baxır.  Əlbəttə, söhbət  əsərdə 
həyatdan gedir. Zənnimcə, bunun özü də çox dəyərli və xüsusi məna kəsb 
edən bir cəhətdir, əsərin daha dərin qatlarla bağlı olduğuna işarədir. Bu mə-
nada, həmin əlamət elə böyük əhəmiyyət kəsb edir ki, onun haqqında daha 
əsaslı danışmamaq mümkün deyil. Demək, görkəmli filosof təqdim elədiyi-
miz məntiqin davamı olaraq yazır:  
"Dairənin qapanması ilə bütöv obrazın mənası da tükənir. Yeganə 
konkret surətlərin məna ayrısı boyunca hərəkəti  əksərən qarşıdurma 
prinsipi üzrə gerçəkləşir. Beləliklə, bütöv "görmə" ("baxan göz" və 
"korluq") obrazında təkgöz Kiklop yeganə konkret surət kimi mingöz-
lü Arqusun surətinə qarşı qoyulur; gözləri baxa-baxa ruhən kor olan, 
zorən cani edilmiş Edipə qarşı fiziki cəhətdən  şil, amma mahiyyəti 
mənəviyyatının "gözü" ilə görə bilən, qeybdən xəbərlər söyləyən falçı 
Tirezi dayanır. Hətta Kolon şəhərində peyda olub daxilən nurlanmış 
kor Edip də əvvəlki şah Edipin qarşıdurumudur" 
2
.   
Biz təhlilçinin dairənin qapanması ilə obrazın mənasının tükənməsinə 
ilkin başa düşülən mənada yox, daha geniş mənada yanaşmalıyıq. Yəni, əs-
                                                 
1
 Y.E.Qolosovker. "Mifin məntiqi". Kitab aləmi. Bakı, 2006. s. 63. 
2
 Yenə orada. 


71 
 
lində, Yaddaş Sahibi ilə yaddaşın istiqamət verib gətirdiyi obrazın qarşılaş-
dığı məqam dairənin qapanmasıdır, bundan sonra baş verənlərin hamısı bu 
dairənin içərisində cərəyan edir. Biz dairənin içərisini bütün maddi və mənə-
vi aləmin mahiyyəti kimi qavramalıyıq. Qədim yunan mifologiyasına söy-
kənən müəllif təkgözlü ilə mingözlünü yada salır. Onların qarşılaşmasında 
da əsl həqiqət üzə çıxmır, demək, həqiqəti görmək üçün yalnız cismani ola-
raq görən gözlər hələ  əsas deyil. Qədim yunan mifindəki Tiresi – Orakul 
cismani olaraq görmür. Amma o, həyatı bildiyinə görə mənəvi aləmdəki ha-
disələrin məntiqi ardıcıllığını dərk etdiyinə görə, gələcək haqqında da doğru 
və dürüst məlumatlar verə bilir. Hətta filosof fikrinin sonunda eyni şəxsin 
iki dövrünü də yada salır. Gözlü tiran Edip mənəvi korluğun nəticəsində ne-
cə böyük cinayətlər törədir. Amma həyatı  dərk etdikdən sonra - fəqət bu 
zaman o, gözlərinin ikisini də itirmişdir - hətta başqalarının görə bilmədiyi 
həqiqətləri görə bilir, dərk edə bilir. Yalnız onun bundan sonrakı həyatı mə-
nəvi, sağlam həyat ola bilərdi. Beləcə, Yaddaş Sahibi aliməqam bir zirvədə 
görünür. Cismani olaraq gözlərinin nurunu itirsə də, mənəvi gözləri tamam 
açıqdır, onun bəsirət gözləri o qədər nurlanmışdır ki, cəmiyyətə liderlik et-
mək istəyənlərin, fəqət mənəvi korların - hiyləgər siyasilərin, onun axtardığı 
bütün dünyanı gəzdikdən sonra qayıtdığı yaddaş aləminin ətrafında nə qədər 
dəhşətli torlar hörsə də, yenə bu torların - labirintlərin arasından işıqlı dün-
yaya aparan çıxışı görə bilir. Əgər onun bu fəhmi, zəkası olmasaydı, demək, 
onun ətrafında da o qeyri-adi canlanma, dirilmə mümkün olmazdı. 
Yaddaş Sahibi yaxşı bilir ki, kristallaşmış həqiqətlərdən başqa dünyada 
nə varsa, hamısı ötəridir, keçəridir. Yalnız elə  həqiqətlər var ki, məna və 
əhatə dairəsinə görə zamanlarla döyüşə bilir, öz dəyərini qoruyub saxlayır. 
Müəllif "Ziyarət"in ən gözəl fəsillərindən birini gözəlliyin tərənnümünə həsr 
edib. Onun özünəməxsus açımında gözəllik bütöv mahiyyəti ilə  təzahür 
edir. O, əbədiləşmiş, ömrünün kamillik çağına çatmış gözəllik obrazıdır. 
Onun gözəli Bayronun, Füzulinin, Titsianın gözəli qədər müqəddəsdir. An-
caq onların heç birisinin gözəlinə bənzəmir. "O gözəllik qocalmişdi"  - bu 
hökm o gözəlin qənirinə zərrəcə də xələl gətirmir. Ancaq müəllif də - Yad-
daş Sahibi də idealı köklü-köməcli onun mənəvi aləmini yaşına uyğun təm-
kinlə səmimiyyətini elə öz dili ilə təqdim edir. 
Bir səs gəldi arxamızdan: 
 


72 
 
"Ay Bakıdan gələn oğlan, 
Bir az da biz tərəfə bax, 
Qoy bir az da biz danışaq". 
 
Bəzən müəlliflər obrazın səmimiyyətini təqdim etmək üçün elə cizgilər 
axtarıb tapmağa çalışırlar və guya ki, elə dərinliklərə varmağa çalışırlar ki... 
bununla da oxucu ilə obrazın arasında az qala keçilməsi mümkün olmayan 
uzaq bir məsafə yaranır. Əlçatmazlıq, maneələrin yaratdığı toranlıq obrazın 
səmimiyyətini qavramağa imkan vermir. Amma nə qədər sadə, nə qədər ay-
dın, duru bir istək var tərəflər arasında. "Ay Bakıdan gələn oğlan", təkcə elə 
bitkin bir mahnı  təsiri bağışlayan bu misra bəs edir ki, tərəflər arasındakı 
bütün maneələr götürülmüş olsun. Doğmalıq, yaxınlıq, ilıq münasibət illə-
rin, zamanın dov gələ bilmədiyi, üstündən bir zərrə də qopara bilmədiyi İla-
hi saflıq olmadan bu dörd kəlmə söz eyni məna və mahiyyəti daşıyaraq cər-
gələnə bilməzdi. 
İndi tərəflər arasındakı mənzərəyə diqqət edək: 
 
Geri döndüm. Onu gördüm, 
Gördüm, köksümü ötürdüm. 
Mən uşaqkən, o,.. o zaman 
Gözəllikdə ad çıxaran 
Bir gəlindi. Amma indi... 
 
Əlbəttə, təəssüflər də var, ötüb-keçmiş zamanın arxasınca baxmaq da 
var. O gəlinin - o qənirsiz gözəlin bir uşağın yaddaşında buraxdığı aydın iz-
lər var. Bütün bunlar bütövlükdə bir qeyri-adi, şahanə bir gözəlliyin rəsmi-
dir. Sözlərin rəngilə işlənmiş portretidir. Özü də diqqət eləsək, heç bir ifrat 
təsvir və qarşı tərəfə xüsusi diqqəti yönəltmək məqsədi daşımayan "rənglər-
dən" istifadə olunub. Biz bu rənglərlə qavrayırıq. O qənirsiz gözəl vaxtilə 
gözəlliyilə ad çıxarıb. Zaman o gənclik təravətini aparsa da, gözəlliyini təs-
diq edən cizgiləri silə bilməyib. O gözəl öz gözəlliyini səmimiyyətində qo-
ruyub-saxlayıb: 
Yel kimi keçdi o vədə, 
O gözəllik itməsə də, 
O gözəllik qocalmışdı. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə