Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə19/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   15   16   17   18   19   20   21   22   ...   73

57 
 
Gedin, deyin anama
Hələ yetmədim kama, 
Amma saçım ağarıb. 
 
Gedin, deyin anama, 
Daha toyda oynama. 
Qırılıbdır qanadım, 
Güllə dəyib sonama. 
 
Nə  qədər gözəldir, nə  qədər ritmikdir, nə  qədər kədərli bir mahnıdır! 
Şairin bütün varlığını özündə ehtiva edən bu mahnı-oxşama, bu nəğmə-ba-
yatı sanki xalqın min illər boyu ruhundan gələn, varlığına hopmuş olan, az 
qala onun özüylə əbədiyyətəcən yoldaşlıq edəcək bir kədərin səsidir. Bun-
dan o yanası yoxdur. Budur dildən istifadənin məharəti, budur xalqın ruhun-
dan gələn duyğuların mənimsənilməsi, budur insanlığın dərdini, kədərini 
sevməyin əsl mahiyyəti! 
Yeri gəlmişkən, sözün, fikrin sadə cümlələr şəklində insanın varlığında-
kı ritmi özündə ehtiva edərək üzə  çıxması ilə bağlı mütəxəssis qənaətinə 
söykənək. Filologiya elmləri doktoru Sevil Mehdiyevanın fikirləri bu cəhət - 
dən çox maraqlıdır:  
"Danışıq dilinin (nitqinin), ümumən ümumxalq danışıq dilinin sin-
taktik xüsusiyyətlərindən biri də danışıq aktı, nitq prosesində yığcam-
lıq, tezlik xatirinə sadə cümlə tiplərindən geniş dairədə istifadə edil-
məsidir. Bu hal Azərbaycan  şifahi poeziya nümunələrində - bayatı-
larda, ağılarda, əmək nəğmələrində xüsusilə genişdir. Məlumdur ki, şi-
fahi xalq poeziyasının bu janrları özünəməxsus xüsusi ritm, ahəng, 
intonasiya, vurğu tələb edir. Bayatıların, ümumən xalq şeiri janrlarının 
məzmununa müvafiq olaraq bəzən emosionallıqdan uzaq, adi informa-
siya məzmunlu nəqli cümlələrdən (əlbəttə, bunlar azdır), bəzən eksp-
ressiv-emosional intonasiya ifadə edən nida cümləsindən və onun 
nida-əmr, nida-sual, ritorik intonasiyaya malik, sadə cümlə tiplərindən 
istifadə olunur. Bayatılarda xalqın içindən gələn emosional halətlər, 
daxili iztirab, sarsıntı kimi psixoloji anları ifadə edən nida cümlələr, 
xüsusilə geniş yayılmışdır. Bu, sadə cümlənin bu növünün şifahi da-


58 
 
nışıq dili üçün səciyyəvi olması və nitqin emosional çalarlarını geniş 
mənada ifadə etmək keyfiyyətilə əlaqədardır"
1
.  
Sanki H.İsaxanlının yaradıcılığı  haqqında deyilib. Məxsusi elə nümunə 
üçün seçdiyimiz "Gedin, deyin anama" şeiri üçün deyilib. Bir daha qeyd et-
məyə  dəyərdi ki, bu misraları yazmayan müəllif heç ziyarətə  də gedə bil-
məzdi. 
Ümumiyyətlə,  Şərq  ədəbiyyatı üçün doğma olan obrazlar - pərvanə, 
şam həsrətdən incəlmək, kədərdən üzülmək... H.İsaxanlıya da yad deyil. 
Amma o, necə qəribə tərzdə bu obrazların yerini dəyişdirir. Anasına xəbər 
göndərir ki, bu ayrılıq onu şam kimi incəldib. Axı şamda da bir zəriflik, in-
cəlik var. Amma bu şam həm də ona görə özünə qədərki şamlardan fərqlidir 
ki, onun pərvanəsi yoxdur. 
 
Gedin, deyin anama, 
İncəlib döndüm şama. 
Ətrafımda dolanan 
Pərvanəm yoxdur amma. 
 
Şair tənhalığı,  şair təkliyi özünün ağrı-acıları ilə baş-başa qalmaq, bir 
sözlə, öz dərdini özü çəkmək taleyi yaşayan lirik qəhrəman göründüyü kimi, 
heç qəhrəmanlıq iddiasında deyil. Deyəsən o, heç böyüklük davası da elə-
mir. Uşaqlıq səmimiyyəti ilə danışır. Bir körpə balanın qərəzsizliyi, dünyaya 
sevgi hisslərinin intəhasızlığı, insanlara məhəbbəti də duyulur. Amma bütün 
bunlarla bahəm, onun dərdinə, onun ağrısına həyan olacaq bircə anası var. 
Bu ananın gözü yollardadır. Yenə də ana obrazı ilə yurd obrazının qovuşma-
sı motivi üzə çıxır: 
Gedin, deyin anama, 
Uzaqda ki, balan var. 
Onu çox da qınama - 
Uzaqdadır gələmmir, 
Son vaxtlar kefi yoxdur. 
 
H.İsaxanlı elə indi Azərbaycanda dəbdə olan gurultulu Vətən pafosu da-
şıyan, yurd təntənəsini tərənnüm edən odlu-alovlu şeirlər yazmaq fikrində 
                                                 
1
 Sevil Mehdiyeva."Bayatıdan dastana". Bakı, 2010,  s. 41. 


59 
 
deyil. Çünki o, yaxşı bilir ki, Vətənin, yurdun bu cür gurultulu tərənnümlərə 
etiyacı yoxdur. Yurdun, Vətənin dilində danışmaq ehtiyacı var. Bir şair in-
tuisiyası ilə elə bunu duyduğuna görə gələ bilməməyin, anaya əlinin çatma-
mağının ağrısını yazmaq hər bir insanın içərisində olan nisgilin, bu nisgillə 
qövr eləyən yaranın qaysağını qoparmaqdır. "Uzaqdadır, gələmmir" sözün-
də, fikrində, cümləsində hər şey var. Yer də var, göy də var, cənnət də var, 
cəhənnəm də var, insanı sevindirə biləcək hər şeyin bu həsrətin içində oldu-
ğunu görməmək mümkün deyil. Onun həyatı bütün əlvanlığı ilə elə həmin 
uzaqda olmağın, gələ bilməməyin rənglərində üzə çıxır. Sonuncu misralara 
diqqət edək: 
Yorulub qəm-kədərdən, 
Heç ürəkdən güləmmir; 
Ölmək istəyir hərdən, 
Amma hələ öləmmir... 
 
Poetik cazibədarlığın, insan həsrətinin dəhşətli əzab və iztirablara çev-
rilməsinin son həddi, son anı görünür. Ölmək istəyəsən, ölə bilməyəsən ça-
larında. Bəlkə də, insanı qorumağa, insanı yaşatmağa, həyata sevgi hissləri 
təlqin etməyə çalışmaq üçün insanın dərdlərinə çarə üçün bundan o yana 
sözə lüzum yoxdur. 
Doğrudan da, adam hərdən ölmək istəyir. 
 


60 
 
 
Yurda könül ziyarəti 
 
 
 
 
 
 
 
 
H.İsaxanlı "Ziyarət" poemasında ilk baxışdan heç bir möcüzə yaratmaq 
fikrində deyil. Sakit, təmkinli bir axarla elə bil ki, heç qələm sahibi olmadan 
dədə-baba yurduna ömrünün gözünə eynək taxmış bir vaxtında görüşə ge-
dir. Və elə bu görüşün özündəcə ona bir çox həqiqətlər əyan olur. Həyat, cə-
miyyət, insanlar haqqında düşünməli olur. Məqsədli  şəkildə yox, sadəcə, 
şairin təəssüratlarından göründüyü kimi, əsl həyatla üzbəüz dayandığı üçün. 
Və bu zaman yurdla qarşılaşır, yurdun timsalı olaraq elə adamlarla qarşılaşır 
ki, onların yanında düşünməyə məcbur olur. Mən bu adamlarla üzbəüz da-
yana bilərəm, ya yox?! 
El arasında belə bir söz var: "Gərək elə iş tutasan ki, qabağa çıxanda 
dilin gödək olmasın". Çox doğrudur, insan ömrü boyu bircə qəbahətin mü-
qabilində o qəbahəti görmüş adamların qabağında açıq alınla, qürurla daya-
na bilmir. Başqa sözlə, dili gödək olur. Görünür, elə bu səbəbdən, bu mənə-
vi-əxlaqi kriteriyalar çərçivəsində danışan müəllif indiki məqamında bir 
hökm verir: Dilimiz gödək olmasin
Dəxli yoxdur, bu hökmü müəllif verir, yurd verir, yoxsa, yurdun təmsil-
çisi olan qoca kişi verir. Buradaca bir məqama mütləq diqqət yetirmək la-
zımdır. Elə istedadlı adamlar var ki, onlar cəmiyyətin mənəvi mühitinə təsir 
göstərmək gücündə olmurlar. Hətta istedadları ilə günəşin qabağını tutmaq 
gücündə olsalar belə. Səbəbi? Mənəvi-əxlaqi kriteriyalara cavab verə bilmə-
diklərinə görə. Çünki zaman şahidi olduğu qəbahəti asanlıqla bağışlamır. Am-
ma H.İsaxanlının yaşadığı  həyat, onun yaradıcılıq ömrü bir alim kimi, bir 
ziyalı kimi fəaliyyət ömrü kifayət qədər onun özunu qorumaq gücündədir və 
onu ayağa qaldırmaq, onu öndə tutmaq iqtidarındadır. Bəlkə V. Q. Belins-
kinin dediklərini yada salaq:  


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə