Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə15/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   11   12   13   14   15   16   17   18   ...   73

45 
 
rin, emosiyaların ideya ilə bağlı tərəflərini V.Q.Belinski çox böyük məharət-
lə göstərir. Şairin mənəvi aləmində bu əsas tərəflərin bir-birilə qarşılıqlı mü-
nasibətlərini açmaqla, müəllifin  əsas məqsədə doğru hərəkətini aydınlaşdı-
rır. V.Q.Belinskinin fikrinə istinad edək:  
"Beləliklə, hər bir poetik əsər pafosun məhsulu olmalıdır, pafosla dolu 
olmalıdır. Pafos nəzərə alınmazsa, şairi əlinə qələm almağa nə vadar 
etdiyinin və ona bəzən çox böyük əsər başlamağa, bu əsəri qurtarmağa 
nəyin qüvvə  və imkan verdiyini anlamaq olmaz. Buna görə  də "bu 
əsərdə ideya vardır, bunda isə ideya yoxdur" təbiri o qədər də düz və 
müəyyən deyidir. Bunun əvəzinə "bu əsərin pafosu nədən ibarətdir?" 
yaxud, "bu əsərdə pafos var, onda isə yoxdur" təbiri daha müəyyən və 
dürüst olar. Çünki bir çoxları ideyanı  bədii  əsərdən başqa hər yerdə 
ideya ola bilən və bu əsərdə görmək istədikləri, lakin əslində, sadəcə 
olaraq, nəsihətçilikdən ibarət olan bir şeyi ideya kimi qəbul edirlər ki, 
bu  şey də yoxsul formanın baxyalanması,  şəlpə-şültəsi ilə birtəhər 
örtüldüyünə baxmayaraq, yenə də bütün çılpaqlığı ilə meydana çıxır. 
Pafos tamamilə başqa bir şeydir. Hər cür estetik duyğudan tamamilə 
məhrum olmaq lazımdır ki, soyuq, cansız bir əsərdə pafos artırasan, 
çünki belə əsərdə yağ suya necə qarışırsa, ideya ilə forma da eləcə bir-
ləşmiş olur və ya qara parça üzərində  ağ sapla köklənmiş tikişə 
bənzəyir".
1
 
Göründüyü kimi, Belinski pafosu əsəri canlandıran,  əsərə ruh verən, 
onu daha oxunaqlı edən bir əlamət kimi qavrayır. H.İsaxanlının  "Ziyarət" 
poemasında həsrət motivlərinin yandırıcı cizgiləri keçmişin xatırlandığı an-
larda Yaddaş Sahibinin yaşadığı hisslər sözə çevrildikcə emosiyaları artırır, 
hisslərə, həyəcanlara çevrilir, oxucunu səfərbər edir. Onun köksünü qabar-
dır. Başqa sözlə, oxucunun yaddaşını  təzələyir, oxucunun özünün oxşar 
duyğularını  tərpədib oyadır, silkələyir, ona indiyə  qədər yadına salmadığı, 
düşüncələrində təzələmədiyi duyğuları xatırladır. Təbii ki, bu əsər, bu hiss-
lər, duyğular, bu əlamətlər yoxdursa, onda əsər də cansız və soyuq olacaq-
dır. Belə məqamlarda Belinskinin qeyd etdiyi kimi, əsərin mahiyyəti ilə uy-
ğun gəlməyən, mənanı tamamlamayan, mənanı qabartmayan emosiyalar 
(tənqidçinin anlamında pafos) əsərdən kənar bir hiss olaraq qalacaqdır. Və 
onun heç bir təsiri də müşahidə edilməyəcək. Emosiyaların təsir gücünü 
                                                 
1
 V.Q.Belinski."Rus ədəbiyyatı klassikləri haqqında". Bakı, 1954. s.96 


46 
 
yaxşı anlamaq və onun mənanı tamamladığını daha yaxşı başa düşmək üçün 
Yaddaş Sahibini "Ziyarət"ə aparan yolları dəqiq və düzgün müşahidə etmək 
lazımdır. Dədə Camal "Ziyarət"ə aparan yolları daha çox reallıqda görür. 
Onun nəzərinə görə və həm də çox doğru müşahidəsinə görə, əsəri yaradan 
əsas səbəb həyatla bağlıdır. Kökü həyatla bağlı olmayan əsər öz oxucusuna 
da təsir edə bilməz. Və yəqin ki, Dədə Camalın qeyd etdiyi kimi, həyatdan 
gələn təsir olmasaydı, heç "Ziyarət" də baş tutmazdı.  
"H.İsaxanlının "Ziyarət"i yazmasını şərtləndirən əsas səbəbdən başla-
yaq. Onun Xəzər Universitetinin rektoru vəzifəsində, ictimai fəaliy-
yətdə gərgin çalışdığını hamı yaxşı bilir. Bununla birlikdə tez-tez xa-
rici ölkələrdə ezamiyyətdə olur. Kəndimizə (Borçalının Qarayazı böl-
gəsinin Kosalı kəndinə) yalnız hərdən, imkan olanda gedə bilir. Doğ-
ma kəndinə gələndə sanki arzuladığı bir ziyarətgaha qovuşur. Bu ziya-
rətgahla bağlı yaddaşı yenə oyanır, xəyal dünyasında əziz xatirəsi ye-
nidən canlanır"
1
.  
Beləliklə, "Ziyarət"i yaradan səbəblər nə qədər tarixlə, keçmişlə bağlı-
dırsa, bir o qədər də Yaddaş Sahibinin bugünkü həyatı ilə bağlıdır. Keçmiş 
nə qədər mənaya və məqsədə xidmət edirsə, bugünkü həyat bir o qədər emo-
siyalara (tənqidçinin anlamında pafosa) qol-qanad verir. Hər bir müəllifin 
emosiyaları, duyğuları fərdi olduğu kimi, hər bir müəllifin yaratdığı əsərin 
də özünəxas, fərdi cəhətləri var. Bu, Yaddaş Sahibinin portretində daha ay-
dın, qabarıq duyulur. Biz burada H.İsaxanlının bir müəllif olaraq yaradıcılıq 
aləminin emosional çalarlarını  nə  qədər müşahidə ediriksə, elə bir o qədər 
də əsərin əsas qəhrəmanının daxili aləmini görə bilirik. 
Belinski fikrinə davam edir:  
"Böyük şairin yaratdığı əsərlər nə qədər çox və nə qədər müxtəlif olsa 
da, onların hər birinin həyatı, buna görə də öz pafosu vardır. Bununla 
bərabər, şairin bütün yaradıcılıq aləmi, onun bütün poetik fəaliyyəti də 
vahid bir pafosa malikdir ki, ayrı-ayrı  əsərlərdəki pafosun bu vahid 
pafosa münasibəti hissənin tama olan münasibətidir, əsas ideyanın bir 
rəngi, onun başqa bir şəklidir, onun saysız-hesabsız cəhətlərindən bi-
ridir"
2
.  
                                                 
1
 C.Mustafayev."Ata ocağı". "Xəzər Xəbər" jurnalı, 2010 Noyabr , № 290, s.26. 
2
 V.Q.Belinski."Rus ədəbiyyatı klassikləri haqqında". Bakı, 1954, s. 97. 


47 
 
Zənnimizcə, burada bir şərtiliyi nəzərə almaq lazımdır. Belinskinin ya-
radıcılığında pafos anlayışı şairin hisslərini, duyğularını, başqa sözlə, emo-
siyalarını ifadə etdiyini... Görünür, Belinskinin vaxtında emosiya anlayışı 
daha çox pafos mahiyyəti ilə ifadə olunub. Yaxud bu ifadələrin mənaları o 
qədər yaxın olub ki, biri digərini asanlıqla  əvəzləyib. H.İsaxanlının  "Ziya-
rət"ində də əslində, şairin duyğulanmaları, Yaddaş Sahibinin keçmişə qayıt-
maq ağrıları elə onun emosiyaları ilə, hisslərilə görünür. Və bunun özü də 
"Ziyarət"in mahiyyətini daha qabarıq verməyə xidmət edir. Artıq dünyada 
tanınan bir alim kimi, sözü sevilən bir şair kimi, gur işığı ilə ətrafa nikbinlik, 
xoş əhval gətirən bir ziyalı kimi Yaddaş Sahibi yurda qayıtmaqla sanki keç-
mişə gəlir və o keçmişin özünü oyatmaq, o keçmişi yaddaşlarda bərpa etmək 
məqsədi daşıyır. Onun kövrək aləmi özünün uşaqlığına qayıtmaqla bahəm, 
həmin uşaqlıqda qoyub gəldiyi zamanın özünü bütün əlvan çalarları ilə göz-
lərimizin önündə canlandırır: 
 
Mən qapıya yetişəndə 
Qarşılardı nənəm özü. 
Qucaqlayıb öpüşəndə 
Nur saçardı qəmər üzü. 
Sinəsinə döyə-döyə, 
"Atam-anam sənsən" deyə, 
Dönə-dönə yalvarardı, 
Mələkmisal lütfü vardı. 
 
Burada biz kədərli bir hekayətin başlandığını hiss edirik. Ancaq məqsəd 
yalnız kədərli hekayəti yazmaq deyil, müəllifin məqsədi ötüb-keçmiş, az qa-
la yaddaşdan itməkdə olan mənəvi gücü qaytarmaq, bərpa etməkdir. Tarixi-
siyasi kataklizmlərlə dağılmış enerjini bir yerə toplamaq, insana güc verən 
əsas mənbələri aşkarlamaqdır. Hələ vaxtilə F.Köçərli də şairin əsas missiya-
sından danışanda bu məsələyə xüsusi diqqət verirdi. Akademik Bəkir Nəbi-
yev qeyd edir ki, F.Köçərli elə bir meyara əsaslanır ki, bu meyar yalnız bir 
müəllifə aid deyil. Bütün digər müəlliflərin də yaradıcılığına münasibəti əks 
etdirməkdədir. Beləliklə, F.Köçərlinin fikirləri indiki məqamda bizim də qə-
naətlərimizin tam doğru olduğunu təsdiq edir:  
"Həqiqi  şairin bir vəzifəsi mənanı yetirməkdədir. Çünki hər bir qis-
səvü hekayətin ruhu onun içində olan məna və məzmundur. Nə qədər 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə