Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə12/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   8   9   10   11   12   13   14   15   ...   73

36 
 
Doğrudur, xatirələrlə Yaddaş Sahibinin arxasında az qala qırx illik bir 
məsafə var. Elə ona görə də özünü "köhnə adam" adlandırır Yaddaş Sahibi. 
Və sanki ən qədim zamanları, sıx-sıx dumanlıqları yarıb gəlib - təsəvvürün-
dədir. Və o, həmin anlarda özünü sanki cismən hiss eləmir. Xəyal quşu ki-
mi, can quşu kimi, başqa sözlə, ruh kimi səsə, sədaya çevrilib özünün azad-
lıq qanadları ilə yaddaşın göstərdiyi hər yerdə və hər zaman olmaq qüdrətin-
dədir. Hər yerdə və hər zaman mövcud olmaq gücü mifoloji, mənəvi düşün-
cədə tanrılara xas keyfiyyətdir. Amma ruhların da belə bir haqqı var. Və bu 
mənada, həmin köhnə adamın özünü gəzəyən ruhların biri kimi duyması 
bizə qəribə gəlməməlidir. 
"Ziyarət"in başlanğıcında bir ozanlıq mahiyyəti də duyulur. Uşaqlığını, 
gəncliyini bir yuxu kimi xatırlayan Yaddaş Sahibi asta-asta könül sazını çal-
maqdadır. Yaddaşın titrək barmaqları mizrabı simlər üstündə  gəzdirir. Ta-
zanə simlərə  dəydikcə  həzin səslər eşidilir. Bu, köhnə havadır, bəlkə  də, 
çoxları unudub, bəlkə də, onun tay-tuşları bu geniş dünyanın müxtəlif tərəf-
lərinə səpələnib. Bu havanı unutmasalar da bəlkə, heç ziyarətə gəlmək im-
kanları yoxdur. Onsuz da ziyarət arzulayanların hamısı öz ziyarətlərini ger-
çəkləşdirə bilmir ki: 
Dindirərəm pərdə-pərdə, 
Ötən günün havasını. 
Həzin-həzin nəğmələrdə 
Tapdım ruhun sevdasını. 
 
Və bu həzin sədalar altında Yaddaş Sahibi axtardığı ruhun sevdasına 
qovuşur. Amma asanlıqla yox, həzin-həzin nəğmələri oxumaqla, özünün 
ecazkar, qeyri-adi sədaqətini təsdiq etməklə  və bu sədaqətin təsiri altında 
həmin sevdanın vüsalına çata bilir. İndi onun hakimi mənəvi aləminə hökm 
edən duyğularıdır. Bu hakimin sualına cavabında isə onun bircə sözü var: 
axı sevgi özü də bir ibadətdir: 
 
Duyğu hakim oldu bizə, 
Sevgi özü ibadətdir. 
Şükür, gəldik kəndimizə, 
Bu, nə gözəl ziyarətdir! 
 


37 
 
İndi o, fəxr edə bilər. Çünki bu müqəddəs ziyarətin müsafiri, bu gözəl 
ziyarətin ibadətçisi gəlib ziyarət yerinə çatıb. Bu ziyarət yeri onun doğul-
duğu kənddir. Nə qədər əziz, nə qədər doğma, nə qədər kövrək bir aləmdir. 
Sanki özünü ərşi-əlada hiss edir, ayaqları yerə dəymir. Axı bayaq demişdik, 
o, özü elə bir ruhdur. Və artıq çoxdan bu gerçək dünyadan qopmuş və daha 
gerçək dünyanın və daha əbədi dünyanın sakini olan ruhların arasındadır. 
Amma hər şey ona tanış gəlir. Elə bil ki, elə dünən çöldə, çəməndə qo-
yub getdiyi gülləri görür. Göy otların arasında ona tanış gələn, yadından heç 
vaxt çıxmayan, ilk dəfə adını böyüklərin dilindən eşitdiyi cincilimin, əmə-
köməcinin, quşəppəyinin, gülxətminin, çobanyastığının, yarpızın, dağnanə-
sinin, sularda bitən acı qıcının... səhər mehi altında titrək çöhrələrinə baxır. 
Elə qoyub gəldiyi evlərin də damı-divarı ona yad deyil. Bir sözlə, burada hər 
nə varsa, oddan tüstüyəcən ona doğmadır: 
 
Güllər tanış, qoxu tanış, 
Göy otların çoxu tanış. 
Ocaq tanış, tüstü tanış 
Kəndin altı, üstü tanış... 
 
Bu altı-üstü tanış olan, onu doğmalıqla qucağına çəkib saçlarına əl çə-
kən, qabarıq eynəyinə ehtiyatla əlini toxunduran duyğular Yaddaş Sahibini 
əzizləyir. Amma yenə onu fikirli görür, amma yenə onu qayğılı görür. Və 
elə Yaddaş Sahibi yəqin ki, bu duyğuların təsiri altında özünə suallar verir: 
 
Bəs nədən qərib kimiyəm, 
Yenə yol çəkir gözlərim? 
Niyə belə kədərliyəm, 
Pərişandır nəğmələrim? 
 
Həzin nəğmələr isə ozanın - Yaddaş Sahibinin dilindən çağlamaqdadır. 
Onun yaddaşı düşüncələrini bir axara yığa bilmir, çox dağınıqdır. Axı bir-
dən-birə o, sel kimi axıb gələn xatirələrin arasına düşür. İndi onları bir-bir 
sapa düzməlidir. Ümumiyyətlə, epos xalqın yaddaşında minillərlə yaşayan 
tarixi-mənəvi sərvətin müəyyən ahəngə, məntiqi ardıcıllıqla düzülüşüdür. 
Və ozan da əslində, xalqın  əvəzindən o nəğmələri oxuyur. Sanki xalq öz 
yaddaşının ahəngini ozana vermiş olur. 


38 
 
 
 
Atadan gələn yol 
 
 
 
 
 
 
 
 
Beləliklə, qayım-qədim ozanın - Yaddaş Sahibinin duyğular aləmində 
birinci onun böyükləri yada düşür. Və elə beləcə də göstərir: "böyüklərim 
yada düşdü". Böyüklük anlamı burda qoşa çalar mahiyyəti daşıyır. Bi-
rincisi,  əlbəttə ki, mənəvi böyüklükdür. Bu birinci anlam düzgün yol gös-
tərən, özü haqqın, həqiqətin yolunda olan böyükdür. İkinci anlam isə o bö-
yüklüyün mahiyyətini kəsb edir ki, bunun arxasında baba-nənə, ata-ana, 
kənd müdrikləri, aqillər dayanır. Və həm də o adamlar dayanır ki, onlar artıq 
tarixin bir parçasıdır, hansı əməlləri isə yadda qalandır, yaddaşda yaşayan-
dır. Kimdir onlar? 
Ömrümüzdən keçən illər, 
Bəhsə girdi xeyirlə şər. 
Əyrilərə baş əyməyən 
Doğru yolda oda düşdü. 
"Oğul, haqqa sığın" deyən 
Böyüklərim yada düşdü, 
Canım yenə oda düşdü. 
 
Böyüklüyün birinci anlamdakı mahiyyəti elə ilk misralardaca özünü 
göstərir:  "Oğul, haqqa sığın"  nəsihəti oğulun - Yaddaş Sahibinin əslində, 
ömür kitabı olub. Bütün ömrü boyu bu nəsihətin və  vəsiyyətin düsturu ilə 
yaşadığı üçün qazandığı bütün uğurların əsas güc mənbəyini də elə bu sağ-
lam düsturda görər. Yada düşən həmin böyüklərdir. O böyüklər ki, cəmiyyət 
uzun illər repressiya tufanlarından üzü bəri onların ağrısını yaşayıb. Cəmiy-
yətin rəngi, daxili-mənəvi siması bu böyüklərin xarakteri, təbiəti ilə forma-
laşırdı. Bütün varislik ənənələri, əlaqələr, qırılmaz bağlar, ən yaxşı mənəvi 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə