Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə8/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

23 
 
hüznlü, bir qədər də məhzun, kədəri daha çox hiss olunan insan o deməkdi-
rmi ki, o gücsüzdür. Onun mənəvi sərhədləri çox məhduddur. Xeyr, ən azı 
Hamletin poeziyasında professorun qeyd elədiyi kimi, dünya ilə üzbəüz 
danışmağa cəsarət edən bir şair obrazı, bir şair mənliyi var. Lap elə yeri 
gələndə o, qeyri-adi bir varlıq olaraq, bəlkə  də, ruh olaraq insandan kənar 
fövqəl qüvvələrlə danışa bilir. Lap elə bu dünya adlanan cəng meydanında 
insanın hisslərinə, arzularına, duyğularına qarşı durmuş olan dünyanın özü 
ilə üzbəüz danışmaq gücü və qüdrəti var Hamletin şeirlərində. Onun cəsarəti 
dəlibaşlıq cəsarəti deyil. Sıravi bir insanın özünə, daxili-mənəvi dünyasına 
inanan insanın cəsarətidir.  Əslində, professor Camal Mustafayevin, bizim 
gəncliyimizin mənəvi memarı olan Camal Mustafayevin ruhunu dilləndirən 
də Hamlet İsaxanlının  şeirlərindən gələn həzin musiqi səslərinin, ruh lad-
larının əks-sədasıdır:  
"Həyata inam, sevgi, ümid dolu nəşəli hisslər yaşanır: 
 
Ümid xəfif olsa belə könüllərə şəfəq saçar, 
Xoş əməllər bar gətirər, xoş niyyətlər çiçək açar. 
İnsanları qanad verən sevgi adlı möcüzə var, 
Nəhayətsiz eşq, ehtiras, duyğu çələngidi dünya. 
 
Həyati başlanğıcları belə romantikləşdirmək ideal baxımdan irəli gəlir. 
Yaşamaq, mənalı ömür, əlbəttə, özü ən ali nemətdir. Ancaq bu qoca 
dünyada həyat zərurətdir, ölüm-qaçılmaz. Üstəlik, bütün varlığı sarsı-
dan qanlı savaşlar, dürlü faciələr: 
 
...Sükunətin sinəsində rəqs eləyir vəlvələlər, 
Ölüm-dirim davasıdı, aramsız cəngidi dünya. 
 
Yaradılışın əksliyi - ölüm sonluğu, qırğınlar - kədər, əndişə doğurur: 
 
...Qəlbimdəki təlatümlər müthiş həyəcan zəngidi, 
Duysan lərzəyə düşərsən, gidi dünya, gidi dünya... 
 
Ziddiyyətli gerçəkliyə münasibət özlüyündə mühəqqəq tənqidi fikrə 
gətirir. Bu tənqidin biçimləri, şübhəsiz, çeşidli olur, xüsusilə şeirdə. 


24 
 
Bunu Hamlet İsaxanlı poeziyasında maraqla müşahidə etmək olur. 
Ictimai mövcudluqda müxtəlif fənalıqların fəallığı onu narahat edir. 
Həyata inamla birgə şübhəçilik çalarları daşıyan düşüncələrə qapılır: 
 
...Haqqa sığınan döyülür, 
Haqqı tapdayan öyülür, 
Düz söz söyləyən söyülür, 
Başa keçir yalan, nadan, 
Baş açmadım bu dünyadan. 
 
Gəl, ey həyat, həmdəmimsən, 
Həm qəmimsən, həm dəmimsən, 
Çox düşündüm, nəsən, kimsən? 
Əl çəkmədim bu xülyadan, 
Baş açmadım bu dünyadan 
 
Hüseyn Cavidin söylədiyi kimi: "Şübhədir hər həqiqətin anası,  Şüb-
hədir əhli - hikmətin babası... " Gətirilən çətirlərdə şübhəçilik çalarları 
idrakdan əl çəkmək deyil, həqiqət anlamı sövq edir"
1
.  
Sən niyə tək qalmaq istəyirsən? Nəyə görə sən "Təzadlar" arasındasan? 
Sən həqiqətən  "Ziyarət"dən sonra özünü belə rahat, təmin olunmuş hesab 
edə bilirsənmi? İndi özün de, "Bu da bir həyatdı" demək, nə dərəcədə caiz-
dir? Özü də söhbət rəhmətlik N.Nərimanovun dediyi kimi, - indi açıq danış-
mağın vaxtıdır - Azərbaycanın görkəmli alimindən, Azərbaycanın təhsil 
sistemində kifayət qədər nüfuzu və yeri olan təhsil təşkilatçısından, böyük 
riyaziyyatçı alimdən gedir. İndi o, necə bilir, bütün bunlar mənəvi sıxıntıdan 
çıxmaq üçün, ümumiyyətlə, insanın mənəvi havası üçün rütbələrin, maddi 
təminatların, adların, sanların köməyi varmı? Əzizim, Hamlet müəllim, əgər 
belə olsaydı, siz bircə misra da olsun şeir yaza bilməzdiniz. Özü də insan 
hisslərinin, insan duyğularının tərcümanı olan, orijinal, təkrarolunmaz mü-
nasibət çalarlarının rənglərini özündə daşıyan  şeirləri başqa cür necə yaz-
maq olardı. Bütün bunların hamısı onu göstərir ki, birinci növbədə, insan 
daxili aləmində qurulmuş olan mənəvi mühakimənin qabağındadır və ona ca-
vab verməlidir. Bax o lirik şeirləri, o bənzərsiz duyğuları qələmə almağın sə-
bəbi budur. O mühakimənin qabağında dayana bilmək, o suallara cavab verə 
                                                 
1
 Hamlet İsaxanlı."Təzadlar". Xəzər Universitəsi nəşriyyatı. Bakı , 2001, s.17. 


25 
 
bilmək ali insanlıq məqamıdır. Ümumiyyətlə, insan olmadan insana aid olan 
suala cavab vermək, ali insan olmadan ali duyğuların gətirdiyi suala cavab 
vermək mümkün olan şey deyil. 
İnciməsən bir-iki kəlmə də sənin lirik duyğularına ünvan tutardım. Söz 
qardaşım, inan ki, hələ də elə bilirəm sənin o səmimiyyətlə, o təbiiliklə qələ-
mə aldığın duyğuları poetik yaddaşa çevirməyin bir çoxlarının diqqətini cəlb 
etməyib. Yoxsa, min illərdən bəri hələ  də sirli-sehirli qalan sevginin, mə-
həbbətin elə görünməyən tərəfləri açıqlana bilərdi ki, insanlar əzablardan, 
mənəvi iztirablardan bir qədər yüngülləşmiş olardılar. Axı mən keçən dəfə 
də demişdim. Demişdim ki, sənin bütün yaradıcılığın, bütün mənəvi dünyan 
bircə amala xidmət edir. Bu dünyaya bircə çimdik, bircə misqal, bircə ovuc 
gözəllik gətirməyə, bir "bukvoyet" birdən irad tuta bilər gözəlliyin ovucla 
ifadəsinə. Qoy nə istəyir desin. Mən Azərbaycan ədəbiyyatının o şairləri ilə 
fəxr edirəm ki, onlar özləri də bilmədən mənəvi dünyamıza bircə çimdik duz 
qədərində olan mənəvi saflıq gətirir və bu azlıqda olan saflığı gətirməklərilə 
heç qürurlanmırlar. Halbuki onların qürurlanmağa haqqı var. Elə biri də sə-
nin özün. Əsərləri Rusiyada, Çində, Yaponiyada, İranda, Gürcüstanda... tər-
cümə olunub yayılan bir sənətkarın ədəbi iddiasının qabağına kimin nə sözü 
ola bilər? Bir sözlə, biz müasirlərimizi görsək də, görməsək də, tanısaq da, 
tanımasaq da onların gücü yeni yaranan nəslin simasında daha çox görünür. 
Və bu yöndə tale sənə daha böyük imkan bəxş edib. Təsis elədiyin dünya 
məktəbində - qeyd etmək yerinə düşər, bu məktəbdə Azərbaycan gəncliyinin 
mənən zəngin olan bazası formalaşır - o məktəbdə ki, orada gəncliyin daha 
ali və saf duyğularla formalaşması üçün sənin ideyaların qaynaqdır, ən baş-
lıcası, rektor olduğun Xəzər Universitetində dünya səviyyəsində dura bilə-
cək gənclik və üstəlik milli-mənəvi köklər üstə göyərə bilən bir gənclik, bitə 
bilən bir gənclik formalaşır. Bütün bu yeni nəslin böyük bir stixiyası özünün 
mənəvi dünyasında Hamlet İsaxanlı adında poetik bir obraz formalaşdırır. 
Zənnimcə, bu, bir çox dərsliklərdən basmaqəlib stereotip - şablon öyrətmən-
lərindən daha kəsərlidir. İndi necə bilirsən, kitab-dəftərini qoltuğuna vurub 
çayxanalarda özünü "ədəbi mühit" hesab edən dəllallara şeir oxumaq yaxşı-
dır, yoxsa, başını aşağı salıb ali məqsədlər uğrunda mübarizəni aparmaq və 
yeri gəldikcə ruhi-mənəvi aləmin diktəsi ilə aliməqam vəhyləri qələmə al-
maq yaxşıdır? Elə bilirəm, bu barədə dünya elminin tanınmış nümayəndələ-
rindən birinə - Hamlet İsaxanlıya məsləhət vermək yersiz olardı. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə