Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə10/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   6   7   8   9   10   11   12   13   ...   73

30 
 
tərəflərin bir-birilə yoldaşlıq etməsi qeyri-mümkün hesab olunur. Ancaq 
həm insanın düşüncəsində, mənəvi aləmində, həm də zahiri görkəmində 
işıqla qaranlığın döyüşdüyü məqamlar olur. Məsələn, olur ki, biz kimisə qa-
rasaç hesab edirik. Ancaq başqaları onun saçlarına baxıb: "Çoxdan çallaşıb, 
saçı ağarıb", - deyir. Bu düşüncə, bu anlam insanın mənəvi aləminə də şa-
mil oluna bilər. Şair də insandır və onun daxili-mənəvi dünyasında belə zid-
diyyətlər, belə qaramtıllıq - işıq kimi, belə  işıq - qaramtıllıq kimi təzahür 
edə bilər. Ümumiyyətlə, sənət ziddiyyətin, təzadın övladıdır desək, səhv et-
mərik. Bəlkə, qaramtıl işığın sayrışan kölgələrində, buludlu axşamlarında 
başını bulayan qəmli qərənfilin özünəməxsus dildə pıçıltılarını dinləyək: 
 
Saçımda meh gəzir, ayağımda şeh 
Xəyalım sevdalı, əməlim saleh 
İçdiyim su Zəm-zəm, 
Şair ruhum dəm... 
Duyan varmı görən? 
Varsa - xeyli kəm... 
Düşünürəm hərdən: meydanda təkəm 
Mənə soyuqdur 
Ölmüşəm, ortadan götürən yoxdur. 
Gül təzə açmışdı, tezcə də soldu, 
Sərin meh, büllur şeh sanki yox oldu... 
Göy çəmənə xəstə bir kölgə qondu, 
Soyuq yellər əsdi can otağımda. 
Meh saçımda dondu, 
Şeh ayağımda. 
 
Səma buludludur, 
İşıq qaramtıl. 
Sürünə-sürünə əriyir kölgəm, 
Başını bulayır qəmli qərənfil... 
 
Təsadüfi deyil ki, biz burada şairlə, daha doğrusu, lirik mənlə başını bu-
layan qəmli qərənfilin obrazını bir-birinə qovuşmuş halda, onları bir ruhda, 
bir canda gördük. Biz bəzən şairin uğurunu tamam başqa-başqa məqamlarda 
axtarırıq. Bu qovuşmanın özü şairin tapıntısı və uğuru deyilmi? 


31 
 
* * * 
Bizim ədəbi qəhrəmanımız və elə bugünkü mənəvi ədəbi mühitimizdə 
kifayət qədər yeri olan H.İsaxanlı etiraf edək ki, bir gözəl  şair kimi artıq 
özünütəsdiqə nail olmuşdur. 
Ümumiyyətlə, tarixən görmüşük, inanmışıq ki, şair stereotip - şablon 
adamı deyil. Şairin sözün həqiqi mənasında, ona güc bəxş edən ilahi bir şəh-
pəri var. Və H.İsaxanlının da istər "Təzadlar", istərsə də "Ziyarət" kitabla-
rında bu ilahi şəhpərin gücünü hiss etməmək mümkün deyil. Ən başlıcası, 
ona görə ki, müəllif yaratdığı söz-sənət arenasında yaddaş mexanizminin 
gücünü qaytarmaq istəyir. Bu yaddaş mexanizmi nəyi qaytarmalıdır? Kənd 
idilliyası - əlbəttə, kəndi idealizə etmədən kəndin kənarındakı bulağın başına 
yığılan qızların  şaqraq gülüşləri ilə müşayiət olunan axşam görüşləri, sə-
həngləri doldurub çiyinlərinə  aşıran qızların təkəbbürlü, iddialı yerişləri... 
kənd, doğmalar, evlər, bulaqlar, cığırlar, ətrafı meşələrlə əhatə olunan xatirə 
yerləri - bütün bunların hamısı bizim bugünkü mənəvi dünyamızda axtardı-
ğımız həsrətlərin son ucları deyilmi? Gəlin, həqiqətə tapınaq, H.İsaxanlı 
"Ziyarət" kitabı ilə bizi hara çağırır? Doğrudanmı Məkkəyə, Mədinəyə, Kər-
bəlaya çağırır? Mən qətiyyən mənəvi-dini, psixoloji durumda bu yolun ək-
sinə deyiləm. 
Amma sənətkar üçün, poetik ruhun hakimliyini duyan adam üçün ən 
böyük ziyarət yeri özünün dədə-baba yurdudur, xatirəsində canlanan bulaq-
dır. O yerə qayıtmaq, o yerin hiss və həyəcanlarını yaşamaq, əslində, ən bö-
yük ziyarətdir. Bu gün Azərbaycan  ədəbi-mənəvi mühitində fikir döyüşlə-
rinə şərait yaratmaq üçün, yaxşı mənada fikir və düşüncələri çulğaşdırmaq 
üçün, qarşılaşdırmaq üçün ziyarət adı ən gözəl "bəhanədir"
Həqiqətən də dünya, cəmiyyət, sənə həyatı bəxş edən ilkinlik, doğmalıq 
haqqında ən səmimi duyğularla necə danışmaq mümkün ola bilər? Yalnız o 
zaman mümkün ola bilər ki, sən bütün çətinlikləri, bütün mənəvi ziddiyyət-
ləri özünün daxili dünyanda həzm edə biləsən. Ümumiyyətlə, ziyarətin ma-
hiyyəti fikirdə  və düşüncədə doğulduğun yerin, yurdun mənəvi dünyasını 
axıracan yaşamaq gücündədir. Budur dünyanın, budur ədəbi sözün mənəvi 
sərhədləri! Ümumiyyətlə, ziyarətin mənəvi mahiyyəti çox vaxt qədərincə 
anlaşılmır. Amma ən müqəddəs ziyarətlər çox vaxt özünün istək və arzulara 
uyğun olaraq missiyasını yerinə yetirib. Ən başlıcası, istər məkan baxımın-
dan, istər də mənəvi-psixoloji baxımdan ziyarət o vaxt kamil hesab olunur 


32 
 
ki, ziyarət edənin məmnunluğu duyulur. H.İsaxanlının  "Ziyarət" poeması 
özünün siqlətinə görə, mənəvi əhatə dairəsinə görə tam əsas verir ki, bu əsər 
elə "Ziyarət" adlansın. Bizim mənəvi mühitimizdə mübahisələr, tərəddüdlü, 
ziddiyyətli görüşləri ilə toqquşan adamlar az deyil. Ancaq H.İsaxanlı Azər-
baycanın görkəmli riyaziyyatçı alimidir, sözün həqiqi mənasında, böyük 
təhsil təşkilatçısıdır. Ümumiyyətlə, qabaqcıl pedaqoji fikir tarixi ilə kifayət 
qədər tanış olmayan adam belə bir universiteti yarada bilməzdi. Ona görə ki, 
universiteti yaratmaq, ona rəhbərlik etmək çox böyük risk və yüksək mənəvi 
potensial tələb edir. H.İsaxanlı isə təkcə şair olmaqdan başqa, XIX əsrin rus 
mənəvi mühitinin fəlsəfi mahiyyətini axıracan dərk etmiş, XIX-XX əsr 
Avropa və dünya ədəbi-mənəvi mühitinin təlqin elədiyi əsas ideyanı özünün 
yaradıcılığında, xüsusilə, poetik yaradıcılığında göstərən və təsdiq edən bir 
tədqiqatçıdır. 
H.İsaxanlı istər tədqiqatlarında, istərsə də publisist düşüncələrində şair-
dir. Çünki o, hissləri ilə danışan müəllifdir. İstər "Təzadlar", istərsə də "Zi-
yarət" kitablarında biz H.İsaxanlını özünün fərdi düşüncələri ilə cəmiyyətin 
mənəvi arenasını uyğunlaşdırmaq istəyən bir müəllif kimi görürük. H.İsa-
xanlının ən böyük uğuru və estetik tələbi bundan ibarətdir ki, o, cəmiyyəti 
özünün arzuladığı kimi görmək istəyir. Bu məsələdə onun bir sənətkar kimi, 
bədii cəhətdən  ədəbi uğuru kimi, qiymətləndirə biləcəyimiz misraları  ədə-
biyyatın öhdəsinə düşür. Hər halda, H.İsaxanlı sağlam, estetik qayəsinə görə 
(Dədə Camal), sözün həqiqi mənasında fərqlənən və  təqdiredici qiymətini 
almağa layiq olan bir sənətkardır. Ona görə ki, o, ürəyi ilə, qəlbi ilə tənha 
qalmağı bacarır. Dünyanın, həyatın şəxsin mənəvi aləminə təsir gücünü görə 
bilir. "Bu nə sevgi, nə fəlsəfə?" şeirinə diqqət edək: 
 
Məğrur idim, 
Əyilmirdim. 
birdən-birə dizə gəldim. 
Səni görmək istəmirdim, 
Dözəmmədim, 
Xəyalımda sizə gəldim. 
Bu nə sevgi, nə fəlsəfə? 
Sevməyənlər kef-damaqda. 
Mənsə səni sevə-sevə 
Gözə gəldim?! 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə