Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə9/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

26 
 
Mən özümü az məlumatsız oxucu hesab etmirəm. Ən azı ona görə ki, 
özümü ən çətin oxunan materialı da diqqətlə nəzərdən keçirməyə vadar edə 
bilirəm.  İndi sənin yox, Hamletin şeirləri haqqında danışmalı olsam, onu 
deməliyəm ki, bu şeirlərdə insan hisslərinin "bit-bit" ifadəsini görürəm. Əzi-
zim Hamlet müəllim, bizim tərəflərdə - mən qarabağlıyam. Cəbrayıl rayonu-
nun Xələfli kəndində doğulmuşam, Xudafərin üstə böyümüşəm. Mənim mə-
nəvi dünyamdakı harmoniyanın mahiyyəti, zənnimcə, sizə aydın olar. Əgər 
az-çox mətbuatda dərc olunan, radio-televiziya verilişlərində səslənən şeirlə-
rimdəki Vətən yanğısının haradan qaynaqlandığını kifayət qədər təsəvvür 
etmək olar - hər hansı bir əhvalatı olduğu kimi yadında saxlayıb təkrar elə-
yən adama "o, heç nəyi yaddan çıxatmayıb, bit-bit təkrar eləyə bilir", - de-
yirlər. Qədim türklər hərfə  "bit" deyirdilər:  "Heroqliflərdən sonra türklər 
samit və saitdən ibarət yeni yazılar yaratdılar. Onlar hərfə "bit" deyərdilər. 
Bunların  ən möhtəşəm nümunəsi Orxon-Yenisey yazılarıdır"
1
. Olub-keçən-
ləri "bitcə-bitcə" təkrar eləmək əslində, yaddaşı qorumaq mahiyyəti daşıyır. 
Qədim türk qranit daşların üstünə "bitik"ləri yazanda sövq-təbii ilə bu hissə 
xidmət etmişdi. İndi düşünürəm ki, söz adamları hissləri, duyğuları "bit-bit" 
yazmaq missiyasını unudub. Öz hisslərinin ambisiyalarına qapanırlar. Am-
ma Hamlet İsaxanlının şeirlərində nadir insan hisslərini və duyğularını ifadə 
edən poetik deyimlərdə  "bit-bit"  gəzişmə imkanı görünür. Bu, nadir insan 
hisslərinin qorunma instinktidir. Bəlkə  də, nadir insan hisslərinin ayrı-ayrı 
sənətkarların qələmində  təzahür edən həyat uğrunda mübarizə gücüdür. 
Zənnimcə, Hamlet İsaxanlı poeziya tarixində nadir hisslərin ifadəsinə görə, 
yaşamaq haqqını qoruyub saxlaya biləcək. Böyük riyaziyyatçı olmaqdan, 
böyük pedaqoq olmaqdan tərcüməçi olmaqdan, dost olmaqdan əvvəl o, həm 
də gözəl şairdir. Yəqin ki, şair olmadan, əsl şair olmadan bütün bunların heç 
birisi, əslində, mümkün ola bilməzdi. Və yalnız bu zaman inandım ki, Ham-
let İsaxanlı Veyerştrassın dediyi həmin ikinci dəfə təkrar elədiyi birinci riya-
ziyyatçıdan yox, ikinci riyaziyyatçıdandır, yəni əsl riyaziyyatçıdandır. 
...Yalnız indi özümdə güc tapdım. İnandım ki, sənin adına - sizin yox! - 
məktub yazmaq səlahiyyəti mənə də qismət ola bilər. 
...İnsanlar da planetlər kimi bir-birinin haləsindədir. Mən də özümü bu 
cazibə məkanında görürəm. 
                                                 
1
 Həsən Əzizoğlu."Türklüyümüz". AzAtaM  nəşriyyatı. Bakı, 2007, s.89. 


27 
 
Ola bilsin ki, əziz dostum, səni məndən də daha yaxın tanıyanlar ola 
bilər. Mən belələrini sənin indiki həyatının bölümünü əhatə edən kübar 
aləmlə bağlaya bilmərəm. Və bir daha inanıram, əlbəttə, səni məndən yaxşı 
tanıyanlar ola bilər. Amma şeirlərində, yaradıcılığında həsrətlə xatırladığın, 
gəncliyini qoyub gəldiyin, uşaqlığını qoyub gəldiyin o uzaq kənddə, bir arx 
kənarında, bir çay qırağında, bir cığır üstündə ayaqyalın gəzib-dolaşan bir 
uşaq var. Bəli, o uşaq səni məndən daha yaxşı tanıya bilər. 
...Və bir daha inandım, sənin bu dünyaya sözün qədər gözəllik gətirmə-
yinə. 
Əli Rza XƏLƏFLİ 
20.05.2010 


28 
 
 
Hamlet İsaxanlı və onun "ziyarət"i 
 
 
 
 
 
 
 
 
 
"Xəzər Xəbər" jurnalında (2010) Dədə Camalın - fəlsəfə elmləri dok-
toru, professor Camal Mustafayevin Hamlet İsaxanlının  "Ziyarət" poeması 
haqqında  "Ata ocağı"  sərlövhəli essesi xüsusi maraq doğurur.  Əgər maraq 
doğurursa, biz öz sözümüzü də deməyə özümüzdə güc tapmalıyıq. Əlbəttə, 
həm  "Ziyarət"  əsərinin müəllifinə hörmət, həm də  "Ata ocağı" adı ilə bu 
əsər haqqında fikir deyən görkəmli filosof Dədə Camala ehtiramla. 
Hamlet İsaxanlının "Ziyarət" əsəri (2009) nəşr olunub. Bu əsərin - əs-
lində, əsərin yox, bu kitabın mahiyyəti tarixi yaddaşın ziyarəti mahiyyətini 
daşıyır. H.İsaxanlının indiyə qədər nəşr olunmuş kitablarından fərqli olaraq 
"Ziyarət"də biz həm də müəllifin çox dəqiq, aydın cizgilərlə obrazını görə 
bilirik. Çünki "Təzadlar"da və digər kitablarında H.İsaxanlı "lirik mən" kimi 
görünürdü. Amma "Ziyarət"də, həm də avtobioqrafik xarakter hiss olunur. 
Biz onun real şəxsiyyətini, mənəvi simasını tam müşahidə edirik. Və ən baş-
lıcası, müqayisə aparmaq imkanımız da olur. Biz onun mənəvi potensialı-
nın, ruhunun fonunda həyat gerçəkliklərini və bu gerçəkliklərin ziddiyyətlə-
rini də görürük. Ümumiyyətlə,  "Ziyarət" özünü dərketmə kitabıdır.  "Ziya-
rət"in timsalında mənəvi ziyarətlə yanaşı, həm də bu ziyarətin doğma yurdla 
bağlı müqəddəsliyini, dini-mənəvi-ideoloji aspektlərini də dərk etmək müm-
kün olur. 
Ümumiyyətlə, "Ziyarət" kitabının məziyyətləri haqqında çox geniş da-
nışmaq olar. Və elə bu qeydləri də geniş danışmağın girişi hesab etmək olar. 
Ən başlıcası,  şair-publisist və Azərbaycanın görkəmli elm xadimi Hamlet 
İsaxanlının manifest olaraq "Ziyarət" kitabının əvvəlində, öz şəklinin altında 
verdiyi bu sözləri unutmamaq şərti ilə:  


29 
 
"Kitaba heca, hecalı sərbəst və ya ritmik sərbəst, həmçinin digər vəzn-
lərdə yazılmış, qəmli və sevinc dolu, fəlsəfi və sadəcə xoş əhval yara-
dan müxtəlif  şeirlər daxildir. Epik-lirik "Ziyarət" poeması  şairin öz 
uşaqlığına, doğulduğu kəndə səyahəti ilə, yaxın və uzaq keçmiş haq-
qında mülahizələri ilə bağlıdır".
1
 
Bütün insani mahiyyətə uyğun olaraq ziyarət hər birimizin ruhunda, 
mənəvi dünyasında vaxtilə gördüklərimizə, yaşadıqlarımıza yenidən qovuş-
maq cəhdi, ovqatıdır. Bizim hər birimiz arzulayırıq ki, son məqamda olsa 
belə, bir ziyarət ocağı olaraq qəlbimizdə tutduğumuz məkanı sonuncu dəfə 
olsa belə, ziyarət edək, onun ətrafını axırıncı  dəfə olsa belə görək, həmin 
məkanın bizim ruhi-mənəvi dünyamızdakı  əks-sədasını yalnız səs və  səda 
kimi yox, həm də həyatımızın mənası kimi dərk edək. 
Ümumiyyətlə, ziyarət nədir? Ziyarətin doğurduğu mənəvi-estetik ma-
hiyyət nədən ibarətdir? Biz bu yöndə indiyə qədər düşünmüşükmü? Ziyarət 
elə bir mənəvi anlamdır ki, burda şəxsin daxili-mənəvi mühitində müqəddəs 
hesab elədiyi  ən böyük kriteriyalar, ölçülər  əsas götürülür. Bu baxımdan 
yanaşdıqda hər şeydən əvvəl hər bir adamın ürəyində daşıdığı, öz gizlinində 
saxladığı bir ziyarət yeri var. Bu ziyarət yeri bizim hər birimizin yox, yalnız 
o ziyarət yerinin gücünü bilən adamların düşüncələrinə uyğun olaraq, onla-
rın fikir və mülahizələrinə uyğun olaraq qiymətlidir. 
H.İsaxanlı kimdir? Bu suala axıradək cavab vermək yəqin ki, müasir-
lərimiz üçün olduqca çətin olacaq. Buna görə  də onun şəxsiyyətindən, bir 
müəllif olaraq yaradıcılıq dünyasından, ən başlıcası, onun elmi-bədii yaradı-
cılığından danışmaq məsuliyyət ədəbi-elmi cəsarət tələb edir. 
Ümumiyyətlə, H.İsaxanlının ictimai-fəlsəfi görüşlərini, insani məhəbbət 
duyğularını  əks etdirən poetik örnəklərində biz onun həm fiziki, həm də 
mənəvi gücü ilə qarşılaşırıq. 
Poeziya nədir? Ümumiyyətlə, bu suala konkret cavab vermək üçün dün-
yanın nəinki klassikləri, lap elə, burnumuzun ucunda olan müasirlərimiz be-
lə fikir döyüşlərinə çıxıblar. Doğrudan da, poeziyanı yalnız peşəkarlıqla ya-
ratmaq olar, yoxsa, ilhamın və təbin, səmimiyyətin və romantik duyğuların 
təhrikiylə? 
H.İsaxanlının  "Ziyarət" kitabında dərc olunmuş  "qaramtil işiq"  sər-
lövhəli bir şeiri var. İlk baxışdan işıqla qaramtıllıq ziddiyyət təşkil edir. Bu 
                                                 
1
 Hamlet İsaxanlı. " Ziyarət". Xəzər Universitəsi nəşriyyatı. Bakı , 2009. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə