Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə17/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   13   14   15   16   17   18   19   20   ...   73

51 
 
 
Göynəyin köynəyində 
 
 
 
 
 
 
 
 
 
Zamanlar sürətlə dəyişir. Bu dəyişmə fonunda ayrı-ayrı ölkələr, xalqlar, 
qitələr ən müxtəlif rənglərdə təzahür edir. Və sanki bu zaman və məkan son-
suzluğunda Dədə Ozana sürətlə dəyişən küləklər heç bir əsər eləmir. Bu kü-
ləklər onun uzun, ağ saqqalını üz-gözünə, boyun-boğazına səpələsə də, qo-
puzu yenə qucağındadır. Dədə Ozan tarixdən gələn nəğməsini oxumaqdadır. 
"Ziyarət" davam edir. Yaddaş Sahibi sanki Dədə Ozanın dilindən aldığı 
sözü təkrarlayır: "qismətdənmiş bu görüşmək". Demək, bu görüş təsadüfi 
ola bilməzdi. Bu görüş Yaddaş Sahibinin qismətində varmış  və  əslində, 
bütün dünyanı gəzə-gəzə onun xəyalında həmişə bir fikir, bir məram onunla 
sədaqətlə yoldaşlıq edib, onu heç vaxt tərk etməyib. Onunla birgə yatıb, yu-
xularında da onun yanında olub. Və nəhayət, axır ki, bir gün onun əlindən 
yapışıb bu gəzdiyi dünyanın ona doğma olan və  həmişə onun yaddaşında 
olan bir bucağına gətirib: 
 
Bir ağsaqqal yaxın gəldi, 
Nur yağırdı camalından. 
Üzümdən öpüb köyrəldi, 
Şikayət etdi halından. 
 
Kimdir bu qoca? Onun adı, ünvanı Yaddaş Sahibinin ağrılarla çulğaş-
mış olan xatirəsinin içərisindən necə görünəcək? Bu yol, bu ad, bu ünvan ən 
ümumi şəkildə tarixdir. Bir az ona yaxın getsək, onun üzərindəki zaman kü-
ləklərinin yığdığı tozu bir kənara çəksək, əslində, mənəvi mədəniyyətimizin 
daşlaşmış tarixini görmüş olarıq. Biz sonuncu yüzilliyin keçmişi axtaran gö-
züyük. Gözümüz bizi aldatmırsa, gördüklərimizə daha yaxından nəzər salaq; 


52 
 
şübhəsiz ki, son yüz ildə "Bilqamıs"ın - qədim  şumer mədəniyyətinin, 
"Avesta"nın - antik dünyadan daha qədimlərdə qalmış olan mədəniyyətin 
sonrakı mərhələyə, sonrakı qədim mərhələyə - Dədə Qorquda gələn yolu ay-
dınlaşdırılmaqla, əslində, bugünkü dünya düzənində, bugünkü sivilizasiyaya 
böyük türk etnosunun nə verdiyini öyrənmək mümkün olur. Başqa sözlə, 
ümumdünya mədəniyyətində türk etnosunun yerini bu yolla daha dəqiq 
görmək olar. Amma bayaq Yaddaş Sahibi ilə üz-üzə dayanmış qoca gileyli-
dir. Sanki o, bu görüşü çoxdan gözləyirmiş. İndi onun gözləri tor görür, əl-
ləri titrəyir, dizləri taqətdən düşüb. Və elə onun təəssübü də bununla bağlıdır 
ki, onun övladı - Yaddaş Sahibi niyə belə gec gəlib? Axı indi o, məcburdur 
həyatından gileylənməyə: 
 
"Ağrın alım, 
Yaman artıb ağrılarım. 
Ayaqlarım sözə baxmır - 
Yeldimi, duzdumu, nədi? 
Zəli tək tutub buraxmır. 
Yoxsa ayrı nə dərdim var?! 
Oğul-uşaq, gəlin, kim var. 
Dörd yanımda pərvanədi, 
Sağ olsunlar, baxan çoxdu" 
Nəfəs alıb o duruxdu: 
 
Qoca həyatının tarixçəsini danışır. Bu həyatın ən önəmli tərəfi odur ki
o, Yaddaş Sahibinə təmsil elədiyi kəndin hələ yaşadığını, hələ onu qoruyan-
ların, onun qayğısını  çəkənlərin olduğunu çatdırır. Və  yəqin ki, əgər dünya 
onu bir gün tamam unudacaqsa, indiki məqamda Yaddaş Sahibi gəlməyəcək-
sə, onun da ömrünün qürubu çatacaq. Hər halda qoca duruxur, dərindən nəfəs 
alır və yenə  həmin qopuzunu sinəsinə  sıxmış ozanın asta-asta, bəzən züm-
zümə ilə, bəzən də kədərqarışıq ovqatla səsləndirdiyi nəğmələr təkcə Yaddaş 
Sahibinə yox, Yaddaş Sahibinin üz tutduğu insanların hamısına çatır: 
 
Di gəl bütün günü evdə 
Qaxılıb qalmaq da olmur. 
Ayaqlarım getməsə də, 
Könül həvəsdən yorulmur. 


53 
 
Ziyarətə  gələnlə ziyarətgah arasındakı münasibət  əslində, tərəflərin bü-
tövləşməsinə xidmət edir. Ziyarətə gələn ona görə ziyarətə can atır ki, özündə 
görmək istədiklərinin bir çoxunu o, vaxtilə yaşadığı mühitdə, doğulub boya-
başa çatdığı yerlərdə, başqa sözlə, bu gün ona ziyarətgah olan yurd yerlərində 
qoyub gəlib. Onun bu yerlərdə qoyub gəldiyi xatirələrdir. Amma xatirələr 
onun yaddaşında heç nədən bərpa oluna bilməz. Bu oyanış üçün vaxtilə ona 
doğma olan, onun özündən əvvəlki nəsilləri - babasını, atasını, nənəsini xatır-
ladan insanları görməsi ilə, yenidən onlarla görüşməsi ilə mümkün ola bilər. 
Belələrindən biri də  "ayağında köhnə patava" olan bir qocadır. Ümu-
miyyətlə,  şair yurd yerlərinin təbiətini vermək üçün yeri gəldikcə unudul-
maqda olan ifadələri tapıb işlədir və bununla da xarakterik cizgilərə nail 
olur. Bax, elə bu qocanın da ayağında patava olması, evdə qaxılıb otura bil-
məməsi, qocalsa da, könlünün həvəsdən düşməməsi - bütün bunlar həyat eş-
qinin tərənnümü olmaqla bərabər, həm də yurd yerinin timsalı olan qocanın 
dəqiq cizgiləridir. Hətta o qocanın adı  çəkilmir, ancaq oxucu üçün o qoca 
lap yaxından yaxın olur. Misralarda bir ürək döyüntüsü, kövrək bir çırpıntı 
hiss olunur. Bu ürək döyüntüsü, bu çırpıntı elə, əslində, qocanın həyat eşqilə 
ahəngdardır. Qoca öz həyatını danışır. Danışır ki, bir az yüngülləşsin, həm 
də bu yüngülləşmə ona könül rahatlığı gətirir. Adama elə gəlir ki, qoca yurd 
yerinə ziyarətə gəlmiş, yarı yaşına çatmaqda olan eynəkli cavanın özündən 
gileylənəcək, yəni ona deyəcək ki, mənim də zəmanəm qurtarır, bəs bu yur-
dun keşikçisi kim olacaq? Amma hər halda qocanın dərsləri daha üstündür. 
O, heç kimdən gileylənmir, başqasını günahkar tutmur. Amma hər halda 
yurd yerində qalmağın borcunu çox dəqiq, aydın çatdırır: toydan qalmaq ol-
maz, nişandan qalmaq olmaz, xeyirdən-şərdən necə ayrı düşmək olar... və 
nəhayət, artıq qeyd elədiyimiz həmin gileyin özünəməxsus tərzdə ifadəsi 
yurdun övladlarına, yurddan pərvəriş tapıb dünya arenasına çıxmış adamlara 
şirin bir xitabla müraciət olunur. Və bu müraciətin özü də son nəticədə qo-
canın özünə ünvanlanır: 
 
Elə ki, açıldı hava, 
Ürək ki, birdən döyündü, 
Ayaqda köhnə patava, 
Gəzib dolaşıram az-az; 
Toydu, nişandı, düyündü 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə