Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə13/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   9   10   11   12   13   14   15   16   ...   73

39 
 
genlərin nəsillərdən-nəsillərə ötürülməsi bu böyüklərin cəmiyyətdə mövcud-
luğu ilə mümkün ola bilərdi. Yaddaş Sahibinin canını yenə oda salan elə bu 
dərdlərdir. Mahiyyətcə, repressiya tufanlarının kökündən qoparıb aparmağa 
çalışdığı və bir çox hallarda nail olduğu (N.Nərimanov, H.Cavid, M.Müşfiq 
və başqalarının nəsillərindən bir kimsə qalmayıb) həmin mənəvi gen sahib-
ləri yaşasaydılar bu gün Azərbaycanın mənəvi siması daha zəngin olardı. 
Söhbət kimdən gedir? Yaddaş Sahibi elə buradaca atasının ən xarakte-
rik cizgilərini xatırlayır: 
 
Atam comərd bir insandı, 
El-obaya yaraşandı- 
Ağlı iti, qəlbi yumşaq, 
Tez yetişdi, tez də yandı. 
Bəzən tale haqqı dandı- 
Ağrı çəkdi neçə uşaq 
Ruzgarı sərt, qəlbi yumşaq. 
 
Mən  ən kəskin, sərt mövqeli müsahiblərimlə razılaşa bilmərəm,  əgər 
desələr ki, burada Şəhriyarın təsiri yoxdur: 
 
Mənim atam süfrəli bir kişiydi, 
El əlindən tutmaq onun işiydi. 
Gözəllərin axıra qalmışıydı, 
Ondan sonra dönərgələr döndülər, 
Məhəbbətin çıraqları söndülər 
 
Yaddaş Sahibi də atasının comərdliyini, elə-obaya yaraşan olduğunu, iti 
ağıl sahibi olmaqla bərabər, həm də onun çox qəlbi yumşaq bir insan oldu-
ğunu xatırlayır. Təəssüf ki, o, tez yetişib, tez də yanıb. Təəssüf doğuran, acı 
kədərlə xatırlanan doğruların yanmağını elə belə xatırlamaq olar və özü də 
yana-yana. 
Zaman, siyasi rejimlər burada tale obrazı ilə görünür. Bu qəddar hakim 
haqqı danır və bu haqqı danmaqla bərabər neçə uşağa ağrı bəxş edir. Bəli, 
onların kövrək aləmləri sərt rüzgarın məngənəsi arasında öz əzablarını ya-
şamaqda olurlar. 


40 
 
Burada bütün aydınlığı ilə görünən ən dəqiq cizgilərlə verilmiş atanı biz 
yalnız Yaddaş Sahibinin cismani atası kimi qavramırıq, onu həm də tarixdən 
gələn bir ata kimi görürük. Tarixdən gələn atanın obrazı bu gün necə qavra-
nılır?.. 
Fəlsəfə elmləri doktoru Camal Mustafayevin təbirincə desək,  ən mü-
qəddəs ziyarət yeri ata ocağıdır. Niyə məhz ata ocağı? Professor  
"Bir zamanlar milli düşüncəmizdə müqəddəs sayılan ata ocağı anlamı 
indi yaddaşdan sıxışdırılıb. Yeni nəsil, əslində, bu xüsusda təsəvvürə 
malik deyil, ancaq sınanmış gerçəkdir - yurd yaddaşı, Vətən hissi 
həmin ilk başlanğıcdan nəşət edir"
1
  
qənaətindədir. Göründüyü kimi, müdrik alim əslində, Vətən hissinin, yurd 
yaddaşının bir-birinə qovuşmuş və bir-birilə sıx əlaqədə olan iki anlamın - 
ata və ocaq obrazlarının vəhdətində təzahür etdiyini təsdiqləyir. Bəli, ata və 
ocaq obrazları birləşəndə daha möhtəşəm, daha zəngin yaddaş obrazını 
yaradır. Əvvəlcə ata mahiyyətinə diqqət edək. Əvvəla, onu qeyd edim ki, ata 
adı ilə bağlı çoxlu onomastik adlar "Ata"nın zəngin tarixi-mənəvi keç-
mişindən xəbər verir. Belə adlar Qarabağ ərazisində də tarixi abidələrin ün-
vanı olaraq bu gün də mövcuddur. Bir daha suallara qayıdaq: Qədim türk 
mənbələrində və bu mənbələr əsasında təsdiqlənən qədim türk düşüncəsində 
ata kimdir? Onun hansı  tərəfləri var? Ən diqqətçəkən mənbələr atanı necə 
xarakterizə edir? Mən bu barədə fikrimi artıq bir dəfə - "Yaddaşa aparan 
yollar" (məktub-roman) adlı ədəbi düşüncələrimdə yazmışam:  
"Birinci münasibət bildirdiyimiz atanın kimliyi, təbiəti şamanlıq ruhu 
ilə bağlıdır. O, ata bizi əcdadlarımıza nə qədər bağlayırsa, gələcəyimi-
zə də o qədər bağlayır. Sanki əzəlimiz və axirətimiz bu ata mahiyyə-
tindən keçir. Ata keçmişlə  gələcəyi bir-birinə bağlayan düşüncə kör-
püsü yaradır. Bu obrazın əzəməti, ruhu məhz bu cür yanaşma ilə daha 
yaxşı qavranıla bilir, daha asan dərk olunur. 
Qədim türk düşüncəsində ata kimdir? Bu suala cavab vermək üçün 
yenə mifik anlama qayıdaq:  
"ATA - Mifoloji düşüncədə axirət dünyası, yer stixiyası və bu mənada 
da  əcdadlar dünyası ilə bağlanır. Çünki mənəvi-ruhani yaradıcı olan 
"Ata"nın başlanğıcındakı bir funksiyası da əcdadlar dünyasına qırıl-
                                                 
1
 C.Mustafayev. "Ata ocağı".  "Xəzər Xəbər" jurnalı,  2010 Noyabr ,  № 290, s.26. 


41 
 
maz tellərlə bağlı mərasim hamısı obrazına aid olmağı idi. Yəni "Ata" 
axirət dünyası ilə, axirət dünyasının sakinləri olan varlıqlarla bağlılıq-
daydı. "Ata" adı özlüyündə əcdad haqda təsəvvürlərə açıq-aydın işarə 
edir. "Ata" obrazında mədəni qəhrəman, bəlli bir ölçüdə  də demiurq 
cizgiləri aydın sezilir. Axirətlə bağlandığından "əcdad" inisiasiya ak-
tındakı hami (əcdad şaman) ruhunun eynidir. Təsadüfi deyil ki, sonra-
lar xalq inanclarındakı ilk türk övliyaları da çox zaman elə bu adla 
adlandırılmışdır. Xızır peyğəmbərin müqəddəslik bəxş etdiyi "Həkim" 
adlanan Süleyman Bakirqanı isə öz əsərini məhz onun haqqında 
dediyi: "Xızır İlyas atam var" - sözləri ilə başlayır. 
Ata bəlalardan qoruyan, hifz eləyən ruhdur. Qırğız Ata qırğız elini və 
b. qoruyan ruh olduğu kimi. Türk etnik-mədəni  ənənəsində mifoloji 
zəmində  təşəkkül tapan və  mədəni qəhrəman, ilkin əcdad, eləcə  də 
mərasim hamisi olaraq səciyyələndirilə bilən Qorqut Ata, İrkıl Ata və 
daha neçə obraz var ki, bu adla birgə anılır. Qaraimlərin dini-mifoloji 
görüşlərindəki qoruyucu ruhlardan biri də Karqıl Ata adında mifoloji 
varlıqdır. Xarəzmdə  şiələr axırıncı imamına həsr olunan ibadətgah 
Qaib Ata adını daşıyırdı. Teleutlarda isə yeraltı dünya ruhlarından 
olan Erlikə böyük sayğı əlaməti olaraq "Atam" (adam) deyərdilər. Sa-
yaq miflərinə görə də Erlik xanın bir adı "Ada" (ata)dır. 
Müqəddəslik haləsinə bürünüb xalq arasında böyük ehtiram qazanan 
ulu ozanlar, qamlar da bu "ata" adını daşıyırdılar. Sonralar xalq su-
filiyi ruhunda şeirlər yazan Ata ünvanlı sufiləri isə  əski baxışların 
davamçıları saymağın mümkünlüyü haqda fikir bu mənada özlüyündə 
elmi əsasdan məhrum deyil. Yəni türklər içərisində sufilik bir axın ki-
mi gücləndikcə  şeyxlərə  (şıxlara), hikmət sahibi olan şəxslərə, kəra-
mət sahibi övliya dərvişlərə də "Ata" adı verilməyə, məs., Çoban ata, 
Mənsur Ata, Hakim Süleyman Ata, Zəngi Ata, Dəmirçi Ata... deyil-
məyə başlanmışdı. 
Türk "ata" anlayışının onun müqəddəsliyindən gələn "əcdad ruhu", 
"övliya" məzmunu vardı. Türküstanın müxtəlif bölgələrində, qırğız 
çöllərində Övliya Ata kimi coğrafi adlar oralarda qəbirləri olan türk 
övliyalarının adları ilə bağlıdır. Yer adlarında isə  həmçinin "pir, 
ocaq", anlamı daşıyır. "Baba" kimi "Ata" ünvanı  bəzən ulu dağların 
adlarında da işlənə bilmişdir. Əbülqazi Bahadır xan (XVII əsr) "Türk 
şəcərəsi" əsərində yazır: "Türk xalqı əziz adamlarına "ata" deyir; mə-
sələn, Həkim Ata, Seyyid Ata". 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə