Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə11/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

33 
 
O zaman ki 
Düşdüm məhəbbət toruna - 
Yadındamı hüzuruna 
Bir qara saç təqdim etdim?! 
Əvəzində sən nə etdin? 
Saçlarıma dən gətirdin. 
 
Vüqardan əyilməz idim, 
İçimdəydi bütün dərdim. 
Birdən-birə 
Taqətdən düşdüm, əyildim, 
Başıma duman gətirdin, çən gətirdin. 
Vallah, billah, 
Başqa səbəb görəmmirəm, 
Məni dizə sən gətirdin. 
 
Bu güc isə o qədər həssas, o qədər vüsətlidir ki, orada biz nəinki bir şai-
rin dünyasını görə bilirik, eləcə də, ümumiyyətlə, şairlə həyatın, şairlə dün-
yanın arasındakı təzadı görə bilirik. 
Dədə Camal - fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev 
H.İsaxanlının poetik örnəkləri ilə bahəm, "Ziyarət" poeması haqqında təsa-
düfi söz açmır. Onun danışmaq istədiyi, aşkarlamaq istədiyi mətləblər əslin-
də,  əsərin özündə bütövlüyü ilə görünür. Biz də bu yöndən Dədə Camalın 
mənəvi dünyasına hörmət  əlaməti olaraq H.İsaxanlının poetik örnəklərini 
kifayət qədər qədərincə anlamağa çalışırıq. Və bu örnəklərdə  səmimiyyəti 
duyuruq. 
H.İsaxanlı, siz kimsiniz? İndi bu suala özünüz cavab verin. Elmlər dok-
toru, professor kimi, riyaziyyat elmləri üzrə görkəmli mütəxəssis kimi, şair 
kimi, təhsil təşkilatçısı kimi Siz Azərbaycanda məşhursunuz. Bizim 
qiymətləndirdiyimiz Sizin çox böyük mənəvi aləminiz, şairlik dünyanızdır. 
Əgər rəva bilsəniz, dünyanın bütün riyaziyyatçılarından və Azərbaycanın ən 
görkəmli pedaqoq alimlərindən təmənna edərdik ki, sizi bizdən almasınlar. 
Sadəcə, tərifsiz, titulsuz, sıravi bir qələm adamı olaraq Azərbaycanın 
iddiasız bir şairi olaraq sizi görək. Budur bizim istəyimiz. 


34 
 
Ancaq daha geniş planda cavab veriləsi suallar var: Dədə Camalı "Ziya-
rət"də müşayiət edən hansı duyğulardır? O, hansı hisslərin təsiri altında "Ata 
ocağı"na gəlib çıxır?.. Bu ziyarətin ata ocağında görünən və görünməyən 
hansı tərəfləri var? 
H.İsaxanlının  "Ziyarət" poeması bir çox ədəbi-bədii məziyyətləri ilə 
diqqəti cəlb edir. Ümumiyyətlə, yaddaşa qayıtmaq, yaddaş fenomeninin əsa-
sında müəllifin tarixi-mənəvi gerçəkliyi sözə  gətirmək, obrazlar yaratmaq 
ənənəsi tarixən mövcud olub. Biz bu ənənənin köklərini, izlərini qədim türk 
mənbələrində,  "Şu"  dastanında,  "Dədə Qorqud kitabı"nda, Nizamidə, klas-
sik ədəbiyyatın çox dəyərli digər örnəklərində də görürük. Nizami öz qəhrə-
manlarının taleyini həll edəndə özbaşına qərar çıxarmır. Mütləq daha əv-
vəlki keçmişlərə müraciət edir. Gəncliyində müşahidə etdiyi hadisələri yada 
salır, doğma yurdunu, Gəncə  zəlzələsini, Bərdənin vəsfini - bütün bunları 
yaddaş fenomeninin təsiri altında qələmə alır. Mübahisəyə ehtiyac yoxdur 
ki, yaddaş fenomeninin ali obrazını məktəb səviyyəsinə qaldıran, altmış ilə 
yaxındır ki, Azərbaycan, İran, İraq, Anadolu, Dərbənd, Borçalı, Göyçə əra-
zilərində yaşayıb, qələm sahibi olan şairlərin (müəyyən mənada, həm də na-
sirlərin) yaddaş fenomeninə müraciət edən çox böyük nəsillərini bu məktə-
bin təsiri altına almışdır. Şəhriyar düsturu ilə, Heydərbaba ruhu ilə yazılmış 
əsərlərin dəqiq sayını bu gün bilən yoxdur. İraqdan Əlbüllətif Bəndəroğlu və 
onun "Yurt" dərgisi ətrafında birləşən çoxlu sənətkarlar "Heydərbabaya sa-
lam" poemasına nəzirələr yazmışlar. Cənubi Azərbaycanda da şairlər onun 
səsinə çox böyük hiss və duyğu ilə cavab vermişlər. 
Bu günə  qədər Cənubi Qafqaz əhatəsində olan azərbaycanlı  şairlər də 
"Heydərbabaya salam" kitabxanasına özlərinin zəngin töhfələrini vermişlər. 
Çox böyük məmnunluq hissi ilə qeyd edərdim ki, bu sətirlərin müəllifi 
olaraq mən də  "Bir Xələfli var imiş" adlı  əsərimlə o möhtəşəm "salam" 
qarşısında mənəvi borcumu verməyə çalışmışam. Təəssüflə bunu da 
deməliyəm;  Şəhriyar düsturundan istifadə ilə yazılmış  "qrafoman"  əsərlər 
də az deyil. Bunu da təbii qəbul etmək lazımdır. Hər kəs yaddaş feno-
meninin ecazkar sarayına özünün istedadı, düşüncəsi və  təxəyyülünün 
imkan verdiyi güclə daxil olur. Son vaxtlar yaddaş fenomeninin təsiri altın-
da yazılmış Şəhriyar ənənəsini yalnız mənəvi olaraq qəbul edib özünün ori-
jinal forması ilə diqqəti çəkən çox maraqlı əsərlər yaranmaqdadır. Xalq şairi 
Nəriman Həsənzadənin "Poylu beşiyim mənim" eposu, Hafiz Rüstəmin "Ba-


35 
 
kıdan Yardımlıya səyahət" yaddaş poeması, bu sıradan heç şübhəsiz, çox də-
yərli yerlərdən birini tutan H.İsaxanlının "Ziyarət" poeması ədəbi-bədii də-
yərinə, "sağlam-estetik əsaslarına" görə yaşarılıq haqqı qazanacaq, zaman-
zaman müəllifinə şöhrət qazandıracaq əsərlərdəndir. "Ziyarət" yolunda kimi 
görürük? Ömrün ekvator xəttinə çatmış, alim kimi şöhrətlənmiş, müasirləri 
arasında sağlam, mənəvi ölçüləri ilə tanınan bir ziyalı, incə, kövrək qəlbli 
bir şair yaşına görə çox erkən eynək taxmış, yurd həsrətlisi uşaqlığında və 
yeniyetməliyində, uzaqda - Vətənin qıraqda qalan yerlərində onu çağıran 
xatirələrin arxasınca ata ocağına dönür. Bütün hadisələrin mahiyyəti də elə 
bu dönüşlə bağlıdır. O, kimi görür, kimləri yada salır, həmin uşaqlıqda və 
yeniyetməlikdə qalmış cığırları axtarmaq istəyir. Onun yaddaşını hansı "ti-
kanlar qanadır", o, hansı hisslərin təsiri ilə könül dünyasındakı kövrək 
hisslərin əsirinə çevrilir? 
Məlumdur ki, "Ziyarət"də insan özünü ruhi-mənəvi aləmdə hiss edir. 
Demək olar ki, müəyyən mənada, gerçəklikdən təcrid olunur. Özünə qapan-
ma, hətta yaşını unutma, həmin yerlərdəki yaşın çağlarına qayıtma burada 
əsas şərtdir. Həmin o erkən yaşlarından dünya işığını ona qaytaran şəffaf ey-
nəyinin arxasından boylanan gənc - əslində, eynəkli adam - o adam ki, indi ki-
fayət qədər ömür yolu keçmiş, həyatın ağırlıqlarını çiyinlərində duyan bir zi-
yalı özü yurd atasına çevrilib. Amma bu yerə, bir yurda bir uşaq kimi qayıdır. 
Elə öz-özünə  pıçıltılarla danışır. Və danışa-danışa özünün ata ocağına 
qayıtma hissinə görə məmnunluğunu da bildirir. Bəli, o, şükranlıq içindədir. 
Çünki "doğulduğu, boy atdığı /gecələrlə sevdalaşıb/, səhərləri oyatdığı" ye-
rə qayıdıb.  "Şükür, gəldik kəndimizə" lirik lövhə  həmin qayıdışın ilk ad-
dım səslərini kövrək misralarla çatdırır: 
 
Doğulduğum, boy atdığım, 
Gecələrlə sevdalaşıb 
Səhərləri oyatdığım, 
Doğma eldə, obadayam. 
Qəribədir, köhnə adam... 
Sanki əski zamanları, 
Açılmayan dumanları 
Yarıb gəlmiş səs-sədayam
Gəzəyən ruhlara tayam. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə