Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə7/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   2   3   4   5   6   7   8   9   10   ...   73

20 
 
özünün ilhamına söykənir. İlham isə yalnız və yalnız şairlik təbiətinə mən-
subdur. Mənim zənnimcə, şairliyin, ruhi-mənəvi qida mənbəyi olaraq poetik 
aləmin bircə düsturu var. O düstur insanı bütövlik kompleksində görməkdir, 
daha doğrusu, görmək istəyidir. Şairlik əslində, bəxtəvərlik deyil, şairlik fa-
ciədir. Cəmiyyətdən gələn zərbələri özünün ruhuna, mənəvi aləminə qəbul 
etməkdir. Yalnız mənəvi dünyasından başqaları tərəfindən görünməyən qan-
ların axmağını görə bilən bu qanların - o qanların axdığı yaraların açdığı şı-
rımlardan gələn sızıltıların səsini dinləyə bilən adam şairdir və yalnız o, özü-
nün aləmində ola bilər. Yalnız o kəs özünə sual vermək gücündədir, özünü 
ittiham etmək gücündədir. O, tək olmaq istəyəndə də, təzadlar arasında qa-
landa da, insan duyğularının mənəvi mehrabını ziyarət edəndə də nə qədər 
düsturlarla, nə qədər qanunauyğunluqlarla düşünürsə, bir o qədər də ruhlarla 
sirdaş ola bilir, bir o qədər də ilhamın qanadlarında uça bilir, bir o qədər də 
sözü, fikirləri ilə qanadlana bilir. Azərbaycanın fəlsəfi fikrində XX əsrin 
ikinci yarısına mənəvi gəncliyin mənəvi dünyası üçün ruhi-mənəvi qida 
mənbəyi olan yaradıcılığı ilə sevilən bir filosofumuz var. O, sovet ideologi-
yasından fərqli olaraq ruhu bizə qaytaran filosofdur. Yalnız onun təbirindən 
sonra biz dərk elədik ki, ruh heç də bizdən kənarda deyil. Bu, fəlsəfə elmləri 
doktoru, professor Camal Mustafayevdir. O, Hamleti də yaxşı tanıyır, onun 
yaradıcılığına da yaxşı bələddir. Əzizim, burada birinci şəxs müraciətindən 
çıxıb üçüncü şəxs ünvanı ilə danışmağım sənə qəribə gəlməsin. Axı biz üz-
bəüz sözümüzü deyə bilməyəndə üçüncü şəxsə müraciət edirik. Qoy Hamlet 
İsaxanlı da üzbəüz mənim sözümü yox, mənəvi fikrimizin atası olan müdrik 
bir kişinin, Azərbaycan mənəviyyatının atası olan bir varlığın fikrini, hökm-
lərini dinləsin:  
"Ancaq poeziyanın tapındığı  məhəbbət geniş növlü bir anlamdır. 
Gəncliyin eşq aləminin hüdudlarına adlayan sonsuz çeşidli dünyadır. 
Təbiətə heyranlıqdan başlamış İlahi eşqə qədər tutumu var. Onun mə-
nası əzəldən mövcudluğu vəhdətini yaşatmaqla bağlı olub. Valideyn - 
övlad, xüsusən ana - övlad, məhəbbəti bu anlamı şərtləndirən əsas baş-
lanğıclar sırasındadır. Ana mövzusu, təbii olaraq, bədii sənətdə yük-
səkdə durur. Həyat axarının qaynağı olan, müqəddəs qayəli ana var-
lığı! Hər ananın öz taleyi, ömrünün öz dünyası var"
1
.  
                                                 
1
 Hamlet İsaxanlı. "Təzadlar". Xəzər Universitəsi nəşriyyatı. Bakı , 2001,  s.14. 


21 
 
Professor sənin yaradıcılığını kifayət ədər dərk edən, duyan, ardıcıl iz-
ləyən oxuculardandır. Əslinə qalsa, sənin yaradıcılığında, daha dəqiq desək
Hamlet İsaxanlı poeziyasında ən qabarıq obrazları görən, duyan və onu özü-
nün xarakterik cizgiləri ilə fəlsəfi ümumiləşdirmə süzgəcindən keçirərək da-
ha geniş oxucu aləminə təqdim edən də elə odur:  
"Bu nəcib mövzunun Hamlet İsaxanlı "Susma, danış, ay ana!" şeirində 
həssalıqla canlandırıb. Burda yaradılan ana surəti dərin kövrək duyğu-
lardan yoğrulub. Ömrün ixtiyarlığını yaşayan, zaman yorğunluğundan 
acizləşən, mərhəmət dolu ehtiram oyadan ana surəti! Nədən daim bu 
ağbirçək dərin fikirlərə dalan görünür? Nədən sükuta qərq olmaq 
deyib – danışmaqdan ona üstündür? Bəlkə, xəyal dünyasında ipə-sapa 
düzür ömür yükünü? 
 
Baxışların nə məhzun... 
Keçmişəmi baxırsan, 
Sabahımı görürsən ay ana, 
Cansız barmaqlarınla 
Fikir - zikir tellərindən 
Nə hörürsən, ay ana? 
De, baxırsan hayana? 
De, gözlərin yol çəkir 
Nə uzun? 
Baxışların nə məhzun? 
 
Belə qayğılı suallar, həzin hisslər "Susma, danış, ay ana!" şeirində ha-
kim motivdir. İxtiyar ana ruhunu oxşamaq, səsini, təbəssümünü duy-
maq mənəvi ehtiyac kimi təcəssüm edilib. Ana taleyi, müqəddəs övlad 
borcu xüsusunda düşündürür oxucunu. 
Hamlet İsaxanlı poeziyası, sadəcə, bədii zövqü oxşamaqla məhdudlaş-
mır"
1
.  
Professor təsadüfi olaraq "Susma, danış, ay ana" şeirini tədqiqat obyek-
ti seçmir. O, bu şeirlə demək istəyir ki, H.İsaxanlı ruhların dili ilə danışa bi-
lir. Axı insanın müəyyən yaşından sonra onun anası istər əbədiyyətə qovuş-
muş olsun, istərsə də, həyatının ixtiyar çağında olsun, fərqi yoxdur - ruhun 
təmsilçisidir. Ona görə  də professor Caval Mustafayev H.İsaxanlının poe-
                                                 
1
 Hamlet İsaxanlı."Təzadlar". Xəzər Universitəsi nəşriyyatı. Bakı , 2001,  s.15. 


22 
 
ziyasında anna obrazına münasibəti ruha münasibət kimi və bu yöndə onun 
estetik baxışları kimi şərh edir:  
"Onda estetiklik canlı fikirlə vəhdətdə poetik əksini tapır. "Söz fikirlə 
canlananda mövcud varlığa çevrilir", - Hegelin bu kəlamını burda 
demək münasibdir. Bu, təzadlı gerçəkliyin batini mahiyyətinə varmaq 
niyyətindən doğur. Düşünən "Mən" dünya gedişatından məna çıxar-
mağa ehtiyac duyur. İnsan-dünya nisbətini düşünmək  şeirdə, sənətə 
daimi mövzudur. Hamlet İsaxanlı eyni mövzunu müxtəlif əhval - ruhla 
canlandırıb. Bəzi şeirlərində mənəvi "Məni" zahiri təzadlara qarşı qo-
yur. 
Özü üçün sağlam istinadgahı öz ruhuna mərkəzləşməkdə görür. Yara-
dıcı yalnızlıqda aradığı gerçəkliyə  məhrəm arzu kimi baxır. "Tək 
qalmaq istəyirəm" şeiri bizi düşündürməyə bilməz: 
 
...Təklik - 
Fikrimin süsləndiyi 
Ən uca yüksəklik. 
Təklik - 
Xəyalımın bəsləndiyi 
Ən xoş gerçəklik. 
 
Təklik, sakitlik istəyi zahiri mövcudluğun aldadıcı görüntülərindən 
təcrid olub yaradan ruha sığınmaqdır. Yaradıcı öz "Məni"nə dönəndə 
ilhamı uçmağa  ənginlik tapır. Gerçəkliyin səthində - təsadüflər qarı-
şıqlığında ilham, xəyal qanadlana bilməz. Ruhun həyatına dönmək 
dünya müəmmalarını içəridən dərk etməkdir.  İdealla gerçəklik ara-
sında ziddiyyət kəskin hiss edilir. Poeziya bu ziddiyyəti daha bariz şə-
kildə  əks edir. O cümlədən, poetik fikrimizdə  ənənəvi olan "Dünya" 
şeirləri. Hamlet İsaxanlı bu ənənəni öz fərdiliyinə uyğun yaşayıb. 
"Dünya", "Dumanlı dünya", "Baş açmadım bu dünyadan" şeirlərindən 
bunu aydın görmək olar. Birincidə romantik bir əhval – ruhla dün-
yadan söhbət açır. Onun düşüncələrində həyatın gözəlliyinə heyranlıq 
ahəngi açıq duyulur"
1
.  
Ümumiyyətlə, insanın yerlə, göylə əlləşməsi insanın daxili-mənəvi alə-
minin təlatümləri içərisində olması başqa nə cür görünə bilər? Zahirən sakit, 
                                                 
1
 Hamlet İsaxanlı. "Təzadlar". Xəzər Universitəsi nəşriyyatı. Bakı , 2001,  s.16. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə