Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə4/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   2   3   4   5   6   7   8   9   ...   73

11 
 
bunu mütləq qeyd etməliyik ki, o, daxilində olan ritmi formaya tabe etməyə 
cəhd göstərmir". 
Ə.R.Xələfli poemanın məziyyətlərini qeyd etməklə yanaşı yeri gəldikcə 
müəllifə kömək məqsədilə haqlı iradlarını da bildirir: "Yaylaq yerinin, xüsu-
silə buz kimi suların çağladığı bulağın, yarpızlığın, əvəlikliyin ətri, bihuşda-
rı kimi insanı məst edən kəklikotu çiçəklərinin, çayçiçəyinin, qantəpərin, lil-
parın, qazayağının, quzuqulağın... olduğu yerlərdə "yarpız, yasəmənin qo-
xusu" yox, "çiyələyin qoxusu" məntiqi, mənzərəni daha yaxşı tamamlayır". 
Ə.R.Xələflinin izahlarında həm də bədii üslubun təzahürləri valehedici-
dir. Bir də görürsən ki, nəqli cümlə çox şairanə bir təşbehlə ifadə olunur: 
"Bir vaxt gəlir ki, o pıçıltılar onun xəyalındakı  səliqəli ata, ana zəhmətilə 
düzəldilmiş ləklər kimi misralara çevrilir". 
Ə.R.Xələfli öz şərhlərində yaxın dövrün Qərb və Şərq mütəfəkkirləri ilə 
yanaşı yunan mifologiyasına (İkar və Dedal haqqında əfsanə), böyük tənqid-
çi Belinskinin üz tutduğu, e.ə. ikinci əsrdə yaşamış  qədim yunan alimi və 
tənqidçisi Aristarxa və digər məşhur söz adamlarına müraciət etməklə öz 
fikir və arqumentlərini daha da qloballaşdırır. 
Ə.R.Xələfli poema haqqında yazarkən o, poemanın da daxil olduğu 
kitabda gedən bəzi lirik şeirlərə də münasibətini bildirir. "Gələcəkdə" adı ilə 
təqdim olunan şeirdə H.İsaxanlının təbirincə desək, "gələcəyin qələmçalanı" 
indinin qələmçalanı ilə müqaisə edilir. Gələcəyə ünvanlanan bu şeir həqiqə-
tən də çox obrazlı və düşündürücüdür: 
 
Sən ey bizi bizdən sonra yada salan, 
Haqqımızda fikrə dalan
Və bu yolda qələm çalan 
Qız, ya oğlan! 
Keçmişinə baxanda sən, 
Biz nələri qurub-çatdıq? 
Nə dağıtdıq, nə yaratdıq? 
Onu bizdən daha yaxşı biləcəksən. 
Dayaz, səthi, ibtidai fikirlərə 
Baş bulayıb güləcəksən. 
 


12 
 
Bu, H.İsaxanlının təmsil etdiyi ədəbi nəsillərin sualları kimi heç də də-
yərsiz deyil, əksinə təəssüfqarışıq məzmunludur. 
Ə.R.Xələfli obrazları tipikləşdirmədə, ədəbi qəhrəmanı ümumiləşdirmə-
də fövqəladə  və xariqüladə hünər və istedada malikdir ki, bunu aşağıdakı 
nümunədə bütün gücü və parlaqlığı ilə nümayiş etdirir. Bu, həm də cüzi, cı-
lız ədəbi uğurlarını və əllaməçiliklərini hər cür vasitələrlə gözə soxmaqdan 
çəkinməyən, ancaq Əli Rzanın məhsuldar və zəngin yaradıcılığını bəyənmə-
yib ona həsəd aparanlara kiçik bir mesajdır: "Ziyarət" poeması xarakter eti-
barilə bizim müasirimiz olan bir insanın taleyindən danışır. Yəni biz əsər 
boyu Yaddaş Sahibini görürük, onun düşüncələrini dinləyir, həyatının ayrı-
ayrı məqamlarını gözlərimizin önündən keçiririk. Onun uşaqlığı da, körpə-
lik, fidanlıq çağları da, əlləri əsə-əsə, soyuqdan iliyi dona-dona bağda-ba-
ğatda işlədiyi günləri də, barmağını oxuduğu kitabın dayandığı səhifəsinin 
üstündə saxlayıb bir arx kənarında axıb gedən sulara atdığı balaca daşlara 
qoşulan, o suların harayacan axması haqqında düşünən anlarını da görü-
rük. Özünün körpə uşaq qəlbilə sevgisini götürüb dünyanın hansısa yaşıl bir 
adasına uçmaq xəyalları da bizi təsirləndirən, özümüzün uşaqlıq dünyamızı 
təzədən yaddaşımıza gətirən məqamlardır. Bunlar əsərin ən parlaq, ən işıqlı 
görünən tərəfləridir. Dünyanın elm mərkəzlərində yeni tədqiqatları ilə, elmi 
nəticələri ilə, məntiqi hökmləri ilə həmkarlarını bəzən təəccübləndirən, dün-
yaya meydan oxuyan ölkələrin fikir, düşüncə sahiblərilə mübahisələrə giri-
şən, inandığı məntiqindən bir addım da geri çəkilməyən Yaddaş Sahibi tari-
xi yurd yerlərinə qayıdanda yenidən həmin o arx kənarındakı  uşağa çev-
rilir". 
Burada Yaddaş Sahibinin təqdimatında həm də  Əli Rzaya məxsus 
təfəkkür dərinliyi, təxəyyül zənginliyi parlaq şəkildə üzə çıxır. 
O, H.İsaxanlının xalq təfəkküründən qaynaqlanan, ən passiv beyinləri 
də silkələyən, əxlaqi-didaktik misralardan ibarət bayatısını təhlil obyektivin-
də iri planda göstərir: 
 
Müdriklər tez od almaz
Boş sözü saya salmaz. 
Hər hürənə daş atsaq, 
Yurdumuzda daş qalmaz. 
 


13 
 
Zənnimcə, Ə.R.Xələfli bu kitabında heç də subyektivliyə yol verməmiş, 
"Ziyarət"in ideyasını, onun ədəbi-bədii xüsusiyyətlərini obyektiv, canlı  və 
dolğun  şəkildə açıb göstərmiş, yüksək zövqlü oxucuların tələbatını ödəyə-
cək orijinal, oxunaqlı bir əsər yaratmağa müvəffəq olmuşdur. Bu "Ziyarət"
yaxud ziyarətnamə Kəbə evini ziyarət etməyə bərabər ziyarətdir. 
 
P.S. Yeri gəlmişkən bu poema - hərçənd yüksək sənətkarlıqla yazılmış par-
çalarının olduğunu, ideya-bədii xüsusiyyətlərinin orijinallığını və təbiiliyini nəzərə 
almaqla bir dünyagörmüş müdrik insanın, hikmət sahibinin aforistik, fəlsəfi 
misralarıyla yekunlaşır. Bu misraların mahiyyətini nə  qədər açmağa çalışsaq da, 
yenə  də o misralardakı ilahi gözəllik və hikmətin sehrləri və sirləri müəmmalı 
qalacaq. Biz burada keçmişini unutmayan, gələcəyinə biganə olmayan, Şərq ürəkli, 
Qərb təfəkkürlü, müasir, milli bir ziyalının ölməz obrazını görürük. Böyük həyat 
eşqinə malik bu obrazın poetik Bisütunun hündür və əlçatmaz qayasına həkk etdiyi 
köhnəlmək bilməyəcək misraları  ən azından Milli Yaddaş Sahibinin hafizəsindən 
heç vaxt silinməyəcək, əbədi yaşayacaqdır: 
 
Bu yerlərə çox gəlmişəm, 
Gəldikcə də kövrəlmişəm. 
Nəşəm qəmlə görüşübdür, 
Sevincimə xal düşübdür. 
Ey Tanrıdan aldığım nur, 
Sən göstərən yol doğrudur. 
De, keçmişdənmi gəlmişəm? 
Ya mən özüm köhnəlmişəm? 
 
Hafiz RÜSTƏM 
11 - 15 iyul 2011 
 
 
 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə