Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə3/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   2   3   4   5   6   7   8   9   ...   73


 
* * * 
Yuxarıda xatırlatmışdım ki, H.İsaxanlı məhz sirli, sehrli, özünəməxsus 
fərdi üsluba yiyələndikdən sonra poetik mövzuların qapıları onun üzünə 
açılmağa başladı. Əslində bu spesifik yaradıcılıq qüvvəsini özündə hiss et-
məyən, bu qüvvəyə sahib olmayan şəxslər istəsələr də heç bir sənət əsəri ya-
rada bilməzlər. Məhz bu “fərdi üslubu olmayanlar, həyatı obrazlarla düşün-
məyi bacarmayanlar” elmi də, sənəti də özlərinin ruhsuz, cansız, məzmun-
suz, ehtirassız söz yığınları ilə ancaq gözdən salırlar. 
Məlum olduğu kimi fərdi üslub birbaşa fəlsəfi-əxlaqi, intellektual dün-
yagörüşlə, vacib estetik kateqoriya olan tipiklik məsələsilə, yüksək dərəcədə 
özünəməxsusluqla, nəhayət fərdi üslubu reallaşdıran, maddiləşdirən fərdi 
dil, bədii təsvir və ifadə vasitələrilə sıx surətdə bağlıdır. 
Əli Rza Xələfli "Həyatın Dastanı" adlı bu monoqrafiyasını H.İsaxanlı-
nın məhz fərdi üslubunu qabarıq nümayiş etdirən "Ziyarət" poemasının ədə-
bi təhlilinə, şərhinə həsr etmişdir. Yaxşı yadımdadır ki, bu əsəri təşkil edən 
məqalələr ilin əvvəlindən "Kredo"
1
 qəzetində ardıcıl olaraq dərc olunmağa 
başladı  və geniş  ədəbi ictimaiyyətin mühakiməsinə verildi. Qabaqcadan 
deyim ki, əsər məhz  Əli Rzaya məxsus elmi-publisistik üslubda yazılıb, 
olduqca maraqlı və oxunaqlıdır. O, təhlilə cəlb etdiyi ədəbi obrazları, tipləri 
və hadisələri oxucu yaddaşına həkk etmək, sözə qüvvət vermək üçün onlarla 
mötəbər ədəbi-elmi mənbələrə uğurla müraciət edib və tam əminliklə deyə 
bilərəm ki, o, bu istəyinə çox qısa bir müddətdə nail olub. Həm də nəzərə 
almaq lazımdır ki, qələmdən istifadə etməyən Əli Rzanın bu diktələri, şifahi 
nitqlər toplusu yeni bir yaradıcılıq nümunəsi kimi ağır və şərəfli əqli mül-
kiyyətin məhsulu olaraq çox qiymətli və dəyərlidir. Qeyd etmək yerinə dü-
şərdi ki, o, hələlik bu son əsərinədək qısa müddət ərzində, yorulmaq bilmə-
dən araya-ərsəyə gətirdiyi "Dilimiz – varlığımız" (2009)"Axtala əfsanəsi" 
(2010)"Sözün çağlar şəlaləsi" (2010), "Yaddaşa aparan yollar" (2011) adlı 
ideya və  məzmunlarına görə bir-birindən fərqlənən, yüksək elmi-ədəbi 
məziyyətlərə malik olan, son dərəcə mükəmməl, sanballı, irihəcmli  ədəbi-
tənqidi əsərlərin müəllifi kimi də tanınır. 
H.İsaxanlının "Ziyarət"i bir növ ziyarətnamə, daha doğrusu onun ərəbcə 
sinonimi olan səyahətnamədir. Dünya ədəbiyyatında irili-xırdalı, məşhur-
                                                 
1
 ” Kredo”qəzeti, 2011, 15 yanvar. 



 
qeyri-məşhur səyahətnamələrdən fərqli olaraq H.İsaxanlı  məhz özünəməx-
sus, çox da irihəcmli olmayan, ancaq dərin məzmunlu bir səyahətnamə ya-
radıb. Bu səyahətnamə naməlum, xarici ölkələri səyahətdən deyil, bir ölkə 
daxilində artıq məşhurlaşmış bir şəxsiyyətin öz doğma yurdunu səyahətin-
dən, öz ata ocağını ziyarətindən və bu səfərin yaratdığı poetik təəssüratdan 
bəhs edir:  
"H.İsaxanlı  kəndimizə (Borçalının Qarayazı bölgəsinin Kosalı  kən-
dinə) yalnız hərdən imkan olanda gedə bilir. Doğma kəndinə gələndə 
sanki arzuladığı bir ziyarətgaha qovuşur. Bu ziyarətgahla bağlı 
yaddaşı yenə oyanır, xəyal dünyasında əziz xatirələri yenidən canlanır. 
Oxucu poemanın əzəlindən başlamış bütün bunları diqqətlə izləyir: 
 
...Duyğu hakım oldu bizə 
Sevgi özü ibadətdir 
Şükür, gəldik kəndimizə, 
Bu nə gözəl ziyarətdir! 
Güllər tanış, qoxu tanış, 
Göy otların çoxu tanış, 
Ocaq tanış, tüstü tanış, 
Kəndin altı, üstü tanış... 
 
Bu sadə müşahidədə kəndin zahiri təbiətinin bir vaxtlar oyatdığı hissi 
təəssürat təzələnir"
1
.  
H.İsaxanlı  təkcə doğulduğu çağdaş  kəndlə, kənd adamları ilə, həm də 
ucqar kənd təbiətilə zahirən görüşmür, o, eyni zamanda həmin kəndin artıq 
xatirəyə çevrilmiş sərt həyat tərzilə, məhrumiyyət dolu tarixi keçmişilə bizi 
görüşdürür.  Ə.R.Xələfli H.İsaxanlının fərdi üslubunu şərtləndirən özü ilə, 
onun dünyagörüşü ilə elə ilk səhifədən bizi tanış edir: "H.İsaxanlının "Ziya-
rət"i yaddaşın ziyarəti mahiyyəti daşıyır. O, indiyədək nəşr olunmuş kitabla-
rında "lirik mən" kimi görünürdü. Amma bu əsərdə həm də avtobioqrafik x-
arakter hiss olunur". Ə.R.Xələfli H.İsaxanlının dünyagörüşü haqqında kifa-
yət qədər geniş təsəvvür yaradan portret cizgilərinə, onun tərcümeyi-halına, 
cəmiyyətdə tutduğu şərəfli mövqeyinə də aydınlıq gətirir: "H.İsaxanlı Azər-
baycanın görkəmli riyaziyyatçı alimidir, sözün həqiqi mənasında, böyük təh-
sil təşkilatçısıdır". 
                                                 
1
 C.Mustafayev.“Ata ocağı”. “Kredo” qəzeti, 2011, 15 iyun.
 


10 
 
Ə.R.Xələfli  əsərin  əvvəlindən diqqəti cəlb edən,  "Ziyarət"in  əsas güc 
mərkəzi olan çox maraqlı bir Yaddaş Sahibi obrazı yaradıb. Bu obraz, ümu-
miyyətlə, ədəbiyyatda bir ədəbi vasitə kimi, xitab obyekti kimi son dərəcə 
yeni bir obrazdır: "Bu obraz bütün əsər boyu xüsusi hərəkətverici gücə ma-
likdir. Biz onun ətrafında, onun haləsində baş verən hadisələri məxsusi ola-
raq onun özünün münasibətilə qavrayır, başa düşürük. Ancaq demək lazım-
dır ki, "Ziyarət" əsərindəki Yaddaş Sahibi obrazı Azərbaycan ədəbiyyatında-
kı tarixi yaddaşı canlandıran obrazlardan fərqlənən, bir növ qeyri-ənənəvi 
obrazdır", - deyir Ə.Xələfli. Bu obraz daha yığcam ifadə etsək, təkcə müəl-
lifin özünü deyil, ümumiyyətlə müəllifin simasında bütün tarixi-milli dün-
yagörüşü təmsil edir. 
Ə.R.Xələfli bu Yaddaş Sahibi obrazı vasitəsilə H.İsaxanlının "Ziyarət"-
ini təşkil edən, həqiqi könül nəğmələrindən ibarət olan "Şükür gəldik kən-
dimizə", "Böyüklərim yada düşdü", "Qismətdənmiş bu görüşmək", "Dilimiz 
gödək olmasın" və s. başlıqlar altında onun bədii təxəyyüldən keçirdiyi, ti-
pikləşdirdiyi obrazları, əhvalatları, demək olar ki, eyni poetik səviyyədə du-
ran  ədəbi-tənqidi qeydlərilə, professional ədəbiyyatşünas mülahizələri ilə 
ehtiva edir. 
H.İsaxanlının nəsil şəcərəsinə daxil olan, hər bir azərbaycanlıya ancaq 
başucalığı  gətirən, adı milli müqavimət hərəkatının liderlərindən biri kimi 
tarixə düşmüş babası Qaçaq İsaxandan, himayəsində min bir əziyyətlə böyü-
düyü nənəsi Zeynəbdən tutmuş, sevimli ata-anası,  əmisi, həmkəndliləri - 
şərti olaraq adlandırdığımız Ağsaqqal və  Ağbirçəyəcən, eyni zamanda heç 
vaxt yaddan çıxmayan, unudulmayan, məşəqqətli olduğu qədər, həm də hər-
dən lirik-romantik görünən qələmə aldığı adi həyat lövhələrinə qədər hər şe-
yi nə qədər canlı və real əks etdirmişsə, Ə.Xələfli də bir o qədər həmin ob-
raz və əhvalatlara böyük qayğı və diqqətlə yanaşmış, bütün bunların hamısı-
nı ən xırda detal və təfərrüatlarınacan təhlil müstəvisinə gətirmiş, hətta indi 
yurdun qıraqda qalan yerlərinə çevrilmiş Borçalı  və borçalıları  həm də 
ədəbi-geosiyasi baxımdan nəzərdən keçirməyi də yaddan çıxarmamışdır. 
Ə.R.Xələfli H.İsaxanlının özünəməxsusluğuna dəlalət edən, onun ya-
radıcı təbiətini, poetik gücünü şərtləndirən ştrixləri, incə nüansları açıqlayır: 
"Onsuz da H.İsaxanlı istər şeirlərində, istərsə də "Ziyarət" poemasında sö-
zü, fikri qafiyə xatirinə divana çəkmir. Elə  təbii axarla öz ritmində ifadə 
edir. Bu ritm, bu ahəng onun mənəvi aləmindədir. Müəllifin üstünlüyü kimi 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə