Microsoft Word Ali Rza Xelefli enson23


"Bitik"lər nəsillərə ünvandır



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə6/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   2   3   4   5   6   7   8   9   ...   73

17 
 
 
"Bitik"lər nəsillərə ünvandır 
 
 
 
 
 
 
 
 
 
Çox hörmətli Hamlet müəllim, əvvəlcə dostum, əzizim, şair-tərcüməçi, 
görkəmli alim, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin daşıyıcısı 
olan soydaşım... demək istədim. Ancaq bunların heç birisini demədim. Çün-
ki mənim zənnimə görə, indiki zəmanədə dəyərlərin çox ucuzlaşdığı, ümu-
miyyətlə, bir çox nəsnələrin təmənnalara qurban verildiyi bir dövrdə müəl-
lim adını kim qoruya bilirsə, elə onun özü daxili-mənəvi dünyasında ehtiva 
olunan mənəviyyat mərtəbələrinin hamısını özündə birləşdirmiş olur. 
Hamlet müəllim, ümumiyyətlə, məktub yazmaq özü bir səlahiyyətdir. 
Doğrusu, mən o fikirdə deyiləm ki, sizə  məktub yazmaq səlahiyyətində 
olum. Ən azı ona görə ki, sizin pedaqoji, elmi, ədəbi fəaliyyətinizin sferası, 
əhatə dairəsi o qədər genişdir ki, bu kosmik ərazidə Nəriman Nərimanovun 
təbirincə desəm, sıravi bir publisistin məktubunu oxumaq əlbəttə, sizin vax-
tınızı  oğurlamaq deməkdir. N.Nərimanovun adını  təsadüfi xatırlamadım. 
Xronikalardan məlum olduğuna görə, onun MK-ya sonuncu məktublarının 
məzmununda belə cümlələr varmış. "Mənim Bakıya qayıdıb publisistik fəa-
liyyətlə məşğul olmağıma icazə verməyinizi xahiş edirəm". Əlbəttə, bu cüm-
lənin arxasında N.Nərimanovun nə mənəvi gücü, o cümlədən, nə də böyük 
yazıçılığı, dramaturqluğu inkar olunmurdu. Amma məsələ burasındadır ki, 
N.Nərimanov onu oxuyan, başa düşən, duyan insanların arasına can atırdı. 
Bax bu mənada mən də Azərbaycanın mənəvi dəyərlərini özündə ehtiva elə-
miş olan beş-üç ziyalısından birinə məktub yazmağı qərarlaşdıra bildim. Ən 
azı ona görə ki, onun ziyalılığına inanıram. İnanıram ki, o, aldığı məktubu 
axıracan oxuya bilmək əzmindədir. Sovet dövründə SSRİ kinematoqrafının 
yaratdığı  "Azadlıq" filmindən bir epizodu xatırlatmaq istəyərdim. Çörçill 


18 
 
Stalinə məktub göndərir. Məktub sovet dövlətinin başçısına təqdim olunur. 
Əlbəttə, rəsmi şəkildə Stalin məktubu açır, məktubun içərisindən iri bir port-
ret - Çörçilin şəkli çıxır. Qərbin böyük siyasət adamının imzaladığı portreti 
Stalin - SSRİ xalqlarının tiranı laqeydliklə süzüb, kənara atır. Zənnimcə, bu 
sadəcə bir tiranın digər bir ölkənin analoq olaraq başçısına münasibət deyil. 
Bu, sadəcə insani dəyərlərə, münasibətə, ülvi duyğulara laqeyd münasibət-
dir. Bəlkə  də, həmin məktubla - həmin portretlə bir siyasi lider ikincisinə 
daha sıx dostluq münasibəti təklif edirdi. Söz yox, siyasətdə dostluğun ma-
hiyyəti həyatda  ən yaxın, ülvi, təmiz mənəvi  əlaqələrdə olan insaneların 
dostluğundan çox fərqli olar. 
Hörmətli Hamlet müəllim, bu mənada hesab edirəm ki, siz də N.Nəri-
manovun təbirincə desək,  şairliyinə, naşirliyinə, yazıçılığına güvənməyən 
bir publisistin sizə ünvanlanmış olan məktubunu axıradək oxumaq imkanı-
nız olacaq. Mənim, konkret olaraq bu məktubu imzalayan şəxsin yəni  Əli 
Rza Xələflinin  "Həsrət körpüsü"  şeirlər və poemalar kitabını Azərbaycan 
ədəbiyyatının ən görkəmli, ən müxtəlif söz sahibi olan tənqidçi və ədəbiy-
yatşünasları - akademik Bəkir Nəbiyev, professor Abbas Hacıyev, professor 
Nizaməddin Şəmsizadə, professor Əzizxan Tanrıverdiyev, professor Təyyar 
Salamoğlu, Azərbaycanın digər görkəmli alimləri - Qurban Bayramov, 
Mahmud Allahmanlı... və başqaları ədəbiyyatımızın tarixində yüz illər boyu 
yaşayacaq ədəbi nümunələr sırasında olacağını qeyd ediblər. Əzizim, qətiy-
yən elə düşünmə ki, məqsədim özümü təqdim etməkdir. Yalnız məqsədim 
ondan ibarətdir ki, Sizin telefon açmanızda bircə cümlə bəs elədi ki, mənim 
şair Hamlet İsaxanlının  ədəbi yaradıcılığı ilə bağlı düşüncələrimi qələmə 
almaqda yönümü ədəbi janr baxımından istiqamətimi dəyişim.  Əgər yadı-
nızdadırsa, həmin telefon zəngində belə bir cümlə  işlətdiniz - "Şair  şairin 
dilini daşa yaxşı bilir". Sözün həqiqi mənasında əgər desəm ki, mən bu dün-
yada yalnız bircə dil bilirəm, o da poeziya dilidir, onda yalnız bircə adam 
məndən inciyə bilər. O da mənim anamdır. Axı poeziyanın dilindən  əvvəl 
mən anamın dilini daha yaxşı bilirəm. Və düşünürəm ki, siz səhv etməmisi-
niz. Mənim kimi dünya dillərindən kasad olan sıravi bir publisist əgər şairin 
dilini bilirəmsə, demək, ondan əvvəl anamın dilini daha yaxşı bilirəm. 
Əzizim Hamlet müəllim, sizin zəngin yaradıcılığınız, hətta  "Təzadlar" 
(2001), "Bu da bir həyatdı" (2004), "Dördlüklər" (2007), "Ziyarət" (2009) 
adı altında çap olunan kitablarınız bəs eləyir ki, biz Azərbaycanın ədəbi-mə-


19 
 
nəvi tarixində yeri olan, yeri görünən poetik sözü ilə özünü diktə edən bir 
sənətkar haqqında danışa bilək. Bax söhbət məhz bu yöndə anlaşmadan 
gedir. Yəni mən ayrı-ayrı misraları oxuduqca sizin insan hisslərinin rənga-
rəng xəritəsində  ən ecazkar, bəlkə  də, ekzotik ərazilər zonası olaraq təsvir 
elədiyiniz məqamları gözümün önünə  gətirirəm və  həmin anlarda düşünü-
rəm ki, insan hisslərinin bu qeyri-adiliklərini ancaq şair görə bilər. 
Söz qardaşım, doğrusu, Hamlet müəllim, bu ifadə də mənə əzizim, Nə-
riman Həsənzadədən yadigar qalıb. Artıq basmaqəlib təbiətdə görünən "qə-
ləm dostum" ifadəsini N.Həsənzadə "söz qardaşım" şəklində ifadə etmişdir. 
O, bizim evimizin, ailəmizin dostudur. Atamın da qonağı olub. Ruhi eti-
barilə atalıq mahiyyəti kəsb eləyən bir insandır. Əlbəttə, onun özünün atalıq 
mərtəbəsi elə şairliyi və sənəti ilə bir sözlə, poeziyası ilə daha böyük əlçat-
mazlıq mərtəbəsi kəsb edir. O, mənim atama deyəndə ki, "Əli Rza mənim 
söz qardaşımdır", mən bundan fəxarət duymuşdum. Yəni bu mənada mən 
hiss edirəm ki, Hamlet İsaxanlı həm də mənim söz qardaşımdır. Axı Azər-
baycan mənəvi mühitində qan qardaşı, süd qardaşı, siğə qardaşı... kimi ifa-
dələr var. Zənnimcə, yazılarımda əvvəllər də qeyd etdiyim Əli ibn Əbu Tali-
bin "ruhu mənə doğma olan babamdan daha yaxın qohumdur" ifadəsi söz 
qardaşım mahiyyətinə daha çox uyğun gəlir. Əgər biz söz qardaşıyıqsa, on-
da gərək bizim aramızda kifayət qədər ərkyana, açıq-aşkar münasibət olsun. 
Uşaqlıq yaddaşımdan, orta məktəb illərindən çox qəribə bir görüntü elə indi-
cə, bu məqamda başını qaldırdı. Və özünü göstərib yada salmağı özünün 
məhzun, uşaqlıq duyğuları ilə  məndən istədi. Sinfimizdə çoxlu şüarlar var 
idi. Və qara rəngli hərflərlə yazılmış belə bir cümlə  də sinif otağının gör-
kəmli yerindən asılmışdı: "Müəyyən dərəcədə şair olmayan riyaziyyatçı, əsl 
riyaziyyatçı ola bilməz" imza da göstərilmişdi: "Veyerştrass". İndiyədək hər 
dəfə yadıma düşəndə, bəlkə də poetik təfəkkürü olan hər hansı riyaziyyatçı 
ilə qarşılaşanda həmin müdrik kəlamın mahiyyətinə  təkrar-təkrar varmağa 
çalışıram. Nəyə görə Veyerştrass müəyyən dərəcədə şair olmayan şəxsi riya-
ziyyatçı hesab etmir? Və üstəlik hələ bir daha təkrar edir ki, "əsl riyaziyyatçı 
ola bilməz". Yalnız Hamlet İsaxanlı dünyası ilə tanış olandan sonra bilirəm 
ki, bu, nə deməkdir? Hətta Hamlet İsaxanlı bütün yaradıcılığı boyu bircə 
misra da olsun şeir yazmasaydı belə, onu yenə də müasirləri elə şair hesab 
edəcəkdilər. Ona görə ki, Hamlet İsaxanlı riyaziyyata gətirdiyi bütün yeni-
likləri ilə dünyanın elmi mərkəzlərində qəbul olunan riyazi mühakimələri ilə 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə