Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə16/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   12   13   14   15   16   17   18   19   ...   73

48 
 
ki, şairin başında doğan təzə fikirlər aydın, açıq və salamat ola, bir o 
qədər də onları bəyan etmək asan olur. Çətin, ancaq fikrin başda do-
ğub pərvəriş tapmağıdır. Dolaşıq və qarışıq fikirlərin zühura gəlməsi 
də dolaşıq olur və bəzi şairin yazılarının kəlamı o qədər qarışıq və bu-
laşıq olur ki, o qədər ağır və qəliz ibarələrlə malamal olur ki, elə ölçü-
süz və biçisiz yaraşılmayan dona geyinilir ki, onları oxuyanlar bir şey 
fəhm edə bilmir və bu kəlamı yazmaqdan şairin ümdə məramının nə 
olduğunu anlayıb başa düşmürlər"
1
.  
Beləliklə, şair mənanı əslində, emosiyalarının gücü ilə, Belinskinin təbi-
rincə desək, pafosun təsiri ilə daha qabarıq verir. Yoxsa, artıq çoxdan sınmış 
olan qədd-qamətləri necə düzəltmək olardı? Başqa cür dağılmış enerjinin az 
qala yaddan çıxmaqda olan tarixi-mənəvi gücünün yanğısı elə bizi də külə 
döndərərdi. Əgər razılaşsaydıq ki, gedən geri dönən deyil, şair də elə beləcə 
deyir. Amma bu geridönməzliyin özünü lirik duyğuların gücünə sözün ov-
sunu ilə qaytarmağa çalışır. Və demək olar ki, buna nail ola bilir: 
 
Keçənlərə min-min rəhmət, 
Sındı neçə qəddi-qamət, 
Onlar geri dönən deyil. 
Külli-bəşər etsə minnət, 
Başımıza yağsa nemət. 
Can yanğısı sönən deyil, 
Gedən geri dönən deyil. 
 
Məlum məsələdir ki, dünya yalnız təbiət fırtınalarının cəngində çapala-
mır, həm də siyasi mənəm-mənəmliyin, hərbi güc mərkəzlərinin maraqları-
nın toqquşduğu, qarşılaşdığı ziddiyyətlər arasında inləyir. Yəqin ki, elə "Zi-
yarət"dəki əsas ağrı-acıların kökü elə bununla bağlıdır: 
 
Günəşin saçını hörə bilmirik, 
Zalımın dərsini verə bilmirik. 
Həyatın üzü çox tanış olsa da, 
İçini dərindən görə bilmirik. 
 
                                                 
1
  F.B.Köçərli. "Azərbaycan ədəbiyyatı". Avrasiya press. Bakı, 2005, cild 2,  s. 364. 


49 
 
Müəllif sanki çıxılmazlıq içərisindədir. O, çox aydın görür ki, bu dünya 
ona tanışdır. Sanki bu dünyada o, əvvəllərdə də yaşayıb. Hansı zamanlarda 
isə ruhunun göylərdən müşahidə etdiyi nəzərlərilə bu dünyanı yaxşı tanıya-
tanıya min illik bir yolu keçib gəlib. Onun keçdiyi yolun, onun tanıdığı hə-
yatın üzü-astarı bəllidir. Elə sonuncu yüz ilin güzgüsündə göründüyü kimi. 
XX  əsr nə  qədər göyləri öyrənməyə can atdısa, bir o qədər də yerləri 
öyrənməyə çalışdı.  "Yerləri öyrənmək" anlamını ilkin mənasında qəbul et-
məkdən çox, onun mənəvi mənasına varmaq vacibdir. Burada "yerlər" anla-
yışı həm də keçmişi, tarixi öyrənmək mənasında başa düşülməlidir. Bu mə-
nada insan özünü dərk etmək üçün göylərə, yəni gələcəyə yol açmazdan qa-
baq, həm də keçmişə yol açmağa çalışmalıdır. Keçmişin dərinliklərində, qa-
ranlıqlarında qalmış tarixi mədəniyyəti öyrənmək, onun bu günə uzanan 
bağlarını tapmaq və bununla da yeni həyatın mənəvi kodlarını açmağı özü-
nün əsas ümdə işi bilməlidir. 
H.İsaxanlı mənəvi kodların əsas açarı kimi həyat eşqini görür. Yaşamaq 
həvəsinin, həyata sevginin olmadığı şəraitdə insan ruhdan, hissdən, emosi-
yadan məhrum olan duyğusuz bir varlıqdır. Yalnız ömrün qısalığı və həyatın 
şirinliyi təzadında insan yaşarılığın mahiyyətini daha aydın qavraya bilər: 
 
Uzaq ulduzları saya bilmirik, 
Yaxın sevgiləri duya bilmirik. 
Ömür çox qısadır, həyat çox şirin, 
Nə qədər yaşasaq, doya bilmirik. 
 
Həyatın mənasını yaşamaqda və yaşamağın mənasını yaratmaqda görən 
müəllif - Yaddaş Sahibi çox yaxşı bilir ki, əzəmətli bir keçmişin, tarixin qa-
ranlıqları altında qalsa da, çox zəngin bir mənəvi sarayın özülləri üstündə 
dayanıb. Elə buna görə də həyatın axarı Yaddaş Sahibinin və əlbəttə ki, həm 
də onun mənsub olduğu etnosun tale, bəxt formulu ilə üzünə gülməsə  də, 
onun iradəsi və inamı var. Yalnız bu inamın, bu iradənin gücünə onun daxi-
lindəki enerji mənbəyi yeni partlayışlarla üzə çıxır. Və bu işığı onun gözlə-
rində də görürük - sözlərində gördüyümüz gözlərində: 
 
Tale üstümüzə kölgə salsa da, 
Ürəklə dil tapmaq çətin olsa da. 


50 
 
Yaşayaq, yaradaq, könül xoş olsun
Sevinc halal olsun, gülüş nuş olsun. 
 
Bəzən  şairin yaradıcılığında sanki epizodik xarakter daşıyan və  bəlkə 
də, ilkin müşahidədə  əsərin  əsas xəttindən kənara çıxan hissələr, parçalar 
olur. Və çox vaxt bunları dəqiq müşahidə edə bilməmək əsərin daşıdığı əsas 
yükü qavramamağa gətirib çıxarır. Bu məqamı böyüklərin yada düşdüyü za-
man çox səmimi, doğma, insanın özünün ruhundan gələn hisslərlə müşayiət 
olunan parçanın sonundakı  bəndlərdə  də duymaq olar. Elə bil ki, müəllif 
düşdüyü o sehirli aləmdən qopur, o kənd də, xatirələrin oyandığı yerlər də 
yaddan çıxır. O dünyanın övladına çevrilir. Elə o xatirə yerlərini yaşadan, 
kəndi unudan dünyanın haqqında danışır. Amma buradakı əsas bağlılıq unu-
dulmur, Yaddaş Sahibinin qənaətinə görə, elə o bir yetim uşaq kimi boynu-
nu bükən kənd o vaxt yaşarı ola bilər ki, dünyanın özü yaşarı olsun, dünya 
məhvərindən qopmasın, insanlar dünyaya öz evləri kimi baxsın. Və bu mə-
nada, dünya insan evidir, desək, səhv etmərik. Yaddaş Sahibi nə qədər xatirə 
yerlərini yaşadan kəndin təəssübünü çəkirsə, bir o qədər də o kəndi öz sinə-
sində saxlayan dünyanın təəssübünü çəkir. 
Burada mənəvi xəritənin paralelləri, kəsişən meridianları  həmin kənd-
dən keçməklə dünyanın belinə dolanır. Müəllifin də istədiyi budur. O, dünya 
ilə gözdən-nəzərdən kənarda qalmış o kəndin daxili-mənəvi bağlılığını gör-
mək və elə bu bağları qorumaq məqsədini daşıyır. Bir ziyalı olaraq öz missi-
yasını bu qoruyuculuq gücündə görür. 
 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə