150
dağa, təbiətə danışmaq, yaddaşın qoruyub saxladığı adamlara danışmaq istə-
yir. Bu, onu ağrılardan xilas edəcəkmi? - O, başqa məsələdir. Amma hər
halda, canlı xalq təfəkküründəngəlmə belə bir hökm var ki, dərdini danışan-
da insan yüngülləşir. İndi Yaddaş Sahibi yuxusunu danışır. Amma yuxusunu
danışmamışdan əvvəl həyat, tale, insan səadəti, insanı xoşbəxt eləyən anlar
haqqında düşüncələrini bizimlə bölüşür:
Səadəti qucaqlamaq
Olsa da, o, bir an olur.
Dalınca - içdən ağlamaq...
Dünya tamam viran olur.
Növbədə gözləmək gəlir...
Növbədə şübhə, intizar
Dərd içib, qəm yemək gəlir...
Dərdin, ağrının insanın könlünü havalandıran hisslərlə qol-boyun oldu-
ğunu bu misralarda qovuşduğunu ən zəif ədəbi zövqə malik oxucu da duya
bilər. Amma burda daha dərindən duyulası bir həqiqət odur ki, səadəti qu-
caqlamaq, xoşbəxtlik anlarını yaşamaq insanın taleyinə yazılsa da, bunun
ömrü uzun olmur. Müəllifin dili ilə desək, olsa da, bir an olur.
Elə həmin o xoş, insanın ruhunu qanadlandıran duyğuların arxasınca
ağlamaq gəlir, özü də ürəkdən ağlamaq. O ağlamaq ki, dünya insanın gözün-
də kiçilir, daralır, lap elə dağılır, viran olur - daha niyə ağlamayasan? Amma
əgər insan həyatı, dünyanı bir heçlik kimi görürsə və bu heçlik insanın həya-
tının mənasına çevrilirsə, onda yaşamağın mənası olmazdı, onda yaşamaq
bir daşın, bir torpağın yaşamasına bərabər olardı. Axı söhbət düşüncəli var-
lıqdan gedir, çətinliklərdən yol tapa bilən, mürəkkəblikdən baş çıxaran,
müşkülləri asan eləməyə qadir olan insanlardan gedir. Ona görə də növbədə
həyatın bir heçlik olmadığı haqqında düşüncələr gəlir, özünün şübhələri, in-
tizarı ilə qarışıq qəmi-kədərilə. Amma yox, müəllif bununla da barışmır. Da-
ha doğrusu, Yaddaş Sahibi özünün barışmazlığı ilə həyatın nə iləsə daha da
yaşarı olduğunu qənaətində birinci hesab edir və deyir:
Nə yaxşı ki, yuxular var,
Filmə çəkilir xəyallar.
Fikir uçur, arzu qaçır
151
Bəzən olur yuxularda
Qaranlıq da işıq saçır...
Burda məsələyə bir qədər daha dərindən yanaşmalıyıq. Əslində, dərin-
dən yanaşmanı mətnin özünün məntiqi tələb edir. Burada iki amil var - yuxu
və xəyal amili. Zənnimcə, müəllif xəyal dedikdə arzuları nəzərdə tutur. De-
mək, həyatda xəyaldan gerçəkliyə gələ bilməyənlər arzunun imkanla uzlaş-
ması mümkün olmadıqda yuxu həmin xəyalları, arzuları, istəkləri filmə çe-
virir. Elə bir filmə ki, orada xəyalda olanlar, düşüncədə olanlar, arzudan
reallığa çevrilə bilməyənlər həqiqətlərə çevrilir, əlbəttə ki, yuxu həqiqətləri-
nə. O yuxu həqiqətlərinə ki, bəzən qaranlıqda da işığa çevilir və qaranlığın
özü də işıq olur.
Yuxu bizi bir çox hallarda baş verəcək hadisələr üçün səfərbər edir. Və
bəzən də arzularımızı, istəklərimizi çəkib yanımıza, yaxınımıza gətirir. Lap
elə yuxuda da olsa, bizi arzularımıza, istəklərimizə qovuşdurur. Yuxunun
mahiyyəti həmişə psixoloqların, psixiatrların, həkimlərin tədqiqat obyekti
olduğu kimi, filosofları, yazıçıları da çox düşündürür. Demək, sənət adamla-
rı da bir çox hallarda yaradıcılıqlarında yuxudan təkcə vasitə kimi yox,
həmdə mahiyyət kimi qidalanıblar. Klassiklərin fikri belədir:
"Freyd öz fəaliyyətilə bunu sübut etdi ki, röya - yuxugörmə tarixən
fövqəltəbii, demonik qüvvələrin işi hesab edilmişdir. Buna görə də
onun yozulması qeyri-adi insanların – peyğəmbərlərin, cadugərlərin
və s. kompetensiyasına aid məsələ kimi anlaşılmışdır. Freyd bişüuru
(bilincaltını) kəşf etməklə bu xürafatlara son qoydu və sübut etdi ki,
yuxugörmə və bişüur bir-birilə əlaqəli psixi proseslərdir: bişüurun kəş-
fi yuxuyozma, yuxuyozma isə öz növbəsində bişüurun fəaliyyət mexa-
nizminin daha yaxşı anlaşılması üçün imkan yaradır"
1
.
Yaddaş Sahibi hansı yuxunu görüb? Bu yuxunun onun həyatında nə
kimi təsiri olacaq? O, öz yuxusunu yoza bilərmi? Özünün fəaliyyət mexa-
nizminin daha çevik hərəkəti üçün bu yuxunun yozulmasının hansı köməyi
olacaq? Hər halda Yaddaş Sahibi yuxusunu danışmalıdır. Yoxsa, bu yuxu da
onun üçün əlavə ağrı mənbəyi olaraq qalacaq:
1
Fərman İsmayılov."Klassik psixoanalizin əsasları". Azərbaycan Milli Ensiklopediyası
NPB. Bakı, 2003, s.126.
152
Gördüm ki, doğma evdəyəm...
Ev o evdir, bağ da o bağ.
Həm böyüyəm, həm də uşaq,..
Yaşıllaşıb yaza sarı,
Yumşaq söyüd budaqları.
Canıma soyuq dolubdu
Qışla yazın arasında
Əllərim çat-çat olubdu.
Nənəm hər zamankı kimi,
Yağa tutub əllərimi...
Çox canlı, həyatda olduğu kimi görünən mənzərədir. Elə həmin andaca
qışla yazın arası yada düşür. Sanki ən əlçatmaz bir arzu lap yaxındadır, ger-
çəkləşib, itirilmiş dünya tapılıb. Və ölməz lirika ustası, Azərbaycanın mənə-
vi mühitinin vaxtsız itirilmiş bir incisi - Mikayıl Müşfiq yada düşür: "Yenə
o bağ olaydı, yenə o qumlu sahil, Sular ötəydi dil-dil". İtirilmiş dünyanın ar-
zulanması, yenidən ona qayıdış istəyi qarşısıalınmaz bir enerjiyə çevrilir.
Əslində, Yaddaş Sahibini hərəkətə gətirən budur. Arzunun, istəyin güc
mənbəyi nədir? Yenidən elmi-nəzəri mülahizələrə qayıdaq:
"Arzu - gerçəkləşməsi gözlənilən tələbdir. Bişüur da əslində, tələblər
toplusudur ki, onlar da reallaşmaq üçün fürsət gözləyirlər. Bişüurda
toplanan arzuların həyata keçməsi xoşbəxtlik idealının əldə edilmə-
sidir. Seksual arzular isə bütün arzuların hərəkətverici qüvvəsidir; sek-
sual arzular əsas enerji daşıyıcısıdır, başqa arzular da məhz bu səbəb-
dən ondan asılı şəkildə olur. "Hər şey məhəbbətdən yaranır" hikməti
də bu fikrin təsdiqidir. Böyük şəxsiyyətlər – böyük eşqin daşıyıcısıdır-
lar, onları xariqələr yaratmağa sövq edən qüvvə və eşqdir. L.daVinçi,
Marks, elə Freydin özü və minlərlə dahilər qeyri-adi eşq qüvvəsindən
ilham alaraq xariqələr yaratmağa nail olmuşlar. Psixoanalizin insana
energetik sistem kimi baxması onu göstərir ki, insanda nəyəsə sahib
olmaqla, hansısa hərəkəti törətməyə meyl instinktiv xarakter daşıyır:
enerji mövcuddursa, o, sərf edilməlidir. İnsan enerjisinin nəyəsə sahib
olmağa və ya nəyisə yaratmağa yönələn məqsədi arzudur"
1
.
1
Fərman İsmayılov."Klassik psixoanalizin əsasları". Azərbaycan Milli Ensiklopediyası
NPB. Bakı, 2003, s. 95.
Dostları ilə paylaş: |