160
Bəzən oldu, gözlərim elə qorxdu ki,
Hər yan düşmən,
özümü tamam tək gördüm...
Bu yuxudakı mənzərə bizi düşündürməlidir. Çünki burada xeyir və şə-
rin qarşılaşması, bu qarşılaşmada qüvvələrin qeyri-bərabərliyi açıq-aşkar du-
yulur. "Cırtdan" xalq nağılı həmişə xalq müdrikliyinin, ağlın zordan daha
üstün olduğu haqqında xalq qənaətinin ifadəsi kimi təqdim olunub. Yəni,
divlə Cırtdan qarşılaşmasında zor yox, ağıl qalib gəlir. Ağılın və zorun qar-
şılaşması ilə bağlı xalq düşüncəsində çox maraqlı rəvayətlər, əfsanələr, de-
yimlər yaranıb. Gücünə güvənənin biri bir yığnağa gəlir. Bir cansızı, çəlim-
sizi, boysuzu, yəni fiziki gücsüzü pərt eləmək üçün atını bir tərəfə bağlayıb
arpa dolu kisəni atın qabağına gətirməyi əmr edir. Əmrə tabe olmalı cansız-
çəlimsiz adam (başqa sözlə, Cırtdan) arpa dolu kisəni gətirə bilməyəcəyini
görüb atı kisənin yanına aparır. Beləcə, burada ağılla fiziki gücün qarşılaş-
masında ağlın üstünlüyü görünür. Hamletin "Yuxu"sunda da div və Cırtdan
qarşılaşmasında oxşar mənzərə yada düşür, ancaq bir qədər fərqli şəkildə.
Yalnız gücünə arxalanan div əlində ələk tutub ağlını işlətmək iqtidarında de-
yil. Və su içmək arzusunda olsa da, xəlbirlə, ələklə su içə bilməz. Çaydan o
yana isə onu xəlbirlə suya göndərən Cırtdanın özünün qələbəsindən məm-
nunluğu görünür. Sanki gözlərinin işıltısı da bərq vurur. Ancaq müəllif bu-
rada sanki poetik emosiyanın gücü ilə Cırtdanın da divə qalib gəlmək
"elmini" təqdir etmir. Çünki Cırtdan da divə kələklə qalib gəlib.
Müasir siyasət aləmi yada düşür. Vaxtilə qüdrətli Misir ordusunu kələk-
lə darmadağın edən İsrailin gücü yada düşür. Camal Əbdül Nasir kimi qüd-
rətli bir dövlət başçısı və nəhəng bir dövlətin özü bütün hərbi potensialı ilə
bahəm İsrailin siyasi fırıldaqlarının və nəticədə qəfləti zərbələrinin qurbanı
oldu. Bu, dünyanın iç üzüdür. Bəzən görünən, bəzən görünməyən tərəfləri-
dir. Və bu yuxuda elə bugünkü dünyanın mənzərəsi də pis görünmür. Və elə
bu səbəbdən də müəllif " Yuxuda kimlər yoxdu ki?!", - deyir. Bəsirət gözü
açıq olanlar (yuxuda olsa belə) dünyanın bu fəlakətli mənzərəsini ağılla gü-
cün qarşılaşmasını yox, ağlın siyasətə, əslinə qalsa, sağlam siyasətə yox,
hiylə və kələk siyasətinə xidmət etməsini müəllif qətiyyən təqdir etmir. Bu
mənzərəni görə bildiyi üçün, bu mənzərənin təhlükəli tərəflərini, ölüm və
qırğınlar gətirən tərəflərini (əlbəttə, eyni zamanda, fəlakət gətirə biləcək tə-
161
rəflərini) gördüyü üçün etiraf eləməli olur, "Gözlərim elə qorxdu ki" hətta yu-
xuda olduğumu unudub bu aləmdən başımı götürüb qaçmaq istədim – demək
istəyir. Çünki həmin aləmdə hər tərəf düşməndir. Sağlam, səmimi danışan xe-
yir tərəf tək-tənhadır. Bu təkliyi, tənhalığı xarakterizə edən, onun mahiyyətini
özündə cəmləşdirən əsərin qəhrəmanı - əsas obraz deyəsən, elə şairin özüdür.
Biz bu yuxunu xəbərdarlıq kimi də qəbul edə bilərik - bəşərə xəbərdarlıq,
Tanrının şair vasitəsilə ruhlara, düşüncələrə, hissiyyatlara təsir edə bilmək
gücündə olan poetik vəhylərlə xəbərdarlığı kimi də qəbul edə bilərik:
Bilmək olurmu yuxunu?!..
Gördüyümün
Dumanda gördüm çoxunu...
Müəllif yuxunun sərhədsizliyini, onun istiqamətinin dəqiqləşdirilə bil-
məməsini, proqnozsuzluğunu diqqətə çəkməklə sanki yuxuya müdaxilə et-
məyin mümkünsüzlüyünü, nəticədə nəzəri fikirlərin doğruluğunu təsdiqlə-
yir. Heç yuxu görənin özünə də aydın deyil ki, nəyi haracan yuxuda görüb.
Axı gördüklərinin çoxu alaqaranlıqdadır, dumana bürünüb. Bəzən yuxuda
tanıdığı, tanımadığı adamlar, obrazlar, tərəflər, qüvvələr kölgələr kimi nəzə-
rə çarpır:
Həm yuxu, həm gecəyarı...
Gah oyan, gah yuxuya get...
Tanrım, əfv et
Yuxusunu qarışdıran günahkarı.
İnsan, əlbəttə ki, dəfələrlə deyilmişləri bir də təkrar edək, yuxusuz yaşa-
ya bilməz. Yuxu sanki həyatın özünü təmin edən əsas vasitələr kimi insanın
taleyində özünü qoruyub saxlayır. Amma yuxu görmədən də insan yaşaya
bilər. Əlbəttə, bu müstəsna haldır və bəlkə də heç mümkün deyil. Yəni insan -
düşünən, hətta ruhu ən sağlam insan belə yuxu görə bilər, yuxugörmədən
qaça bilməz.
Amma yuxuda ağın qaraya, yaxşının pisə qarışması, demək olar ki, yax-
şı əlamət hesab olunmur. Hətta belə yuxu görənlər qarışıq yuxugörmədən
keçən adamlar "yuxumu qarışdırmışam" - deyərlər. Və bunu da müəyyən
günahın, səhvin nəticəsi hesab edə bilərlər. Şair də, ədəbi obrazın əvəzində
özünü yuxusunu qarışdıran günahkar hesab edir. Bunun bir mahiyyəti də
162
şairin dünyanın taleyində özünü vacib missiya daşıyıcısı hesab etməsidir.
Dünyanın başına gələn fəlakətlərdə şərin tüğyan eləməsində özünü günahkar
bilməsidir. Əlbəttə, şərin gücü o zaman fəlakətə çevrilir ki, xeyir öz missiya-
sını yerinə yetirmir. Və yaxud da özünə aid olan missiyanın yerinə yetiril-
məsində gecikir. Dünya isə öz qarışıqlığında xeyirin passivliyindən, fəaliy-
yətsizliyindən istifadə edərək, başqa sözlə "biganələrin sui-qəsdindən" isti-
fadə edərək tüğyan edir. Bu aləmdə nələr var? Ən dəqiq, ən aydın mənzərə
"Yuxu"dadır:
Yuxuda hər cür məxluq var
Yuxular çox zəngin olar -
Qoşadırnaq geyinənlər,
Buynuzuyla öyünənlər.
Atan, tutan, vuran, qıran...
Barmağıyla ortalığı qarışdıran...
"Hər cür məxluq" deyəndə fikir kifayət qədər aydın olur. Amma müəllif
bu aydınlıqla barışmır. İronik bir münasibət bildirir: "Yuxular çox zəngin
olar" bu zənginliyin tərsinə anlamı, istehza anlamı göz qabağındadır, tez başa
düşüləndir. Burada buynuzuyla öyünənlər, qoşadırnaq geyinənlər (?) azmış
kimi, atanlar var, tutanlar var, vuranlar var, qıranlar var... ən başlıcası, mə-
lək donunda ortalığı barmağı ilə qarışdıranlar var.
...Bir qoca yer şumlayırmış. Birdən öküz xışı çəkmir, boyunduruğun al-
tında mözələk vurur. Quyruğunu belinə döyür, buynuzuyla yanındakı öküzü
helləmək istəyir. Qoca əkinçi, "lənət sənə kor şeytan" - deyir... Gözə görün-
məyən bir tərəfdə guya ki, şeytan öz balasını yemləyirmiş. Balası anasından
soruşur ki, ay şeytan ana, axı sən burada məni yemləyirsən. Sənin nə güna-
hın var ki, o kişi səni lənətlədi. Ana şeytan da balasına cavab verir ki, mən
burada səni yemlədiyimə baxma, barmağım öküzün quyruğunun altındadır.
Bu, xalq təfəkküründən gəlmə düşüncənin məntiqi H.İsaxanlının "Barmağı
ilə ortalığı qarışdıran" misrasındakı məntiqi tamamlayır. Bəs nə vaxt ortalı-
ğı barmağı ilə qarışdıranların işi yaxşı gedir? O vaxt ki, maarif olmur, o vaxt
ki, insan sağlam düşüncədən məhrum olur, o vaxt ki, doğru ilə yalanın, hə-
qiqətlə saxtanın meyarı itir. Bax o zaman xurafatın, xurafatdan faydalanan-
ların hökmlərində tanrısızlığa (ədalətsizliyə) güvənənlərin cəlladları iş ba-
şında olur. Ətrafda cinlər oynayır:
Dostları ilə paylaş: |