144
Qalanını hər kəs özü düşünə bilər. Amma bir həqiqət də var ki, H.İsaxanlı
heç kimə bənzəməyən, heç kimin nə formaca, nə də məzmunca getdiyi yolu
getməyən bir şairdir. Şəhriyar "Heybərbabaya salam"ı ilə məktəb yaratdı.
Və onun məktəbinin ən böyük müdavimləri İraqda - Kərkükdə, Anadoluda,
Azərbaycanda, xüsusilə Cənubi Azərbaycanda dilə, yurda, yaddaşa qayıdış
sayəsində əvəzsiz xidmətlər göstərdi və bu "salam"a yüzlərlə cavablar yazıl-
dı. Əslində, H.İsaxanlının "Ziyarət" poeması o salamlardan biridir. Ancaq
şairin yaratdığı Yaddaş Sahibi obrazının özünün düşündüyü məzmunda,
özünün göründüyü formada...Yəni H.İsaxanlının bütövlükdə poeziyasının
vəzn baxımından, çəki baxımından, mənəvi yük baxımından müdrikliklə,
fəlsəfi ümumiləşdirmələrlə yaradıcılıq baxımından bu əsəri özünün original-
lıq gücünü qoruyub saxlayır və şairin bütövlükdə yaradıcılığının mahiyyə-
tini ifadə edən, şairin özünü təqdim edən bütöv formanın bir hissəsidir.
...Bəs Yaddaş Sahibinin əsl həyatı nə vaxtdan başlanıb? Onun bu baş-
lanğıcdan əxz elədiyi, götürdüyü nədir? Hansı hissi, hansı duyğunu yaddaşı-
nın başlanğıcına bünövrə olaraq həkk eləyib. Və əslində, Yaddaş Sahibinin
həyatının mənası o özül daşındadır, onu dərk eləməkdə, onu qavramaqdadır:
Öz həyatım öz-özümü bilən gündən
Yaddaşıma düşən günlərdən başlayıb.
Xatirələr! Onlardan hörülmüşəm mən
Nələr olub - onlar bilir, bir də fələk.
Hələlik, dəqiq və aydın bilmir nədir onun yaddaşının özül daşı? Sanki
doğulan gündən ilk çığırtılarının başladığı andan başlayaraq, yaranışının
şüura, düşüncəyə, yaddaşa gəlib çatdığı bütün mərhələləri özünün fantaziya-
sı ilə təzədən keçir. Və yalnız bundan sonra yəni xatirələrin izi ilə ilkinliyə
tərəf, ilkinliyin əzəlinəcən yol gedir. Adidən aliyə, sadədən mürəkkəbə doğ-
ru qayıdış onu arzuladığı ana çatdırır, axtardığını ona göstərə bilir bu yol:
Yadımdadır bugünkü tək
Əllərimlə qazıdığım qara torpaq,
Bir ağ kağız, həyətdəki meyvəli bağ.
Yadımdadır, ucu sınan göy qələmim,
Budağından ayrı düşən yaşıl yarpaq.
145
Əllərində qazdığı bir ovuc torpağın, bir vərəq ağ kağızın, həyətdəki
meyvəli bağın yaddaşında ilişib qalmış ucu sınan göy qələmin, budağından
ayrı düşmüş yaşıl yarpağın nə demək olduğunu anlamaq o qədər də çətin de-
yil. Amma bu ilkin anlamdan uşağın torpaqla evcik qurduğu günlərindən ke-
çən anlamdan fərqli bir məna da var bu yaddaş əşyalarında. Uşaq oyunca-
ğının əvəzi olan bir ovuc torpaqda, bir vərəq kağızda. Amma yox, əsas məna
tamam başqadır. Elə Yaddaş Sahibinin özüdür o bir ovuc torpaq, o buda-
ğından ayrı düşmüş yarpaq, ucu sınan göy qələm o balaca uşağın böyük
dünyaya gedən yolunda, onun ruhunda, təbiətində yaranacaq böyük sarayın
özül daşları bax elə budur. Zənnimizcə, nə o bir ovuc qara torpaq, nə o bir
vərəq ağ kağız, nə də ucu sınan qələm olmasaydı, budağından ayrı düşən o
yarpaq, - o uşaq olmasaydı, o, gəlib bu geniş aləmə çatmasaydı, Yaddaş Sa-
hibinin bugünkü əzəmətini də görə bilməzdik. Həmin ağ kağız mahiyyətin-
də uşağın ağ lövhə kimi dünyaya gəlişinin də mənasını duymaq çətin deyil.
"Ziyarət" əsərində təkrarsız lövhələr var, bənzərsiz lövhələr var. Əslin-
də, elə poeziya bənzərsiz anların poetik lövhələrə çevrilməsidir. Poeziya ya-
ranmamışdan, doğulmamışdan da əvvəl vardı. İnsanın yaşadığı ilkin mağa-
radan ta bu günəcən təbiətdə və cəmiyyətdə, həm görünüşdə, həm də düşün-
cədə poeziya yaşayır. Amma şairlik missiyası, şairin təbiəti bu bənzərsiz an-
ların bənzərsizliyini görməyi bacarmalıdır. Və o zaman təbii ki, bənzərsiz
anların poeziyası yaranacaq. Belə bənzərsizlik anlarından biri də "Ziyarət"
poemasında elə buradaca misra-misra gözlərimizin önünə gələn lövhədir.
Elə bil ki, Yaddaş Sahibinin özü yox, hər hansı birimiz ömrümüzün ən xoş-
bəxt, ən gözəl, ən təkrarsız və heç vaxt unudulmayacaq bir anını H.İsaxan-
lının bu misraları bizə qaytardığına görə, ona minnətdarlığımızı bildirməyə
tələsər və bu tələsmənin içərisində bizə fərəh, saf duyğular bəxş etdiyinə gö-
rə, həyəcanlı anlar yaşayırıq:
Gözlərimin önündədir nakam əmim,
Uzun boylu, enli kürək, ömrü gödək.
Yadımdadır, onu yoldan saxlamağım -
Geri dönüb qucağına aldı məni.
At belində seyrə çıxdıq göy çəməni.
Yolda papağım düşəndə
Dedi: "hanı bizim papaq?
Tez ol, qoçaq, atı çapaq, onu tapaq".
146
Güldü o da, güldüm mən də
Səadətdir böyük, kiçik bir güləndə.
Bircə sözü də saxlamaq, bircə misranı da kəsmək istəmirsən. Elə bil ki,
hansı misrada dayansan həmin o köhlən at da dayanacaq. O köhlən atın üs-
tündəki qoçaq əmi də, həyatın dadını-tamını axıracan görməmiş, Yaddaş Sa-
hibinin xatırlamalarında nakam kimi qalan uzun boylu, enli kürək, ömrü gö-
dək əmi, o xoşbəxt uşaq gözlərimizin önündən bir anda uçub gedəcək. Papa-
ğı külək aparır. Amma əmi demir ki, hanı sənin papağın? Deyir ki, hanı bi-
zim papağımız? Nə qədər dəqiq, nə qədər doğma bir sual. Məsuliyyət təkcə
uşağın deyil, həm də uşağı küləkdən qorumalı olanındır. Onlar o yel qanadlı
köhlənin üstündə çapıb küləyi qabaqlayır, papağı küləyin ağzından alırlar.
Və bundan sonra əminin də, uşağın da sevinməyi təbiidir. Amma bu bənzər-
sizliyin, amma bu ecazkarlığın, amma küləklə döyüşdə qalib gəlməyin mən-
tiqi nəticəsi daha gözəldir: "Səadətdir böyük, kiçik bir güləndə". Üst-üstə
qalaqlanmış cildlərə bərabər, fatehlərin işğalçılıq niyyətlərinə bəraət gətir-
məyə çalışan "tomların" hamısının əvəzində iri bir qranit lövhə, təbii daş
üzərində elə bircə bu cümləni yazmaq bəs eləyərdi. Dünyanın xilas yolu elə
bircə bu cümlənin içərisinə yığılmış mənadan, mahiyyətdən ibarətdir. Dün-
yanın xilas yolu zorda, gücdə, mənəmlik iddialarında, dünyanın ən təhlükə-
siz banklarına yığılmış sərvətdə, pulda deyildir. Sözün həqiqətindədir, poe-
ziyanın saf, duru, bulaq kimi tər-təmiz təbiətindədir.
İndi dünyadan köçüb getmiş nənənin həmin o uşaqlıq anlamında ilkin
yaddaş özülündəki obrazı da nə qədər səmimidir, nə qədər sağlamdır:
Nənəm də ki... hamıdan tez oyanardı
Biz duranda həyətdə ocaq yanardı.
Yadımdadır bu günkü tək
Salxım söyüdün altında ağlamağım.
"Ömrüm-günüm, sən ağlama" deyən mələk
Baxdı mənə, yenə gözləri yol çəkdi.
Doluxsunub öpdu yorğun gözlərimdən,
Bir gün o da məni qoyub gedəcəkdi.
Nədənsə, buradaca türk dünyasının böyük ustadı Oljas Suleymenovun
ölməz "Az-Ya"sından çox məşhur olan bir epizod xatirimdə canlandı:
Dostları ilə paylaş: |