Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə31/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   27   28   29   30   31   32   33   34   ...   73

96 
 
İnsan var ki,könül səsi 
Sevgi deyil, siyasətdir. 
Ehtirası, fəlsəfəsi 
Əmr, hökm, rəyasətdir. 
 
Burada fikrin sadəliyi, seçilmiş ifadələrin məqsədəuyğunluğu, sözlə gü-
nümüzün şəklinin verilməsi diqqəti cəlb edir. Sanki müəllif ayrı-ayrı ifadə-
lərin mənaya tabe edilməsi üçün heç bir əziyyət çəkmir. Yazdığı kimi düşü-
nür, çünki elə düşündüyü kimi yazır. Onun könül səsi sevgi yox, siyasət 
olan məqsədi iddia, hökm, rəyasət olan "insan" obrazının qarşısına Yaddaş 
Sahibi obrazını çıxarır. Yaddaş Sahibi isə nə qədər tarixi yük daşıyırsa, bir o 
qədər də bu günün adamıdır. Bu günün mənəvi mühitini də kifayət qədər 
yaxşı bilir. İndi insanların bir çoxunun vicdanı gərəksiz bir əşya kimi qəlbi-
nin bir küncünə sıxışdırılması ilə yalanların ayaq açması, haqqın danılması 
və bu yolla müəyyən mənsəblərə, məqsədlərinə çatmağın mümkünlüyü... əs-
lində ifşaedici mahiyyət daşıyır: 
 
Yalan deyib haqqı danmaq, 
Haqqı danıb ad qazanmaq 
Acizlik, ya fərasətdir? 
(Suallar içində yanmaq 
İnsanlarda bir adətdir). 
 
Yaddaş Sahibinin sualına müəllif özü cavab verir. Onsuz da sual ritorik-
dir, cavab istəmir. Emosiyadan, şeirin özünün təbiətinə uyğun pafosdan do-
ğulur. Ancaq müəllif bu özü-özünə sual verməni insanların tarixi-mənəvi 
vərdişi kimi qəbul edir. Yəni sualsız da elə mətləb aydındır. Yaddaş Sahibi-
nin mənəvi aləminin hakimi olan vicdan dilə gəlir. Bəlaların kökünü, ən də-
rin mənəvi qatlardakı qaynaqlarını açıqlayır: 
 
Günaha batmışıq biz də, 
Elə bizim sayəmizdə 
Çoxu "dahi", "bir dənədir"... 
Demə ki, bu zəmanədir. 
 


97 
 
Demək, Yaddaş Sahibinin timsalında bizim hər birimiz günahkarıq. 
Çünki biz də boğazdan yuxarı təriflərin, şişirtmələrin sayəsində "hiperbola-
lar" yaratmışıq. Yalançı  "dahi"ləri,  "bir dənə"ləri zəmanə yox, elə onların 
öz müasirləri yaradıb. Və bununla da cəmiyyətin mənəvi təkamülünün qarşı-
sına sipər çəkilib. Belələri özlərinin əvəzsizliyi haqqında düşünür, sahib ol-
duğu  "kreslodan" dördəlli yapışıb. Həyatda baş verən hadisələrə özünün 
münasibətini daha üstün, daha doğru və daha dəqiq hesab edir. Şairin təəs-
süfü və özü də çox acı təəssüfü bir məqama daha qabarıq işıq salır. Yalançı-
ların, riyakarların könül səsi sevgi yox, rəyasət olanların arasında əyrinin, ya 
düzün fərqi yoxdur. Onsuz da mənəvi harmoniyanın pozulduğu mühitdə, əyri 
də əyilir, düz də. Və bu mahiyyət şairin mənəvi mühitində belə əks-səda verir: 
 
Demə dünya dəyişmişdir. 
Nədən adət olub bizdə 
Əyilir əyri də, düz də? 
Aman, Allah, bu nə işdir, 
Məxluqat nə etməlidir? 
Min şükür ki, hər yaranan 
Bir gün ölüb getməlidir... 
 
Demək, durğunluğun təmsilçisi olanlar, mənəvi mühitin təkamülünə bu-
xov olanlar əgər  əbədi yaşasaydılar, onda həyatdakı inkişafdan danışmaq 
mənasız olardı. Bir çıxış yolu da budur ki, belələri fiziki, cismani ömürlərini 
başa  vurub  dünyadan köçür və demək mənəvi inkişafın buxovları da qırılır. 
Bu inkarın  məntiqidir.  
"Biz öz mühakimələrimizdə təsdiqləyərək inkar edirik, inkar edə-edə 
təsdiqləyirik: yəni ki, nəyinsə inkarı başqa bir şeyin təsdiqidir və ək-
sinə. Birini təsdiqləyəndə, o birini inkar edirik. Lakin mifə möcüzənin 
məntiqi nəyinsə inkar edə-edə ona qarşı duran ayrı bir nəsəni də inkar 
edə bilər; yaxud bir şeyi təsdiqləyəndə ona əks olan başqa bir şeyi də 
təsdiqləyər. Bu, o deməkdir ki, möcüzə  məntiqində gümanları qarşı-
laşdırmaq məcburiyyəti yoxdur, yəni mif "kontrimplikasiya" (əksliklə-
rin bir-birinə bağlanması, qarşılıqlı  şəkildə bir-birinin içinə hopması) 
deyilən bir nəsnəni inkar edir" 
1
.   
                                                 
1
 Y.E.Qolosovker. "Mifin məntiqi". Kitab aləmi. Bakı , 2006, s. 47. 


98 
 
Ziddiyyətlərin, qarşılaşmaların, kəskinliyinə baxmayaraq burada da 
Yaddaş Sahibinin təmsil elədiyi mənəvi mühitlə onun inkar elədiyi mənəvi 
mühitin bir-birinə qovuşması, hətta bəzən onların ayrıla bilməməsi hallarını 
da sezə bilirik. Elə bu xaousun, bu qarışmanın mürəkkəbliyinə cavab olaraq 
Yaddaş Sahibi insanın imkan məhdudluğuna sevinir. Ən azı ona görə ki: 
 
Nə yaxşı ki, kainata 
Tor qurub, kəmənd atmadıq. 
Nə yaxşı ki, yeri, göyü 
Biz qurub, biz yaratmadıq. 
 
Axır ki, bütün bu mərəkkəbliklərin arasından bir çıxış yolu, bir işıq gö-
rünür. Ən böyük həqiqət yenə sözdədir. Baxmayaraq ki, sözü də ucuzlaşdı-
ranlar, sözün də evini yıxanlar az deyil, elə xalqın evini yıxanları Yaddaş 
Sahibinin müsahibi sözün evini yıxanlar hesab edir. Və çox doğru qənaətdə-
dir. Yaddaş Sahibinin müəllifin öz obrazı ilə qovuşmuş təbiəti bu misralarda 
daha yaxşı görünür: 
Qaçmışam mənsəb cəngindən, 
Mən də başqa cür dəliyəm. 
Tutmuşam söz ahəngindən, 
Düzə doğru deməliyəm. 
 
Biz onun mənəvi saflığına inanırıq, onun kredosu aydındır. Bu kredo 
düzə doğru deməkdir. Orası da doğrudur ki, düzə doğru demək, sözlə asan 
başa gəlsə də, bəzən insanın özünün həyatı ilə əvəz-əvəz olur. Mənəvi kor-
luğun hakim olduğu mühitdə sözün ahəngindən yapışmaq, necə deyərlər, 
müəllifin öz dili ilə desək "bir cür dəli" olmaq o qədər də asan deyil. Hər 
halda bütün çətinliklərə baxmayaraq, həqiqi sözün ahəngindəki işıq, çırağı-
nın işığı öləziməkdə olan yurdlara nur gətirir. Qocalıb əldən düşmüş, dizinin 
kirdarı getmiş, ruhu həyatla ölüm arasında çarpışan Yurd bu nurdan güc alır. 
Yurd inanır ki, Yaddaş Sahibinin timsalında itirdiklərini qaytara biləcək, da-
ha doğrusu, ondan qopub ayrılmış zərrələr öz tamına qovuşmaq üçün yeni-
dən onun cazibəsinə qayıdacaq. Yaddaş Sahibi də sevinir. Onun da itirdik-
ləri mənəvi varlığına qayıtmaqdadır, çünki onun könül səsi sevgi dili ilə da-
nışır. Bu dilin gücü, qüdrəti, "təmiz ələ, xoş əmələ" güvənməkdədir. Onu qo-


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə