Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə27/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   23   24   25   26   27   28   29   30   ...   73

83 
 
Çörəyə haram qatdılar, 
Dünya bir-birinə dəydi. 
Davanı çox uzatdılar - 
Dəli quyuya daş atdı, 
Ağıllıya iş yaratdı. 
 
Müəllifin misralarının altında yatmış məna - çox uzadılan davanı Ermə-
nistan-Azərbaycan-Dağlıq Qarabağ davasını təqdim edir - bir qədər də iro-
nik, müəllifin özünün təəssüfünü daşıyan ağrı-acı illətinə çevrilmiş dərdini 
göstərir. Vaxtilə qabağı alınmalı olan zəhərli ilanın hələ bala olduğu mə-
qamda boğulmalı olub boğulmadığını, bəlaya çevrildiyini yada salır. Hər 
halda, müəllif bir humanist kimi, böyük hərflə yazılacaq insan obrazı olaraq 
Yaddaş Sahibinə imkan verir ki, dünyanın və əslində, bütün dünya sakinləri-
nin taleyinə də acısın. Əlbəttə, taleyinə acıdığı millətlərdən biri də erməni-
dir. Erməni faşist partiyası öz xalqını bəlaya salıb. Sonu görünməyən, nəti-
cəsi bilinməyəcək bəlaların girdabına atıb. Və əslində, Yaddaş Sahibinin də 
demək istədikləri elə budur. Amma son nəticədə həyatı, mənəvi aləmi tarixi 
yerlərlə bağlı olan Borçalı elləri daha Qaraxaç yaylağına gedə bilmir. Ermə-
ni faşizmi insanlığa gedən mənəvi yolların gözəgörünməz bağlarını kəsdiyi 
kimi, yaylağa gedən yolların da qabağını kəsib: 
 
Bu nə dərddi, nə azardı?! 
Millət bir-birini qırdı. 
Yaxşı günlərimiz vardı, 
Aranı kim qarışdırdı? 
 
Bayaqdan müəllifin sanki təhkiyə ilə, acı bir hekayə kimi danışdığı tarix 
birdən-birə daha da emosionallaşır, yüksək poetik yük götürür. Və əsl poe-
ziya örnəyinə çevrilir: 
 
Nə gedən var, nə qayıdan, 
Yolların yükü azalıb, 
Nə köçən var, nə yurd salan
Dağlar intizarda qalıb. 
 


84 
 
Bu dörd misrada poetik əhval o qədər güclüdür ki, sanki əsərin özü qə-
dər ağrı  və yük daşıyır. Yaddaş Sahibinin bütün varlığı, mənəvi aləminin 
bütün zənginliyi, onun çiyinlərində daşıdığı yükün ağırlığı, dərdləri, ağrıları, 
acıları sanki bu dörd misrada ifadə olunub. Təsadüfi deyil ki, elə bu dörd 
misranın yaratdığı  əhval inkişafın növbəti məqamında sanki zərgər  əli ilə 
işlənmiş bayatı-incilərə çevrilir. 
Görkəmli filosof Camal Mustafayev də H.İsaxanlının "Ziyarət" poema-
sındakı bayatıların ovqatını, bu ovqatın yaratdığı dərin təəssüratı yaddan çı-
xarmır:  
"Bu qadın əmin-amanlıq istəyir; Qarabağ müharibəsinə bais olan kim-
sələrə  lənət oxuyur. Müharibədən  əvvəl yay mövsümündə elimizin 
Qaraxaç yaylağına (indiki Ermənistanın) yolları bağlanıb; dağa gedib-
gələn yoxdur. Bu söhbətlə bağlı H.İsaxanlı neçə bayatı yazıb. Həmin 
mövzunun rolunu bu bayatı yaxşı ifadə edir: 
 
Dağlar darda qalıbdır, 
Başı qarda qalıbdır. 
Gözümün nuru, dağlar, 
Nurun harda qalıbdır?.."
1
 
 
Camal dədə (onu Azərbaycan mənəvi mühitində "Dədə Camal" adlan-
dırırlar) çox doğru olaraq bir neçə kəlmə ilə mövzunun mahiyyətini özündə 
ifadə edən, mövzunun daşıdığı ağrını özündə daşıyan bayatını nümunə kimi 
göstərir. Hətta, o bayatını ki, orada Yaddaş Sahibi bir rəssam qüdrəti ilə 
mənzərə yaradır:  "Dağlar darda qalıbdır, Başı qarda qalıbdır".  Əslində, 
professorun diqqətini çəkən canlandırılmış, ölüm-dirim savaşında girov gö-
türülmüş dağların darda qalmasıdır.  Əgər o dağlar girovdursa, əsirdirsə, 
onun azadlığı  əlindən alınıbsa və  hətta Yaddaş Sahibinin özünün belə ona 
əli çatmırsa, demək, Yaddaş Sahibinin gözünün nuru itib. Çünki bu nurun, 
bu işığın mənbəyi o dağlar idi. Cavab və sual Yaddaş Sahibinin Ən böyük 
mənəvi problemi elə bu sualın və cavabın arasındakı ağrıdır: "Gözümün nu-
ru dağlar, Nurun harda qalıbdır?". 
Bayatılar Azərbaycan xalqının ən dəqiq mənəvi tarixidir. Tarixi yaralar 
olmasaydı, bəlkə, heç bayatılar da yarana bilməzdi. Filologiya elmləri dok-
toru, professor Sevil Mehdiyeva Azərbaycan xalqının təfəkkürünün mənəvi 
                                                 
1
 
C.Mustafayev."Ata ocağı". "Xəzər Xəbər" jurnalı, 2010 Noyabr , № 290, s.26.
 


85 
 
inkişaf yolunu  "Bayatıdan dastana"  istiqamətində görür. Və bu istiqamətdə 
bayatının daşıdığı tarixi yükün mahiyyətini belə aşkarlayır:  
"Deməli, "xalqın tarixi sadəcə tarix olaraq qalmamış, həm də  şeirə, 
bayatıya çevrilmişdir. Ayrı-ayrı yüzilliklərin mühüm hadisələri ilə 
səsləşən bayatılar onu yaradanların həyatında dərin iz buraxan sarsın-
tıları yada salır, ötən günlərimizdən xəbər verir" (İsrafil Abbasov). Ba-
yatılarda işlənmiş boyat, xəzər, hun, ərəb, tatar etnonimləri həmin ba-
yatıların  ən azı XIII əsrə  qədərki Azərbaycan xalqının ictimai-siyasi 
həyatında baş vermiş hadisələrlə, yəni Azərbaycanda ərəb işğalı, tatar-
monqol zülmü, boyat qəbilə-tayfa çəkişmələrilə  əlaqədar yarandığını 
nümayiş etdirir. Bununla belə, bu bayatıların leksik-qrammatik quru-
luşu, habelə poetik qəlibləri və janr xüsusiyyətləri dövrümüzdə işlən-
məkdə olan bayatı növlərindən seçilmir. Deməli, bayatıların xalq di-
lində işlək bir janr olması onların illərin imtahanından keçib günümü-
zə əsasən, toxunulmaz çatmasına imkan vermişdir. Bu bayatılarda iş-
lənmiş modellər, ifadə formaları ən azı 9-10 əsr bundan əvvəl yaran-
mışdır. 
Artıq elmi ədəbiyyatda belə bir fikir özünə yer tapmalıdır ki, "Azər-
baycan xalqının etnogenezində böyük rol oynamış və eramızın birinci 
minilliyində Azərbaycanda yaşamış hunlar, xəzərlər, qıpçaqlar, avar-
lar, savirlər və başqa türk-oğuz tayfalarının yazısı olmasa da, onların 
ana dilində zəngin şifahi ədəbiyyat nümunələri olmuş və bu günə qə-
dər gəlib çıxmış bayatıların, laylaların, ağıların çoxu o dövrdə yaran-
mışdır". (Vaqif Aslanov). Bu, həm də o deməkdir ki, "bayatılar islam
-
dan qabaqkı türk ədəbiyyatında türk şeirinin milli şəklini təşkil etmişdir. 
Özgə sözlə, bayatı - "mani biçimini dünya ədəbiyyatı tarixində əzəl bir 
nəzm şəkli olduğunu qəbul etmək lazımdır" (Nizami Xudiyev)
1
.  
Və özü də bu düşüncələrində Azərbaycanın görkəm li folklor-dil tarixi 
araşdırıcılarının mühakimələrinə əsaslanır. "Folklorun bədii təfəkkürün ilki" 
(Ağamusa Axundov) olduğu tezisini şübhəsiz ki, qəbul etməliyik. Və elə bu 
tezisin dayaqları üzərində ucalan mənəvi sarayın zəngin aləminə daxil olma-
lıyıq. Zənnimizcə, H.İsaxanlını fikrini ifadə etmək üçün və əlbəttə, nəticədə 
özünü ifadə etmək üçün "Ziyarət" poemasında bayatıya gətirən yol budur, 
bayatının tarix, tarixi həqiqət mahiyyəti daşıması səbəbidir. 
                                                 
1
 Sevil Mehdiyeva."Bayatıdan dastana". Bakı, 2010,  s.23. ? 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə