Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə18/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   14   15   16   17   18   19   20   21   ...   73

54 
 
Xeyir-şərdən ayrı düşmək 
Ay oğul, mənə yaraşmaz. 
 
Tərəflərin qarşılaşması nə qədər kövrək, duyğulu, hətta bir çox hallarda 
baxışların danışması ilə əvəzlənsə də, ixtilaf yoxdur, ziddiyyət yoxdur, tərəf-
lər bir-birinə doğru can atır. Sanki qoca özünün gələcək həyatını bu yurdun 
oğlu olub, indi dünyaya səs salmış Yaddaş Sahibinin taleyində görür. Məh-
rəmliyi də yaradan, doğmalığı da qoruyan elə bu hissdir. Əslində, Yaddaş 
Sahibi də məmnundur. Qocanın gözlərində parlayan həyat eşqinə baxıb dün-
yanın ziddiyyətləri arasından gələcək həyatının doğru yolunu görür. Bu yol 
onu taleyin ən ağır çarpışmalarından keçirər, onu son ana, son mənzilə alnı-
açıq, üzü ağ aparar. Ziyarətin dəyəri bundadır. İnsan itirdiklərini qaytarma-
sa, tapmasa zərrələrə bölünər, ümuminin içində itər. Cəmiyyətin dərdi
ağrısı o qədər artar ki, onun daxili nizamı da pozular. Amma hər halda 
Yaddaş Sahibi nikbindir. Bəlkə də, nə vaxtsa ümidini itirmişdi yurda qayıdış 
üçün. Elə onun öz təbirilə desək, ziyarət üçün. Amma bu ziyarət mümkün 
olub, elə o bədbinliyin, ümidsizliyin nəticəsi olaraq Yaddaş Sahibi buna 
"qismətdənmiş bu görüşmək", - deyir. 
H.İsaxanlı dilin koloritini saxlamağın, dilin daxili enerjisindən istifadə 
edə bilməyin yolunu canlı dilin imkanlarında görür. Ən böyük bəladan, 
xatadan, qəzadan xilas olanda insanlar deyirlər ki: "Allah üzümə baxdı". 
Müəllif görüşün, ziyarətin qədir-qiymətini, onun nə demək olduğunu 
yaxşı bilir. Bəlkə  də, illərlə can atıb ki, bu ziyarəti həyat yoluna çevirsin. 
Ömrünün bir parası olsun bu ziyarət. Amma uzun illər gələ bilməyib. Və nə-
hayət, bu ziyarətin baş tutması üçün növ-növ çətinliklərdən keçib, iradəsinin 
və inadının hesabına maneələri dəf edib. Qəribədir ki, bu halı eynilə qocanın 
özü də keçirir. Və Yaddaş Sahibinə dedikləri də elə əslində, Yaddaş Sahibi-
nin qəlbindən keçən duyğulardır. Sən demə, elə qocanın da dərdinin çarəsi 
bu görüşməkmiş. Yoxsa o, dunyadan gözü yolda, əli uzalı gedərmiş: 
 
Qismətdənmiş bu görüşmək
Allahım üzümə baxdı. 
Sürünsəm də durub gəldim, 
Dünya fani, ölüm haqdı, 
Görüşdük, bir az düzəldim. 


55 
 
Qoca indi özünü arzusuna çatmış kimi hiss edir. Daha onun heç bir dər-
di yoxdur. Buradaca qocanın adını, ünvanını bir kənara qoyub bu deyilənləri 
eynilə yurdun dilindən eşitdiyimizi təsəvvür edək: burada yurdun nə qədər 
canlı, ruhlu bir varlıq olduğunu təsəvvür etməmək mümkün deyil. Amma 
hər halda qoca özünü müvəqqəti, yurdu əbədi hesab edir. Könülləri dağla-
yan bir sözlə üzünün o yana olduğunu dilə gətirməklə, görüşün kədərli ov-
qatından yaranan həyəcanları bir az da artırır. Artıq dəfələrlə qeyd eləsək də, 
təkrar-təkrar hər sözümüzün başında Borçalı taleyini xatırlamasaq, Borçalı 
taleyinin kədərini, ağrısını dilimizə gətirməsək, bir gün Vətənin qıraqda qa-
lan yerləri kimi, Borçalıya da əlimiz çatmaz. Qocanın dediklərini yurdun 
üzərinə köçürsək və yurdun dedikləri kimi qəbul eləsək, onda Borçalının 
başının üzərindəki qara buludları da aydın təsəvvür etmək olar. 
Qoca sanki vida sözlərini deyir: 
 
Yenə min şükür bu günə... 
Amma üzüm o yanadı. 
Sən gələn dəfə gələnə 
Eh, kim ölə, ya kim qala?! 
Bu da belə zəmanədi, 
Sən yaşa, sən var ol, bala. 
 
Burada bir məqamı da unutmaq olmaz. Müəllifin insan dərdlərinin, ağ-
rılarının dərinliyinə varmaq gücünü. Əsərdə Yaddaş Sahibinin dil tökməsi-
nə, qocanın xətrini çox istəməsini dilə gətirməsinə ehtiyac duyulmur. İnsani 
münasibət, qoca ilə ehtiramla görüşmək, qocanı dinləmək, onun hansı hiss-
lərlə yaşamağını duymaq Yaddaş Sahibinin baxışlarından da görünür. Şəffaf 
eynəyin altından baxan gözləri dolur, bu gözlər qocaya deyir ki, dərdlərimizi 
bölməmişik, ağrılarımızı ayırmamışıq, qocanı da, cavanı da və demək, yur-
du da göynədən elə bircə dərddir. Hamımızın sinəsində göynəyə çevrilmiş 
dərd. Bu dərdi yurd da, qoca da, Yaddaş Sahibi də eyni biçimdə köynək ki-
mi geyib - göynəyin rəngində olan köynək. Bu dilləşmənin, bu bir-birini 
asan başa düşmənin, bu üçbucağın arasında yaranan birliyin bircə adı var: 
insanilik.  İnsanilik körpüsünün özülləri qırılmayıbsa, bir-birindən ayrı dü-
şənləri vaxt yadlaşdıra bilməz. 


56 
 
Həyatın davamlılığına inam, yaşarılığa inam, haqqın qudrətinə inam
qocanın son sözlərində çox kədərli simfoniyanın nikbin ovqatlı son akkordu 
kimi səslənir: "Sən yaşa, sən var ol, bala!" Təkcə elə bu sözlər qocanın mə-
nən nə  qədər zəngin olduğunu, yurdun nə  qədər  əzəmətli olduğunu təsdiq 
edir. Qoca onu ziyarətə  gəlmiş Yaddaş Sahibindən maddi yardım istəmir. 
Yaxşı başa düşür ki, onun ağrısı, acısı üçün həb yox, dərmanlar yox, elə bu 
insani münasibət bəs edəcək bir çarədir. 
* * * 
H.İsaxanlının poeziyasında onu fərdiləşdirən, onun poeziyasını müasir 
şeiriyyətin boz-bulanıq axınından fərqləndirən bir cəhəti mütləq qeyd etmək 
lazımdır. Bu, bir bayatı ovqatıdır. Sanki onun şeirlərində bayatı ritmi, bayatı 
ahəngi, eləcə də bayatı ovqatı bütün qabarıqlığı ilə görünür. Söhbət, əlbəttə, 
bayatı formasından getmir. Onsuz da H.İsaxanlı istər şeirlərində, istərsə də 
"Ziyarət" poemasında sözü, fikri qafiyə xatirinə divana çəkmir. Elə  təbii 
axarla öz ritmində ifadə edir. Bu ritm, bu ahəng onun mənəvi aləmindədir. 
Müəllifin üstünlüyü kimi bunu mütləq qeyd etməliyik ki, o, daxilində olan 
ritmi formaya tabe etməyə  cəhd göstərmir. Sanki onun başlıca bir prinsipi 
var - səmimiyyəti qorumaq. Onun daxili aləmində səslənən simfoniya ağır-
ağır, təmkinlə, kədərqarışıq bir ovqatla, necə varsa, eləcə də üzə çıxır. Daxili 
aləmindəki sarsıntılar, psixoloji gərginliklər onun misralarında açıq-aşkar 
duyulur. Bəzən bu fəryad şəklində, sarsıntıların ifadə olunduğu kədər şəklin-
də görünür. Bəzən də həyatın xoş üzündən ruhlanan, həyat eşqilə alışan bir 
ürəyin çırpıntıları şəklində. "Ziyarət" kitabında toplanan şeirlər də elə bu ov-
qatla yazılıb. Zənnimcə, "Ziyarət"i daha yaxından dərk etmək, daha dərin-
dən anlamaq üçün onun bayatı ovqatı gətirən - bir daha qeyd edilməlidir ki, 
söhbət formadan getmir - şeirlərinə  də  nəzər salmaq, bu şeirlərin ruhu ilə 
"Ziyarət"in ruhunu tutuşdurmaq, yaxınlığın, doğmalığın mahiyyətini anla-
maq üçün bəs eləyərdi. Məşhur bir mahnı var: "Anama deyin..." ayrı-ayrı 
bölgələrin el-ağız ədəbiyyatında da "gedin, deyin anama" şəklində işlədilir. 
Müəllif anasına ismarıc elədiyi mahnısını belə oxuyur: 
 
Gedin, deyin anama
Daha çıxmasın dama, 
Göy dağlara qar yağıb. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə