Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə21/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   17   18   19   20   21   22   23   24   ...   73

64 
 
də şəxsiyyət sanki bütövlüklə verilmişdir. Ona görə də fikir birləşmə-
ləri bütöv mövqelər birləşməsidir, şəxsiyyətlərin birləşməsidir"
1
.   
Nə qədər aydın və nə qədər dəqiq düsturdur!  Həmmüəllifin fikir və dü-
şüncələri, həm də qocanın fikir və düşüncələri birləşir və mövqelərin birləş-
məsi şəxsiyyətlərin birləşməsini yaradır. Əlbəttə, söhbət ədəbiyyatdan gedir, 
söhbət sənətdən gedir. Ədəbiyyatın və bütövlükdə sənətin məqsədi budur ki, 
həyatda da belə bir bütövlük və birləşmə cazibəsi olaydı. Bu gün Azərbay-
can üçün belə bir düsturun öz həllini tapması görün nə qədər əhəmiyyətlidir, 
dəyərlidir; Qoca isə sözünə davam edir: 
 
Dilimizdə bir söz də var: 
Əkib becərməyən yeməz. 
Kim işləməz, o, dişləməz. 
Siqareti damağında, 
Kəklini yan darayanlar. 
Eh, nə deyim, gərək onlar 
İgidə yedək olmasın. 
Çalışaq-vuruşaq ki, qoy 
Yad ellərin qabağında 
Dilimiz gödək olmasın. 
 
Mühakimələr nə qədər sərrast, hədəf nə qədər aydındır. Halal zəhmətə 
çağırış, boş-boş danışmaqdan çox real bir iş görmək, çətinlikdən qorxma-
maq tələbləri göz qabağındadır. Qoca - yurd çox sərrast danışır.  "Çalışaq-
vuruşaq" ona görə ki, yad ellərin qabağında sözümüz olsun deməyə. Sözü 
demək üçünsə, gərək güc olsun. Əgər güc olsa, demək, dilimiz də gödək ol-
maz. Görkəmli rus ədəbiyyatşünasnın fikrinin davamı yenə kara gəlir:  
"Paradoksal şəkildə desək, Dostoyevski ayrı-ayrı fikirlər vasitəsilə de-
yil, nöqteyi-nəzərlər, düşüncələr, səslər vasitəsilə düşünürdü. O, hər 
bir fikri elə dərk etməyə, elə ifadə etməyə çalışırdı ki, bu fikirdə bü-
tövlüklə İNSAN - əvvəldən axıracan onun dünyagörüşü ifadə edilmiş 
və  səslənmiş olsun. Yalnız bu cür bütöv bir ruhi yönəlişliyi özündə 
saxlayan fikri Dostoyevski özünün bədii dünyagörüşünün ünsürünə 
çevirirdi; onun üçün belə bir fikir bölünməz bir vahid idi; bu cür va-
                                                 
1
 M.Baxtin. "Dostoyevski poetikasının problemləri". Bakı, 2005, s.132. 


65 
 
hidlərdən predmet etibarilə birləşmiş bir sistem deyil, artıq mütəşəkkil 
insan məqsədlərindən və insan səslərindən ibarət konkret bir hadisə 
yaranırdı. Dostoyevskidə iki fikir artıq iki nəfər deməkdir, çünki heç 
kəsin fikri deyilən bir şey yoxdur, hər bir fikir isə bütövlükdə insanı 
təmsil edir"
1
.  
Göründüyü kimi, hər bir fikir elə H.İsaxanlının misralarında da ayrı-ay-
rı adamları təmsil edir. Ancaq bu adamların qovuşan tərəfləri var, birləşən 
tərəfləri var. Yurdun və qocanın, Yaddaş Sahibinin timsalında böyük insanı 
təmsil edən fikirləri görürük; amma axı başqa cür düşünənlər də var. Axı elə 
adamlar da var ki, güc, qüvvət, hərəkət mənbəyi olaraq ümid onlaradır, on-
lar isə başqa cür düşünürlər. Bax bu yerdə Yaddaş Sahibi ilə belə adamların 
- ağlı yox, gücü təmsil edən adamların (əlbəttə, zor mənasında), təbiəti də 
şairin nəzərindən qaçmır. Kimdir onlar? 
 
Arxada sakit dayanan, 
Gözündən gülən bir cavan 
Sözə bir təzə dəm verdi: 
Bulaq suyu, bir az kabab... 
Sonra əmr et! İstəsən lap 
Dağı yerindən tərpədək! 
Əvvəlimci olaq biz də - 
Qoy indi də o millətlər 
Dolansınlar kölgəmizdə. 
 
Real həyati gücü olmayan, boşboğaz, yurdun özünün üstündə yaşayıb, 
yurdun özündən çoxdan ayrılmış olan - cavan olsun, ya qoca, fərqi yoxdur, 
belə adamlar da var - görünür, Hegelin bu pritçasını xatırlamaq yerinə düşür:  
"Əlbəttə, mən həm özümlə, həm də dışarı aləmlə bağlı yanıla bilərəm. 
Düşüncəsiz insanlar boş subyektiv təsəvvürlərə, gələcəkdə reallaşaca-
ğına ümid etdikləri, ancaq gerçəkləşməyən arzulara malik olurlar. On-
lar tamamilə dağınıq məqsəd və maraqlarla məhdudlaşırlar, birtərəfli 
prinsiplərə söykənirlər və bununla da gerçəklikdən ayrı düşürlər. La-
kin  əgər bu mühakiməsiz insanlar özlərindəki subyektiv olanın hələ 
obyektiv olmadığını bilirlərsə, onda bu məhdudluq yuxarıda qeyd edi-
lən yanlışlıq kimi hələ hansısa bir dəlilik deyildir. Yanılma və ağılsız-
                                                 
1
 M.Baxtin. "Dostoyevski poetikasının problemləri". Bakı, 2005, s.132. 


66 
 
lıq o zaman dəlilik olur ki, insan özünün subyektiv təsəvvürlərini bila-
vasitə özü üçün mövcud olan obyektivlik kimi qəbul edir. Və onunla 
ziddiyyətdə olan gerçək obyektivliyi əksinə olaraq israr edir. Dəlilər 
üçün onlarda yalnız subyektiv olan obyektiv qədər doğrudur; özlərinin 
subyektiv təsəvvürlərində, - məsələn, onlar özlərini əslində, olmadıqları 
Adam kimi canlandırırlar - düzgün olduqlarına inanır və öz varlıqlarını 
bununla bağlayırlar. Odur ki, əgər kimsə  dəli kimi danışır, onda hər 
şeydən öncə ona münasibətlərini, onun konkret gerçəkliyini tam 
həcmdə yadına salmaq lazımdır. Əgər o, - obyektiv ilişgiləri təsəvvü-
rünə çatdırıldıqdan və bunları analdıqdan sonra da özünün yanlış  tə-
səvvürlərindən əl çəkməzsə, onda belə insanın dəli olması heç bir şüb-
hə doğurmur" 
1
.   
Şair də heç onu pis cəzalandırmır. Kifayət qədər  ədalətli cəzalandırır. 
Yəni ədalətli olduğuna görə, biz ona pis cəza demirik. Onun cəzası, özü də 
çox sərt cəzası  ağsaqqalın – yurdun ona əhəmiyyət verməməsidir. Başqa 
sözlə, onu adam saymamasıdır, oğul yerinə qoymamasıdır. 
Şair də  mənzərəni nəzərdən qaçırmır, sadəcə, salnaməçi təmkini ilə 
dördcə misrada mənzərəni yaddaşa yazır: 
 
Ağsaqqal fikir vermədi, 
Bir azca xəyala daldı. 
Sakit bir neçə söz dedi, 
Göstərdi ki, ağsaqqaldı. 
 
Amma, əlbəttə, əsas söz, əsas hökm qocanındır, Ən böyük təmkini də o 
göstərir. Guya ki, qoca çox danışmasaydı, çox təfərrüata varmasaydı, bir sə-
feh də meydana çıxmazdı, qocanın - yurdun və Yaddaş Sahibinin qarşısında 
boğazdan yuxarı danışmazdı. Nə məclis o məclisdir, nə məclisdəkilər o Ni-
zami Gəncəvisayaq desək, nadan cavanın görmək istədiyi o adamlardır. Bu-
rada mətləb tamam başqadır, burada qocanın - yurdun dərdi kitab-kitab və-
rəqlənir, sinəsi oda-alova bükülür. O dili bilməyən, o bitiyi oxumayan nə o 
qocanın - yurdun dilini bilə bilməz, nə də Yaddaş Sahibinin gözlərindən ya-
ğan ağrıların mahiyyətinə vara bilməz. Qoca isə günahı özündə görür.: 
 
 
                                                 
1
 Hegel. "Ruh fəlsəfəsi". Bakı, 2003, s. 226. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə