Ömrün etməyəcək vəfa dedilər
41
Ərşə qalxsın şadlıq səsi,
Aşıq Aydının nəğməsi.
Balaların gül çöhrəsi,
Qoy, solmasın bir an, Vətən!
Sülh istərəm hər an, Vətən!
Bakı şəhəril..
1982-ci il
Aydın Çobanoğlu
42
İNCƏGÜLÜ
İlk baharın qönçəsidir
İncəgülü, incəgülü.
Xalqımın şadlıq səsidir
“İncəgülü”, “İncəgülü”.
Demə ötəri həvəsdi,
Keçmişimdən gələn səsdi.
Təzə avaz, tər nəfəsdi
“İncəgülü”, “İncəgülü”.
Dağ başında bəyaz qardı,
Namus, qeyrət, ismət, ardı.
Aydın deyər, şirin bardı
“İncəgülü”, “İncəgülü”.
Ömrün etməyəcək vəfa dedilər
43
GETDİ
Qəfil göründü gözümə,
Məni dərdə saldı, getdi.
Şux baxışı ürəyimi
Şahmar kimi çaldı, getdi.
Al geyinib, bax donuna,
Əğyarı qoymaz yanına.
Yaxınlaşıb qurbanına,
Kəsdi, canım aldı, getdi.
Deyəmmədim ürək sözüm,
Ey Hicrani, necə dözüm?!
İntizarla baxan gözüm
Arxasınca qaldı, getdi.
“Abşeron” qəzeti,
01.08.1986
Aydın Çobanoğlu
44
SƏNİ
Məlul-müşkül görünürsən,
Aparanda xəyal səni.
Elə qəmli dayanma, gəl,
Üzər bu dərd, məlal səni.
Ocaq oddan, közdən düşər,
Ürək sazdan, sözdən düşər.
Gözəlliyin gözdən düşər,
Aldatsa cah-cəlal səni.
Sinəsi olsa da dağlı,
Cəmdi zehni, huşu, ağlı.
Unudarmı Çobanoğlu,
Ay qaşları hilal, səni?!
01.12.1986
Ömrün etməyəcək vəfa dedilər
45
OLMAZ
Göz oxşasa gözəl işlər,
Heç pərişan olan olmaz.
Toxunmasa namərd əli,
Könlüm evi talan olmaz.
Gözləsək namusu, arı,
Unutmasaq etibarı.
Bərk olsa qeyrət damarı,
Bizi-bizdən alan olmaz.
Aşıqdı el yaraşığı,
Yapalaq sevməz işığı.
Mən Aydınam, – Haqq aşığı,
Aşıq sözü yalan olmaz.
“
Abşeron” qəzeti,
01.08.1986
“Üfüq” qəzeti,
14.07.1987
Aydın Çobanoğlu
46
OLSA
Zirvələrdən yol salaram,
Bir sözümü deyən olsa.
Dağlar qədər ucalaram,
Əməlimi öyən olsa.
Gözü, könlü toxam, gülüm,
Şər tanımaz yaxam, gülüm,
Bil ki, o gün yoxam, gülüm,
Haqq işimi əyən olsa!
Çobanoğlu odlu kürə,
Sığışarmı göyə, yerə?!
Qocalaram birdən-birə,
Xatirimə dəyən olsa.
Ömrün etməyəcək vəfa dedilər
47
UZAQ GEDƏR
Gözü ayağının altını görməyən
bəzi bürokrat idarə müdirlərinə
İnsaf elə, bəsdi, dayan,
Ömür keçir, çoxalır yaş!
Bir səmtə bax, bir yana bax,
Yol cütləşər, qalarsan çaş.
Yaşasan da səksən, doxsan,
Gözləri ac, qarnı toxsan.
Vəzifədən düşdün, yoxsan,
Yas da tutmaz qohum, qardaş.
Ucuz tutma, gəl, sənəti,
İxtiyardı müvəqqəti.
Yadda saxla bu hikməti:
– “Uzaq gedər el atan daş”.
Sonu heçdi bu çal-çapın,
Haqqı tanı, haqqa tapın.
Yoxsa bağlı qalar qapın,
Çıran
∗
keçər yavaş-yavaş.
Baxtın geri dönər bir gün,
Odun, közün sönər bir gün.
Çobanoğlu dinər bir gün,
Selə dönər gözündə yaş.
“Abşeron”qəzeti,
29.05.1988
∗
Çıraq mənasında.
Aydın Çobanoğlu
48
“ZAVMAQ”IN ETİRAFI
Yıxılası dağ deyildim,
Yıxdı hoydu-hoydu məni.
Elədiyim bəd əməllər
Öz içimdən oydu məni.
“Böyüyə” quyruq buladım,
“Kiçiyə” güldüm, doladım.
Mən eli çapıb, taladım,
“OBXS” soydu məni.
Bir günə düşdüm, – güləsi,
Belimdə lənət şələsi.
Bu elin ahı, naləsi
Qapılarda qoydu məni.
Tovuz-Gəncə, 15.04.1990
Dostları ilə paylaş: |