AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
303
dərəcədə asılıdır. Dövlət müstəqilliyimizin əsas atributlarından biri ol-
muş gömrük işi bu gün daha da inkişaf etmiş və möhkəmlənmiş, eyni
zamanda ölkədə aparılan iqtisadi islahatlarda fəal iştirak etməklə çox-
funksiyalı bir kompleksə çevrilməlidir.
Müasir şəraitdə daxili bazarı və bütövlükdə dövlətin iqtisadi ma-
raqlarını qorumaq üçün gömrük-tarif tənzimlənməsi tədbirlərindən,
gömrük işi sahəsində valyuta nəzarətindən, büdcə gəlirlərinin forma-
laşdırılmasında fiskal siyasətin tətbiqindən uğurla istifadə olunur. Bu-
nunla yanaşı, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriy-
yəsinə qarşı mübarizə daha da gücləndirilmiş, gömrük işi sahəsində ci-
nayətlərin və hüquqpozma faktlarının ilkin istintaqlarının keyfiyyəti
xeyli yaxşılaşmalıdır. İnvestisiya mühitinin yaxşılaşdırılması və xarici
ticarət dövriyyəsinin sürətləndirilməsi üçün qanunvericilikdə müyyən
edilmiş tədbirlər daha da genişləndirilməkdədir.
Respublikamızda gömrük işinin təkmilləşdirilməsi və gömrük or-
qanlarının inkişaf etdirilməsi bu sahədə mövcud olan qanunvericilik
aktlarını təkmilləşdirmədən və bu aktları beynəlxalq normalara uyğun-
laşdırmadan mümkün deyil. Belə ki, Ümumdünya Gömrük Sisteminə
inteqrasiya gömrük prosedurlarının harmoniya edilməsini və sadələş-
dirilməsini tələb edir. Şübhəsiz ki, belə bir şəraitdə normativ-hüquqi
bazaya yenidən baxılması və onun təkmilləşdirilməsi zərurəti meyda-
na çıxmışdır.
Məhz bununla əlaqədar olaraq, gömrük nəzarətinin qanunverici-
lik bazasının təkmilləşdirilməsi istiqamətində Gömrük Məcəlləsinə
əqli mülkiyyət obyektləri olan malların gömrük rəsmiləşdirilməsi ilə
bağlı fəsillər əlavə edilməlidir. Beləliklə də, əqli mülkiyyət obyektləri-
nə gömrük nəzarətinin həyata keçirilməsinin normativ-hüquqi bazası
dəqiqləşdirilməlidir.
Son illərdə ölkədə gömrük nəzarətinin keyfiyyətinin yüksəldilmə-
si, qadağan olunmuş malların keçirilməsinin qarşısının alınması, qa-
çaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizədə əhə-
miyyət kəsb edən texniki nəzarət vasitələri ilə gömrük orqanlarının
təchiz olunması sahəsində görülmüş işlər davam etdirilmiş, Atom
Enerjisi Üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq nəticəsində
Texniki Əməkdaşlıq Proqramı çərçivəsində müasir tələblərə cavab ve-
rən ionlaşdırıcı şüa mənbələrini aşkarlayan stasionar radiasiya sistem-
ləri alınmış və bu sistemin sərhəd-keçid məntəqələrində quraşdırılması
üçün hazırlıq işləri görülmüşdür.
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
304
Azərbaycan Respublikasının”Malların təsviri və Kodlaşdırılması
üzrə Harmoniyalaşdırılmiş Sistem haqqında ”Beynəlxalq Konvensiya-
ya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə”
Qanununa əsasən, Nazirlər Kabinetinin 19 yanvar 2001-ci il tarixli
Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisinə gətirilən
aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə və 13 iyul
2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siya-
hı”sında XİF və MN üzrə kodların Beynəlxalq Harmonik Sistemin
2002-ci il variantına uyğunlaşdırması məqsədilə hökumət müvafiq
qərar layihələrini təsdiq etmişdir.
2004-2014-ci illərdə istehsalçılardan və iş adamlarından daxili
bazarın qorunması və yerli istehsalın həvəsləndirilməsi ilə bağlı daxil
olan sorğular ümumiləşdirilərək Azərbaycan Respublikasının Tarif
(qiymət) Şurasına təqdim olunmuşdur.
Bununla yanaşı, ölkəyə ixrac olunan malların gömrük dəyərinə
nəzarəti gücləndirmək üçün “Azərbaycan Respublikasının gömrük
ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymət-
ləndirilməsi sisteminin tətbiqi qaydaları”na müəyyən dəyişikliklər və
əlavələr edildikdən sonra yerli gömrük orqanlarına metodiki köməklik
məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla “Azərbaycan Respub-
likasının gömrük ərazisinə idxal edilən və bu ərazidən çıxarılan malla-
rın gömrük dəyərinin müəyyən edilməsi və gömrük orqanları tərəfin-
dən nəzarət prosesinin həyata keçirilməsi qaydaları” hazırlanmışdır.
Eyni zamanda malların gömrük qiymətləndirilməsi üzrə gömrük
orqanları arasında operativ qarşılıqlı əlaqənin və zəruri əlaqələndirmə-
nin təşkil edilməsi, habelə gömrük orqanlarına metodiki köməklik
göstərilməsi və qiymət intizamının daha da gücləndirilməsi məqsədilə
zəruri tədbirlər həyata keçirilmişdir.
Respublikada gömrük statistikasının və bu sahədə informasiya
texnologiyalarının təkmilləşdirilməsi sahəsində həlli vacib olan məsə-
lələr ön plana çəkilmişdir. Xüsusilə də “Azərbaycan Respublikası xa-
rici ticarətinin gömrük statistikası” bülleteninin nəşri təkmilləşdiril-
miş, müasir alqoritmik dildə tərtib edilmiş proqram təminatı əsasında
hər ay qaçaqmalçılıq və gömrük qaydalarının pozulması faktları haq-
qında hesabat gömrükxanalardan alınaraq ümumiləşdirilmiş və DGK-
nın müvafiq strukturlarına göndərilmişdir. Bundan başqa, Sərhəd ba-
zası və bəyannamələşdirilmiş mallar bazasının qarşılıqlı müqayisəsi
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
305
əsasında gömrük rəsmiləşdirilməsindən yayınması ehtimal olunan
mallar haqqında məlumatlar işlənib hazırlanmışdır. Həyata keçirilən
tədbirlər nəticəsində yerli gömrük orqanlarında lokal şəbəkə yaradıl-
mış və ümumi şəbəkəyə qoyulmuşdur.
BMT-nin İnkişaf Proqramı və DGK arasında imzalanmış “Azər-
baycan Respublikası Dövlət Gömrük Komitəsinin potensialının güc-
ləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması” la-
yihəsinin 3-cü mərhələsinə uyğun olaraq, əlavə 6 gömrük orqanında
“Gömrük rəsmiləşdirilməsi və nəzarət” avtomatlaşdırılmış sisteminin
tətbiqi həyata keçirilir. Hazırda həmin sistem 20 gömrük orqanında
eksperimental qaydada tətbiq olunmaqdadır.
Hal-hazırda dövlət büdcəsinin tərtibi ilə əlaqədar Maliyyə Nazir-
liyi və Hesablama Palatası tərəfindən Dövlət Gömrük Komitəsinə da-
xil olmuş sorğulara uyğun olaraq yeni yaradılmış proqram təminatı
əsasında hesablamalar aparılmış və müvafiq formalar işlənib hazırlan-
mışdır. Son illərdə rəsmiləşdirilmiş yüklər haqqında məlumatlar gün-
dəlik qəbul edilmiş, səhvlər araşdırılmış, onların əsasında vahid YGB
bazası təşkil edilmişdir. Həmin baza əsasında aylıq məlumatlar Dövlət
Statistika Komitəsinə, Milli Banka, Vergilər Nazirliyinə və İqtisadi İn-
kişaf Nazirliyinə təqdim olunmuşdur. Bununla yanaşı, vergitutumlu
mallardan biri olan avtonəqliyyat vasitələrinə gömrük nəzarətini güc-
ləndirmək məqsədilə yeni avtonəqliyyat gömrük postu yaradılmışdır.
İqdisadi islahatlar şəraitində gömrük orqanlarının maddi-texniki
bazasının möhkəmləndirilməsi, onun müasir avadanlıq və texniki vasi-
tələrlə təchiz edilməsi istiqamətində qarşıda duran vəzifələrin ardıcıl-
lıqla həyata keşirilməsi davam etdirilmiş, əsaslı tikinti və təmir işləri
aparılmışdır.
Bu məqsədlə gömrük rejimlərinin tam işlək hala gətirilməsi üçün
gömrük orqanları tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
Belə ki, əvvəllər gömrük anbarlarının fəaliyyəti üçün müvafiq norma-
tiv hüquqi baza olsa da, vəsait çatışmadığına görə anbarların tikintisini
həyata keçirmək mümkün deyildi. Respublika hökumətinin dəstəyi ilə
sərhədlərdə, o cümlədən “Samur Gömrük Postu”nun yenidən qurul-
ması və oradan gömrük terminallarının tikilməsinə başlanılmış, Bakı
şəhərində böyük bir terminalın tikintisi başa çatdırılmış, respublikanın
cənub bölgəsində müvəqqəti saxlanc anbarı inşa edilmiş və beynəlxalq
sərhəd-gömrük buraxılış mətəqələrində 24 saatlıq iş rejiminə keçiril-
məsi təmin edilmişdir.
Dostları ilə paylaş: |