Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə18/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   14   15   16   17   18   19   20   21   ...   229

 

49

çevrilişi isə milli ucqarlarda muxtariyyət və müstəqillik  uğrunda mübarizəyə böyük 



stimul verdi. Bu məqsədlə 1917-ci il noyabrın 11-də Tiflisdə  fəaliyyət göstərən siyasi 

partiyaların yığıncağında Cənubi Qafqazda yaranmış vəziyyətin aradan qaldırılması və 

regionun idarə edilməsi üçün Zaqafqaziya Komissarlığının yaradılması qərara alındı. 

Qeyd olunmalıdır ki, Komissarlığa daxil olan milli fraksiyalar bu qurumun xarici 

siyasət məsələlərinə müxtəlif mövqelərdən yanaşırdılar. Bu sahədəki fikir ayrılıqları milli 

fraksiyalar arasındakı anlaşılmazlıqları daha da çətinləşdirirdi. Məsələn, müsəlman 

(Azərbaycan) fraksiyası xarici dövlətlərlə əlaqələrin yaradılması məsələsində hökumətin 

tam müstəqilliyini nəzərdə tutan bəyannamə  qəbul olunmasını  məqsədəuyğun sayırdı. 

Gürcü fraksiyası yalnız bir sıra daxili məsələlərin həll edilməsi ilə kifayətlənməyi lazım 

bilirdi. Erməni milli fraksiyasının isə  nə müstəqilliyin elan olunması, nə  də sülh 

məsələsində yekdil fikri yox idi.  

Komissarlığın xarici siyasət  sahəsində ilk addımı  həmin dövrdə Türkiyə dövləti 

ilə danışıqlara başlamaq qərarına gəlməsi və bu yöndə fəallıq nümayiş etdirməsi oldu. 

Qurumun qərarına  əsasən, dekabrın 5-də  Ərzincanda Türkiyə  tərəfi ilə 14 maddədən 

ibarət barışıq müqaviləsi imzalandı. Müqaviləyə görə, onun maddələri sülh müqaviləsi 

imzalanana qədər tərəflərin hər biri üçün məcburi xarakter daşıyırdı. Barışıq 

müqaviləsində digər məsələlərlə yanaşı, qeyd olunurdu ki, Rusiya Respublikası ilə 

mərkəz ölkələri arasında ümumi barışıq sazişi imzalanacağı  təqdirdə onun maddələri 

Qafqaz cəbhəsi üçün məcburi olmalıdır.  Ərzincanda isə  həmin vaxt barışıq 

müqaviləsinə əlavə olaraq demarkasiya xətti haqqında akt imzalandı.  

1918-ci ilin yanvarında Osmanlı Türkiyəsi  Ərzincan barışığı müvəqqəti olduğu 

üçün Zaqafqaziya hökuməti ilə sülh danışıqlarına başlamağı qərara aldı. Yanvarın 14-

16-da türk komandanlığının general Odişelidzeyə göndərdiyi məktubda Türkiyə 

hökuməti Zaqafqaziya Komissarlığını Brest-Litovskda aparılan sülh danışıqlarına dəvət 

edir və yeni müstəqil dövlətin yaranmasında öz köməyini  əsirgəməyəcəyini bildirirdi. 

Əslində Osmanlı Türkiyəsinin bu mövqeyi Zaqafqaziyanın müstəqilliyi üçün geniş imkan 

yaradırdı. Lakin  türk komandanlığının bu müraciəti Zaqafqaziya hökumətində müzakirə 

olunsa da, bu qurumda təmsil olunan qeyri-müsəlman nümayəndələr irəli sürülən 

təklifləri qəbul etmədilər. 

 Hadisələrin sonrakı gedişi göstərdi ki, Zaqafqaziya hökuməti çar Rusiyasından 

ayrılaraq özünün müstəqilliyini elan etməkdə maraqlı deyil. Bunun əsas səbəbi isə 

Zaqafqaziya Komissarlığına daxil olan siyasi partiyaların bəzilərinin hadisələri milli 

maraqlar prizmasından  şərh etmələri,  digər hallarda isə  cəsarətsizlik göstərmələri ilə 



 

50

bağlı idi. Lakin Zaqafqaziya Seymi mürəkkəb və ziddiyyətli proseslərlə üzləşməsinə 



baxmayaraq,  aprelin 22-də böyük səs çoxluğu ilə Zaqafqaziyanı müstəqil, Demokratik 

Federativ  Respublika elan etdi. Yeni yaranmış dövlətin Konstitusiyasını hazırlamaq 

üçün komissiya təşkil edilməsi haqqında qərar qəbul edildi. Zaqafqaziyanın  müstəqil 

respublika elan edilməsi onun beynəlxalq münasibətlərin subyekti olması yolunda 

mühüm hadisə idi. Lakin Zaqafqaziyanın özünün müstəqilliyini elan etməsi onun xarici 

siyasət sahəsində hansısa  əsaslı  dəyişikliklər aparması ilə  nəticələnmədi. Bölgədəki 

böhranın  qarşısını almaq üçün Seymdə fikir birliyi yox idi, fraksiyalararası ziddiyyətlər 

isə səngimək əvəzinə, daha da güclənirdi. Millətlərarası münaqişələr və qarşıdurmalar 

daha da radikallaşırdı. Bakı və Yelizavetpol, İrəvan quberniyalarında müsəlman əhalisi 

amansız terrora məruz qalırdı. Zaqafqaziyanın hər yerində anarxiya və xaos baş alıb 

gedirdi.  

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasında qurum özünün 

buraxılması haqqında qərar qəbul etdi. Yaranmış vəziyyətlə əlaqədar olaraq, mayın 27-

də Seymdə  təmsil olunan Azərbaycan fraksiyasının nümayəndələri fövqəladə iclas 

keçirdi və Azərbaycan Müvəqqəti Milli Şurası elan edildi. Milli Şuranın mayın 28-də 

keçirilən ilk iclasında çıxış edənlər Azərbaycanın müstəqil respublika  elan edilməsinin 

vacib olduğunu bildirdilər. İclasda Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında 

qərar qəbul olundu və altı    bənddən ibarət olan “İstiqlal bəyannaməsi”ndə müstəqil 

dövlətin xarici və daxili siyasətinin əsas istiqamətləri göstərildi.  

Azərbaycan Respublikası yarandığı ilk gündən etibarən  fəal xarici siyasət kursu 

həyata keçirməyə başladı. Azərbaycan Xarici İşlər Nazirliyi Osmanlı hökumətinin Xarici 

İşlər Nazirliyinə Azərbaycan Milli Şurasının və F.X.Xoyskinin başçılıq etdiyi hökumət 

kabinəsinin yaradılması haqqında məlumat verdi. Mayın 30-da isə Nazirlər  Şurasının 

sədri  F.X.Xoyskinin Azərbaycan Respubilkasının yaranması ilə bağlı  məlumatı 

radioteleqrafla bütün ölkələrin Xarici İşlər Nazirliklərinə göndərildi.  

Həmin dövrdə yenicə müstəqilliyini elan etmiş dövlətin beynəlxalq münasibətlər 

sisteminə qoşulması prosesi asan deyildi və müxtəlif çətinliklərdən keçirdi. Hətta bunu 

nəzərə alaraq,  xarici işlər naziri  M.H.Hacınski Türkiyə Xarici İşlər Nazirliyinə müraciət 

edərək Osmanlı dövlətinin Avropa ölkələrində, eləcə  də Moskvada fəaliyyət göstərən 

türk səfirlikləri vasitəsilə    Azərbaycanla Avropa dövlətləri  arasında vasitəçi olmağa 

razılıq verib-verməməsini soruşurdu. Qeyd olunmalıdır ki, həmin vaxt müxtəlif 

ölkələrdəki türk səfirlikləri Azərbaycan Respublikasının yaradılması haqqında dünya 

ictimaiyyətinə məlumatın çatdırılmasında mühüm rol oynamışdır.  



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə