Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə20/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   16   17   18   19   20   21   22   23   ...   229

 

53

Sentyabrın  əvvəllərində beynəlxalq aləmdə mühüm dəyişikliklərin baş verməsi



xüsusilə Böyük Britaniyanın mövqelərinin Azərbaycanda güclənməsi  Şərq cəbhəsinin 

yaranması ehtimalına gətirib çıxardı. Məhz bunları nəzərə alan Almaniya Azərbaycana 

qarşı  ədalətsiz mövqeyindən  əl çəkmək xəttini tutmağa başladı. Almaniya tərəfi 27 

avqust sazişini imzalamaqla Bakı  məsələsində  səhvə yol verdiyini başa düşdü. Bu 

dövrdə Azərbaycan hökuməti ilə Osmanlı Türkiyəsi arasında diplomatik əlaqələr daha 

da inkişaf etməyə başladı. 

1918-ci il sentyabrın 6-da  Sultan VI Mehmetin İstanbulda Azərbaycan 

nümayəndələri, oktyabr ayında isə Azərbaycanın  İstambuldakı fövqəladə  səlahiyyətli 

nümayəndəsi  Ə. M. Topçubaşovla görüşü zamanı  tərəflər Osmanlı  və Azərbaycan 

türkləri arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu bildirdilər. Sultan VI 

Mehmet Ə. M. Topçubaşova xitabən qeyd etdi: “Əmin ola bilərsiniz ki, Osmanlı türkləri 

heç vaxt sizdən köməyini  əsirgəməyəcəkdir”.  Sentyabrın 15-də Bakı  şəhərinin 

Azərbaycan- türk qoşunları tərəfindən azad edilməsi Azərbaycan-Türkiyə danışıqlarının 

səmərəli nəticəsi oldu. Bu hadisə Azərbaycan hökumətinin daxili siyasətinə    mühüm 

təsir göstərdiyi kimi, xarici siyasət sahəsində də fəallaşmaya təkan verdi. Sentyabrın 15-

dən sonra Almaniyanın hərbi və ticarət nümayəndəsi baron Fon der Qolds, eləcə  də 

Avstriya-Macarıstanın diplomatik nümayəndə heyəti Bakıya gəldi. Məhz milli hökumətin 

fəallığı  və  Tələt Paşanın dəstəyi nəticəsində Almaniya hökuməti 27 avqust 

müqaviləsinin hüquqi qüvvəsini itirdiyini bildirdi, Azərbaycan Respublikasını müstəqil 

dövlət kimi tanıyacağına və tezliklə Bakıda konsulluq açacağına söz verdi.  

Bu dövrdə milli hökumət dünyada və regionda gedən ictimai-siyasi proseslərə 

mühüm təsir göstərən Avropa dövlətlərində Azərbaycan nümayəndəliklərini yaratmağı 

əsas vəzifələrindən biri hesab edirdi.  Xüsusilə Bakının azad edilməsi ilə barışa 

bilməyən Sovet Rusiyasının təzyiqlərinin gücləndiyi bir vaxtda Avropa dövlətlərində 

Azərbaycan nümayəndəliklərinin açılması  zəruri idi. Qeyd edilməlidir ki, Azərbaycan 

parlamentinin sədri  Ə.M. Topçubaşovun bu sahədə xidmətləri böyükdür. Ə.M. 

Topçubaşovun göstərişi ilə  Əli bəy Hüseynzadənin rəhbərliyi altında  İsveçrədə xarici 

ölkələrin nümayəndələri ilə görüş keçirmək qərara alındı, oradan isə Fransa, Hollandiya 

və İtaliyaya getmək üçün nümayəndə heyəti yaradıldı.  Lakin  Antanta ölkələri tərəfindən 

bu dövlətlərə getmək üçün viza verilmədiyindən  Ə.M. Topçubaşovun planları baş 

tutmadı. Onun oktyabrın 2-də Tələt Paşa və Türkiyənin xarici işlər naziri Əhməd Nəsim 

bəy, oktyabrın 3-də isə  hərbi nazir Ənvər Paşa ilə görüşlərində Azərbaycan 

Respublikasının mehriban qonşuluq və dostluq prinsiplərinə əsaslanaraq,  dövlətlərarası 



 

54

münasibətlər yaratmaqda maraqlı olduğu bildirildi. Xarici işlər naziri Əhməd Nəsim bəy 



Azərbaycan, Gürcüstan və Ermənistan arasındakı münasibətlərin qarşılıqlı razılıq və 

anlaşma  əsasında formalaşmasının vacib olduğunu qeyd etdi. Ə.M. Topçubaşov türk 

ordusunun Bakını azad etdiyinə, Azərbaycan ordusunun  yaradılmasındakı köməyə, 

həmçinin Nuru paşanın rəhbərlik etdiyi İslam Ordusunun Azərbaycan xalqı qarşısındakı 

böyük xidmətlərinə görə  hərbi nazir Ənvər Paşaya öz təşəkkürünü bildirdi. Ə.M. 

Topçubaşov Tələt Paşa kabineti istefa verdikdən sonra da yeni hökumət üzvləri ilə 

görüşlər keçirmiş və Azərbaycanın milli maraqlarının müdafiəsi uğrunda fəal diplomatik 

mübarizə aparmışdır. Onun bu müddət ərzində İstanbulda keçirdiyi çoxsaylı görüşlər və 

diplomatik danışıqlar Azərbaycan Respublikasının müstəqil xarici siyasət aparmağa 

qabil olduğunu göstərirdi.  

1918-ci ilin payızında Almaniya-Türkiyə blokunun dünya müharibəsində  məğlub 

olması  və oktyabrın 30-da Türkiyənin Mudros barışığının ağır  şərtlərini qəbul etməsi 

Azərbaycan Respublikası üçün arzuedilməz hadisə oldu. Mudros müqaviləsinin 11-ci 

maddəsində    Türkiyə ordusunun tezliklə Azərbaycanı  və Zaqafqaziyanı  tərk etməsi 

nəzərdə tutulurdu. Azərbaycandakı türk ordusunun dəstələrinə bir həftədən gec 

olmayaraq Bakını, bir aydan sonra isə bütün Azərbaycanı  tərk etmələri haqqında 

ultimatum verildi. Müqavilənin 15-ci maddəsinə görə, Türkiyənin nəzarəti altında olan 

Zaqafqaziya dəmir yolu  müttəfiqlərin nəzarətinə verildi. Həmçinin, bu müqavilə 

müttəfiqlərin  Batumu tutmasına da şərait yaradırdı.  

Yaranmış  vəziyyətdən çıxış yolu  tapmaq üçün nəyin bahasına olursa-olsun

yenidən diplomatik danışıqları davam etdirmək və Azərbaycanın beynəlxalq vəziyyətinin 

yaxşılaşdırılması yönündə mühüm tədbirlər görmək vacib idi.  Mudros müqaviləsinin 

şərtləri noyabrın 3-də  rəsmi  şəkildə elan edildikdən bir gün sonra Ə.M. Topçubaşov 

sənədin Azərbaycanla bağlı hissəsinə etiraz əlaməti olaraq, Osmanlı hökumətinin xarici 

işlər nazirinin müavini  Rəşad Hikmət bəyə nota göndərdi. Etiraz notasında Osmanlı 

hökumətinin  Azərbaycan Respublikasını tanımasına baxmayaraq, Bakı  şəhəri 

haqqında maddənin Mudros müqaviləsinə daxil edilməsinin beynəlxalq hüququn 

prinsiplərinə zidd olduğu bildirilir və Mudros barışığında Azərbaycanın mənafeyinə zidd 

olan məsələləri həll etmək üçün Azərbaycan hökumətinin birbaşa və yaxud Osmanlı 

hökumətinin vasitəçiliyi ilə diplomatik danışıqlar aparması zəruri hesab edilirdi.  

Mudros barışığı Azərbaycan Respublikasının müstəqilliyinin dünyanın aparıcı 

dövlətləri tərəfindən tanınması  məsələsinə  də böyük maneçilik törədirdi. Lakin bu 

problemlərə baxmayaraq, Azərbaycan hökuməti milli dövlətin tanınması yönündə cidd-



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə