Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə220/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   216   217   218   219   220   221   222   223   ...   229

 

599


möhkəmlənməsinin qarşısını almaq üçün səylərini birləşdirir. Onlar Türkiyənin 

regiondakı türkdilli və  qərbyönümlü xalqları öz ətrafında birləşdirəcəyi ehtimalından 

ehtiyatlanır və bu perspektivin onların regiondakı mövqelərinə ciddi zərbə ola biləcəyini 

dərk edirlər. Etiraf etmək lazımdır ki, Türkiyənin regional siyasətində bu faktor xüsusi 

çəkiyə malikdir. Bu gün doğrudan da Ankarada türkdilli xalqlar və demokratik inkişaf 

yolu tutmuş  Xəzər-Qara dəniz hövzəsi ölkələrinin iştirakı ilə yeni geosiyasi məkanın 

formalaşdırılması ideyası aktualdır. Elə Türkiyənin Xarici İşlər Nazirliyinin nəzdində bu 

proseslə məşğul olan xüsusi strukturun yaradılması da Ankarada bu ideyaya ən yüksək 

səviyyədə önəm verildiyini göstərir. 

 Ermənistana gəldikdə, qondarma “soyqırım” iddiasından  əl çəkməyən rəsmi 

İrəvan açıq  şəkildə Türkiyəyə qarşı  ərazi iddiaları irəli sürür və bu dövlətə “tarixi 

düşmən” kimi yanaşır. Belə olan halda, Türkiyənin mövqelərinin möhkəmlənməsinə 

imkan verməmək niyyəti Rusiya, Yunanıstan və Ermənistanı eyni geosiyasi oyunun 

iştirakçısı olmağa vadar edir.   

 

Amma buna baxmayaraq, Qafqaz, Orta Asiya və  Xəzər hövzəsi regionunun ən 



qədim geosiyasi oyunçularından olan Türkiyə regiondakı mövqelərini günü-gündən 

möhkəmləndirməkdədir. Sovet İttifaqı dövründə bölgədəki prosesləri yalnız öz maraqları 

deyil, həm də NATO-nun mənafeyi prizmasından izləyən Türkiyə, hazırda  Şimali 

Atlantika Alyansının maraqlarının müdafiəçisi rolundan bir qədər uzaqlaşaraq, daha çox 

öz geosiyasi mənafelərinə diqqət yetirməyə başlayıb. Qərbin təzyiqlərinə baxmayaraq, 

Türkiyənin hələ  də Ermənistanla münasibətlər qurmaması da bu müstəqil siyasətin 

göstəricisidir. Amma bununla yanaşı, ABŞ-ın Cənubi Qafqaz, Xəzər və Orta Asiyada 

aktivləşməsi və bölgədə  hərbi iştiraka nail olması Türkiyənin maraqlarına tam cavab 

verir. Çünki Ankara Birləşmiş  Ştatların bu geosiyasi məkandakı maraqlarının 

reallaşması yolunda əsas müttəfiq roluna iddialıdır. Düzdür, Qərbdə Türkiyəyə 

münasibət birmənalı deyil. Amma bu ölkənin mühüm dəniz yollarına nəzarət etməsi

Rusiyanın Qafqazdakı  təsirini xeyli azaltması  və radikal islam fundamentalizminin 

qarşısında sipər rolunu oynaması Ankaranın Qərb üçün əvəzedilməz müttəfiq kimi 

qalmasını şərtləndirir. Politoloq Zbiqnev Bjezinski açıq şəkildə bildirir ki, bu gün Türkiyə 

Rusiyanın cənub sərhədlərində Almaniyanın ABŞ üçün vaxtilə Orta və Şərqi Avropada 

oynadığı rolu oynamalıdır. Politoloq Türkiyənin regionda önəmini qısa olaraq aşağıdakı 

faktorlarla əsaslandırır: 

 

- Türkiyə Qara dəniz regionunda vəziyyətin sabit qalmasında mühüm rol oynayır. 




 

600


- Aralıq dənizindən Qara dənizə keçidləri nəzarətdə saxlayır. 

- Rusiyanın Qafqazdakı mövqelərinin güclənməsinə imkan vermir. 

-  İslam fundamentalizminə qarşı sipər rolunu oynayır. 

- NATO-nun 

cənubdakı dayağıdır və s. 

 

 Sonuncu 



məqam – NATO faktoru Türkiyə üçün də vacib təsir mexanizmidir. 

Rəsmi Ankara bu alyans daxilindəki rolunu artırmağa çalışır və bunun, avtomatik olaraq 

Türkiyənin regiondakı nüfuzunun artmasına da təsir göstərəcəyini anlayır. Məsələn, bir 

neçə il əvvəl Türkiyə  rəhbərliyi  İstanbulda NATO-nun Çevik Qüvvələr Qərargahının 

yaradılması  təşəbbüsü ilə  çıxış edib. Rəsmi Ankara Balkanlar, Qafqaz və Orta Asiya 

kimi geostrateji məkanı yeni yaradılacaq qərargahın təsir zonasına daxil etməyi təklif 

edib. 

 

Bu gün Türkiyə ABŞ-ın Qafqazdakı mövqelərinin möhkəmlənməsində də mühüm 



rol oynayır. Vaşinqton təhlükəsizlik və enerji sahəsində öz regional siyasətini məhz 

Türkiyə vasitəsilə  həyata keçirir. Məsələn, ABŞ-ın regiondakı bütün hərbi enerji 

layihələri birbaşa Ankaranın iştirakı ilə reallaşıb. Bu gün Gürcüstan silahlı qüvvələri, 

əsasən Türkiyənin yardımı əsasında formalaşdırılır. Amma təbii ki, Türkiyənin bölgədəki 

geosiyasi perspektivi birbaşa Azərbaycanla bağlıdır. Azərbaycan Prezidenti Heydər 

Əliyevin “bir millət-iki dövlət” adlandırdığı Azərbaycanla Türkiyə bu gün bütün 

məsələlərdə  ən sadiq müttəfiq və  tərəfdaşdırlar. Bu iki dövlət bölgədə birgə iqtisadi, 

enerji  və  nəqliyyat layihələri reallaşdırır, beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış 

edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Ərzurum, TRASEKA layihəsi, Qars-Tbilisi-Bakı 

dəmiryolu və digər layihələr Türkiyənin bölgədəki mövqelərini xeyli möhkəmləndirib. 

Çünki bu qlobal layihələrin hamısında Türkiyə mühüm tranzit ölkə funksiyasını yerinə 

yetirir. Bu isə avtomatik olaraq regionda aparıcı dövlət statusu qazanmaq deməkdir. 

 Türkiyənin Qafqazda və  Xəzər-Qara dəniz hövzəsində  əsas müttəfiqi 

Azərbaycan olsa da, Qafqazda möhkəmlənmək üçün onun Gürcüstanla münasibətləri 

də xüsusi əhəmiyyət daşıyır. Birbaşa Azərbaycanla sərhədi olmayan (təcrid edilmiş 

Naxçıvan istisna olmaqla) Türkiyə yalnız Gürcüstan vasitəsilə Qafqaza daxil olmaq 

imkanı qazanır.  

 Hazırda Türkiyə region ölkələri ilə iqtisadi-ticarət baxımından, Rusiyanı 

sıxışdırmağı bacarsa da, Ermənistanla münasibətlərdəki problemlər və Dağlıq Qarabağ 

münaqişəsi Ankaraya regiona nəzarət uğrunda açıq və ciddi mübarizə aparmağa imkan 

vermir.  Türkiyənin Cənubi Qafqazın üç  ölkəsindən biri ilə diplomatik, iqtisadi və siyasi 



 

601


əlaqələrə malik olmaması onun  ümumilikdə regionda manevr imkanlarını 

məhdudlaşdırır. Ermənistanla diplomatik əlaqələr qurmaq və  sərhədləri açmaqdan 

imtina edən Türkiyə Avropa İttifaqının da iradları ilə üzləşir. Bütün bunları nəzərə alaraq 

söyləmək olar ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və bu əsasda Türkiyə-

Ermənistan və Azərbaycan-Ermənistan  əlaqələrinin qurulması Türkiyənin Cənubi 

Qafqazda və Avropadakı mövqelərini xeyli gücləndirəcək amillər sırasındadır. 

 Beləliklə, bu gün Qafqaz müxtəlif hərbi, siyasi və təhlükəsizlik maraqlarını və güc 

mərkəzlərini özünə cəlb edən strateji məkana çevrilib. Regionun geosiyasi perspektivləri 

və bölgədəki ölkələrin inkişaf səviyyəsi, ilk növbədə, regional təhlükəsizlik probleminin 

həllindən və bölgədəki sabitlikdən asılıdır. Bu mənada, Qafqazdakı münaqişə ocaqları 

bütün regionun inkişafı yolunda maneədir.  

 

Bu gün Qafqazdakı postsovet ölkələrinin dördü də etnik separatizm zəminində 



daxili münaqişələrə  cəlb olunub. Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və 

Çeçenistan münaqişələri regiondakı nisbi sabitliyi hər an poza biləcək faktorlara çevrilib.  

Ona görə, müasir dünyada, Avropada və bölgədə son zamanlar daha təkidlə Qafqazın 

Regional Təhlükəsizlik Sisteminin prinsiplərinin müəyyən edilməsi və yaradılmasına dair 

təkliflər səslənir. Bu prosesdə yalnız region ölkələri deyil, bölgədə marağı olan güc 

mərkəzləri də yaxından iştirak edirlər. Çünki Qafqazda sülh və sabitlik yalnız region 

ölkələrinin marağı və bu ərazinin tarixi geostrateji əhəmiyyəti ilə deyil, həm də regiondan 

keçən enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyi baxımından zəruridir. Bir də nəzərə 

almaq lazımdır ki, Cənubi Qafqazda “oyun qaydaları”nı,  ilk növbədə,  region dövlətləri 

yox, beynəlxalq güc mərkəzləri təyin edirlər. 

 

§2.  ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN 

TARİXİ  KÖKLƏRİ  HAQQINDA 

 

İlkin mənbə və ədəbiyyatın təhlili göstərir ki, ermənilərin Azərbaycana qarşı ərazi 

iddialarının və  təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına 

erməni dövlətinin  əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirərək 

"Böyük Ermənistan" yaratmaqdan ibarət olmuşdur.   

Strateji baxımdan böyük əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ 

bölgəsində erməni əhalisinin xeyli dərəcədə çoxalması XIX əsrin əvvəllərində, xüsusilə 

Azərbaycan torpaqlarının bölüşdürülməsi haqqında Rusiya və  İran arasında bağlanan 

1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra baş vermişdir. Çar Rusiyasının 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə