Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə223/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   219   220   221   222   223   224   225   226   ...   229

 

608


və yandırıldı. Hazırda Azərbaycan  ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı 

qüvvələrinin işğalı altındadır.  

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar, 

BMT Təhlükəsizlik Şurası 7 bəyanat və 4 qətnamə qəbul etmişdir. Kəlbəcər rayonunun 

işğalı ilə  əlaqədar 822 (30 aprel, 1993), Ağdam rayonunun işğalı ilə  əlaqədar 853 (29 

iyul, 1993), Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğalı ilə əlaqədar 874 (14 oktyabr, 

1993),  Zəngilan rayonunun işğalı ilə  əlaqədar isə 884 (11 noyabr, 1993) saylı 

qətnamələr qəbul edilirkən  Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın 

təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək,  münaqişənin ATƏT-in Minsk 

prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu ilə  həll olunmasını üstün tutdular. 

Cəzasız qaldığından ruhlanan və bundan istifadə edən Ermənistan BMT TŞ-nin 

münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı.   

Çox təəssüf ki, dünya birliyi Ermənistanın bu açıq-aşkar təcavüzkarlığına göz 

yumdu və  təcavüzkarın cilovlanması üçün heç bir əməli tədbir görmədi. 1992-1993-cü 

illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik  Şurasında aparılan 

müzakirələr zamanı  və  sənədlər qəbul edilərkən  Şuranın daimi üzvləri olan böyük 

dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsinin səbəblərinin

xarakterinin və mahiyyətinin qiymətləndirilməsinə birmənalı yanaşmadılar. Təhlükəsizlik 

Şurası  tərəfindən qəbul edilən bütün sənədlərdə Ermənistanın Azərbaycana qarşı 

təcavüzü "Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə" kimi 

qiymətləndirilmişdir.  Şuranın daimi üzvləri münaqişəyə Azərbaycanla Dağlıq Qarabağ 

arasında olan münaqişə kimi baxırdılar. 

 

§5. ATƏT-İN MİNSK QRUPUNUN YARADILMASI VƏ FƏALİYYƏTİ 

 

1992-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağ münaqişəsi daha çox 



beynəlxalq  əhəmiyyətli problemə çevrildi. 1992-ci il yanvarın 30-da Azərbaycan 

Respublikası Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Müşavirəsinin (ATƏM) üzvü oldu 

və  həmin il iyulun 8-10-da ATƏM-in Helsinkidə keçirilən Zirvə toplantısında onun 

sənədlərini imzaladı.  ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi bu 

təşkilatın prinsiplərinə uyğun olaraq üzv dövlətlərin daha çox diqqət obyektinə çevrildi.  

ATƏM-in Xarici İşlər Nazirləri  Şurasının 1992-ci il martın 24-də keçirilən 

görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə edilərək,  münaqişənin sülh yolu ilə 

nizama salınması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün 




 

609


ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul 

edildi. Qərara alındı ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, 

Almaniya, 

İtaliya, Çexiya, Slovakiya, İsveç, Azərbaycan və Ermənistan 

nümayəndələrinin iştirakı ilə keçirilsin.  

1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən  Şuşa və Laçının 

işğalı münaqişənin mahiyyətini dəyişərək yeni siyasi problem yaratdı və sülh missiyasını 

öz üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda maneəyə çevrildi. Minsk 

qrupu çərçivəsində aparılan danışıqlarda qarşı tərəflər arasında ziddiyyətlərin qalması, 

xüsusilə Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı,  qrupun üzvü olan 

böyük dövlətlərin mövqeyində  də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə 

və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı.  

Ermənistan-Azərbaycan münaqişəsinin vasitəçilik tarixinə  nəzər salsaq və onu 

şərti olaraq mərhələlərə bölsək, bu mərhələlərin hər birinin xeyli dərəcədə Rusiya-Qərb 

qarşıdurmasının xarakterindən asılı olduğunu görərik. 1992-ci ilin martında Minsk qrupu 

yaradılan zaman Rusiya bu təşəbbüsü müdafiə etsə də, dünya dövlətləri və beynəlxalq 

təşkilatlar tərəfindən münaqişənin nizama salınmasına dair vasitəçilik səylərinin 

fəallaşması Rusiyanın siyasi dairələrində narahatlıq doğurmağa başlamışdı. Belə bir 

vaxtda münaqişənin dinc vasitələrlə  həlli prosesində Rusiya təşəbbüsü beynəlxalq 

təşkilatların və dünya dövlətlərinin  əlindən almağa və bununla da regionda özünün 

zəifləmiş mövqelərini möhkəmləndirməyə cəhd göstərirdi.  

Öz məqsədlərinə nail olmaq üçün Rusiya Azərbaycana təzyiq göstərərək, 

qoşunlarını “sülhməramlı qüvvələr” adı altında münaqişə bölgəsinə gətirmək niyyətində 

idi. Lakin bu məqsədinə nail olmayan Rusiya Ermənistanda qoşunlarının sayını bir 

qədər də artırmış, onu gizli və aşkar yolla silahlandıraraq,  Azərbaycan ərazilərinin işğal 

olunmasına dəstək vermişdir.  

1997-ci ilin əvvəllərində Rusiyadan Ermənistana qanunsuz olaraq dəyəri      1 

milyard  dollardan çox olan müasir silahların verilməsi haqqında faktlar üzə çıxan zaman 

məlum oldu ki, Rusiya bu silahları 1993-cü ildən etibarən, yəni Ermənistan ilə 

Azərbaycan arasında qızğın hərbi  əməliyyatlar getdiyi bir zamanda göndərilməyə 

başlamış  və  nəticədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan  ərazilərinin 

işğal edilməsinə  şərait yaratmışdır. Ermənistanın silahlandırılması atəşkəs elan 

ediləndən sonra da davam etdirilmişdir. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama 

salınması Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyevin 1993-cü ildən 



 

610


başlayaraq xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Heydər  Əliyevin 

hakimiyyətə qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün ən 

yüksək səviyyədə dövlət başçıları  və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə  də 

çoxtərəfli görüşlərdə, ATƏT-in Zirvə toplantılarında,   Minsk qrupunun həmsədrləri ilə 

aparılan müzakirələrdə, beynəlxalq forumlarda, həmçinin Ermənistan prezidenti ilə 

birbaşa danışıqlarda göstərdiyi ardıcıl səylər dövlət başçısının apardığı siyasətin 

mühüm hissəsini təşkil etmişdir.  

Prezident Heydər  Əliyevin Azərbaycanın müstəqilliyini,  ərazi bütövlüyünü 

qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq sahəsində  təxirəsalınmaz 

vəzifələrindən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə 

bağlı qəti addımlar atmaqdan ibarət olmuşdur.  

Bu məqsədlə Prezident Heydər  Əliyev respublikamızın təhlükəsizlik 

problemlərini, xüsusilə Ermənistanın  ərazi iddiaları  və  hərbi təcavüzü məsələsini 

beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq 

təşkilatların təsirini artırmağa çalışmışdır. 

Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə nizamlanması məqsədi ilə 

məhz Prezident Heydər  Əliyevin qətiyyəti və  gərgin fəaliyyəti sayəsində 1994-cü ilin 

mayın 12-də atəşkəs haqqında razılıq  əldə edildi və bundan sonra ATƏT-in Minsk 

qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. 

1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında 

beynəlxalq sülhməramlı qüvvələrin yaradılması  və münaqişə bölgəsinə göndərilməsi 

qərara alındı. Bundan başqa,  Budapeştdə  həmsədrlik institutu da təsis edildi. Minsk 

konfransına iki həmsədrin təyin edilməsi və Minsk qrupunun iclaslarının onların birgə 

həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edildi. Rusiyanın bu münaqişədə maraqlı 

tərəf olduğu nəzərə alınaraq ATƏM-in Minsk konfransında, o cümlədən Minsk qrupunda 

həmsədrlik  Rusiya və Finlandiyaya tapşırıldı. Bu razılıq təkcə Budapeşt görüşünə 

qədər gərgin olaraq qalan Qərb-Rusiya münasibətlərinin yumşaldılması deyil, həm də 

münaqişənin həlli istiqamətində Rusiyanın “fərdi sülhyaratma“ istəyinin qarşısının 

alınması idi. 

1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında 

qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını  təşkil 

etmiş olan sənəd Ermənistan-Azərbaycan münaqişəsini  ədalətlə aradan qaldırmaq 

yolunda böyük siyasi nailiyyət sayıla bilər. Zirvə toplantısı zamanı Prezident Heydər 

Əliyevin gərgin  əməyi və diplomatik istedadı sayəsində münaqişənin həllinin siyasi-




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə