Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə225/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   221   222   223   224   225   226   227   228   229

 

614


olunmuş Azərbaycan  ərazilərinin (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) azad 

edilməsi təklifi ilə çıxış da etdi. 

 

2004-cü il fevralın 4-də ATƏT-in Parlament Assambleyası  sədrinin Dağlıq 



Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin Azərbaycana səfəri zamanı 

dövlət başçısı  İlham  Əliyev qeyd etdi ki, münaqişənin nizama salınması prosesində 

əsas vasitəçi olan ATƏT-in Minsk qrupu ilə yanaşı, digər beynəlxalq qurumlar - ATƏT-in 

Parlament Assambleyası, Avropa Şurası  və Avropa İttifaqının da fəaliyyətinin 

gücləndirilməsi böyük əhəmiyyətə malikdir. ATƏT-in Parlament Assambleyasının 

fevralın ortalarında keçirilən iclasında Qoran Lenmarkerin məruzəsi dinlənildi. Məruzədə  

Azərbaycanın ərazi bütövlüyü dəstəklənmiş və işğal olunmuş ərazilərin qaytarılmasının 

zəruriliyi ön plana çəkilmişdir. 

 

2004-cü il fevralın 25-də Avropa Şurasının Parlament Assambleyasının 



Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə  məruzəçisi Terri Devisin 

Azərbaycana səfəri zamanı Prezident İlham  Əliyev Ermənistanın hərbi təcavüzü 

faktlarını bir daha vurğulayaraq Avropa Şurasının bu məsələyə siyasi qiymət verməsinin 

vacibliyini bildirdi. 

2004-cü il martın 16-da ATƏT-in fəaliyyətdə olan sədri, Bolqarıstanın xarici işlər 

naziri Solomon Passi Azərbaycana səfəri zamanı dövlət başçısı  İlham  Əliyevlə 

görüşündə Minsk qrupunun konkret təkliflərinin olmadığını  və  hər iki dövlətin 

prezidentlərinin dialoqundan çox şey gözlədiyini bəyan etdi. Son zamanlar Minsk qrupu 

həmsədrləri də problemin məhz Azərbaycan və Ermənistan rəhbərlərinin qarşılıqlı 

anlaşması sayəsində həll oluna biləcəyini dəfələrlə vurğulamışlar. Onu da qeyd etmək 

vacibdir ki, münaqişə başlayandan  əlbəttə, qarşılıqlı anlaşma mövcud olsaydı, heç 

Minsk qrupunun fəaliyyətinə də ehtiyac duyulmazdı. Çünki tərəflərin bir-birinin şərtlərini 

qəbul etməməsi, xüsusilə Ermənistanın daim qeyri-konstruktiv mövqedən çıxış etməsi 

danışıqların nəticəsiz, münaqişənin isə  həll olunmamış qalmasına gətirib çıxarmışdır. 

Məhz bu səbəbdən də dövlət başçısı  İlham  Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini 

qəbul edərkən,  bir daha Minsk qrupunun fəaliyyətini tənqid etmiş  və Azərbaycanın 

ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalaraq, 

münaqişənin yalnız beynəlxalq hüquq normaları  əsasında,   respublikamızın  ərazi 

bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmişdir. 

 Dövlət başçısı Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə 2004-cü il martın 

17-də Bratislavada "Daha geniş Avropaya doğru: yeni gündəlik" mövzusunda keçirilən 

beynəlxalq konfransda bəyan etdi. Azərbaycan Prezidenti Ermənistanın işğalçılıq 




 

615


siyasətinin bütünlüklə Avropada, xüsusilə  Cənubi Qafqazda sülhün və  təhlükəsizliyin 

təmin edilməsinə ciddi maneə olduğunu vurğulayaraq, təcavüz nəticəsində Azərbaycan 

ərazisinin 20 faizdən çoxunun işğal olunduğunu, nəticədə bir milyondan artıq insanın 

acınacaqlı vəziyyətdə yaşadığını bildirdi. 

 Prezident  İlham  Əliyev Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını  təyin 

etmək hüququ ilə bağlı iddialarının tamamilə saxta və beynəlxalq hüquqa zidd olduğunu 

bildirərək, ermənilərin artıq öz müqəddəratını təyin edib, Ermənistan adlı müstəqil dövlət 

yaratdıqlarını vurğuladı. Azərbaycan Prezidenti qeyd etdi ki, ermənilər bütün yaşadıqları 

digər ölkələrdə  də öz müqəddəratını  təyin etmək fikrinə düşsələr, dünyada hansı 

hadisələrin baş verəcəyini söyləmək çətindir.  Bununla yanaşı, dövlət başçısı 

münaqişənin nizama salınması prosesində ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç 

bir səmərə vermədiyini vurğulayaraq, Avropa Birliyi və Avropa Şurasını münaqişənin 

dinc vasitələrlə həlli istiqamətində səylərini gücləndirməyə çağırdı. 

 Avropa  İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvityenin 

2004-cü il martın 22-də Azərbaycana növbəti səfəri bu beynəlxalq təşkilatın Ermənistan-

Azərbaycan münaqişəsinin nizama salınması prosesində öz fəallığını artırdığını 

göstərir. Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının problemin həllinə böyük 

diqqət göstərdiyini və münaqişənin həlli ilə gələcəkdə daha yaxından məşğul olacağına 

ümid etdiyini görüş zamanı Heyki Talvityenin nəzərinə çatdırdı. 

Avropa Şurasının baş katibi Valter Şvimmer 2004-cü il aprelin 8-də Azərbaycana 

səfəri zamanı Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının vacibliyini 

qeyd edərək, bu problemin Avropada "dondurulmuş münaqişə" adlandırılmasının qəti 

əleyhinə olduğunu bildirmişdir. Eyni zamanda, baş katib problemin yalnız Azərbaycan, 

Ermənistan və Cənubi Qafqaz regionunun deyil, bütün Avropanın problemi olduğunu və 

bu səbəbdən münaqişəni Avropa səviyyəsində, sülh yolu ilə birdəfəlik həll edərək 

regionda daimi sülhün təmin edilməsinin zəruriliyini bəyan etmişdir. 

 2004-cü il aprelin 29-da AŞ PA-nın növbəti yaz sessiyasında İlham Əliyev artıq 

Azərbaycan Prezidenti kimi Ermənistanın  ərazi iddiaları  və  hərbi təcavüzü haqqında 

ətraflı  çıxış etmişdir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın düşdüyü 

vəziyyət haqqında  ətraflı  məlumat verən dövlət başçısı özünün qətiyyətli və prinsipial 

mövqeyini bir daha nümayiş etdirdi: "... Əlbəttə ki, biz bu vəziyyətlə barışa bilmərik. 

Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə razılaşmayacaqdır. Məsələnin həllində 

beynəlxalq hüquq normaları əsas götürülməlidir. Azərbaycan dünyadakı bütün ölkələrin 

ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə də eyni münasibətlə yanaşmağı tələb edir. 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə