Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə226/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   221   222   223   224   225   226   227   228   229

 

616


Bizim  ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri zəbt 

olunmuş  ərazilərdən geri çəkilməlidir. Qaçqınlara-köçkünlərə doğma yurdlarına 

qayıtmaq imkanı verilməlidir. XXI əsrdə Avropa Şurasının üzvü olan bir ölkənin - 

Ermənistanın Avropa Şurasının üzvü olan digər ölkənin - Azərbaycanın ərazilərini işğal 

etməsinə yol verməməliyik". 

 Cənubi Qafqazda ən "uzunömürlü" münaqişə olan Ermənistan-Azərbaycan 

münaqişəsinin nizama salınması regionun təhlükəsizliyinin təmin edilməsində başlıca 

maneədir. Bunu artıq ATƏT də, Avropa Şurası da, Avropa İttifaqı da rəsmi  şəkildə 

bəyan etmişdir. ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin (ABŞ, Rusiya, 

Fransa) rəsmi  şəxsləri də münaqişənin tezliklə aradan qaldırılmasında maraqlı 

olduqlarını bildiriblər. 

 Bununla  yanaşı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cənubi 

Qafqaz üzrə xüsusi nümayəndəsi Brayn Foll, daha sonra isə Vaşinqtondakı  Mərkəzi 

Asiya və Qafqaz araşdırmaları  İnstitutunun direktoru, region üzrə tanınmış ekspert-

mütəxəssis Frederik Starr münaqişənin nizama salınmamasından narahatlıqlarını 

bildirərək, onun Cənubi Qafqazda inkişafa maneə olduğunu vurğulamışlar. 

2004-cü il mayın 12-də Avropa Parlamentinin Cənubi Qafqaz üzrə  məruzəçisi 

Pyer Qarton Ermənistanda "Genişlənmiş Avropa - yeni qonşular" proqramı çərçivəsində 

keçirilən müzakirələrdə "Ermənistan işğal altında saxladığı  ərazilərdən öz qoşunlarını 

tədricən çıxarmalıdır" deməklə,  Avropa İttifaqının Cənubi Qafqaz regionunda 

münaqişənin tezliklə aradan qaldırılmasının tərəfdarı olduğunu bildirdi.  

Prezident  İlham  Əliyev 2004-cü il mayın 19-da Brüsseldə Avropa Siyasi 

Mərkəzinin təşkilatçılığı ilə "Avropa Birliyi və Azərbaycan: tərəfdaşlıq üçün yeni üsullar" 

mövzusunda keçirilən siyasi brifinqdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması 

üçün öz qətiyyətli mövqeyini növbəti dəfə  bəyan etdi. Dövlət başçısının nitqində son 

dərəcə mürəkkəb və taleyüklü problemin Azərbaycanın xarici siyasət kursunun mühüm 

tərkib hissəsinə çevrildiyi bir daha öz təsdiqini tapdı. 

 

2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçildiyi ilk gündən 



Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən İlham 

Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün 

tutduğunu nümayiş etdirmişdir. Azərbaycan Prezidenti bütün xarici səfərlərdə, eləcə də 

Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə 

çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, 

ehtiyac yarandığı halda hərbi  əməliyyatların başlanmasına qərar verəcəyini 




 

617


vurğulamışdır. Bununla yanaşı, dövlət başçısı Azərbaycanın xarici siyasət kursunun 

mühüm tərkib hissələrindən birinə çevrilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirərək, 

beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir. 

Azərbaycan Respublikasının Parlament nümayəndə heyətinin səyi ilə AŞ PA-da 

obyektiv müsbət rəyin formalaşması  nəticəsində 2005-ci ilin qış sessiyasında qəbul 

edilən sənəd ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. 

Bu sənədin qəbul edilməsindən  əvvəl AŞ PA rəhbərliyi qurum çərçivəsində 

obyektivliyi ilə tanınan və Parlament Assambleyasının Avropa Demokrat Qrupunda 

Böyük Britaniyanı  təmsil edən Devid Atkinsona "ATƏT-in Minsk qrupu tərəfindən 

araşdırılan Dağlıq Qarabağ münaqişəsi" mövzusunda məruzə hazırlamağı  və 

müzakirəyə təqdim etməyi tapşırmışdı. 

2005-ci il yanvarın 25-də Devid Atkinsonun müzakirəyə  çıxarılan məruzəsi 

qətnamə və tövsiyə adlanan iki hissədən ibarət idi. 

Məruzənin qətnamə hissəsində deyilirdi ki, "Assambleya hərbi  əməliyyatların 

başlamasından keçən on ildən artıq müddətdə Dağlıq Qarabağ regionunda 

münaqişənin həll edilməməsinə təəssüfləndiyini və yüz minlərlə insanın hələ də məcburi 

köçkün vəziyyətində ağır şəraitdə yaşadığını bildirir". Sənəddə Azərbaycan ərazilərinin 

böyük bir hissəsinin hələ də Ermənistan qoşunlarının işğalı altında olduğu və separatçı 

qüvvələrin Dağlıq Qarabağ regionuna nəzarət etdiyi göstərilirdi. 

Məruzənin ikinci bəndində Ermənistanın yeritdiyi etnik təmizləmə siyasəti 

pislənərək qeyd edilirdi ki, "Assambleya dəhşətli etnik təmizləmələrlə müşayiət olunan 

hərbi  əməliyyatların monoetnik ərazilərin yaranmasına gətirib çıxarmasından 

narahatlığını bildirir". Bununla yanaşı, sənəddə deyilirdi ki, "Avropa Şurasının üzvü olan 

ölkənin başqa ölkənin  ərazilərini işğal altında saxlaması  həmin ölkənin öz üzərinə 

götürdüyü öhdəliklərə açıq-aşkar ziddir və Assambleya öz yerlərindən qaçqın düşmüş 

insanların geri qaytarılması hüququnu təsdiqləyir". 

Məruzənin üçüncü bəndində isə göstərilirdi ki, Assambleya tərəfləri BMT 

Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə qayıtmağa və onları 

yerinə yetirməyə çağırır. Bununla yanaşı, sənəddə qeyd edilirdi ki, "Assambleya ATƏT-

in Minsk qrupunun üzvü olan ölkələri münaqişənin həlli istiqamətində səyləri artırmağa 

və bu ölkələrin AŞ PA-dakı milli nümayəndə heyətlərini öz hökumətlərinin bu 

istiqamətdəki fəaliyyətləri barədə hesabat verməyə çağırır. Bu məqsədlə Assambleya 



 

618


xahiş edir ki, AŞ PA Bürosu ölkələrin milli nümayəndə heyətlərinin rəhbərlərindən ibarət 

xüsusi komitə yaradılmasını təmin etsin". 

Avropa  Şurası kimi nüfuzlu bir beynəlxalq təşkilatın qəbul etdiyi bu sənədlər 

münaqişənin beynəlxalq hüquq prinsipləri  əsasında nizama salınması prosesində 

mühüm  əhəmiyyətə malikdir. Eyni zamanda, məruzə  və  qəbul edilən sənədlər 

münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu üçün də  əhəmiyyətli 

sayılmalıdır və o,  bu sənədə laqeyd yanaşmamalıdır. 

ATƏT-in Minsk qrupunun sonuncu təklifindən 7 ildən çox vaxt keçməsinə 

baxmayaraq, Minsk qrupu indiyə  qədər heç bir yeni təkliflə  çıxış etməmişdir. Buna 

baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə  də münaqişəni dinc 

vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə 

hörmətlə yanaşaraq, onun işində müntəzəm və  əməli  şəkildə  iştirak edir. Lakin 

münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar 

Ermənistan öz qeyri-konstruktiv mövqeyindən geri çəkilmir. 

Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması 

prosesindəki səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən başlayaraq, münaqişənin dinc 

vasitələrlə  həlli istiqamətində yeni formatda addımlar atılmışdır. Bu, Azərbaycan və 

Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılmasıdır. Həmin vaxtdan iki 

respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, 

Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Soçidə, Kişinyovda, Praqada, 

Strasburqda, habelə iki respublikanın sərhədi - Sədərəkdə 25-ə yaxın görüş keçirmişlər. 

Münaqişənin dinc yolla aradan qaldırılması imkanlarının tükənmədiyini bildirən 

prezidentlər hələlik dialoqun davam etdirilməsini zəruri hesab edirlər.  

Ancaq çox ağır və  çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı 

mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan 

bu günə kimi aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən 

çıxış edərək,  işğalçılıq siyasətindən  əl çəkmək istəmir. Digər tərəfdən isə, dünya 

birliyinin "ikili standartlar" prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq 

təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret addımlar atmaması 

danışıqlar prosesində irəliləyişin əldə olunmasına əngəl törədir.  

Ona görə  də beynəlxalq birlik təcavüzün qarşısını almaq üçün BMT 

Nizamnaməsinin 7-ci fəslinə müvafiq olaraq ciddi tədbirlər görməlidir.  Əgər böyük 

dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını 

almaq istəyirlərsə, qəti və praktiki addımlar atmalı,  Ermənistanı beynəlxalq birliyin 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə