Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə222/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   218   219   220   221   222   223   224   225   ...   229

 

605


SSRİ Ali Sovetinin Rəyasət Heyəti DQMV-də  və onun ətrafında millətlərarası 

münasibətlərin gərginliyinin davam etməsi ilə  əlaqədar və guya bunun qarşısını alıb 

regionda vəziyyəti sabitləşdirmək məqsədilə SSRİ Konstitusiyasının 119-cu maddəsinin   

14-cü bəndinə  əsasən Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində Muxtar Vilayət 

statusunu saxlamaqla DQMV-də xüsusi idarə formasının tətbiq edilməsi haqqında 

fərman qəbul etdi. Həmin fərmanla DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti 

və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. 

Bu komitə millətlərarası münasibətlərin kəskinləşməsinin qarşısını almaq və 

regionda vəziyyəti sabitləşdirmək məqsədi ilə yaradılsa da, əksinə Xüsusi İdarə 

Komitəsinin fəaliyyət göstərdiyi müddətdə DQMV-də  vəziyyət daha da kəskinləşdi. 

Komitənin sədri A.İ. Volski vəziyyəti sabitləşdirmək deyil, əksinə, gərginləşdirmək 

siyasəti yürütdü. Onun fəal “səyləri“ nəticəsində az müddət  ərzində vilayətin idarə  və 

müəssisələrinin demək olar ki, hamısı Azərbaycan tabeliyindən çıxarılaraq, mərkəz 

tabeliyinə keçirildi. Bütün sənədlərdə DQMV Azərbaycanın tərkibindən çıxarıldı. Bu da 

yerli azərbaycanlı  əhalinin  ermənilər tərəfindən sıxışdırılmasına, az sonra isə kütləvi  

şəkildə qovulmasına şərait yaratdı.  

Sovet rəhbərliyinin baş verən hadisələrə laqeyd münasibəti, Dağlıq Qarabağın 

Ermənistana birləşdirilməsi tələbinin vaxtında Azərbaycanın  ərazi bütövlüyünə  və 

suverenliyinə  qəsd kimi qiymətləndirilməməsi yaranmış  vəziyyəti daha da ağırlaşdırdı. 

Bundan istifadə edən Ermənistan parlamenti 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın 

Ermənistana birləşdirilməsi haqqında heç bir hüquqi əsası olmayan qərar qəbul etdi. 42 

gün  ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin 

tabeliyinə verildi. Birbaşa sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıq 

himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq 

Azərbaycandan ayrılması  və Ermənistana birləşdirilməsi baş verdi. Eyni zamanda, 

Ermənistan Respublikası  mərkəzin himayədarlığı ilə Azərbaycanın digər  ərazilərinə 

hərbi qüvvə göndərərək açıq təcavüzə başladı.  

1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən DQMV-də və 

bəzi başqa rayonlarda fövqəladə vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul olundu. 

Daha sonra isə Sov. İKP MK, SSRİ Ali Soveti Rəyasət Heyəti və SSRİ Nazirlər Soveti 

Azərbaycan və Ermənistan xalqlarına müraciət etdi. Qəbul edilən qərar və müraciətdə 

təcavüzkarla təcavüzə  məruz qalanın bərabər  tutulması açıq-aşkar özünü göstərirdi. 

Bütün bunlar və erməni təcavüzünün qarşısının alınmaması Azərbaycanda SSRİ 

rəhbərliyinə olan inamı heçə endirmiş və çox böyük narazılıq yaratmışdı.  




 

606


Bu dövrdə ermənilərin silah ələ keçirmək məqsədilə sovet ordusunun hərbi 

hissələrinə, o cümlədən daxili qoşunlara etdiyi hücum və basqınları adi hal almışdı. Belə 

bir  şəraitdə silahların  ələ keçirilməsinə  mərkəzi hakimiyyət tərəfindən etinasızlıq 

göstərilir və bilərəkdən göz yumulurdu. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz 

səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin 

getdikcə  kəskinləşməsinə  gətirib çıxarmış, DQMV və Azərbaycanın Ermənistanla 

həmsərhəd digər  bölgələrində erməni təcavüzünün daha geniş miqyas almasına şərait 

yaratmışdır. Bu illərdə Moskva-Bakı  sərnişin qatarlarında, Tbilisi-Bakı, Bakı-Ağdam, 

Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə hərəkət edən avtobuslarda törədilən terror 

aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı 

Moskvanın hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin 

qurbanı oldu. 

1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər 

olan dövrdə Sovet İttifaqının hakim dairələri tərəfindən himayə edilən Ermənistan 

Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə minlərlə dinc 

sakin qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. 

Bu illərdə Sovet İttifaqının rəhbər orqanları regionda vəziyyəti sabitləşdirmək 

üçün səmərəli tədbirlər hazırlamaq və həyata keçirmək niyyətində olmadığını açıq-aşkar 

nümayiş etdirirdi. 1988-ci il hadisələri başlayan gündən Dağlıq Qarabağ məsələsi SSRİ-

nin mərkəzi mətbuatının səhifələrində bitərəfli  şəkildə geniş  şərh olunur, informasiya 

blokadası Azərbaycanın ədalətli mövqeyini zəiflədirdi.  

SSRİ hökumətinin, xüsusilə onun başında duranların qətiyyətsizliyi və 

Azərbaycana qarşı açıq-aşkar  ərazi iddiaları irəli sürən Ermənistana himayədarlıq 

etməsi səbəbindən hadisələr getdikcə mürəkkəbləşdi və  hər iki respublika müharibə 

vəziyyətində qarşı-qarşıya dayandı. Moskvanın hakim dairələrində ermənilərin müdafiə 

olunması  və Azərbaycanın o zamankı respublika rəhbərliyinin bütün bu hadisələrdə 

seyrçi mövqe tutması Ermənistanın Azərbaycana qarşı  təcavüzünün daha da 

genişlənməsinə  gətirib çıxartdı ki, bu da azərbaycanlıların öz yurdlarından kütləvi 

surətdə qovulması ilə nəticələndi . 

Sovet  İttifaqının mövcud olduğu illərdə  mərkəzin himayədarlığı ilə öz 

məqsədlərinə müəyyən qədər nail olan ermənilər insan hüquqlarının müdafiəsi pərdəsi 

altında Dağlıq Qarabağa BMT qoşunları  (əslində rus əsgərləri nəzərdə tutulurdu) 

yeritmək və bütün bunlara beynəlxalq xarakter verməyə cəhd göstərirdilər. 



 

607


Beləliklə, SSRİ süqut etdikdən sonra ermənilər və onların havadarları Dağlıq 

Qarabağ  məsələsini öz maraqları  çərçivəsində beynəlxalq  əhəmiyyətli problemə 

çevirmək üçün genişmiqyaslı kompaniyanın yeni mərhələsinə başladılar. 

§4.  ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN AZƏRBAYCAN 

ƏRAZİLƏRİNİN  İŞĞALI VƏ MÜNAQİŞƏNİN BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA 

MÜZAKİRƏSİ 

 

1992-ci illərin  əvvəllərində Ermənistan silahlı qüvvələri bir-birinin ardınca 



Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqələrini 

də işğal etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə onlar Xankəndidə yerləşən 

Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi və  iştirakı ilə Xocalı  şəhərinə hücum 

edərək min nəfərə  qədər dinc sakini qətlə yetirdilər. Bu soyqırımı  əsrin  ən böyük 

faciələrindən biri idi. Xocalı erməni-rus birləşmiş qüvvələri tərəfindən işğal edildikdən 

sonra az müddət içərisində bütün yuxarı Qarabağ zəbt olundu. 

1992-ci il mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhəri 

ələ keçirildi.  Ermənistan ordusu Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın 

dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək məqsədilə  ətraf rayonlara 

hücuma başladı. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yolunda qonşu 

respublikanın sərhədinə yaxın  ərazidə    yerləşən qədim Azərbaycan  şəhəri Laçın  əsas 

maneə idi. 1992-ci il mayın 17-də Laçın  şəhəri də Ermənistan silahlı qüvvələri 

tərəfindən işğal olundu. Beləliklə, "öz müqəddəratını  təyin etmək" ideyasını 

reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edən 

ermənilərin təcavüzkar siyasəti vüsət aldı. Laçının işğalı müharibənin Dağlıq Qarabağın 

hüdudlarından çıxaraq Ermənistanın hərbi işğalçılıq niyyətinin daha böyük olduğunu 

göstərdi. Ermənilərin "humanitar dəhliz" adlandırdıqları bu yol ilə Dağlıq Qarabağa qısa 

zaman çərçivəsində külli miqdarda silah, döyüş sursatı, hərbi qüvvə gətirildi. Nəticədə

1993-cü il ərzində Ermənistanın  ərazi iddiası obyekti olan Dağlıq Qarabağ bölgəsinin 

(4.400 kv. km) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan 

Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı  və  Zəngilan rayonları (17.000 kv. 

km) Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Müharibədə 20.000 nəfərdən 

çox Azərbaycan vətəndaşı həlak olmuş, 100.000 nəfər yaralanmış, 50.000 nəfər isə əlil 

olmuşdur. Azərbaycanın işğal olunmuş  ərazilərindən 1 milyona qədər  əhali öz 

torpağında qaçqın vəziyyətinə düşdü. Yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, talan edildi 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə