Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə221/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   217   218   219   220   221   222   223   224   ...   229

 

602


Cənubi Qafqazda, o cümlədən Azərbaycanda müstəmləkəçilik siyasətinin yeni 

mərhələsi məhz XIX əsrin 20-ci illərinin sonundan etibarən başlamışdır. Rus çarizmi 

Azərbaycanın Qarabağ bölgəsində xristianların sayını artırmaqla öz nüfuzunun bu 

regionda möhkəmlənməsi və müstəmləkəçilik siyasətinin həyata keçirilməsi üçün real 

zəmin yaradırdı.   

Rusiyanın Qafqazı  işğal etməsini N.N.Şavrov açıq söyləyir və bu məqsədlə 

həmin  əraziyə ilk dəfə başqa millətlərin köçürülməsi haqqında yazırdı ki, "Biz 

müstəmləkəçilik fəaliyyətimizə Qafqaza rus əhalisinin deyil,  özgə xalqların 

köçürülməsindən başladıq. Vətəndə arzuedilməz ünsürlər sayılan bu kolonistlərdən 

Tiflis və Yelizavetpol quberniyalarında koloniyalar yaratdıq. Onlara ən yaxşı torpaqlar 

ayrıldı və müxtəlif imtiyazlar verildi."  

1804-1813-cü və 1826-1828-ci illər Rusiya-İran müharibələrinin gedişində, həm 

də bütün XIX əsr boyunca ermənilərin  İran, Türkiyə  və  Cənubi Azərbaycandan kütləvi 

surətdə  Şimali  Azərbaycana, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada 

onların sayı ilbəil artmağa başladı. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın 

dağlıq hissəsinə  rəsmən 124 min, qeyri-rəsmi olaraq isə xeyli çox -  200 min nəfər 

erməni köçürülmüşdür. 

XIX  əsrin sonu – XX əsrin  əvvəllərində  də ermənilərin Cənubi Qafqaza 

köçürülməsi davam etdirildi. Təkcə 1896-cı ildən 1908-ci ilə kimi keçən 13 ildə Cənubi 

Qafqaza 400 min nəfər erməni köçürülmüşdür. N.N.Şavrov bu barədə yazır: “1896-cı 

ildə general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında 

məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə 

onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilər 400 

min nəfərdən artıq çoxalmışlar. Hal-hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min 

ermənidən 1 milyon nəfəri diyarın köklü sakinləri deyillər. Onları buraya biz 

köçürmüşük”. 

Nəticədə, ermənilərin Azərbaycan  ərazilərinə köçürülməsi Qarabağın dağlıq 

hissəsində demoqrafik vəziyyətə, regionda baş verən hadisələrə ciddi təsir göstərmiş və 

onların gələcək ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur. 

"Böyük Ermənistan" yaratmaq xülyasından yararlanan erməni millətçiləri və 

qəsbkarları 1905-1906-cı illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı 

aksiyalar həyata keçirdilər. Onlar Bakıda,  Şuşada,  İrəvanda, Naxçıvanda, Gəncədə, 

Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər.  



 

603


Birinci Dünya müharibəsi, eyni zamanda Rusiyada baş vermiş 1917-ci il fevral 

burjua və oktyabr  bolşevik inqilablarından məharətlə istifadə edən ermənilər öz 

iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci il martın 30-u, 

31-i və aprelin 1-də bolşevik qiyafəsinə bürünən ermənilər Sovet Rusiyasının hərbi 

yardımı ilə Bakıda soyqırımı törədərək 15 min nəfər  azərbaycanlını  qətlə yetirdilər. 

Həmin ilin aprel-may aylarında ermənilər  Şamaxıda, Qubada, Ağsuda, Kürdəmirdə, 

Salyanda, Lənkəranda kütləvi qırğınlar törətmiş, 50 min nəfərdən artıq dinc sakini ən 

vəhşi üsullarla qətlə yetirmişdilər.  

1918-ci ildə Azərbaycan və Ermənistan Respublikaları öz müstəqilliklərini elan 

etdikdən dərhal sonra Ermənistanın millətçi dairələrinin təhriki və təzyiqi ilə Qarabağın 

dağlıq hissəsində məskunlaşan ermənilər Azərbaycan hakimiyyətini tanımaqdan imtina 

etdilər.  Ərazi bütövlüyünü qoruyub saxlamağı  və  vətəndaşlarının təhlükəsizliyini təmin 

etməyi özünün başlıca vəzifəsi hesab edən Azərbaycan Xalq Cümhuriyyətinin mövcud 

olduğu dövrdə (1918-1920) Ermənistan tərəfindən Qarabağın dağlıq hissəsini 

diplomatik və hərbi vasitələrlə ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı. Hər üç 

Cənubi Qafqaz respublikasının müstəqilliyinin itirilməsi və Sovet Rusiyası  tərəfindən 

sosialist respublikaları elan edilməsi  ərazi-sərhəd məsələlərinin qoyuluşunun özünü də 

mənasız etdi. Lakin Cənubi Qafqazda sovet hakimiyyətinin qurulması da Qarabağ 

məsələsini gündəlikdən çıxarmadı. Çünki Sovet Rusiyası diplomatiyasının 

dərinliklərində çarizmin xarici siyasətinə dönüş meylləri açıq-aşkar hiss edilirdi.    

Sovetləşmənin ilk illərində Azərbaycana münasibətində Sovet Rusiyasının 

mövqeyindəki bu meyl daha çox Dağlıq Qarabağ  məsələsinə dair özünü göstərirdi. 

Məhz elə bunun nəticəsi idi ki, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində 

yaşayan ermənilərə 1923-cü ildə muxtar vilayət statusu verildi. Məlumdur ki, bu siyasət 

məhz Sovet Rusiyasının himayədarlığı  və bilavasitə  iştirakı ilə  həyata keçirildi. 

Azərbaycan tərkibində DQMV-nin yaradılması heç şübhəsiz, Ermənistanın Azərbaycana 

qarşı  ərazi iddialarından və düşmənçiliyindən istifadə edən Sovet Rusiyasının 

uzaqgörən və  məqsədyönlü siyasətinin nəticəsi idi. Sonrakı tarix göstərdi ki,  bu 

ermənilərin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün zəmin və vasitə imiş. 

Bununla yanaşı, Cənubi Qafqazın sovetləşməsindən sonra belə, ermənilər 

Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarını  ələ keçirmək siyasətini davam etdirərək 

1920-ci illərin sonunda Zəngəzuru və bir sıra digər torpaqları Ermənistan SSR-in ərazisi 

elan etdilər. Sonralar isə erməni millətçiləri Ermənistan  ərazisindəki azərbaycanlıların 

deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə  əl 




 

604


atdılar. Belə ki, onlar 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin "Ermənistan 

SSR-dən kolxozçular və digər azərbaycanlı  əhalinin Azərbaycan SSR-nin Kür-Araz 

ovalığına köçürülməsi haqqında" xüsusi qərar qəbul etdirilməsinə nail oldular. Bu qərara 

əsasən 1948-1953-cü illərdə 150 minədək azərbaycanlı öz tarixi torpaqlarından kütləvi 

şəkildə dövlət səviyyəsində deportasiya edildi və Azərbaycana köçürüldü.  

Sovet dövründə Dağlıq Qarabağ məsələsi bir neçə dəfə qaldırılsa da, ermənilər 

və onların himayədarları məqsədlərinə nail ola bilmədilər. Odur ki, onlar  müəyyən tarixi 

məqam gözləməyə məcbur oldular.  

 

 

§3. XX ƏSRİN SONUNDA ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI   ƏRAZİ 



İDDİALARI VƏ SOVET 

RƏHBƏRLİYİNİN QAFQAZ SİYASƏTİ 

 

Məlum olduğu kimi, 1980-ci illərin ikinci yarısında Sovet İttifaqında yenidənqurma 



adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və 

uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan“ ideyasını  həyata 

keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək,  yenidən Azərbaycanın 

Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər. 

1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, 

ictimai rəyi öz tərəflərinə  çəkməyə çalışan erməni siyasətçiləri və onların Moskvadakı 

himayədarları vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana 

birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanan plan üzrə kütləvi mitinqlər və 

davamlı  tətillər təşkil etdilər. Muxtar vilayətdə 1988-ci ilin əvvəllərinədək olan vəziyyəti 

əks etdirən rəqəmlərə  nəzər saldıqda, sosial-iqtisadi inkişafın bir sıra sahələri üzrə 

DQMV-in Azərbaycanın digər bölgələrindən və Ermənistandan daha yüksək olduğu 

məlum olur.  Lakin baş verən sonrakı hadisələr DQMV-in sosial-iqtisadi geriliyi barədə 

iddiaların yalnız bəhanə,  əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı  ərazi 

iddiasında olduğunu göstərdi. 

Sovet rəhbərliyinin məsələyə vaxtında və prinsipial qiymət verməməsi, 

Ermənistanın əsassız ərazi iddialarının qarşısının  alınmaması əvvəl Əsgəranda, sonra 

isə 1989-cu il yanvarın 12-də ermənilər tərəfindən hazırlanan xüsusi plan əsasında 

Sumqayıtda törədilmiş faciəli qarşıdurmalara gətirib çıxartdı. 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə