Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə224/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   221   222   223   224   225   226   227   228   229

 

611


hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi  bir bəyanat qəbul edildi.  Bu bəyanat 

Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon 

sammitinin yekun qərarında öz əksini tapdı. 

ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı ABŞ  və Fransa 

nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin olundu. 1997-ci ilin ikinci 

yarısından indiyə kimi Minsk qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq 

iki hissədən ibarət - Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 7 

rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə dair 3 

təkliflə çıxış etmişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin 

"paket" (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni 

vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri 

ikinci təklif münaqişənin "mərhələli" (bu variantda isə münaqişənin mərhələlərlə nizama 

salınması nəzərdə tutulurdu) həllindən ibarət idi. Azərbaycan Prezidenti həmin planlarla 

tam razı olmasa da, sülh prosesinin ölü nöqtədən çıxarılması  məqsədilə  həmsədrlərin 

hər iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış 

edərək həmin təkliflərlə razılaşmadı. 

1998-ci ilin noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, 

həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi irəli sürdülər. 

Bu təklif dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına  əsaslanırdı. 

Azərbaycan Prezidenti Heydər  Əliyev tərəfindən qətiyyətlə  rədd edilən "ümümi dövlət" 

təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon 

Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi. 

 ATƏT-in Minsk qrupunun son təklifindən Azərbaycan tərəfi birmənalı  şəkildə 

imtina etdikdən sonra, 1999-cu il fevralın 8-də Azərbaycan Prezidenti Heydər  Əliyev 

Minsk qrupunun həmsədrləri olan dövlətlərin (ABŞ, Rusiya, Fransa) başçılarına 

məktubla müraciət etdi. Minsk qrupunun fəaliyyətini, xüsusilə  həmsədrlərin axırıncı 

təklifini ciddi surətdə  tənqid edən dövlət başçısı "ümumi dövlət" ideyasının ATƏT-in 

prinsiplərinə uyğun olmadığını  və sülh prosesinə xeyli zərər verdiyini göstərməklə 

yanaşı, ABŞ, Fransa və Rusiya dövlət başçılarını münaqişənin  ədalətlə  və tezliklə 

aradan qaldırılması üçün səylərini ciddi surətdə artırmağa çağırdı.  

"Ümumi dövlət" prinsipi nizamasalma prosesinə ciddi maneə törətməklə yanaşı, 

münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyyətləri daha da 

dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı  və münaqişənin 

nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. 




 

612


 

 

§6.  DİGƏR BEYNƏLXALQ TƏŞKİLATLARIN  MÜNAQİŞƏYƏ DAİR MÖVQEYİ VƏ 



AZƏRBAYCANIN DİPLOMATİK FƏALİYYƏTİ 

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması 

məsələsinə BMT və ATƏT ilə yanaşı, 1993-cü ildən İslam Konfransı Təşkilatı (İKT) da 

özünün bütün toplantılarında baxmış və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən 

qərarlar qəbul etmişdir. Belə ki, 1994-cü ildə Kasablankada İKT-nın Zirvə toplantısı, 

1996-cı ildə Cakartada İKT- nın üzvü olan dövlətlərin xarici işlər nazirlərinin 24-cü 

konfransı, 1997-ci ildə Tehranda və 2000-ci ildə Dohada keçirilən  İKT-nın Zirvə 

toplantılarında Ermənistanın Azərbaycana təcavüzü haqqında qətnamələr qəbul 

edilmişdir. Onu da qeyd etmək vacibdir ki, İKT Ermənistanı birmənalı şəkildə təcavüzkar 

dövlət kimi tanıyan ilk beynəlxalq təşkilatdır. 

Azərbaycanın 2001-ci il yanvarın 25-də Avropa Şurasına bərabərhüquqlu üzv 

qəbul olması onun mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə  çıxarılması 

üçün ölkəmizə yeni və çox mötəbər bir tribuna qazandırdı. Avropa Şurası Parlament 

Assambleyasındakı (AŞ PA) Azərbaycan nümayəndə heyətinə millət vəkili  İlham 

Əliyevin rəhbərlik etməsi ölkəmizin bu təşkilatdakı rolunu xeyli gücləndirmiş və qarşıya 

qoyulan bütün vəzifələrin reallaşdırılmasına şərait yaratmışdır. 

 2001-ci il aprelin 24-27-də Azərbaycan Respublikasının AŞ PA-dakı nümayəndə 

heyəti ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak edərək,  plenar 

sessiyada dövlətçilik maraqları baxımından, xüsusilə Ermənistanın Azərbaycana 

təcavüzü faktlarını özündə əks etdirən bəzi əhəmiyyətli sənədləri yaymışlar. Bunlardan 

9 ölkə  və  AŞ PA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə 

tərəfindən imzalanmış "Ermənilər tərəfindən Azərbaycanlı  əhaliyə qarşı törədilmiş 

soyqırımın tanınması" adlı yazılı  bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə 

tərəfindən imzalanmış "Ermənistan və Dağlıq Qarabağda saxlanılan hərbi  əsirlər və 

girovlar" haqqında məlumat AŞ PA-nın rəsmi sənədləri qismində yayılmışdır. Göstərilən 

sənədlərdə ermənilər tərəfindən Xocalı  əhalisinin qətlə yetirilməsi, Azərbaycan 

ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistanda, eyni zamanda, işğal edilmiş 

Azərbaycan  ərazilərində  uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 

azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər öz əksini tapmışdır. 



 

613


 

2001-ci il iyunun 25-29-da AŞ PA-nın növbəti plenar sessiyası zamanı 

Azərbaycanla bağlı daha 2 mühüm sənəd AŞ PA-nın rəsmi sənədləri kimi yayılmışdır. 

"Azərbaycan Respublikasında (Dağlıq Qarabağ, Laçın, Qubadlı, Kəlbəcər, Ağdam, 

Füzuli, Cəbrayıl, Zəngilan) ekoloji vəziyyət" adlanan birinci sənəddə Ermənistanın işğal 

olunmuş Azərbaycan  ərazilərində ekoloji vəziyyəti düşünülmüş  şəkildə korlaması, 

"Azərbaycanın mədəni irsinin qəsb olunması  və dağıdılması" adlı ikinci sənəddə isə 

işğal olunmuş Azərbaycan  ərazilərində yerləşən mədəni abidə  və  sərvətlərin 

dağıdılması məsələsi Avropa ictimaiyyətinin diqqətinə çatdırılmışdır. 

 AŞ PA-nın 2001-ci il sentyabrın 24-28-də keçirilən plenar sessiyasında 

Azərbaycan nümayəndə heyəti tərəfindən hazırlanmış "Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsi" adlı digər bir mühüm sənəd yayılmışdır. 

 İlham Əliyev AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ilk dəfə 

AŞ PA kürsüsündən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq 

Qarabağ  və daha 7 rayonunun işğal olunduğunu, işğal edilmiş  ərazilərin terrorizm və 

narkotik maddələrin tranzitinə çevrildiyini bəyan etmişdir.  Azərbaycan təmsilçiləri 

Avropa  Şurasını qaldırılan məsələlərə operativ  və obyektiv münasibət bildirməyə 

çağırmışdır.   

 Azərbaycan nümayəndə heyətinin prinsipial və ardıcıl fəaliyyəti nəticəsində  AŞ 

PA-nın 2002-ci ilin sentyabrında keçirilən payız sessiyasında ilk dəfə olaraq bu 

beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq 

Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı. 

 2004-cü  ilin  əvvəllərindən Avropa Şurası, ATƏT və Avropa İttifaqı münaqişənin 

dinc vasitələrlə həlli istiqamətində öz səylərini  xeyli  artırmışdır. Belə ki, Avropa Şurası 

Parlament Assambleyasının qış sessiyasında Ermənistanın işğalçı dövlət olması bir 

daha təsbit edildi. Münaqişənin aradan qaldırılması istiqamətində Ermənistanın heç bir 

addım atmaması AŞ PA-nın sənədlərində öz əksini tapdı. 

 Bunun  ardınca isə  Avropa Parlamenti Cənubi Qafqazda təhlükəsizliyin təmin 

edilməsinə mane olan Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının 

vacibliyini bildirdi. Avropa Parlamentinin sessiyasında "Avropa İttifaqının Cənubi Qafqaz 

siyasəti" mövzusunda Pyer Qartonun məruzəsi  əsasında qəbul edilmiş  qətnamədə 

ermənilərin işğal etdikləri  ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti 

apardıqları öz əksini tapdı. Bununla yanaşı, Avropa Parlamenti Cənubi Qafqazda 

təhlükəsizliyin bərqərar olmasına mane olan münaqişənin nizama salınması üçün işğal 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə