Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   60   61   62   63   64   65   66   67   ...   75

 
205
           
 
                              Şəkil 94. Quşçu daş qutularının keramikası 
 
 
 
1984-cü ildə aparılan arxeoloji qazıntılar zamanı Xaçbulaqda daha iki 
kurqan öyrənilmişdir. Kurqanaltı qəbirlər daş qutulardan ibarət olmuşdur. 2№-li 
kurqanda isə 4 daş qutu aşkar olunmuşdur. Daş qutular üçün bükülü vəziyyətdə 
olan tək qəbirlər xarakterikdir. Bu baxımdan 3 №-li kurqanın üçüncü qəbiri 
istisnalıq təşkil edir. Bu qəbirdə iki böyük və bir uşaq skeletinə rast gəlinmişdir. 
Qəbir avadanlığı Son Tunc dövrü üçün xarakterik olan keramika, iy başlıqları, 
ucu əyri bıçaqlar, iynələr, xəncər, kəmər, sinə bəzəkləri, bilərzik və s. əşyalardan 
ibarət olmuşdur. 


 
206
Kurqan tipli abidələrə  Şamxorçay hövzəsində  də rast gəlinmişdir. Bu 
abidələrin kurqanaltı kameraları daş qutu və torpaq qəbirlərdən ibarətdir. 
Qəbirlər sağ, ya da sol böyrü üstə, bükülü vəziyyətdə  dəfn edilmiş skeletlərlə 
xarakterizə olunur. Burada tədqiq edilən 9 №-li kurqanın altındakı torpaq 
qəbirdə, bükülü vəziyyətdə  tək insan skeleti, gil qablar, tunc əşyalar və qaban 
dişləri aşkar olunmuşdur. 
Qəbir abidələrinin bir qrupu daş qutularla təmsil olunmuşdur. Bu 
qəbirlərin yayılma arealı Gəncəçay rayonunun dağlıq hissəsini də əhatə edir. Bu 
tipli qəbirlərə Çovdar, Bayan, Quşçu,  Мirzik, Aşağı Daşkəsən, Gədəbəy 
qəbirstanlıqlarında rast gəlinmişdir. 
Bayan və Quşçu kəndləri yaxınlığındakı daş qutular iri pilitələrdən 
qurulmuşdur. Qəbirlər 1,50-2 m dərinlikdə aşkar olunmuşdur. Onların bəzisi iki 
sıra sal daşla qurulmuşdur. Qəbirlərdə  ağac kömürünə, donuz dişlərinə, alt 
çənənin ayrı qoyulmasına rast gəlinmişdir. Quşçu daş qutuları üçün boz və qara 
rəngli gil qablar xarakterikdir. Qabların bir qismi basma naxışlıdır. 
Xaçbulaqda daş qutu tipli qəbirlər Çovdar, Aşağı  və Yuxarı Daşkəsən, 
Quşçu, Zağalı, Hamamdüzü və Tatoğlu yurdu adlanan yerlərdə tədqiq edilmişdir. 
Onlar yanlarda sal daşlarla qurulmuş, üzəri isə yastı sal daşla örtülmüşdür. 
Xaçbulaq daş qutu qəbirləri üçün, başlıca olaraq, tək dəfnlər xarakterikdir. 
Gədəbəydə açılan daş qutu qəbirlər iri sal daşlarla qurulmuşdur. Bəzi 
qəbirlərin divarları sal daşlardan qurulmaqla bərabər, çay daşları ilə  də 
hörülmüşdür. Qəbirlər üçün adətən oturmuş, ya da uzadılmış vəziyyətdə olan tək 
skeletlər xarakterikdir. Lakin V.Belkin Gədəbəydə  tədqiq etdiyi qəbirlərin 
birində kollektiv dəfn adəti qeydə alınmışdır. Bu qəbirdə 15 skelet aşkar 
olunmuşdur. 
Gəncəçay rayonunun abidələrində rast gəlinən parçalanmış skeletlər, 
kəllənin və alt çənənin ayrı qoyulması adəti Gədəbəy-Daşkəsən bölgəsinin 
abidələrində də aşkar olunmuşdur.  
E.Resler tərəfindən Aşağı Daşkəsəndə  tədqiq edilən daş qutu tipli 
qəbirlərin birində kollektiv şəkildə  dəfn olunmuş dörd insan skeleti qeydə 
alınmışdır. Qəbirin mərkəzində arxası üstə, bükülü vəziyyətdə,  əlləri döşündə 
çarpazlaşdırılmış bir skelet olmuşdur. Bükülü vəziyyətdə sağ  və sol böyrü üstə 
yerləşdirilən digər skeletlər kəlləsizdir. Qəbirin cənub tərəfində üst çənə 
sümüyünün parçaları tapılmışdır. 
A.A.İvanovskinin Gədəbəy rayonunda qazdığı daş qutularda da skeletin 
parçalanmış halda dəfn olunmasına rast gəlinmişdir. Divarları kobud daşla 
qurulmuş daş qutu qəbirdə çürümüş insan skeleti və gil qabın içərisinə qoyulmuş 
alt çənə qeydə alınmışdır. 
Gədəbəydəki 12 №-li daş qutuda insan skeletinə aid çürümüş barmaq və 
çanaq sümükləri, habelə  qərb divarından bir qədər aralı qoyulmuş insan kəlləsi 
aşkar olunmuşdur. Kəllənin üst sümükləri yox imiş. 


 
207
Rezendorfun Quşçu kəndi yaxınlığında tədqiq etdiyi daş qutu tipli 
qəbirlərin birində on bir insan kəlləsi, bir neçə ilik sümüyü, dörd onurğa və bir 
neçə barmaq sümüyü tapılmışdır. Qəbir avadanlığı beş  ədəd dəmir nizə 
ucluğundan, iki ədəd dəmir xəncərdən, xəncər qınlarından, tunc kəmər və s. 
əşyalardan ibarət olmuşdur. Rezendorf rast gəldiyi dəfn adəti ilə bağlı belə bir 
fikir yürütmüşdür ki, insan öldükdən sonra ətinin çalağanlar tərəfindən yeyilməsi 
üçün onun meyidi müəyyən yerə qoyulurmuş və bununla bağlı bir sıra hallarda 
onun bəzi sümükləri itirmiş. 
Qeyd edək ki,  Rezendorfun bu mülahizəsi düzgün deyildir. Son illər 
Azərbaycan və Yaxın  Şərq abidələrində aparılan tədqiqatlar belə  dəfn adətinin 
kollektiv dəfnlə bağlı olduğunu göstərir. 
 Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan abidələrin bir qismi 
siklop tikintiləridir. Bu tip tikintilər Cənubi Qafqazın müxtəlif rayonlarında 
qeydə alınmışdır. Azərbaycanda Xanlar, Dəstəfur,  Şamxor, Gədəbəy, Tovuz və 
Qazaxda aşkar olunan bu  tip tikintilər başlıca olaraq yüksək daş  kəsimlərində 
yerləşir. Bəzi tədqiqatçılar Naxçıvan  ərazisində yerləşən bir qrup qalanı siklop 
tikintiləri sırasına daxil etmişdir. Bu abidələrin siklop tikintisi adlandırılmasının 
səbəbi, onların tikintisində böyük qaya parçalarından və iri daşlardan istifadə 
edilməsidir. Lakin aparılan araşdırmalar göstərir ki, bu abidələr Son Tunc 
dövründə müdafiə məqsədi ilə inşa edilmiş qalalardır. 
1983-1984-cü illərdə  Gəncə-Qazax arxeoloji ekspedisiyasının birinci 
dəstəsi Gədəbəy rayonunda yerləşən siklop tikintilərdə də araşdırma aparmışdır. 
Tədqiqatlar nəticəsində abidələrin bir qismində kəşfiyyat şurfu qoyulmuşdur. 
Son illərdə  tədqiq olunan siklop tikintilər, tədqiqatçı T.Rəsuloğlu 
tərəfindən, mədəni təbəqəsinin qalınlığına görə üç qrupa bölünür: 1. mədəni 
təbəqəsinin qalınlığı 0,5-0,8 metr olan tikintilər; 2. mədəni təbəqəsinin qalınlığı 
1,2- 2 metr olan tikintilər; 3. mədəni təbəqəsi olmayan tikintilər. Yüksək dağlıq 
hissədə yerləşən qalalarda mədəni təbəqə ya az yığılmış, ya da heç yığılmamışdır 
(I Göydərə qalası, II Göydərə, Böyük Qalaça və b.). Birinci qrup qalaların 
ətrafına müdafiə divarının çəkilməsinə baxmayaraq, onların müdafiə imkanları 
olduqca azdır. İkinci qrup qalalar isə strateji cəhətdən əlverişli və təbii müdafiə 
olunan mövqelərdə salınmışdır.  
Aparılan arxeoloji qazıntılar siklop tikintilərin funksional vəzifəsini 
müəyyən etməyə imkan vermişdir. Tədqiqatçıların fikrinə görə, I qrupa daxil 
olan və güclü müdafiə divarı ilə əhatə olunan qalalar müdafiə məqsədilə, ikinci 
qrupa daxil olan qalalar yaşayış yeri kimi, üçüncü qrupa daxil olan qalalardan isə 
mal-qaranın saxlanması üçün ağıl məqsədilə istifadə olunmuşdur. Güman etmək 
olar ki, hər üç qrupa aid olan tikintiləri Son Tunc dövründə Qərbi Azərbaycanın 
dağlıq ərazilərində məskunlaşan maldar tayfalar yaratmışlar. 
Arxeoloji araşdırmalar göstərir ki, e.ə. II minilliyin ikinci yarısında 
Azərbaycanda müdafiə tikintilərinin meydana çıxması, cəmiyyətin sosial 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə