Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   62   63   64   65   66   67   68   69   ...   75

 
210
həcmli daşlarla doldurulmuş  və gil məhlulu ilə  bərkidilmişdir. Ola bilsin ki
divarların yuxarı hissəsi kərpiclə hörülmüşdür. Binaların  ətrafına yayılan qalın 
torpaq qatları bunu deməyə imkan verir. 
Gəncəçay rayonunun arxeoloji abidələri üçün yarımqazma tipli evlər 
xarakterikdir. Onlar, başlıca olaraq, dördkünc planlıdır. Torpağın bərkliyindən 
asılı olaraq, evlərin divarları  bəzən hörgüsüz, bəzən isə daş hörgü ilə 
möhkəmləndirilmişdir. İnşaat materialı kimi çay daşlarından istifadə olunmuşdur. 
Divarlar iki sıra daşla hörülərək, arası kiçik həcmli daşlarla doldurulmuşdur. Bu 
texnika, Tunc dövründə demək olar ki, Azərbaycanın hər yerində yayılmışdır. Bu 
rayonda tətbiq olunan balıqbeli texnikası diqqəti cəlb edir. Divarın daşları bir 
sırada bir tərəfə, o biri sırada isə  əks tərəfə qoyulmaqla inşa edilmişdir. 
Divarların möhkəmliyini təmin edən bu texnika Azərbaycanın inşaat sənətində 
uzun müddət istifadə edilmiş və indi də istifadə edilməkdədir. 
Gəncəçay rayonunda, Lüləli dərəsində  tədqiq edilən 2 №-li yaşayış 
yerində evlər düzbucaqlı və dairəvi formalı yarımqazmalardan ibarətdir. Lakin, 1 
№-li yaşayış yerindən fərqli olaraq, burada, binaların divarları daş tikintilərlə 
möhkəmləndirilməmişdir. Evlərin tavanı döşəməyə basdırılan dirəklər vasitəsilə 
saxlanmışdır. Düzbucaqlı evlərdə dam örtüyünün iki çatılı, dairəvi evlərdə isə 
konusvari olduğu güman edilir. Yaşayış yerləri geniş  tədqiq edilmədiyindən, 
onların ümumi planı haqqında daha geniş fikir söyləmək, çətindir. Gəncəçay 
rayonundakı 1 №-li yaşayış yerində evlərin çay boyu düzümü, Lüləli dərəsində 
isə müəyyən sıra ilə düzülməsi qeydə alınmamışdır.  Şübhəsiz ki, evlər dar 
küçələr vasitəsilə bir-biri ilə bağlanmışdır. Qazax rayonundakı Töyrətəpə yaşayış 
yerində divarları çubuqdan hörülərək gillə suvanmış evlər də aşkar olunmuşdur. 
Bu zonada yerləşən Sarıtəpə, Babadərviş yaşayış yerlərində  aşkar olunan evlər 
dördkünc formalıdır. Binaların divarları çay daşlarından hörülərək, gil məhlulu 
ilə bərkidilmişdir. 
Son Tunc dövrünə aid müdafiə divarları da tikinti texnikasına görə fərqli 
xüsusiyyətlər göstərir. Bu baxımdan, Çalxanqalanın tikinti texnikası diqqəti cəlb 
edir. Qala divarlarının tikintisində qaba düzəldilmiş, dördkünc biçimli daş 
bloklardan istifadə edilmişdir. Divarlar yan tərəflərdə iri bloklardan inşa edilmiş, 
onların arası isə kiçik həcmli daşlarla doldurulmuşdur. Bəzi hallarda divarların 
hörgüsündə  bərkidici məhluldan istifadə edilmişdir. Çalxanqalada divarların 
tikinti texnikasında özünü göstərən xüsusiyyətlərdən biri divarların içəri və çöl 
tərəfində düzbucaqlı  çıxıntılardan istifadə edilməsidir. Divarların müdafiə 
gücünü xeyli artıran bu tip texnikaya, indiyədək Azərbaycanın başqa 
abidələrində rastlanmamışdır. Çalxanqalanı digər qalalardan fərqləndirən digər 
əlamət, müdafiə divarının yalnız bir uzun divardan ibarət olmasıdır. Bu, qalanın 
cənub tərəfindədir. Digər tərəflər təbii cəhətdən müdafiə olunduğundan, divarla 
əhatə olunmamışdır. Ümumi planda, Çalxanqala düzgün olmayan çoxbucaqlıya 
bənzəyir. 


 
211
Vayxır qalasının tikintisində qaba düzəldilmiş    təbii qaya parçalarından 
istifadə edilmişdir. Çalxanqalada olduğu kimi, burada da divarlar yanlarda iri 
daşlarla hörülmüş, onların arası isə kiçik daşlarla doldurulmuşdur. Lakin 
Çalxanqaladan fərqli olaraq, Vayxır qalasında bərkidici məhlul kimi palçıqdan 
istifadə edilmişdir. Qala divarları yerin relyefinə uyğun olaraq tikilmişdir. Divar 
bəzi hissələrdə ziqzaq şəkillidir. Şərq tərəfdə dördkünc formalı bürclər vardır. 
Azərbaycanın digər rayonlarında yayılan müdafiə tikintilərinin 
fərqləndirici cəhəti, onların divarlarının bərkidici məhlul olmadan tikilməsidir. 
İnşa texnikasına görə, tədqiqatçılar həmin qalaları üç tipə ayırmışlar. Birinci 
qrupa iri daşlardan hörülmüş, bir sıra divarı olan qalalar; ikinci qrupa iri daşdan 
inşa edilən iki, ya da üç sıra müdafiə divarı olan qalalar; üçüncü qrupa orta 
həcmli daşlardan tikilmiş iki, ya da üç sıra müdafiə divarı olan qalalar daxildir. 
B.B.Piotrovski bu qalalarda divarların yuxarı hissəsinin çiy kərpiclə hörüldüyünü 
qeyd etmişdir. Lakin divarların üzərində  və  ətrafında çiy kərpicə rast 
gəlinmədiyindən, bu fikir bir qədər inandırıcı deyildir. 
Qalalar ümumi planda oval, ya da düzgün olmayan dördbucaqlı formasın-
dadır. Divarlar, başlıca olaraq, iki sıra daşla hörülmüşdür.  
İqtisadiyyat. Arxeoloji tədqiqatlar göstərir ki, Son Tunc və Erkən Dəmir 
dövründə iqtisadiyyatın başlıca sahəsi  əkinçilik və maldarlıq olmuşdur. Bu 
dövrdə  əkinçilik mədəniyyətinin inkişafı, hər  şeydən  əvvəl, yaşayış yerlərindən 
aşkar olunan maddi-mədəniyyət qalıqları ilə sübut olunur. Bu maddi-mədəniyyət 
nümunələrinin bir qismini əmək alətləri təşkil edir. Xanlar rayonu yaxınlığında 
yerləşən 1 №-li yaşayış yerinin 115 və 118 №-li binalarından 40-dan artıq daş 
toxa  əldə edilmişdir. Toxalar müxtəlif ölçülüdür. Onların uzunluğu 14-24, 
qalınlığı 2-4 sm arasındadır. Toxaların işlək ucu nazik olub, qəlpələnmə yolu ilə 
itilənmişdir.  İşlək ucunun əks tərəfində  dəstək bərkitmək üçün nov açılmışdır. 
Bəzi toxaların ucları uzun müddət işləndiyindən cilalanmış, bəziləri isə 
qırılmışdır. 
Son Tunc dövrünün arxeoloji abidələrində xışlara rast gəlinməsə də demək 
olar ki, bu dövrdə  şumlama  əkinçiliyindən və qoşqu qüvvəsindən istifadə 
edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda şumlama əkinçiliyi hələ 
İlk Tunc dövründən mövcud olmuşdur.  Şübhəsiz ki, dağ  ətəklərində  şumlama 
əkinçiliyi ilə  bərabər, dəmyə  əkinçilikdən də istifadə edilmişdir. Yaşayış 
yerlərində  və  qəbir abidələrində xeyli miqdarda iribuynuzlu heyvan və at 
sümükləri aşkar olunmuşdur. Şübhəsiz ki, bu heyvanlardan qoşqu qüvvəsi kimi 
də istifadə edilmişdir. Bu dövrdə qoşqu qüvvəsinin tətbiq olunduğu  şumlama 
əkinçiliyi olmadan, iqtisadiyyatın ahəngdar inkişafını  təmin etmək mümkün 
deyildi. Əkinçilik iqtisadiyyatın digər sahələrinin də inkişafını təmin etmişdir. 
Əkinçiliklə bağlı əmək alətlərinin bir qrupu oraq dişlərindən ibarətdir. Bu 
cür oraq dişləri Sarıtəpə, Babadərviş,  Мingəçevir və digər yaşayış yerlərində 
aşkar olunmuşdur. Qeyd etmək lazımdır ki, yalnız Мingəçevir yaşayış yerindən 
300-dən artıq oraq dişi aşkar olunmuşdur. Xanlar yaxınlığındakı 1 №-li yaşayış 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə