Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   67   68   69   70   71   72   73   74   75

 
218
Yalnız bir halda tovuz quşu rəsminə rast gəlinmişdir. Tədqiqatçıların fikrincə
e.ə. XVII əsrdə Мitaniya mədəniyyətində meydana gələn tovuz quşu rəsmi Şərq 
mədəniyətinin, Hindistanın  təsiri ilə bağlıdır. 
Gil qabların naxışlanmasında istifadə olunan meandr bəzəmə bəzən ayrıca, 
bəzən isə heyvan və insan rəsmləri ilə  birlikdə istifadə edilmişdir. 
Qabların bəzəməsində insan fiqurları xüsusi yer tutur. Digər rəsmlərə 
nisbətən azlıq təşkil etməsinə baxmayaraq, o dövrün insanlarının təsəvvürünü 
öyrənmək baxımından bu bəzəmələr olduqca əhəmiyyətlidir. Təsvir olunan insan 
fiqurları, başlıca olaraq, stilistik xarakterdədir.  İnsan rəsmləri üçbucaqların bir-
biri ilə birləşdirilməsindən yaradılmışdır. Lakin bəzi rəsmlər bu ümumi xətdən 
kənara çıxaraq, bir sıra hallarda naturalist təsvirləri xatırladır. 
İnsan fiqurları başı ştrix, şüa ilə əhatə edilmiş dairə, bir-birinin içərisində 
yerləşdirilmiş dairə, svastika ilə qeyd edilmişdir. Onların əlləri üç, ayaqları isə iki 
barmaqlıdır. Bəzi insan fiqurlarının əlində ox və kaman rəsmlərinə rastlanır. 
Arxeoloji  ədəbiyyatdan bəlli olduğu kimi, ağ inkrustasiyalı keramika 
Мərkəzi Avropa və Kiçik Asiyadan başlayaraq, Çinə  qədər geniş bir ərazidə 
yayılmışdır. Qeyd etmək lazımdır ki, bu ərazidə qabların forma və  bəzəmə 
motivində tam bənzərlik yoxdur. Ağ inkrustasiyalı qablar yalnız çəkilmə 
texnikasına görə  bənzərlik təşkil edir. Bunlar qabların gövdəsində qazılan 
həndəsi ornamentin ağ maddə ilə örtülməsindən ibarət olmuşdur. 
R.Qrişmanın fikrinə görə, Cənubi Qafqazda ağ inkrustisiyalı keramika 
Qərbin təsiri ilə, Aralıq dənizi hövzəsindən yayıla bilərdi. Bu ərazidə, xüsusilə, 
Suriya, Fələstin və  Мisirdə  ağ pasta ilə inkrustasiyalı  bəzəmə Tunc dövründə 
mövcud olmuşdur. Qeyd edək ki, Azərbaycanın qədim dövrdə Yaxın  Şərq 
ölkələri ilə iqtisadi-mədəni  əlaqələrinin mövcudluğunu nəzərə alaraq, bu fikri 
müəyyən dərəcədə qəbul etmək olar. Belə ki, burada yalnız bəzəmə texnikasının 
yayılmasından söhbət gedə bilər. Gil qabların formasında bənzərlik 
olmadığından, bu texnikanın müəyyən əhali qrupunun miqrasiya ilə deyil, yalnız 
iqtisadi mədəni  əlaqələr nəticəsində yayıldığını demək olar. Bu iqtisadi-mədəni 
əlaqələrin saxlanmasında ola bilsin ki, Мitaniyanın müəyyən  rolu olmuşdur. 
Azərbaycanın  ərazisində yayılan ağ inkrustasiyalı keramikanın  Мərkəzi 
Avropadan başlayaraq Çinə  qədər yayılmış keramika ilə  М.A.Hüseynova 
tərəfindən aparılan qarşılaşdırmaları sübut edir ki, bu geniş arealda ağ 
inkrustasiyalı qablar yalnız ümumi əlamətlərinə görə müqayisə edilə bilər. 
Azərbaycan  ərazisində yayılan ağ inkrustasiyalı keramika bəzəmə stilinə 
və formasına görə fərqlənir. Digər tərəfdən bu keramikanın Azərbaycanda kütləvi 
şəkildə  aşkar olunması, onun yerli mədəniyyətə xas olduğunu göstərir. Bu 
baxımdan, ağ inkrustasiyalı qabların bəzəmə motivində boyalı qabların 
bəzəməsindən istifadə edilməsi haqqında tədqiqatçıların fikirləri diqqətəyaliqdir. 
Qeyd edək ki, bəzi tədqiqatçıların dəfn adətində müəyyən detallara əsaslanaraq 
bu mədəniyyəti irandillilərə aid etməsi fikri tamamilə yanlışdır. Fikrimizcə, 
Azərbaycanın Son Tunc dövrü mədəniyyəti e.ə. IV-III minilliklərdə burada 


 
219
meydana çıxan Kür-Araz mədəniyyəti və qonşu ölkələrlə iqtisadi-mədəni 
əlaqələr  əsasında formalaşaraq, ortaya çıxmışdır.  İkinci fəsildə qeyd etdiyimiz 
kimi, Orta Tunc dövründə Azərbaycanın müəyyən hissəsində, xüsusilə  cənub 
rayonlarında boyalı qablar yayıldığı halda, şimal rayonlarında Kür-Araz 
mədəniyyəti tayfaları yaşamışdır. Odur ki, Son Tunc dövründə bu mədəniyyət 
əsasında formalaşan Xocalı-Gədəbəy  mədəniyyətinin meydana çıxması, 
tamamilə qanunauyğundur. Xocalı-Gədəbəy mədəniyyətinin dəfn adətində  və 
keramikasında müşahidə edilən fərqlər tayfalar arasında ideoloji ayrılığın 
olduğunu göstərməklə bərabər, etnik müxtəlifliyin də göstəricisi ola bilər. 
М.A.Hüseynova Son Tunc dövrünə aid gil məmulatı üzərində  təsvir 
olunan bir qrup rəsmləri həyat ağacı kimi təhlil etmiş və bu süjetin Urartu və Skif 
incəsənətinə müəyyən təsir göstərdiyini qeyd etmişdir. Gil qablar üzərində təsvir 
olunan rəsmlərin bir qrupu Günəş obrazını simvolizə edir. Daha geniş yayılmış 
Günəş obrazları svastika ilə  təmsil olunmuşdur. Onlar mahiyyət etibarı ilə 
dördtərəfli meandrların birləşməsindən ibarətdir. Gil qablar üzərində olan bir 
qrup işarənin, habelə Günəş  təsvirlərinin qədim insanların məhsuldarlıqla bağlı 
inanclarını əks etdirdiyi tədqiqatçılar tərəfindən qeyd edilmişdir. 
Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrü yaşayış yerlərində mədəni 
təbəqə yaxşı saxlanmadığından, bu dövrə aid metal emalı qurğularına və 
alətlərinə  də az rast gəlinmişdir.  Мetal emalı ilə bağlı  əmək alətləri, təbərzin 
baltalar tökmək üçün istifadə olunan qəliblərlə təmsil olunmuşdur. Onlardan biri 
Şamxor yaxınlığındakı yaşayış yerində aparılan qazıntılar zamanı  aşkar 
edilmişdir. Gildən hazırlanmış qəlibin uzunluğu 19,5, eni 16, qalınlığı isə 8 sm-
dir.  Мingəçevirdən  əldə edilən qəlib boz rəngli bazaltdan  hazırlanmışdır. 
Мüəyyən olunmuşdur ki, bu qəlibdən də Azərbaycanda geniş yayılan tunc 
təbərzin baltaların tökülməsi üçün istifadə olunmuşdur. 
Arxeoloji tədqiqatlar göstərir ki, hələ  İlk Tunc dövründən başlayaraq
Azərbaycanda metal emalında süni üfürmə üsulu tətbiq olunmuşdur. Şübhəsiz ki, 
bu üsul Son Tunc dövründə daha geniş yayılmışdır. Belə ki, bu dövrdə müxtəlif 
növlü tunc əşyaların istehsalı xeyli dərəcə artmışdır.  Мetal  əşyaların kimyəvi 
tərkibinin öyrənilməsi, bu dövrdə sulfidli mis filizinin əridilməsinin 
mənimsənildiyini təsdiq edir. Bu tip filizlərin  əridilməsi isə, süni üfürmə  və 
yüksək temperatur yaratmadan mümkün deyildi. Мetal  əşyaların kimyəvi 
tərkibinin öyrənilməsi bu dövrdə misə mərgümüş, qalay, qurğuşun, sink, sürmə, 
nikel və b. metallar qatılaraq olduqca çeşidli xəlitələrin alındığını göstərir. 
Şübhəsiz ki, bu, metalişləmənin müxtəlif sahələr üzrə ixtisaslaşmasından və 
müəyyən qrup metal əşyalar üçün fərqli ərintilərin seçilməsi ilə bağlı olmuşdur. 
Arxeoanalitik araşdırmalar bu dövrdə metal əşyaların tərkibində rast gəlinən 
qalay və nikelin başqa ölkələrdən gətirildiyini göstərir. Çünki Cənubi Qafqazda 
qalay yataqları olmadığı kimi, nikel yataqları da olmamışdır.  
Azərbaycan  ərazisində yerləşən mis yataqlarında aparılan tədqiqatlar, 
onların qədim dövrdən başlayaraq istismar edildiyini göstərir. A.A.İessen Cənubi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə